Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Ştern” jurnalında ən az əməkhaqqı 2 min avrodur

“Ştern” jurnalında ən az əməkhaqqı 2 min avrodur
Bölmə :
Reportaj
Yayım tarixi :
11/9/2013 [11:53]
Baxılıb :
598 dəfə
Almaniyada parlament seçkilərində 1 səs qazanan partiyaya 70 sent ödənilir

Azadlıq Naminə FridrixNauman Fondunun Almaniyaya səfər edən bir qrup jurnalist sentyabrın 10-da “Ştern” jurnalının redaksiyasının qonağı oldular. 1948-ci ildə jurnalist HenriNanan tərəfindən təsis olunan dərgi hər həftənin 4-cü günü satışa çıxarılır. 300 min abunəçisi olan 800 min tirajlı “Ştern” 3.70 avroya satılır. Jurnalın 200 işçisi, 50 redaktoru var. Bu barədə bizlərə məlumat verən “Ştern”inonlayn redaktoru YensMayer bildirdi ki, jurnal Fransa, İspaniya və İstanbulda yayımlanır, eyni zamanda onların Londonda, Romada, Parisdə, Moskvada,Vaşinqtonda, Sinqapurda və başqa ölkələrin paytaxtlarında müxbir postları fəaliyyətdədir: “Bizdə hər gün saat 9-da redaktorların toplantısı keçirilir, hər redaktor öztəklifini irəli sürür, mümkündür ki, bəzi təkliflər heç qəbul olunmasın. Həftənin bazar ertəsi jurnal tam hazır olsa da, satışa 4-cügün çıxarılır. Əsas ideyamız siyasət, turizm və əyləncədir. Məsələn,sonuncu sayımızın manşet yazısı Suriyadakı hadisələrdən bəhs edir. Bir məqamı vurğulayım ildə bir dəfə jurnalın hansı mövzularının oxunaqlı olması araşdırılır, oxucuların münasibətini sorğularla öyrənirik.. Bütün hallarda jurnalın məsuliyyəti baş redaktorun üzərindədir.Oxucularımız 80-nin 40-ə nisbətdə kişilər üstünlük təşkil edir. Hər nömrənin 8-ci səhifəsi oxucuların ixtiyarına verilir”. Redaktor problemləri sırasında mövzu axtarışının olduğunu söylədi: “Ola bilər ki, yarıçılpaq qadın şəklini üzqabığına verməklə oxucunu cəlb edək. Ancaq biz ciddi mövzulara meylliyik. İnternetin gəlməsiylə çap mediasınınoxunaqlığı azalıb. Ona görə yeni modellər axtarışındayıq. Ümumiyyətlə, internet çap mediasına mənfi təsir göstərir. Məsələn, Almaniyanın“FinenneyşlTimes” kimi qəzetinin tirajı 100 minə düşəndənəşr qapandı. Hazırda “Şteyn” “Şpigel” və “Fokus” jurnalları ilə rəqabətdədir. “Şpigel” 800, “Fokus” isə 250 min tirajla çap olunur”.

Mediayla qalmaqallara daha çox şou-maqazin nümayəndələri maraqlı olur

O, məhkəmə qalmaqallarının daha çox şou-maqazin nümayəndələri ilə olduğunu dedi: “Tanınmış maneken Haydi Klumun uşaqlarının şəklini çap edən nəşrlərdən biri məhkəməyə verildi. Klum həmin jurnaldan ilk növbədə 10 min dollar və şəkillərin arxivdən silinməsini tələb etdi. Bu, ikinci dəfə təkrarlanarsa, cərimənin də məbləği böyüyə bilərdi. Bütün hallarda Almaniyada media daha çox şou-maqazinnümayəndələriylə qalmaqal yaşayır, çünki bu sahənin adamları belə üsullarla özlərini gündəmdə saxlaya bilirlər. Siyasətçilərə bu cür qalmaqallar gərək olmadığından onlarmediayla ehtiyatla davranırlar”. Redaktor heç bir partiyaya dəstək vermədiklərini və jurnalda müxalifət və iqtidarı eyni vaxtda tənqid etdiklərini dedi. “Bizim əsas mövzularımız Almaniya, dünya, həyat və bilikdir”.

