Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Yeni təlatümlər ərəfəsində olan Gürcüstan

Yeni təlatümlər ərəfəsində olan Gürcüstan
Bölmə :
Reportaj
Yayım tarixi :
20/9/2013 [10:52]
Baxılıb :
1365 dəfə
Bu dəfə hökumətin yol verdiyi dini ayrı-seçkilik ölkəni çalxalayacaq
Əməkdaşımızı Tiflisdən qonşu dövlətin ən aktual probleminin təfərrüatlarını yazır

Azərbaycan kimi seçkilər dövrünü yaşayan Gürcustanda yeni rəngli və yaxud rəngsiz inqilab deyil, milli, etnik və dini zəmində partlayış gözlənilir. Bu qənaətə “Bizi Yol”un hazırda Gürcüstana “Go Media Group” təşkilatının Qazqaz jurnalistləri üçün təşkil etdiyi jurnalist ekspedisiyasının tərkibində olan əməkdaşı Tiflisidə keçirilən çoxsaylı görüşlərdən sonra gəlib.

Tarixində bir neçə dəfə etnik, milli ayrıseçkilik kimi çəkişmələrlə rastlaşan Gürcüstanda hazırda daha çox dini zəmində qarşıdurmalar cücərməyə başlayıb. Hökumət isə təhlükənin qarşısını almağa tələsmir. Əslində ikiyə bölünmüş Gürcüstan hakimiyyətinin ayrı-ayrı və bir-biri ilə rəqabətdə olan qolları münaqişənin daha da dərinləşməsi ilə məşğuldurlar.

