Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Barəmdə yazılanlar hakimiyyətin sifarişidir”

“Barəmdə yazılanlar hakimiyyətin sifarişidir”
Bölmə :
Müsahibə
Yayım tarixi :
28/7/2012 [13:05]
Baxılıb :
2017 dəfə
Rüstəm İbrahimbəyov : “17 milyard manat büdcəsi olan hökumət yaşlı bir rejissorla dava edir”
Dramaturq Əli Həsənovu və “Yeni Azərbaycan” qəzetini məhkəməyə verəcək

Tanınmış dramaturq və Ziyalılar Forumunun üzvü Rüstəm İbrahimbəyovla bağlı yaranan qalmaqal böyüyür. Artıq hər gün iqtidar qəzetlərində dramaturqa qarşı hücumlar yer alır. Əslində, nə baş verir? Bu suala aydınlıq gətirmək üçün R. İbrahimbəyovun özü ilə söhbətləşdik.

-Rüstəm müəllim, hakim partiyanın mətbu orqanı olan “Yeni Azərbaycan” qəzeti Sizi korrupsiyada ittiham edib. Konkret olaraq, bildirilir ki, Kinematoqrafçılar İttifaqının balansında olan çoxlu sayda avtomobil sənədlərdə qeydiyyatda qalsa da, əslində İbrahimbəyov tərəfindən satılıb. Hətta İttifaqın “Çayka” qonaq maşınının indiyədək evlənən cütlükləri şadlıq saraylarına daşımaq üçün istifadə olunduğu iddia olunur...

- Birbaşa deyirəm ki, yalandır, “Çayka” ittifaqdadır. “Çayka”nı vaxtilə sınıq-dağılmış vəziyyətdə hökumət verib. Bu maşını təmir etdirmişəm, araşdıra bilərsiniz, hazırda qarajdadır, qonağımız gələndə istifadə olunur, ya da çəkilişlər zamanı gərək olur. İkinci, ittifaqı son 5-6 ildə özüm saxlayıram, niyə bu barədə yazmırlar? Yaxşı olardı, bu suala cavab verərdilər. 

- Bəs Kinematoqrafçılar İttifaqı Konfederasiyasının yardım olaraq ayırdığı 83 min dollar vəsaitin ittifaqın xəzinəsindən yoxa çıxması və buna görə kinorejissor Oqtay Mirqasımovun bu məsələni qaldırdığına görə Sizin hücumlarınıza məruz qalması, sonradan etiraz əlaməti olaraq qurumu tərk etməsi ittihamını necə izah edərdiniz?

- Bu da yalandır. Birinci, 83 min dolları Moskvadan mən gətirmişəm, çünki Kinematoqrafçılar İttifaqı Konfederasiyası satılanda bütün ittifaqlara vəsait paylanıb və hər ittifaq öz proporsional hissəsini götürüb. Biz də həmin vəsaiti götürmüşük və necə xərclədiyimiz haqqında sənədlər yerindədir, araşdıra bilərlər. Bir daha təkrar edirəm, mən ittifaqa 100 minlərlə dollar qoymuşamsa, 83 min dolları necə götürə bilərəm, bax, absurdluq burda axtarılmalıdır. 

- Üçüncü ittiham odur ki, 2007-ci ildə 28 May küçəsində (Dəmiryol İdarəsi yaxınlığında) yerləşən və İttifaqa məxsus olan “Şərq-Qərb” restoranı sökülüb. Fəhlələrin binanın sökülməsindən aldığı pullar Rüstəm İbrahimbəyov tərəfindən oğurlanıb...

- Bu da yalandır, çünki adıçəkilən restoran heç vaxt ittifaqla bağlı deyildi. Restoranın bir neçə sahibi olub, amma bizimlə əlaqə belə olub: festival keçiriləndə qonaqlarımızı nahara “Şərq-Qərb”ə aparırdıq. Sonradan restoran işləmədi və bağlandı. 

- O zaman İttifaqının Şəkidəki sanatoriyasının ərazisinin bir hissəsinin Sizin tərəfdən satılması, sonradan isə Kiş çayının daşması nəticəsində dağılması xəbərini yaymağınız barədə ittihamı necə izah edərdiniz?