AdolfHitlerin saxta gündəliyi alman jurnalistikasına ağır zərbə vurub

Jurnalistlərin əməkhaqqına gəlincə, o,bu məsələnin həmkarlarıylabaş redaktor arasında razılaşma və müxtəlif tariflərlə müəyyən olunduğunu bildirdi: “Amma əməkhaqqı 2 min avrodan başlanır, 10-12 il iş stajı olan jurnalist isə 4 min avrodan çox maaş alır”.Y.Mayer jurnalın tarixindəki maraqlı bir hadisəni nəql etdi. Ötən əsrin 80-ci illərində KonratKulyamadlı şəxs əməkdaşlarının birinə onda nasional-sosialistlərin lideri AdolfHitleringündəliklərinin olduğunu söyləmişdi: “O, əməkdaşımızı inandırmışdı ki, gündəlikləri Hitlerin təyyarəçisindən götürüb. Bunu İsveçrədə olan bir nəfər də təsdiqləmişdi. Jurnalist bu xəbəri redaksiyaya sevinclə çatdırandan sonra gündəliklər çap olunmağa başladı. Bir müddət sonra mütəxəssis və oxucularınmüdaxiləsi nəticəsində aparılan araşdırma nəticəsində məlum oldu ki, gündəliklər saxtadır. Hadisə alman jurnalistikasına böyük zərbə oldu. O mənada ki, oxucuların inamını sarsıtdı. Bundan sonra “Ştern”in redaksiyasında ciddi dəyişikliklər, ixtisarlar oldu, biz hər bir məqaləni, yaxud informasiyanı, reportajı hərtərəfli yoxlayıbçapa verirdik”. Söhbət əsnasında məlum oldu ki, “Ştern”in redaksiyasında 3 illik jurnalist məktəbi fəaliyyət göstərir, jurnalist olmaq istəyənlər bu məktəbdə təhsil ala bilərlər.

42 milyon avro cərimə olunan partiya

Günün ikinci yarısında azərbaycanlı jurnalistlər Azad Demokratlar Partiyasının (ADP) Hamburq təşkilatının sədri VolfqardBuxqols-Bekmannla görüşdülər. Təşkilatın hazırda gərgin seçki mərhələsində olduğunu söyləyən cənab Bekmann Almaniyada medianın partiyalara diqqətinin daha çox qurultaylarda, yerli toplantılarda, mətbuat konfranslarında və seçkilərdə olduğunu söylədi. Partiyanın yerli təşkilatının 1200 üzvü olduğunu deyən ADP-çi seçkilərdə 100-150 nəfərin könüllü fəallıq göstərdiyini bildirdi. : “Bu insanlar kampaniyaya dəstək vermək üçün könüllü çalışırlar”.VolfqardBuxqols-BekmannAlmaniyada partiyaların 3 mənbədən maliyyələşdiyini bildirdi: “Birinci, üzvlük haqqıdır, hər bir partiya üzvü ildə 96 avro ödəniş edir. İkinci, partiyanın rəğbətçilərininianəsi olur. Üçüncü, ölkə qanunvericiliyinə əsasən dövlət partiyalara maliyyə ayırır. Mümkündür ki, partiyaya simpatiyası olanlar 1000 avro versinlər. Əgər 50 min avro ianə verilsə, bu barədə Bundestaqın prezidenti məlumatlandırılmalıdır. Məsələn, 5 il əvvəl Xristian-Demokrat Partiyası 12 milyon avronu yanlış göstərdiyi üçün 42 milyon cərimə olunmuşdu. O zaman onlar müxalifətdə idilər. Qanunvericiliyə görə, hər hansı partiya bir-iki faiz səs alırsa, ona dövlətdən artıq maliyyə ayrılır. Məsələn, seçkilərdə bir səs qazanılarsa, bu, 70 sent hesablanır. Düzdür, parlament seçkilərində 5 faizlik barajı aşan partiyaların maliyyələşməsini ardıcıl olaraq davam edir. Barajı aşa bilməyənlər isə aldıqları səs görə maliyyələşirlər”.ADP-nin mərkəzinin Berlində yerləşdiyini söyləyən yerli təşkilat sədri bildirdi ki, ən böyük yerli təşkilatı aşağı Saksoniyadır: “Hamburqun 7 rayon şöbəsi fəaliyyətdədir. O cümlədən ADP-nin Gənc Liberallar Təşkilatları gəncləri təmsil edir. Onlar avtobuslarla bütünAlmaniyanı gəzərək seçki təbliğatı aparırlar. Almaniyada siyasi partiyaların gəncləri çox fəaldırlar,hər bir partiyanın gənclər təşkilatı var, sosial-demokratların “Gənc sosialistlər”i, o cümlədən xristian-demokratların gəncləri seçki dövründə fəallıq göstərirlər”.ADP sədri bu günlərdə RTL kanalının müxbiri ilə qarşılaşdığı situasiyadan danışdı. Onun sözlərinə görə, bir xanım ofisə gələrək, özünü vətəndaş kimi təqdim edib, onlara seçkilərdə yardımınıtəklif edib: “Biz heç bir etiraz etmədik, çünki hər şey könüllüdür. Bir gün sonra televiziyada partiyamızın qərargahından olan çəkilişləri və mənimlə etdiyi söhbətləri görəndə təəccübləndik. Məlum oldu ki, həmin qadın jurnalist imiş və özündəki gizli kamerayla 40 dəqiqəlik çəkiliş aparıb. Bundan mənə xələl gəlmədi və heç bir etiraz etmədim”.

