Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Təhsil Nazirliyinə veriləcək 8 qiyməti

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
21/6/2012 [11:27]
Baxılıb :
3165 dəfə

Klaviatura qarşısında gündəlik xəbərləşmə mərasimi keçərkən və növbəti köşəyə mövzu axtararkən mövzu öz ayağıyla yanıma gəldi. 1-ci sinfi bitirmiş oğlum yay tətili tapşırıqları kitabını qucaqlayıb, məsum baxışlarla qarşımda dayanıb məndən kömək gözləyirdi. Axı hər səhər az da olsa dərs hazırlamasa onun nə televizoru açmaq, nə də kompüterə yaxın getmək hüququ vardı: 
- Ana, buludun içində nə qədər su var?
Sualın cavabını bilmədiyim bir yana, «Mən yazı yazıram, mane olma!» deyib uşağı geri də göndərə bilməzdim. Sualın kitabdan olduğu aydın idi.
- Sən bilən nə qədər olar?
Uşaq çiyinlərini çəkdi.
- Yəqin yağış qədərdi - dedim. Bu tezliklə başqa cavab uydura bilməzdim.
Uşaq cavabı bu qədər asanlıqla aldığına sevinə-sevinə ardını yazmağa getdi. Təhsil Nazirliyinin dərslik siyasəti, yeni metodika və s. məsələlərin yalnız tənqidini oxumuşam deyən mütləq dərsliyin özünü araşdırmaq lazım idi. Kitab mən gözlədiyimdən də maraqlı faktlarla dolu idi. Yay tapşırıqları kitabı elə qurulub ki, əvvəl bir mətn verilir, şagird onu oxumalı və sonra onun əsasında verilmiş sualları cavablandırıb yazmalıdır. Buludla bağlı mətni və oğlumun cavabları mənimçün də maraqlı idi. «Su nə edir?» sualına «Su krandan axır» yazmışdı. İkinci mənə verdiyi sualın cavabı məlum. Üçüncü sualda isə «Buludlardan su yerə necə düşür?» sualının cavabı «Yağış yağır su düşür» kimi verilmişdi. Müasir metodologiyanın qiymətləndirmə üsuluna görə mənim oğlum tapşırığın öhdəsindən gələ bilməmişdi. Mətnə riayət edib «Su göylərdən axır», «Buludun içində su göllərdəki sudan çoxdur» və «Buludlar suyu damla-damla yer üzünə yağış kimi yağdırır» kimi yazmalı idi. Özümə sual verdim: Müəllim olsaydım belə şagirdin qiymətini kəsərdim, ya yox? Axı o, mətnə riayət etmək əvəzinə fantaziyasını işə salmışdı. Şəhərdə böyümüş uşaq üçün su həmişə krandan axır.
Gunahı uşağın bonuna yıxmazdan əvvəl həmin kitabdak başqa suallara bir də baxaq:
- Kitab üçün ən dəyərli varlıqlar kimlərdir?, Kimlər çox sevilir?, Hansı helikopterləri tanıyırsız?, Helokopteri havaya nə qaldırır?, Helikopteri sağa və sola nə döndərir?, Ayda gündüzlər necə olur?, Ayda gecələr necə olur?, Ayda nələr yoxdur?, Təyyarə nədər hazırlanır?, Təyyarənin hissələrini yaz?, Mühərriklər və yanacaq çənləri hardadı?, Şəkildəki təyyarənin neçə mühərriki var?, Alın təri ilə qazandığının nəyini görürsən?, Ac olanda nə ləzzətli olur?, Sənin üçün həyatda dəyərli olan nədir?, Sən sağlamlığını necə qoruyursan?, Sağlam nəsil nə deməkdir? və s. bu tipli suallar.
Uşaq üçün kimlər çox sevilir sualınnı cavabı mütləq «Uşaqlar» olmalıdı. «Hansı helokopteri tanıyırsan?» sualını izah etmək lazım gələcək. «Vertolyotdur» deyən kimi öz oyuncaqlarını sadalayacaq: pultlu, putsuz və sınıq. «Ayda gecələr və gündüzlər nə olur?», eləcə də «Sağlam nəsil nə deməkdir?» suallarında bilirəm ki, oturub ağlayacaq. Çünki bu suallara onun cavabı olmayacaq. Adətən «Dərslərini müstəqil hazırla, bizdən kömək gözləmə» deyib üstünə çımxırıram deyən 7 yaşı tamam olmamış balaca üçün ağlamaqdan başqa çarəsi qalmır. «Ayda nələr yoxdur?» sualının cavabını mən özüm bilmirəm. Amma bilirəm ki, orda axmaq dərsliklər yazan Təhsil Nazirliyi yoxdur, uşağın psixikasına fərsiz olduğunu yeridən, cavabsız suallarla onda natamamlıq kompleksi yaradan təhsil sistemi də yoxdu. Deyim ki, sonra kitabdakı mətndə eşələndim, Ayda nələrin olmadığı heç yazılmamışdı.
