Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Bakı-Tbilisi qatarında biabırçılıq

Bakı-Tbilisi qatarında biabırçılıq
Bölmə :
Reportaj
Yayım tarixi :
24/9/2013 [10:28]
Baxılıb :
1284 dəfə
Polis əməkdaşının əcnəbi vətəndaşı analoqu olmayan şəkildə “cərimələməsi” sərhəddə qalmaqal yaratdı

Xeyli vaxtdırkı ayağımı Azərbaycandan kənar qoymurdum. Amma Go Group Media təşkilatını Gürcüstanda təşkil etdiyi Qafqaz jurnalistlərinin ekspedisiyasına qatıldığıma görə, səfərə çıxası oldum. İşlərin çox olması, vaxtın az olmasına görə təyyarə ilə uçmaq istədim. Amma cəmi bir saata təyyarə ilə uçacağım yol üçün 125 manat ödəmək istəməyib, qatarla, kupeyə cəmi 30 manat ödəyərək səfərə çıxmaq qərarını verdim və yol boyu dramatık hadisələri seyr etdim.

Belə ki, sentyabrın 17-də Bakıdan çıxan Bakı-Tbilisi qatarının 4-cü vaqonuna yaxınlaşanda yaraşıqlı bələdçi xanım gülərüzlə məni qarşılayaraq yerimi göstərdi. İçəri daxil olanda yeni təmirdən çıxmış vaqon, tərtəmiz kupelər, hətta kondisionerin də olması məni valeh etdi. Daha sonra siqaret çəkmək üçün platformaya endim, amma gözüm kupemin üstündə idi. Narahatçılığımı görən, sonradan ad-soyadını öyrəndiyim bələdçi xanım - Aybəniz Qəhrəmanova dərhal xəbərdarlıq etdi ki, əşyalara görə narahat olmayım: “İçəridə müşahidə kameramız var, özümüz də buradaylq”. Bəli, toxtayıb, hətta yolda yeməyə gedib meyvə də alıb geri döndum. 

