Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Suriya və İrandan sonra növbə Cənubi Qafqazındır” - İnqilab xəbəri...

“Suriya və İrandan sonra növbə Cənubi Qafqazındır” - İnqilab xəbəri...
Bölmə :
Müsahibə
Yayım tarixi :
31/7/2012 [12:11]
Baxılıb :
1618 dəfə
Ramis Yunus: “Nə vaxtadək regionda Türkiyə adlı dövlət var, Kürdüstan dövləti olmayacaq”
“Elçibəydən sonra Bütöv Azərbaycan məsələsini kompleks qaldıran olmadı”

Regionda maraqlı və gərgin proseslər cərəyan edir. Xüsusilə Qərb-İran və Suriya ətrafında yaşanan olaylar ölkəmizi yaxından ilgiləndirir. Vəziyyətə aydınlıq gətirmək üçün ABŞ yaşayan azərbaycanlı politoloq Ramis Yunusla həmsöhbət olduq. 

-Ramis müəllim, Amerikalı konqresmen Deyn Rorabaher Vaşinqtonu cənubi azərbaycanlıların müstəqillik uğrunda mübarizəsini dəstəkləməyə çağırıb. Konqresmen dövlət katibi Hillari Klintona məktubunda Cənubi Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin dəstəklənməsinin vacibliyini bildirib. Bu müraciəti necə qiymətləndirirsiniz?

- Konqresmen Deyn Rorabaher Respublikaçılar Partiyasının nümayəndəsidir, nəzərə alsaq ki, bu gün ABŞ-da seçki kampaniyasıdır və bir neçə aydan sonra seçki keçiriləcək, o zaman prosesə geniş şəkildə yanaşmalıyıq. Eyni zamanda, respublikaçıların namizədi Mitt Romneyin iki gündür İsraildə olduğunu və Təl-Əviv rəsmiləri ilə görüşündə Barak Obamanın İran siyasətini tənqidini də nəzərə alsaq, konqresmenin dövlət katibinə məktubunu təsadüfü saymaq olmaz. Sadaladıqlarım o deməkdir ki, respublikaçılar bütün vasitələrdən istifadə edərək həm daxildə seçkilərlə əlaqədar xal qazansınlar, həm də xarici siyasətdə güclərini göstərsinlər. İkinci amil kimi konqresmenin məktubunu və Mitt Romneyin İsrail səfərini İrana təzyiqlərin tərkibinə daxil edirəm. Bunların ardınca Mitt Romneyin “İsrail İranın nüvə obyektlərini günü sabah bombalasa, mən alqışlayacam” açıqlamasını da təsadüfü hesab etmirəm. Hərçənd ki, Barak Obama da bu fikrin tərəfdarı olsa da, bu cür açıqlama verməmişdi. Çünki hələ sülh danışıqları davam edir və Vaşinqton sona qədər bu variantı istifadə etmək niyyətindədir. Amma Mitt Romney məlum açıqlaması ilə təzyiqləri daha da kəskinləşdirirlər. Azərbaycan da İran İslam Respublikası ilə qonşudur, tarixi-mədəni münasibətlərimizi də bura daxil etsək, baş verənləri təzyiq vasitəsi kimi qəbul etmək olar. 

- O zaman konqresmen Deyn Rorabaherin məktubu daxili siyasətə hesablanıb, nəinki İrandakı azərbaycanlıların hüquqlarının pozulmasını yenidən gündəmə gətirmək məqsədi daşıyır?

- Birinci növbədə belədir. Əgər məsələyə riyazi baxımdan yanaşsaq, 80-90 faiz dediyiniz məqsədə hesablanmış məktubdur, hələ seçki ərəfəsində namizədlərin biri-birinə o qədər ittihamlarını nəzərə alsanız, mənzərəni təsəvvür etmək çətin olmaz. Bu, istər Suriya, istər Misir, istər İranla bağlı siyasətdə olsun, hansı ki, ABŞ dövləti ön cəbhədədir. O cümlədən daxili siyasətlə bağlı Obama ilə Mitt Romney arasında mübarizə qızışacaq. Amma 10-15 faiz İrana gerçək təzyiqin təzahürüdür, çünki Mitt Romney prezident olsa, İran problemindən yayına bilməyəcək və bununla məşğul olmalıdır. Ona görə Azərbaycan bu gün Amerika üçün İrana qarşı təzyiq vasitəsi kimi də nəzərə alınır. Səbəb də odur ki, ABŞ-ın Azərbaycanla siyasi-iqtisadi münasibətləri var. Əlbəttə ki, bu gün dövlət katibi Klintona məktub yazan konqresmen Deyn Rorabaher sabah özü dövlət katibi ola bilər. Bu baxımdan Azərbaycan hökuməti baş verənləri qeyri-rəsmi qəbul etməməlidir, bizim bir məsəldə deyildiyi kimi “qızım sənə deyirəm, gəlinim sən eşit”. Bir daha deyirəm, məlum məktub ilk növbədə daxili siyasətə-seçkilərə hesablanıb, xarici siyasət amili də var. Amma o qədər də yox. 