Verilən mətnlərdən bildim ki, sən demə təyyarə «Yüngül və sərt materiallardan hazırlanır»mış. İndə gəl bu cavabdan sonra uşağa hansı materialların yüngül və sərt olduğunu izah elə. Əlbəttə ki, bunu mən eləməliyəm, sinif rəhbəri ona kimya və fizika dərzi keçən deyil ki? Sonra Ayın Yer kürəsinin təbii peyki olduğunu izah et və bunu göy cisimləri barədə müasir fərziyyələrlə mütləq uzlaşdır. «Sağlam nəsil nə deməkdir?» sualı isə lap pikant məsələdir. Çünki uşağımı tanıyıram, nəsil vermək nədir, necə olur, hənsı yollarla və s. tipli suallarla hər şeyi öyrənməsə əl çəkən deyil.
Deyim ki, mən oğluma artıq «Kitabı yazmazlar» deyə bilmirəm. Çünki təzə metodikaya görə uşaqlar cavabları bir-başa kitabda yazırlar. Özü də hər cavaba bir sətir yer ayrılır. Birinci sinfin iri yazan uşaqları üçün bu daha bir problemdir. Çünki sətrə uzağı 3 söz yerləşdirə bilirlər. Məktəbin payladığı kitablar yalnız 4 ildən bir dəyişdirilir. Yəni gələn il kitablar artıq yararsız halda olur, çünki uşaqlar misalların cavabını dəftərə deyil, kitaba yazırlar. Kitabın birincisi olmadınsa apar tulla belə təhsili. Bütün bunlar bir yana, 1-ci sinfi bitirmiş uşaq Azərbaycanın 5 qonşu dövlətini tanımalı, milli qəhrəmanların adlarını bilməli, Naxçıvanı Azərbaycandan ayıran dövləti n adını çəkməli, prezidentini, bayrağını, simvollarını, himnini əzbər bilməli və «Qan yaddaşımız hansı ayın 20-dənə təsadüf edir?» kimi qəribə quruluşlu suala cavab yazmalıdı. Oğlumun verdiyi nəticələri bölüşmək istərdim. Təbliğatın nəticəsidir ki, o, prezidentin adını, bayrağın rənglərini və mənalarını və üstündəki simvolları artıq uşaq bağçasından bilir və cavabları düzgün da yazmışdı. Onun üçün Naxçıvanı Azərbaycandan ayıran yer xəritəyə əsasən «torpaq»dır. «Azərbaycan himninin ilk misrasını yaz» tapşırığında o bir söz yazıb: «Azərbaycaaaaaan». Çünki himn onun yaddaşına şeir şəklində deyil, musiqi kimi daxil olub.
Əgər mən hələ yayın əvvəlində onun yay tapşırığı kitabındakı cavablarını görməsəydim və o, yoxlanmamış kitabı məktəbə aparsaydı onun cavabları qeyri-məqbul sayılacaqdı. Yəni ki, mənim çoxdanışan, hər şeylə maraqlanan, rus dilini müstəqil öyrənib yad dildə artıq danışıb oxuyan, 3 yaşından kompüterin canını alan oğlum bizim Təhsil Nazirliyinin mənasız suallarına cavab tapa bilmədiyindən uzaqbaşı ortabablardan sayılacaq. Riyaziyyat kitabını vərəqləyəndə isə özümçün yeni şeylər öyrəndim. Birinci sinfi bitirmiş şagirdlər adi cədvəldən başqa barqraf və piktoqramla işləməyi, ədəd oxu və ədəd evi üzərində çalışmaları etməyi, üstəlik ehtimal nəzəriyyəsinə uyğun sualları cavablamalıdırlar. Məntiq üzrə məsələlər də öz yerində. Məntiq məsələlərin açmasını mən bu yaxınlarda internetdə İQ üzrə məsələlər edərkən özümçün kəşf etmişəm deyə oğluma kömək edə bilirəm. Bilmək istərdim mətnlərin absurdluğa qədər aparan suallarla, kosmik tədqiqatlar institutuna şagird hazırlayacaq dərəcədə mürəkkəbləşdirməklə azərbaycanlı uşaqların səviyyəsi artır, yoxsa geriləyir? Axı hamınnı zehni imkanı yüksək olmur”¦
Məndən soruşan olsaydı, buna görə Təhsil Nahirliyinə 8 yazardım. Həmin kitabdan oxuduğum lətifəyə uyğun:
Ata oğlundan soruşur:
- Oğlum, səkizin yarısı neçə edər?
- Bunu bilməyə nə var, atacan. Eninə kəssək, 2 dənə sıfır, uzununa kəssək, 2 dənə 3.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]