Hər şey əla idi, amma biz Bakıdan çıxana qədər. Beləliklə gecə qaranlığında qatarın taqqıltısına dəhlizdəki səs-küy də qarışmağa başladı. Peşə marağı mənə rahat oturmağa imkan vermədi. Vəziyyətlə maraqlananda bir şey anlaya bilmədim. Bir polis çavuşu vaqonda o baş-bu baş vargəl edirdi. Öyrəndim ki, Bahadur Rəsulov ad-soyadlı polis qatarda təhlükəsizliyə cavabdehdir. Daha sonra tambura çıxaraq siqaret çəkmək qərarına gəldim. Bu zaman bələdçi xanım xəbərdarlıq etdi ki, siqaret çəkmək olmaz. Bir qədər də zarafatlaşıb, siqaret çəkdiyim halda nə olacağını soruşurdum ki, bu zaman sözügedən polis özünü mənə yetirdi. Qardaş dedi ki, “əgər, çəksən səni cərimələyəcəm”. Siqaret çəkən olduğum üçün bu məlumatdan xoşhal olmadım. Amma nə edək, boynum qanun-qayda qarşısında qıldan incədir deyib, polisə əgər siqaretsiz dözə bilməsəm, cəriməni ödəmək şərti ilə siqaret çəkib-çəkə bilməyəcimlə bağlı sual etdim. Həm də cərimənin məbləği ilə də maraqlandım. Polis 15 manatdır deyib, daha sonra mənə “işğüzar” təklif etdi. O qonşu kupedə “rəis”in də səfər etdiyini deyərək, “hörmət” edib rahat şəkildə siqaret çəkə biləcəyimi mənə dedi. Həm də polis ciddi-cəhdlə qeyd edirdi ki, qonşu kupelərdə xaricilər gedir, gərək özümüzü onlara mədəni göstərək. Bu xaricilər və Bahadur müəllimin onlara etdiyi hörmət-izzət söhbətləri barədə bir qədər sonra...
Sözsüz ki, polisin “hörmət” təklifini çox hörmətsizliklə qarşıladım və polisə jurnallist olduğumu da bildirərək, onun bu təklifinin cinayət məsuliyətinə səbəb olması barədə ona xəbərdarlıq etdim. Bəli, daha sonra polisə yazığım də gəldi. Yazıq “hörmət”ə belə hörmətsiz yanaşmadan möhkəm pərişan oldu və dərhal məndən uzaqlaşdı. Sözsüz ki, mən də Tbilisiyə qədər siqaret çəkməyəciyimlə bağlı qərar verib kupeyə qayıtdım. Yeri gəlmişkən, onun mənə “rəis” kimi təqdim etdiyi adam da avtomobil alverçisi idi, sadəcə çox səliqəli geyinmiş 35-40 yaşlarında bir mədəni adam idi.
Bir qədər də getdikdən sonra bələdçi xanım bizə çay təklif etdi. Amma çay bir az gec gəldiyi üçün yenidən kupeni tərk etdim. Bu zaman vaqonun hər iki başında siqaret çəkən adamları və bələdçi otağında da polisi gördüm. Polis qardaşa vaqonun hər iki başında siqaretçəkənlərin olduğunu da dedim. Bir başda orta yaşlı kişi, digər başında isə qadın siqaret çəkirdi. Polis dərhal yerindən qalxaraq hay-küy saldı ki, siqaret çəkmək olmaz. Amma əslində o, məni siqaretçəkənlərə göstərərək, xəbərdarlıq etdi ki, “mərdimazar” var. Daha sonra öyrəndim ki, bu adamlar məndən fərqli olaraq “hörmət” bilən adamlar imiş.
Bizim qonşu kupedə Kabuletidə Qafqaz gəncləri ilə bağlı sənədli film çəkməyə gedən gənclər də vardi. Onlar siqaret çəkməsələr də, bir az yeyib-içmişdilər. Növbəti hay-küy qopanda isə məlum oldu ki, polis qardaş kupelərində yeyib-içən gəncləri də “hörmət”ə dəvət edibmiş. Amma bu gənclər də mənim kimi “hörmət başa düşən” olmayıblar.
Bəli, araya müvəqəti sakitlik düşdü və mən də yerimi düzəldərək bir az yatmaq qərarına gəldim. Amma bu xoşbəxtlik mənə nəsib olmadı. Dəhlizdə yenidən vay-şüvən düşdü. Dözməyib çölə çıxdım. Məlum oldu ki, bu dəfə mübahisə digər kupedə gedən Avstriya vətəndaşları ilə polis arasındadır. Məslək xəstəliyinə uyğun olaraq bu mübahisənin də nədən baş verməsini araşdırmağa cəhd etdim. Amma kimsə nəsə demədi. Gördüyüm yalnız o oldu ki, polis bir qədər də şərab qəbul etmiş Natalya Levis adlı xanımı bələdçi kupesinə salaraq onun pullarını saymaqla məşğuldur. Bələdçiyə də yaxınlaşıb “Burada nə olub?” deyə sual etdim. O da çiyinlərini çəkərək bir söz demədi. Düşündüm ki, yəqin nəsə oğurluq hadisəsi baş verib və polis də bunun təhqiqatını aparır. Bu səbəbdən də təkrar geri dönüb yatmağa cəhd etdim. Sözsüz ki, bu xoşbəstlik mənə nəsib olmadı. Səs-küy də əsasən polislə şərnişinlər və polislə bələdçi aradında baş verirdi. Məsələn, polis qışqıra-qışqıra gəlib bələdçiyə siqaret çəkdiyi üçün Elvin adında gəncdən 5 manat almasını irad bildirdi. Amma sonra məlum oldu ki, gənc sifariş verdiyi sirniyat və çayının pulunu verib.
Bəli, polislə bir daha hay-küylə bağlı danışası oldum. İlk olaraq ona qatarda siqaret çəkmək olmaz, cərimənin məbləğı və sair barədə xəbərdarlıq elanının vurulmamasını irad bildirdim. Sonra neçə nəfəri cərimələməsi barədə sual etdim. Amma o, kimsəni cərimələməsi barədə bir sübut təqdim edə bilmədi.
Əlqərəz, hay-küy, dava-dalaş bizi Böyük-Kəsik sərhəd-keçid məntəqəsinə qədər müşayət edi. Açığı daha çıxıb baş verənlərlə maraqlanmağa da halım qalmamışdı. Nəhayət gəlib sərhədə çatdıq. Bir az keçməmiş müasir avadanlıqlarla təchiz olunmuş sərhədçilərimiz və gömrükçülərimiz gəlib vaqonu və sərnişinlərin sənədlərini yoxlamağa başladılar. Bu zaman yenə hay-küy qopdu. Bu dəfə səs salan şəxs axşam polis tərəfindən pulları sayılan avstraliyalı xanım idi. Xanım bələdçilərin yaxasından yapışıb axşam ödədiyi cəriməyə görə qəbz tələb edirdi. Hadisə ilə maraqlananda, Natalya xanım and-aman etdi ki, polis ondan 200 ABŞ doları və 100 manat siqaret çəkdiyi üçün “cərimə” alıb. Amma ona qəbz verməyib. Həm də sən demə xanım da cərimənin əslində 15 manat olduğunu öyrənib dəli olubmuş.
Xanım “Bizim Yol”a müsahibəsində qeyd etdi ki, axşam tamburda siqaret çəkən gəncləri görüb və özü də onlara qoşulub. Amma siqareti alışdıran kimi polis gələrək onu “cərimə” eləmək üçün kupeyə dəvət edərək pullarını əlindən alaraq sayıb, onu qatardan düşürəcəyi ilə hədələyərək 200 dollar və 100 manatını götürüb. Bir sözlə Natalya xanım səsini başına ataraq, pulunu, ya da qəbzini tələb edirdi. Amma artılq polis qatardan düşmüşdü. Xanımın hay-küyündən sonra sərhədçilər polisi taparaq kupeyə dəvət etdilər. Natalya xanımın təkidi ilə mən də polislə söhbətində iştirak etdim. Polis xanımdan cəmi 100 manat aldığını etiraf etdi və həmin pulu xanıma qaytardı. Amma 200 dolları boynuna almadı. Sonra da qaçıb aradan çıxdı. İmkan tapıb ona heç olmasa xaricilərin yanında bizi necə başıuca etməsinə görə təşəkkür də edə bilmədim.
Amma sən demə polisin iştirakı ilə dramatik hadisələr digər vaqonlarda da baş veribmiş. Bunu isə mənə artıq Tbilisidə vağzalda görüşdüyüm rejissor Elcan Məmmədov dedi. Onların da vaqonlarında polyak qızlar gedirmiş və orada da başımız “uca” edilibmiş.

İdrak Abbasov
Tbilisi

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]