Alman jurnalistikası böhran yaşayır, amma

Günün sonunda Jurnalistlər İttifaqının Hamburq bölümünün sədr müavini AnyaVesthensenHoyze ilə görüşən həmkarlarımıza məlum oldu ki, bu qurumun yerli təşkilatı özündə 3200 jurnalisti birləşdirir. AnyaVesthensenHoyze ümumilikdə ittifaqın 17 yerli şöbəsinin fəaliyyət göstərdiyini bildirdi: “Jurnalistlər İttifaqı ildə 4 dəfə toplanır, iki ildən bir isə qurultay keçirilir. İttifaq sırfjurnalistlərdən ibarətdir, əgər kimsə üzv olmaq istəyirsə, mütləq jurnalist olduğunu təsdiqləməlidir. Biz qonorar, əmək müqaviləsi məsələlərində yaranan problemlərin həllində məsləhətçi kimi iştirak edir və lobbi işləri aparırıq”. O, hazırda Almaniya jurnalistikasında böhran yaşandığını bildirdi: “Amma bu böhran hökumətin təzyiqiylə bağlı deyil.Böhran jurnalistikanın öz daxilindən gəlir. Bu prosesdə həmmaliyyə böhranı, həm də rəqabət təsirini göstərir. Rəqabət böyük olduğundan jurnalistlərə qarşı münasibət dəyişir. Təklif tələbi üstələyir və problem yaranır. Media rəhbərləri jurnalistlərə öz şərtlərini diktə edirlər. Məhz bu səbəbdən jurnalistləringəlirləri azaldığından onlar məcbur olub əlavə işlərlə məğulolurlar. Məsələn, PR şirkətlərdə, işlərdə çalışır. Nəticədə onların keyfiyyətli araşdırmalar yazmaq imkanları azalır. Bu səbəbdən son zamanlar bu araşdırmaların sayı azalıb”. İttifaq sədrinin sözlərinə görə, İnternetin inkişafı bəzi media orqanlarına satış baxımdan mənfi təsir göstərib. “Şpigel”dəkimateriallar onun saytında da var. Oxucu 4.5 avro verib oxumaq yerinə saytdan oxunur”. O, Almaniyada polis-jurnalist qarşıdurmasına nadir hallarda rast gəlindiyi dedi: “Bir dəfə aksiyada polis fotoreportyorun şəkil çəkməsinə mane olmuşdu, mübahisə məhkəmə müstəvisinə çıxdı və jurnalist haqı çıxarıldı”.


Natiq CAVADLI

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]