- Şəki sanatoriyasını hökumətdən mən almışam və sənədlər də var. Nazirlər Kabinetinin bu barədə qərarı var və pul ayrılmışdı. Mən bir neçə il əvvəl kolxoz-sovxoz idarəsinə müraciət etmişdim, sonradan Nazirlər Kabineti sanatoriyanın ittifaqa verilməsi barəsində qərar çıxartdı və bizə də pul ayırdı. Bu sanatoriya fəaliyyətdə olan yeganə Yaradıcılıq Evidir. Bu gün də insanlar həmin sanatoriyada istirahət edir. Bilirsiniz, yalan olar 10 faiz, amma Şəki Sanatoriyası haqqında yazılanlar 150 faiz yalandır. 

- Seyidbəyli küçəsində kinematoqrafçılar üçün tikilən binanın Sizin və podratçı tərəfindən satılması, kinematoqrafçılara baha qiymətə mənzil təklif olunması, hətta özünüzün altı mənzilə sahib olub bunların dördünü kirayəyə verməyiniz ittihamına nə deyərdiniz?

- Bu da yalandır, çünki bina kooperativdir. Kino işçilərindən kim istəyirdisə, kvadratmetri 400 dollardan mənzil alırdı. Mən də 6-cı mərtəbədə öz hesabıma mənzil inşa etmişəm. Birinci mərtəbədə isə kinoteatr və teatr tikmişik, bu günə qədər də fəaliyyət göstərir. Bina “100 illik Fond” təşkilatının balansındadır, tikinti işini də bu qurum həyata keçirib. İkinci, həmin ərazidə bina tikmək üçün birinci mərtəbəni bizə verəndə, şərt belə oldu ki, dağılmış “Vaqif” kinoteatrını da təmir etdirək və işlədək. Kirayə müddəti də 2020-ci ilə qədərdir. Əslində bir sıra şirkətlər bu cür binalarda yaşayan vətəndaşların ödəmələrini ciblərinə qoyurlarsa, biz əksinə, teatr və kinoteatr açdıq. Buyurub, araşdırsınlar!

- Sizə olan ittihamlardan biri də “Şərq-Qərb” festivalı üçün İçərişəhərdə qonaq evi kimi tikilən binanı özəlləşdirib şəxsi mənzilə çevirməyinizdir”¦

- Məsələ ondadır ki, mən bu mənzili SSRİ dövründə almışam, o zaman heç “Şərq-Qərb” festivalının adı da yox idi. Binanı emalatxana kimi alandan 10 il sonra “Şərq-Qərb” festivalı yaranıb. İndi də Ziyalılar Forumunun toplantısı mənim evimdə keçirilir. Elə o zaman da yerimiz olmadığından “Şərq-Qərb” festivalını öz evimdə keçirirdim. Başqa bir məqam çəkdiyim “Kabusun gözü” filmi haqqındadır, bunlar anlamır ki, mübahisəyə çevirdikləri filmi öz bağımda çəkmişəm. Halbuki, başqa məkanda yer kirayələsəydim, maliyyə vəsaiti ayrılmalıydı. O filmin büdcəsi 3-4 milyon olmalıdır, mən isə 1 milyona çəkdim, onun da 200 minini fransızlar vermişdi. Yaxud filmin bəzi səhnələri köhnə mənzillərdə çəkildi, yəni xərcin az olması üçün müxtəlif yerlərdən istifadə edirdim. Yaxşısı budur ki, bir mütəxəssis tapsınlar, o zaman həmin filmin neçəyə başa gəldiyini bir neçə saata hesablayıb deyər. 

- Qəzet Sizi həm də erməni daşnaklarına sevgi münasibəti bəsləməkdə suçlayır. Konkret olaraq bildirirlər ki, Bakıda keçirilən “Şərq-Qərb” festivalının maliyyəsi hesabına aralarında daşnak partiyasının üzvü Roman Balayan və bakılı, Azərbaycan SSR-in Blanklar Nazirliyinin keçmiş əməkdaşı Rudik Avanesovun da olduğu erməniləri tədbirə dəvət etmisiniz...

