Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Neft lənəti”ndən necə qurtulmalı? - Lənətlənmiş sərvət...

“Neft lənəti”ndən necə qurtulmalı? - Lənətlənmiş sərvət...
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
1/8/2012 [12:24]
Baxılıb :
dəfə
Amerika eksperti Azərbaycandakı mövcud durumdan çıxmağın yollarını göstərib
Mirvari Qəhrəmanlı: “Ölkədə neft sektorunun auditini aparmaq üçün müstəqil təşkilata ehtiyac var”

Amerika yazıçısı və iqtisadçı, Kaliforniya Universitetinin Cənub-Şərqi Asiya Araşdırmaları Mərkəzinin direktoru Maykl L. Ross BBC-nin Azərbaycan xidmətinə açıqlama verərək Azərbaycanın neft gəlirlərinin xərclənməsinə diqqət çəkib. O bildirib ki, Azərbaycan hakimiyyətinin neft pullarını vətəndaşlarından gizlətməsi ölkədə siyasi qeyri-sabitliyə aparan ən böyük hədədir: “Neftlə zəngin postsovet respublikaları və Yaxın Şərq ölkələri qeyri-demokratik olması, qeyri-sabit iqtisadiyyatı və vətəndaş müharibələri ilə fərqlənir. Son 40 ildə dünyada neft istehsalçısı olan ölkələrlə qeyri-neft ölkələrinin adambaşına düşən ümumi daxili məhsulu arasında fərq o qədər də böyük olmayıb- cəmi 0, 09 %”. 

Maykl Ross bu yaxınlarda çapdan çıxmış “Neft lənəti: Neft sərvəti millətlərin inkişafını necə formalaşdırır” kitabının müəllifidir. “Neft lənəti” kitabında Azərbaycandan da bəhs olunur. Müəllif yazır ki, “Hər il parlamentdə “büdcə” müzakirəyə çıxarılır, əslində isə real gəlirlərin ən azı yarısı büdcədə əks olunmayıb, ARDNŞ vasitəsilə mənimsənilir”. 

M. Ross Azərbaycan hökumətinin gəlirlərin toplanmasında həddən artıq şəffaf olduğunu, amma xərclənməsində buna əhəmiyyət vermədiyini bildirir. Nüfuzlu “Açıq Cəmiyyət İndeksi” nə əsasən, Azərbaycan hakimiyyəti büdcədə yalnız məhdud məlumatlara çıxışı açıq saxlayıb və bu göstəriciləri ilə ölkəni hətta Afrika və Yaxın Şərqin bir sıra dövlətlərindən də geri salıb. “Dövlət büdcəsinin böyük bir hissəsi elə dövlətin neft şirkətindən israf olunur və bu vəsaitlərin xərclənməsində daha artıq qeyri-şəffaflığa yol açır. Hərçənd onu da vurğulamalıyam ki, hökumət məlumatların açıqlığı baxımından, məsələn, 2006-cı ildə mən Bakıya səfər etdiyim vaxtdan bu yana bir sıra addımlar atıb”- müəllif bildirir .

Müəllif onu da vurğulayır ki, Qərb neft məsələsində qeyri-sabit dövlətlərdən asılı olaraq qalır.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin (NHMK) sədri Mirvari Qəhrəmanlı “Bizim Yol”a bildirib ki, Maykl Rossun yazdıqları həqiqəti əks etdirir: “Bizim komitə 4 istiqamət üzrə işləyir - Neft sektorunda insan hüquqlarının vəziyyəti, hüquqi yardım; Məlumatlandırma; Neftdən gələn gəlirlərin xərclənməsində ictimai nəzarətin təmin edilməsi, korrupsiyaya qarşı mübarizə; Beynəlxalq kreditlərdən istifadədə ictimai nəzarətin təmini. 2006-cı ildən neft gəlirləri hesabına maliyyələşən iki layihənin monitorinqini aparmışıq. Taxta Körpü Su Anbarında insan hüquqlarının pozulması faktı olub. 2007-ci ildən Dövlət Neft Fondunun maliyyəsi hesabına maliyyələşdirilən Oğuz-Qəbələ-Bakı su kəmərinin layihəsinin monitorinqini aparırıq. Rossun dedikləri o qədər düzdür ki, bu monitorinqlər də bunu sübut edir”.