- O zaman Siz konqresmenin məktubundakı “Müstəqillik uğrunda mübarizədə Azərbaycan xalqının qanuni haqlarının dəstəklənməsi özlüyündə nəcib əməldir. Eyni zamanda bu, Tehran üçün daha böyük təhlükədir, nəinki onun yeraltı nüvə bunkerlərinin bombalanması” fikrini necə izah edərdiniz?

- Bilirsiniz ki, İranda yaşayan azərbaycanlıların sayı ilə bağlı rəqəmlər müxtəlifdir, biri 25, başqası 30 milyon soydaşımızın olduğunu deyir. Ancaq soydaşlarımızn sayı qat-qat çoxdur, şimalda isə 9 milyondur, yəni nisbətdə götürtdükdə cənubda çoxdur. Bununla konqresmen demək istəyir ki, İranı bombalamaq, əsgəri güc tətbiq etməklə çoxlu xərcimiz çıxacaq, bunun əvəzində isə daxildəki qüvvələri ayağa qaldırmaqla vəziyyəti dəyişə bilərik. Ola bilər ki, İranda müəyyən qüvvələr azərbaycanlıların potensialından istifadı edib soydaşlarımızı bayraq kimi qəbul edərlər. Proses bu cür başlasa, Tehran rejiminin də təzyiqləri güclənəcək və bununla da proses kütləvi hal alacaq. Təzyiq deyəndə, ABŞ və dostları bütün vasitələrdən istifadəni üstün tuturlar, bombalamaq isə sonuncu həddir. Siyasi vasitələrə üstünlük versələr, İranda 100 minlərin mitinq-yürüşlərinin şahidi olacağıq ki, bu, rejimin daxildən laxlanması olacaq. 

- ABŞ-ın siyasi dəhlizlərində hansı varianta daha çox üstünlük verilir: daxildən dəyişmək, yoxsa müharibə variantına?

- Əlbəttə ki, müharibə variantına baxılmır. Mən hələ özünə hörmət edən politoloqun bu barədə danışdığını və müharibə variantına üstünlük verdiyini eşitməmişəm. Çünki hamı İranın İraq olmadığını başa düşür, heç Suriya da deyil.

- Əgər vəziyyəti daxildən dəyişməyə səy göstəriləcəksə, o zaman 25-30 milyonluq azərbaycanlıların hüquqlarına qiymət veriləcəkmi?

- Bu məsələ hər zaman gündəmdə olacaq. Məsələ ondadır ki, Vaşinqton Tehranın daxili və xarici siyasətinin dəyişməsinin vacibliyini xatırlatdı. İndi İran dövlətinin deyilən həddə nə qədər gedəcəyi sualı aktualdır. Siz yaxşı bilirsiniz ki, indiyə qədər heç bir dövlət könüllü olaraq siyasətini dəyişməyib, ərəb dövlətlərindəki vəziyyətə nəzər salaq. İran da geri çəkilməyəcək, yəni rejim dəyişməyəcək, təzyiqlərə nə qədər davam gətirəcəyini isə zaman göstərəcək. Baxın, Avropa Birliyinin qadağalarına, hesab edirəm ki, təzyiqlər davam edəcək, Amerikanın da vaxtı çoxdur, bu dövlət tələsmir, bir il də, 10 il də gözləyə bilər. Bu zaman ərzində isə İranda iqtisadi-sosial və siyasi böhran dərinləşəcək. Və proses dərinləşdikcə, Şahın dövründə olduğu kimi İran daxilən dövlət olaraq laxlayacaq. Laxlama prosesindən sonra isə İrana təzyiqlər güclənəcək və İran Suriya və Liviyanın duruma düşəcək. Xatırlayırsınızmı, İranın seçki dövründəki müxalifətini? Onlar çox güclüdür. Mən düşünürəm ki, zaman gələcək, Şahı devirdikləri kimi, klerikal rejimi də devirmək mümkün olacaq. 

- Sizə elə gəlmir ki, Qərb dövlətləri İrandakı kürdlərlə, ərəblərlə danışığa daha çox üstünlük verirlər, nəinki sayca onlardan çox olan azərbaycanlılara?