- Onlar qarışdırırlar, Balayan tamam başqa adamdır. Bəli, qəzetin yazdığı Balayan bizim düşmənizdir və mən onu vaxtilə SSRİ Ali Sovetində sərt tənqid etmişəm, arxivdə var, araşdıra bilərlər. Roman Balayan isə Ukraynada yaşayır və Ermənistanla heç bir əlaqəsi yoxdur. Mən onunla 5-6 film çəkmişəm. Mən hökumətin təbliğatçılarını başa düşə bilmirəm, bəli, Ermənistan hakimiyyəti bizim düşmənimizdir, amma bu düşmənçiliyi şəxslərin münasibətinə çevirməməliyik. Bu barədə danışanda xaricdə bizə gülürlər, deyirlər ki, bunlar bütün erməniləri qırmaq düşüncəsində olan vəhşi millətdir! Qarabağın Azərbaycanda qalmasını istəyirik, orada da 100 minə yaxın erməni yaşayır, deyəndə ki, ermənilər düşmənimiz olduğundan onları məhv etməliyik, o zaman təbliğatda uduzuruq. Bu cür təbliğat axmaqlıqdır! Əgər təbliğatı quranların bir balaca ağılları olsaydı, erməniləri öz vətəndaşlarımız hesab etməli və bu barədə danışmalıydıq. İki dövlət arasında müharibə gedir, biz bu müharibəni ya sülh, ya da müharibə yolu ilə udmalıyıq ki, ərazilərimizi qaytaraq. Bu, başqa məsələ! Ancaq Moskvada bir neçə erməni sənət adamı Ermənistanın düzgün hərəkət etmədiyini deyirsə və biz onları dəstəkləmir, əksinə nifrət aşılayırıqsa, bunlar necə anlaşılar?! 

- Qəzet iddia edir ki, guya, Nikita Mixalkov Şəfiqə Məmmədiovanı təbrik edəndən sonra Siz öz sürücünüzü döymüsünüz. Bu məlumatın əsası varmı?

- Bu adi yalan deyil, dəhşətli yalandır. Əvvəla, məlum təbrik haqqında mənə deyəndə, güldüm, çünki təbrik Vaqif Mustafayevin rəhbərlik etdiyi telekanala gəlib və təbriki də o, təşkil edib. Sonradan mənə Moskvadan da dedilər ki, onun xahişi ilə təbrik teleqramı hazırlanıb. Mixalkov heç mətni belə oxumayıb. Bəli, Mixalkovla mənim çox kəskin dialoqlarım olub, bu, hamıya bəllidir. Neçə illərdir 200 nəfərdən çox görkəmli kino işçisi onun rəhbərlik etdiyi ittifaqdan istefa veriblər. 

- “Oskar” mükafatı ilə bağlı yazılanları necə qiymətləndirirsiniz?

- Bax, bu, avamlıq və savadsızlıqdır. Dəfələrlə bu məsələnin detalları barədə yazılsa da, yenə ağıllarına gələni söyləyirlər. Məsələ ondadır ki, həmin mükafat yalnız Mixalkova verilməyib. “Günəşdən usanmışlar”a “Oskar” mükafatı veriləndə yazılmışdı ki, xarici dildə çəkilən ən yaxşı filmə təqdim olunur. Ümumiyyətlə, qanunlara görə hər hansı filmin müəllifi ssenarist, rejissor, bəstəkar və prodüser hesab olunur. Beləliklə də “Oskar” həmin filmi yaradanlara çatır və qanunla da mən də həmin filmin müəllifiyəm. “Oskar”ı beş yerə bölüb evimizə apara bilmərik axı, kiminsə mənzilində qalmalıdır da. Sovet dövründə bu cür mükafatlar hökumətdə qalırdı, bu dəfə isə Mixalkov götürdü. Halbuki, təqdimat mərasimində mən də olmuşam və alqışlanmışam. Mixalkov səhnəyə qızıyla çıxdı, sonra adlarımızı çəkəndə, xüsusən mənim, əlimi qaldırdım, 6 nəfər səhnəyə necə çıxa bilər? Bir sözlə, film 5-6 adamın yaradıcılıq zəhmətidir, mükafat yalnız Mixalkova verilməyib ki. Mixalkovla mən ötən ilə qədər bir binada oturmuşuq, sonradan həmin binanı sökdülər, o zaman deyə bilərəm ki, o, mənim də kabinetimdə olurdu. Çünki vacib iş olanda aşağı düşürdü. 

- Sizin Şəhidlər Xiyabanında restoran tikmək istəyiniz və bunun üçün Rusiyadan sponsor tapmağınız barədə deyilənlər nə dərəcədə doğrudur?

- Yenə yalandır. Hazırda mənim Bayılda olan ərazimin Rövnəq Abdullayev tərəfindən zəbt olunması ilə bağlı məhkəmə gedir. Bunlar da həmin ərazini Şəhidlər Xiyabanının yeri hesab edir, halbuki, ora Bayıldır və aradakı məsafə 5-6 kilometrdir. İkinci, həmin ərazi yalnız mənə məxsus deyil, bir neçə nəfərindir və biz orada restoran yox, Kino Evi, festival kompleksi inşa etmək istəyirdik. Heç olmasa yazanda, fakta söykənsinlər də. 