M. Qəhrəmanlı deyir ki, bu günə qədər Dövlət Neft Fondunun maliyyəsi hesabına tikilən Oğuz-Qəbələ-Bakı su kəmərinə ayrılmış pulun 300 milyon manatının hara xərcləndiyi bilinmir: “Kəmər 2007-ci ilin martında başlayıb, 2008-ci ilin mayında qurtarmalı idi. 14 aya qurtarılası layihə 48 aya qurtarıb. Layihə 480 milyon manat hesabına başa gəlməli idi, amma 780 milyon manat xərcləndi. Buna qurtarmaq da demək olmaz, çünki Bakı şəhəri hələ tam su ilə təmin olunmayıb. Orada quyuların qazılmasında bir çox fəsadlar oldu. Kəmər çox etibarsızdır, keyfiyyətli deyil. Bu barədə şəffaflıq yoxdur ki, pullar hara xərclənib?! Azərbaycanda neft pulları hesabına reallaşdırılan layihələrin heç birində şəffaflıq, ədalətlilik təmin olunmur”.

Komitə sədri bildirir ki, neft pulları hesabına reallaşan heç bir layihənin auditi aparılmayıb: “Dövlət Neft Şirkəti də şübhəli layihələr reallaşdırır. Şübhəli layihələri offşor zonalarda yaradılmış əməliyyat şirkətləri aparır. Heç onların saytı yoxdur ki, informasiya əldə edə bilək”.

M. Qəhrəmanlının sözlərinə görə, ARDNŞ öz işi ilə məşğul deyil, neft hasilatını qaldırmaq əvəzinə ölkədə turizmlə, quyu qazmaqla məşğuldur: “Amma ildən-ilə hasilat aşağı düşür. İki neftayırma şirkəti kimin hesabına işləyir, bilinmir. Azərbaycanın neft sektorunun auditini aparmaq üçün müstəqil təşkilata ehtiyac var. Yazılanlar düzdür”.

Müsahibiz amerikalı ekspertin məhdud informasiyaların yayılmasına şərait yaradıldığı ilə bağlı fikirlə razılaşmır. O bildirir ki, Dövlət Neft Şirkətinə göndərilən heç bir informasiya sorğusuna cavab verilmir: “Hətta soruşsan ki, bu məsələyə ARDNŞ-ın açıqlaması nədir, onu da deməyəcəklər. Dövlət Neft Şirkəti qapalı bir şirkətdir. Hamısı elə bilir ki, neft bunların dədələrinə məxsusdur. Neft xalqa məxsusdur. Neft Şirkəti açıq olmalıdır. İndi də “İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik ediblər ki, şirkətlərin təsisçiləri də bilinməsin. “Bahar” əməliyyat şirkəti barədə Londondan mənə sorğu göndərmişdilər, onun təsisçisinin adını çəkirdilər, heç kim bilmirdi ki, o kimdir. Gedib offşor zonada hansısa ərəbin, ingilisin adına qeydiyyatdan keçirlər, Direktorlar Şurası yaradırlar, bu da olur əməliyyat şirkəti. Gəlir Azərbaycanın neftini daşımağa. Hamı deyir ki, necə olub 48 milyard ölkədən çıxıb?”.

NHMK sədri problemlərin həlli üçün zamana ehtiyac olduğunu düşünür: “Azərbaycan neft ölkəsidir. Rəhmətlik bəy (Əbülfəz Elçibəy -müəl.) demişkən, “hər şeyin zamana ehtiyacı var”. Onların hamısı cəmiyyət, beynəlxalq məhkəmələr qarşısında dayanmalı olacaqlar. Qəddafinin, Hüsnü Mübarəkin də milyardları var idi. Kimə qismət oldu? Xalqın pulunu xaricdə saxlamaq olmaz. Xalqı acından öldürüb, təqaüdləri, aylıq əmək haqlarını aşağı səviyyədə saxlayıb pulu xaricə köçürmək yolverilməzdir. Bunu Allah da götürməz”.

Sonda qeyd edək ki, “Neft lənəti: Neft sərvəti millətlərin inkişafını necə formalaşdırır?” kitabının müəllifi Maykl L. Ross Azərbaycanın “neft lənəti”ndən qurtulması üçün tamamilə şəffaf büdcə, xüsusilə də ARDNŞ-ın əməliyyatlarının ictimaiyyətə açıqlanmasının önəmli olduğunu bildirib. O təklif edib ki, hökumətin maliyyələşdirdiyi layihələrin auditini etibarlı beynəlxalq şirkətlər aparmalıdır və bu əməliyyatlar açıq keçirilməlidir.

Sevinc VAQİFQIZI 

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]