Milli azlıqlar üzrə Avropa Komisiyasının Gürcüstandakı nümayındəsi Giotgi Sordianın sözlərinə görə, çoxmillətli Gürcüstan həm də çoxdinli bir ölkədir. Əhalinin 83 faizi provaslavlardır. Ölkədə ikinci dini çoxluğu müsəlmanlar təşkil edir. Onlar ümumi əhalinin 9 faizidir. Müsəlmanların əksəriyyəti azərbaycanlılar olsa da, çeçenlər, kistinlər, avarlar, acarlar və Kaxetiyada az sayda müsəlman kürdləri də var. Amma onların əskəriyyəti yezidi kürdlərdir. Habelə ölkədə müsəlman gürcülər və ümumi sayı 500 nəfər olan mexseti türkləri də yaşayırlar. Amma indi ölkədə kütləvi xristianlaşma aparılır. Xüsusilə müsəlman gürcü gəncləri karyerada uğur qazanmaq üçün xristianlığı qəbul etməyə məcburdurlar.
Yalnız müsəlmanlar deyil, katolik gürcülər də çoxluğu təşkil edən pravoslavların təzyiqindən narazılıq edirlər. Ən ciddi narazılıq edənlər isə ermənilərdir. Onlar Gürcüstan Yeparxiyasının tabeliyinə verilmiş 9 erməni kilsəsinin onlara qaytarılmasını tələb edirlər.
Görüşlərdə analitik Gürcüstan azərbaycanlıları ilə bağlı sevindirici bir xəbər də verdi. Gürcüstandakı soydaşlarımızın əksəriyyəti sünni olsalar da, onlar azsaylı şiə qardaşları ilə çox yaxşı yola gedirlər, hətta eyni məsciddə, eyni vaxtda namaz qılırlar. Amma Pankisidə və Qərbi Gürcüstanda son illər müsəlmanlar arasında vəhabilik də geniş yayılır. Analitik hesab etdi ki, bu cərəyanı türk və ərəb fondları maliyyələşdirir. Amma üzun saqqalı müsəlmanları yalnız provaslav kilsəsi deyil, hökumət, digər müsəlmanlar da qəbul etmirlər və bunlar arasında da fikir ayrılıqları mövcuddur.
G.Sordiaya görə ayrı-seçkiliyə Gürcüstan Konstitusiyasından başlanır. Belə ki, Konstitusiya ilə Gürcüstan dünyəvi ölkə sayılsa da, elə həmin ana yasada pravoslav kilsəsinin ölkənin çiçəklənməsində xüsusi rola malik olması qeyd olunur. Məhz bu səbəbdəndir ki, müstəqilik əldə etdikdən sonra Gürcüstanln bütün kilsələri pravoslav kilsəsinin mülkiyyətinə verilib. Bu isə katolikləri və erməni Apostol kilsəsinin narazı düşməsinə səbəb olub.
Yalnız 2013-cü il dövlət büdcəsindən provaslav kilsəsi adminstrasiyasının saxlanılması üçün 25 milyon dollar vəsait ayrılıb. Digər dini konfessiyalara isə heç bir güzəşt nəzərdə tutulmayıb. Yalnız 2011-ci ildən dini qurumlara hüquqi şəxs kimi qeydiyyatdan keçməyə icazə verilib. Buna baxmayaraq provaslav kilsəsi heç bir vergi ödəməsə də, digər dini qurumlar vergi ödəməlidirlər. Bu isə dini konfessiyaiyalar arasında ciddi diskriminasiya yaradır.
Ölkədə Ombudsman Apratının nəzdində dini şura da yaradılıb. Amma bu şurada pravoslavlar yoxdur. Onlar azlıqda olan dini konfessiyalarla bir səviydə işləməyi özlərinə əskiklik sayırlar. 2005-ci ildə bu şura yaradıldandan bir gün sonra i provaslav kilsəsi bütün konfessiyaların hakimiyyətə loyal olan nümayəndələrinin təmsilçiliyi ilə alternativ şura yaradıb və bu qurum hakimiyyət tərəfindən dəstəklənir.
Seçki dövrünə gəldikdə Gürcüstanın loyal dini liderləri hökumətdən nə qədər dəstək alsalar da, xalqi konkret kiməsə səs verməyə çağırmırlar. Yalnız ayrı-ayrı keşişlər “Gürcü arzusu” koalisiyasının hakimiyyətə gəlməsinə dəstək veriblər, hətta aksiyalarında iştirak ediblər.
G.Sordianın sözlərinə görə, məhz yuxarıda qeyd etdiyimiz mənzərənin məntiqi davamı olaraq ölkədə son illər tolerantlıqla bağlı ciddi problelər yaranmağa başlayıb. Son günlər hadisələr daha sürətlə gərginliyə doğru getməkdədir.
Belə qarşıdurmalardan biri hazırda Aspindza rayonunun Çela kəndində davam edir. Cari il avqustun 26-da kənddəki məscidin minarəsi qonşu xristian kəndinin keçişlərinin təşkil etdiyi aksiyalar fonunda sökülüb. Bundan başqa Acariyada yaşayan müsəlmanlara uzun müddədir ki, Sultan Əbdul-Əziz məscidinin tikintisinə icazə verilmir. Müsəlmanların cümə namazları zamana keşişlər müdaxilə edir və s. Müsəlmanlara öz kəndlərində məscid tikməyə icazə verilməsə də, bu kəndlərdə iri xaçlar ucaldılır. Bu isə əhalinin narazılığına səbəb olur. Amma “Gürcü arzusu” koalisiyasının təmsilçisi olan Gürcüstan Reinteqrasiya məsələləri üzrə Dövlət Nazirliyinın şöbə müdiri Tina Qoqeliani ölkədə milli və dini azlıqların ciddi problemlərinin olmadığını iddia etdi. Onun sözlərinə görə, Gürcüstan 2005-ci ildən milli azlıqların hüquqlarının qorunmasina dair Avropa Konvensiyasına qoşulub və müvafiq Avropa xartiyasını da ratifikasiya edib. Milli azlıqların dilinin və mədəniyətinin qorunub inkişaf etdirilməsi üçün proqramlar icra edir. Bundan başqa erməni və azərbaycanlıların cəmiyyətə inteqrasiyasının sürətləndirilmısi üçün gürcü dilinin öyrədliməsi ilə bağlı iki dövlət proqramı həyata keçirilir. 