- İş ondadır ki, 30 milyonluq azərbaycanlılar icma kimi güclüdürlərmi, təşkilatlanıblarmı, xariclə işləyə bilirlərmi? Gəlin, səmimi danışaq bu məsələləri. Yaxud kürdlər İranda azərbaycanlılardan qat-qat azdır, amma strukturlaşma baxımdan bizimkilərdən öndədir. Biz isə Bakıda otura-otura Güneydəki soydaşlarımızın durumunu diqqətdə saxlaya bilmirik. Sonuncu dəfə Bütöv Azərbaycan məsələsini Əbülfəz Elçibəy qaldırmışdı, həm prezidentliyi, həm də Kələkidən gələndən sonra. Baxın, Bəyin hakimiyyətindən 20 il, ölümündən isə 10 ildən çox zaman keçib, Bütöv Azərbaycan məsələsini onun kimi qaldıran olubmu? Xeyr! Çünki Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndə, hakimiyyətinin İranın qarşısında bu məsələni qaldırmayacağı haqqında öhdəlik götürdü və indi də bu siyasət davam edir. Həmin öhdəliyin içində Azərbaycan hökumətinin İsraildə səfirlik açmayacağı öhdəliyi də var idi. Əgər siyasət bu cür aparılırsa, İrandakı azərbaycanlılar necə təşkilatlanacaq? Axı, onlara doğma Azərbaycandan da dəstək gəlmir. 

- Son bir neçə ayda İran-Azərbaycan münasibətlərində gərginlik artır, xüsusən iki gənc şairimiz hələ də girov saxlanılır və sair...

- Bilirsiniz, mən rəsmi Bakının bu gün öz istəyiylə Tehranla düşmənçilik münasibətinə getdiyinə inanmıram. Səbəblərdən biri mövcud rejimin Rusiya ilə sıx bağlı olmasıdır, ona görə Azərbaycan bu oyunlarda Vaşinqtonun yox, Moskvanın tərəfindən çıxış edəcək. Bu mənada Bakı ilə Tehranın münasibətlərinin kəskinləşdiyinə inanmıram. Əgər vəziyyət deyildiyi kimi gərgin olsaydı, biz onun xırda nəticələrini görərdik. İrandakı və Azərbaycandakı islamçıların həbsləri qlobal siyasətin tərkibi hesab olunmamalıdır. 

- Bir qədər mövzudan kənara çıxıram. Belə ki, Suriyanın XİN rəhbəri Tehrandadır və son vaxtlar vətəndaş müharibəsi gedən bu ölkənin parçalanacağı haqqında fikirlər Qərb mediasında yer alıb. Fikrinizi bilmək maraqlı olardı...

- Özünüz görürsünüz ki, ərəb dövlətlərinin hamısında, İraqdan başlamış Liviyaya qədər başlanan proseslər heç bir dövlətin parçalanması ilə nəticələnmədi. İkinci, 30-40 il diktatura rejimində yaşayan ölkələrdə bir günün içində demokratik cəmiyyət qurulmaz. SSRİ 20 ildən çoxdur dağılıb, yerində yaranan respublikalarda demokratik cəmiyyət quruldumu? Hələ proses davam edir. Suriyaya gəldikdə, ABŞ-da bu ölkənin parçalanması söhbəti getmir, Qərb diktatura rejiminin ləğv olunmasını istəyir, nəinki hansısa amerikanlının gedib orda prezident olmasını. Bəli, gələcək prezidentin ələvi, sünni, yoxsa şiə olması başqa məsələdir. Hesab edirəm ki, Suriyadan sonra növbə İrandır. İrandakı klerikal rejim dəyişdikdən sonra növbədə postsovet məkanıdır. Görürsünüz, Suriyanı daha çox Rusiya və İran dəstəkləyir. 

- Bu proseslərdə kürdləri mükafatlandıracaqlarmı?

- Nə vaxtacan Türkiyə adlı dövlət regionda var, heç zaman Kürdüstan dövləti olmayacaq. Çünki ABŞ heç zaman Türkiyəni itirmək istəməz. Bəli, hansısa siyasi dairələrin belə bir niyyəti ola bilər, amma söhbət ABŞ-dan gedirsə, istər demokrat olsun, istərsə də respublikaçı, fərqi yoxdur, müsəlman aləmində Türkiyə Amerikanın əsas strateji tərəfdarıdır. İkinci, Avropa Birliyini götürün, sosializm düşərgəsi dağılandan sonra Polşa, Rumıniya bu qurumun üzvləri oldu. İran və Suriyada demokratik cəmiyyət qurulsa, ona oxşar regional birlik yaranacaq, belə olanda hansı Kürdüstandan söhbət gedə bilər?

- Əgər İranda ABŞ-ın istədiyi demokratik cəmiyyət qurulsa, Ankaranın Vaşinqtona siyasi gərəkliyi azalmazmı?

- Bir ölkəni demokratik edəndə, o birini özünə düşmən etmirsən ki. Məgər, Çexiya, Polşa, Macarıstan, Rumıniya sosializm düşərgəsindən ayrılandan sonra Almaniya və Fransanın yerini dar etdi? Bir daha təkrar edirəm, Suriya və İrandan sonra növbə postsovet məkanını, xüsusən Cənubi Qafqazı gözləyir. Bununla da Cənubi Qafqazda Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ problemi də aradan qalxacaq. Çünki hər üç respublika Avropa Birliyinin üzvü olandan sonra sərhədlər götürüləcək, inkişaf başlayacaq. İndiki aparılan siyasət “Marşal Planı”nın davamıdır.  

Natiq CAVADLI

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]