Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Kameradan kameraya - Qara Şəhərli

Bölmə :
Köşə
Yazar :
Qara Şəhərli
Yayım tarixi :
31/7/2012 [12:07]
Baxılıb :
1648 dəfə
Əvvəllər şəklini çəkirlər, sonra məşhər ayağına çəkirlər...

Məhəmməd İmanlı ilə bağlı google-da axtarış elan etdim. Məhəmməd yazmışdım ki, bütün Məhəmmədlər “hay verdi”. Maraqlısı odur ki, əvvəlcə Məhəmməd İmanlı, dalınca da Məhəmməd Füzuli və Məhəmməd Əmin Rəsulzadə gəldi. Sonrakılara maraq göstərmədim kimlər idi. Nə fərqi var - bu, belə ölkədir. Məhəmməd yazırsan Məhəmməd Füzuli gəlir. Əvvəllər Üzeyir yazanda Üzeyir Hacıbəyli gəlirdi, indi birinci Üzeyir Mehdizadə özünü atır ortaya.

Google üçün nə fərqi var ha rüşvət üstündə tutulan Məhəmməd İmanlı, ha rüşvət haqqında “Şikayətmanə” yazan Məhəmməd Füzuli. Üstünə üstü adam Məhəmməd Əmin Rəsulzadənin yaratdığı Universitetdə professor əvəzi olub. Bu da sizə oxşarlıq! Yaxud Üzeyirlərə baxaq - biri milli musiqinin binasını yapıb, birisi isə bünövrəsini dağıdır. Nə olsun Bakı Dövlət Universitetinin üstündən Məhəmməd Əmin Rəsulzadənin adını götürüblər. Müqəddəs yer boş qalmadı, Məhəmməd İmanlının adını qoydular. Düzdür, Məhəmməd İmanlının özünü də may ayında Universitetdən “götürdü”lər. Amma adı ki qaldı Universitetin üstündə. Necə deyərlər, igidin adı qalar... 

Mən əslində başqa mövzudan yazacaqdım - dərdim açıldı deyə iki gözəlim abzas uzaqlaşdım mətləbdən. Söhbət dananı qurda yedirər (Necə ki, biz danışa-danışa Qarabağı verdik). Mən niyə Məhəmməd İmanlını axtarırdım? Eşitdiyimə görə, Abel Məhərrəmov BDU-da hər yerə kamera qoyubmuş ki, müəllimlərə, tələbələrə nəzarət olsun. Rüşvət olmasın. Yəni rüşvət yığılanda görsünlər. Noolsun ki? Guya Məhəmməd İmanlı pulu yığanda gəlib Mister Bin radarda şəkil çəkdirən tək poza verəcəkdi?! Harda rüşvət alınmırdısa, ora kamera qoydular. Nəticə çox uğurlu olub - indi Universitetin içində deyil, qıraq-bucağında alırlar. Həm də, Abel müəllim, 101 min manat, üstəgəl 79 min dollar, üstəgəl 13 min avro... nə puldur ki, onu kameraya çəkib sonra da rüşvətdir deyə müəllimi cəzalandırasan? Elə deyilmi? Ölkəmiz böyükdür - hər bir qarışında rüşvət almaq üçün böyük imkanlar, şərait var.

Yollara kamera düzdülər, yolda ölənlər artdı. Məzahir Pənahov seçki məntəqələrinə kamera qoydu - saxta mandatlar çoxaldı. Oğuzdakı otelə kamera terləşdirdilər-ölkəyə gələn turistlər hürkdü, özümüzünkülər də onlardan betər - pərən-pərən düşüb Türkiyəyə, Avropaya, Gürcüstana-filana axışdılar. Hətta Braziliyaya gedib çıxanlar var. Nəhayət, evlərə də kamera girdi. Axırı nə oldu? Prokurorlara əlavə iş yükü gəldi - kameranı kim qoyub, niyə qoyub?! Adama deyən gərək, nəyinə lazımdır kim qoyub?! Hə, belə ATV-nindi - “Çəkirəm haaa!” verilişini bərpa eləyiblər. Sonra?!

Budur, axırda gəldik Allahın evinə. Ora da kamera qoyuruq. Kamera qoyuruq görək, axundlar nə danışır? Axundlar, mollalar doğrudan da hərəsi bir avaz oxuyur. Bir molla tanıyırdım - 8-ci kilometrdə badımcan satardı. Sonra nə üstündəsə tutdular (badımcanla bağlı deyildi amma). Sonra türmədə ona nə badımcanlar göstərdilərsə, çıxdı oldu molla. Bir dəfə də yas məclisində özü deyir ki: “Camaat, mən Vosmoyda badımcan satırdım. Allahdan gizlin deyil, çəkidə vururdum. Sonra Allahın yoluna gəldim. İndi tər-təmiz, pak olmuşam” Siz də gəlin namaz qılın. Oruc tutun, fitrə-zəkat verin və sair. Vosmoyun bazarında badımcan satıb sonra “Sedmoy” kalonda dinə qurşanmış bu adam deyir (məclisdə deyir ha!): “Mən hər sübh namazından sonra cinlərin padşahı ilı danışıram, ona sözümü dedim, camaatımıza xətər toxundurmasın”. Molla Badımcanlar belədir - real padşahlarla işləri yoxdur, gücləri uydurma Cin padşahına çatır.

Bəli, axundlar, mollalar var ki, dini, Quranı qoyub belə-belə nağıllar uydurur. Cəal əmi demişkən, ağızlarına gələni danışırlar. Kamera qoymayaq nə edək? Şeyximiz və müavinləri kameraya baxacaqlar, hərzəvü-hədyan danışanları tutdurub qoyduracaqlar başqa kameraya (Necə ki, bir düşün axund, molla, hacı, məşədi var içəridə - həbsxanamız da dinə-imana gəlir!) Ya da göndərəcəklər Vosmoyun bazarına badımcan satmağa.

Qərəz. Ölkəmiz başdan-ayağa kameralaşıb. Hər yerdə kamera, hər əldə kamera. Necə deyərlər, hərəyə bir şəkil çəkək! Rəşid Şerifin bir əsəri var - biri oturub həbsxana kamerasında kontrabas çalır. Altında yazı: “Kamera orkestri”.

P.S. Mən bu ölkədə bircə dənə kamera tanıyıram ki, tək ondan fayda var - Üzeyir Hacıbəyli adına Kamera orkestri. Ki, bizi dünyaya mədəni millət kimi göstərir. Qalan kameralarda nədənsə əyri düşürük.

P.P.S. Bu yaxınlarda bir dəstə rejissorumuz da, Kərbəlayi İsmayıl demişkən, kameralarını götürüb keçdilər başqa tərəfə...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]