Çela kəndində məscidin minarəsinin sökülməsi məsələsiə gəldikdə isə T.Qoqeliani bildirdi ki, burada məscidə minarənin qoyulması üçün yerli özünüidarətmə orqanlarından icazə alınmayıbmış. Amma minarənin sökülməsinə başqa məsələlər də səbəb olub: “Bildiyiniz kimi Gürcüstanda çox ciddi siyasi münaqişəli vəziyyət davam edir. Bu səbəbdən bu kimi hadisələrdən müvafiq partiyalar və siyasətçilər öz məqsədləri üçün istifadə edirlər. Şəxsi fikrimə görə bu kimi məsələləri Saakaşvilinin rəhbəri olduğu Milli Hərəkat qabardır”.
Xanim məmur onu da bildirdi ki, bu məsələdə yalnlz siyasilər deyil, hüquq mühafizə orqanlarının da roluna diqqət etmək lazımdır: “Hərdən hüquq mühafizə orqanları müvafiq insidentləri daha da qızışdıran qanunsuz hallara yol verirlər. Hazırda hökumət bu məsələni araşdırır”.
Daha sonra yeni hökumətin təmsilçisi milli azlıqlara qayğıdan da söz açdı. Belə ki ölkənin bütün ərazisinə yayılmayan 1-ci İctimai Televiziya və radioda hər gün butun azlıqların dilində xəbərlər verilir. Həftədə bir dəfə də kurd dilində də xəbərlər olur. Amma bölgələrdə bu telekanalı izləmək olmur.
Dini münaqişəli vəziyyətə baxmayaraq hazrda iki rəsmi dövlət dili (gürcü və abxaz) olan Gürcüstanda azərbaycanlılar da, ermənilər də ana dillərinə bu statusun verilməsini istəyirlər. Amma Qoqeliani bunun heç cür mümkün olmayacağını dedi.
Habelə gürcü hakimiyyəti sözdə mesxeti türklərinin repatriasiyasina hazır olduğunu bəyan etsə də əməldə heç bir addıma hazır deyil: “2007-ci ildə repatriasiyaları haqqında qanun qəbul edilib. Məcburi qaçınlar və köçkünlərlə bağlı komissiya bu işlə məşğuldur. 2011-ci ilə qədər Gürcüstana qayıtmaq istəyən türklər müvafiq sənədlərini təqdim etməli idilər. Amma sənədlər təqdim edilmədi və bu səbəbdən vaxt uzadildi. Həm də türklərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdırlar. Onlar Azərbaycanda ev-eşik sahibləridir, vətəndaşlıqdan imtina etmək istəmirlər”.
Belə ki, Azərbaycanda ev-eşik sahibi olan mesxeti türklərinə gürcü hakimiyyəti nə ev, nə kompensasiya vermək fikrində deyil. Hətta onların ata-baba yurdlarında məskunlaşmalarına da təminat vermirlər. Həm də gürcü hakimiyyəti mesxetiləri birmənalı olaraq türk də saymır, onları müsəlmanlaşdırılmış gürcü hesab edirlər və bu “etiraf” da qeyri rəsmi bir tələb kimi ata-baba yurduna qayıtmaq istəyənlər qarşısında qoyulur.
Gürcüstan Ombudsman Aparatının dini qurumlar üzrə şurasının rəhbəri Beka Mindiaşvili də yuxarıda olan problemləri sadaladı və səxsən öz adından Gürcüstan hakimiyyətinin dini azlıqlarla bağlı siyasətini kəskin tənqid etdi. Gürcüstan Gənc hüquqşunaslar Birliyinin nümayəndəsi Georgiy Qichseridze isə minarəsi sökülən məscidlə bağlı ilginc faktlar söylədi. Məlum oldu ki, Çela kəndinə Minarə Türkəyədən gətirilib və Gürcüstan Vergilər Komitəsi minarənin çəkisinin sənəddə düzgün göstərilmədiyini və buna görə vergidən yayınmaya yol verildiyini iddia edərək, minarənin güya dəqiq çəkisini öyrənmək üçün söküntünü aparıb: “Bu ciddi qanun pozuntusudur. Vergi Komitəsinin hər hansı bir tikintini sökməyə icazəsi yoxdur. Həm də Türkiyə ilə Gürcüstan arasında imzalanış sazişə görə Türkiyədən gətirilən bütün mal və məhsullar gömrük vergisindən azaddır. Vergiyə cəlb edilməyən minarənin bu adla sökülməsi təxribatdan başqa bir şey deyil. Bu bir faktdır ki, xristianlar müsəlman acarlara məscid tikməyə imkan vermirlər və hökumət buna göz yumur. Bu da həmin siyasətin davamıdır”.

(Ardi var)
İdrak Abbasov
Tbilisi

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]