Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Yeni heç nə yoxdur...

Bölmə :
Köşə
Yazar :
Məmməd Süleymanov
Yayım tarixi :
21/6/2012 [11:17]
Baxılıb :
1936 dəfə

Niyə mütləqiyyət və istibdadın hökm sürdüyü ölkələrdən birində ictimai və siyasi müqavimət bir gün də olsun səngimir, başqa bir yerdə isə məzarlıq sükutu olur? Axı mənzərə eyni, şərtlər eyni, istismar eynidir? Hələ götürsən, harada yaşamaq daha dözülməzdirsə, orada daha sakitlikdir”¦
Bunu xalqların spesifikliyi və passionar fərqlərlə izah etməyə çalışmayın. Heç vaxt hansısa xalqın digərindən üstün və daha mübariz olmasına inanmamışam. Əlbət, ənənələrdə, temperamentlərdə fərq olur və var. Ancaq harada ki səhnəyə ümumbəşəri dəyərlər - Azadlıq, Bərabərlik, Ədalət - çıxır, harada ki, meydanda kütlədir, o vaxt bu fərqlər də itir. Hegelin xalqı həm də Nitsşenin və Göbbelsin xalqıdır. Fransa İnqilabının 16-cı Lüdoviki də var, «quduz» Rusu da, Robespyeri də, Mirabosu da, Napoleonu da, Fuşesi də. Bütün xalqlardakı kimi. Bütün xalqlar oxşardır. Xüsusən də ekstremal şəraitlərdə.
«Tarixi xalqlar yaradır, yoxsa şəxsiyyətlər» dilemmasında əsas önəmi şəxsiyyətlərə və onların tapındığı ideologiyaya verirəm. Şəxsiyyətlərin yoxluğunda heç bir xalq mübariz olmur. Kortəbii meydanlara axışa bilər, ancaq məntiqi son - məğlubiyyətlə. Buna nə qədər desən təsdiq var.
Ölkədə o vaxt kütləvi hərəkatlar başlayır ki, fərdlərdə bu gündən imtinanı təmin edən sabaha inam yaranır. Fərq etməz, bu inam tamamilə əsassız da ola bilər - 1988-ci ildə bizdə olduğu kimi (O vaxt üzdə olan tribunların indi haralarda olduğunu yaddaşınızı eşələyib çıxarın. Biləcəksiniz ki, inam əsassızdı). Bu inamı isə şəxsiyyətlər yaradır. Öz sözləri, əməlləri, ideyaları, həyat və ölümləri ilə. Qorxmazlıq və nümunələri ilə.
Bizdə məhz bu cür şəxsiyyətlər yoxdur.
İndiki Azərbaycanı 1970-80-cı illərin Latın Amerikası ölkələrinə bənzətmək heç də arqumentdən məhrum şıltaqlıq deyil. Diktatura, panik və total qorxu, insan haqlarının dəyərsizliyi, insan ömrünün heç nəyə dəyməməsi, saxta seçkilər və «ölüm eskadronları»... Ancaq hətta o vaxtlar da heç bir Latın Amerikası ölkəsində heç bir diktator özünü arxayın saymırdı. Çünki, müqavimət bir gün də səngimirdi. İstər siyasi, istər ictimai, istər devrim müqaviməti, istər ziyalı, incəsənət xadimləri, istər katolik kilsəsi diktatorlara qarşıydı. Argentinada Merlonun gerilyası, Braziliyada Marigellanın davamçıları, Çilidə kommunist partiyası və MİR, Peruda «Tupak Amaru» və «Sendero Lüminoso», Uruqvayda «Tupamaros», Kolumbiyada FARK, ENL, «M-19»”¦ Heç yerdə ölü sükutu yoxdu.
Üstəlik, həmkarlar təşkilatları, jurnalistlər, yazıçı və şairlər, protest musiqi, insan haqları dərnəkləri”¦
Varmı bunların bircəciyi bizdə? Yoxdur. Azərbaycanda inanmaq istəyənlər var, inanılası liderlər və ideya yoxdur. Adeptlər var, liderlər yoxdur.
Millətin mübariz ruhundan danışıb indi passionarlığın durğun fazaya keçdiyini söyləyənlər, bunun üçün də 1988-in Meydan hərəkatını misal gətirənlərə isə deyərdim - 24 il əvvəlin Noyabrı da «yuxarıdan inqilab”dı, aşağıdan yox. Meydandakı yüz minlərlə adama sadəcə statist rolu yazılmışdı. Bu adamları (içi mən qarışıq) hər gün yemək və su ilə kim təmin edirdi? - bu suala cavab axtarın. Bu gün hansısa iş adamı bir müxalifətçiyə 5 kilo un versə, onun bütün biznesini dağıdıb özünü də içəri atarlar. Bəs o vaxt? Xüsusən xatırlasaq ki, o vaxt şəxsi biznes yoxdu və Meydana daşınan bütün ərzaq dövlət müəssisələrindən gəlirdi. Deməli, dövlət özü göndərirdi.
Odur ki, o vaxtkı hadisələri aşağılar başlamamışdı, aşağılar icazəli davam etdirmişdi ( Və icazə verilənə qədər davam etdirmişdi). Deməli, o vaxtla indinin passionarlığını ölçüb müqayisə etməyə də ehtiyac yoxdur. Biz elə o vaxtkı bizik. Hər anlamda.
Bizim o vaxtımız da nümunə olmalı şəxsiyyətlərsiz və inanmalı ideyalarsız başladı. Odur ki, elə ötən əsrdə batıb qalmışıq...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]