Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Berqmanın xəcaləti - Məmməd Süleymanov

Bölmə :
Köşə
Yazar :
Məmməd Süleymanov
Yayım tarixi :
1/8/2012 [10:35]
Baxılıb :
1965 dəfə

İnqmar Berqmanın xatirə gününü (30 iyul) onun “Xəcalət” filmi ilə qeyd etdim. O filmlə ki, insanla vəhşi heyvan arasındakı sərhədin nə qədər nazik olduğunu bir daha bizlərə sübut etməyə çalışır.

Rəngli filmlərin adiləşdiyi bir dövrdə (1968-ci il) 50 yaşlı Berqmanın ağ-qara fonda çəkdiyi “Xəcalət” üçün epiqraf kimi Bencamin Franklinin “Qəzəblə başlayan xəcalətlə bitir” kəlməsini də epiqraf seçmək olar, baş qadın qəhrəman Yevanın bu cümlələrini də: “Mənə elə gəlir ki, bunlar hamısı yuxudur. Başqasının yuxusu. Və mən orada iştirakçıyam. Görəsən, oyanandan sonra o, xəcalət çəkəcəkmi?”

Berqman sonralar söyləcəkdi ki, “Xəcalət” filminin ilkin fonu Qorxu idi. O, qorxu haqda film çəkmək, lokal bir münaqişədə, dostun harda, düşmənin harda oduğunun bilinmədiyi, bütün qaydaların dəyişdiyi və mücərrədləşdiyi şəraitdə adi insanların davranışını analiz etmək istəyirdi. Berqmanı maraqlandırırdı: Əgər faşistlər İsveçi işğal etsəydilər, şəxsən özünü necə aparardı?

Filmdən də göründüyü kimi, müharibəni və Qiyaməti illərlə gözləyirlər, onlardan danışırlar, proqnozlar qururlar, gələndə isə onlar bir anın içində gəlir. Və adi adamların tapındıqları bütün oriyentirləri öz qəfilliyi ilə puç edir. Toyuğa güllə atmağı bacarmayan Yan qorxunun təsiri altında “igidləşib” insan qatilinə çevrilir. Ekstremal şərait insanı dəyişir, yoxsa bu vəhşilik insanın elə əvvəldən təbiətində vardı və latent halda idi? Budur sual.

Sözü Berqmana verək: “Nasistlərin İsveçində mən özümü necə aparardım? Nəticəm: mən fiziki və psixi cəhətdən qorxağam. Yalnız qəzəbləndiyim anları çıxmaqla. Mənim özünüqoruma instinktim güclüdür, lakin qəzəb məni igid edə bilər. Ancaq qəzəb - bir anlıqdır, qorxaqlıq isə daimi. Bu, fizioloji hadisədir... Mən bilmək istəyirdim - hansı situasiyada biz nümunəvi sosial-demokratdan aktiv faşistə çevrilirik? Getdikcə daha çox əmin oluram ki, insana güclü təzyiqlər ediləndə, o, panikaya düşür və yalnız şəxsi mənfəətinə müvafiq hərəkət edir”.

Yəni, sonu görünməyən, məntiqi bilinməyən, xaosun hökm sürdüyü ekstremal şərait insanı insanlıqdan çıxarır. Və bir gün əvvəl dirrikdə pomidor becərən fərd çevrilib vəhşi olur.

Ancaq qorxunun gətirdiyi cinayətlər “yuxudan ayılanda” yerini Xəcalət hissinə verir. Və Berqman sual qoyur: Bəlkə fərdləri də, toplumu da növbəti fəlakətlərdən elə xəcalət hissi xilas edəcək? Mühasirədə yaşayan, vəhşiləşən (“igidləşən”) fərd normal dövrdə etdiklərinə görə utanc hissi keçirəcək və yenidən normaya qayıdacaq? Həm də ki, immunitet qazanaraq bir daha panikaya düşməyəcək? Yəni, ola bilərmi ki, xəcalət hissi yeni həyatın stimulu rolunda çıxış etsin?

Bu sualın cavabını hər kəs özü tapmalıdır. Cavab “hə” də ola bilər, “yox” da. Berqmanın qəhrəmanlarının misalında bu cavab, ehtimal ki, “Yox” formasındadır. Son səhnələrdə qəhrəmanlar özləri kimi binəsib daha bir neçə nəfərlə birlikdə adadan - müharibədən - qaçırlar. Yolda qayıqçı intihar üçün özünü səssiz-səmirsiz suya atır, qayıq çoxsaylı şişmiş cəsədlərin dövrəsində ilişib qalır. Çıxış yolu yoxdur...

İnsanın öz insanlığını saxlaması üçün yeganə şərt onu oriyentirlərin yox olduğu ekstremal şəraitə salmamaqdır. Qorxu vəhşiləşdirəcək, xəcalət yeni vəhşiliklərdən sığorta etməyəcək. Kədərli və qapqara bir nəticə.

Berqmanın adası istənilən məkan ola bilər, işğal - insanların qəlbini ələ almaq istəyən istənilən diktatura. Yan və Yeva isə - əksəriyyət...

İnsanlıq adına xəcalət...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]