- Qəzet 2002-ci ildə Moskva meriyasının Ümumrusiya Azərbaycanlıları Konqresinə bina və Azərbaycan Evinin tikintisi üçün Tverskoy-Yamskoy küçəsində torpaq sahəsi ayrılması haqqında sərəncam verildiyini, amma Sizi həmin ərazini satmaqda ittiham edir...

- Bu da yalandır. Əvvəla, şəxsən mən prezident Putinə müraciət etmişdim və o, Lujkova göstəriş verəndən sonra deyilən ərazini ayırdılar. Həmin yerə yenə də toxunulmayıb, çünki mən ərazini alandan sonra azərbaycanlı iş adamları Ağalarovu, Xəlilovu dəvət edib bildirdim ki, bu yeri 50 illiyə 1 milyona verirlər, gəlin birləşib inşaat işlərinə başlayaq. Amma onlar istəmədilər. Mən məcbur olub Azərbaycanla bağlı olan bir banka müraciət etdim, hazırda bank bu işlə məşğuldur. Axı mən bina tikən deyiləm. 

- Rüstəm müəllim, ittihamlar çox olsa da, mən əsaslarını səsləndirdim. Bütün bunları nəzərə alıb məhkəməyə müraciət edəcəksinizmi?

- Bəli, tam əmin ola bilərsiniz ki, mən qəzeti də, Əli Həsənovu məhkəməyə verəcəyəm. Çünki haqqımda birinci olaraq Əli Həsənov danışdı. 

- Kinorejissor Oqtay Mirqasımov da barənizdə sərt ifadələr işlədib, hansısa addımlar atacaqsınızmı?

- Kino mühitində hamı bilir ki, Mirqasımov xəstədir və illərlə müalicədə olub. İkinci, bu adam uzun zaman mənim əlimin altında çalışıb, son çıxışlarını başa düşmürəm. Amma bir şeyi deyə bilərəm ki, Azərbaycan kinosuna ən böyük ziyanı Oqtay Mirqasımov vurub. O, “Azərkino-video”ya rəhbərlik edəndə kinoteatrları kirayəyə verib, yaxud satıb, mebel salonları açıb və bu barədə kino işçiləri məlumatlıdır. Heç kim Azərbaycan kinosunu bu cür talamazdı ki, o, bunu etdi. Başqaları bu barədə danışmağa qorxur, ancaq mən danışanda, düşmənçiliyə başlayır.  

- Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş üzvlərinin Sizdən üz döndərməsini necə qarşıladınız?

- Mənim bu adamlara yazığım gəlir. Onların arasında bəziləri vəziyyətlərindən razıdırlar, məsələn, Oqtay Mirqasımov, çünki mən onun barəsində yuxarıda səsləndiyim faktları açıq şəkildə bildirmişəm. Şəfiqə Məmmədovaya gəldikdə, o, mənim haqqımda elə bir fikir işlətməyib. Cəmil Quliyev cavandır, başa düşürəm, vəzifə verirlər, nazir olmaq istəyir, anlamaq olar. Kimlərsə təzyiq nəticəsində ittifaqdan gedir, onları da başa düşürəm, çünki ailələri var, dolanmalıdırlar. Ancaq bu fikrimi diqqətdə saxlayın, təsəvvür edin ki, 17 milyard manat büdcəsi olan hökumət bir yaşlı rejissor və yazıçı ilə dava edir. Görürlər ki, açıq dialoq, polemika şəkilində heç nə edə bilmirlər, başlayırlar özlərinin mətbuatı vasitəsilə yalan məlumatlar yaymağa. Barəmdə yazılanları hakimiyyətin sifarişi hesab edirəm. 

- Bu gedişatın sonunu necə görürsünüz?

- Əgər xalq özünü indiki kimi aparsa, vəziyyət belə də davam edəcək. Baxın, beynəlxalq təşkilatlar son 17 ildə ölkədən 48 milyard çıxarıldığını bəyan edir, reaksiya yoxdur, yaxud hansısa məmur korrupsiyaya bulaşıb, banklar hansısa ailəyə bağlıdır, yenə susqunluq. Müxalifət və müstəqil qəzetlərdən başqa cəmiyyət qeyd etdiklərimə münasibətini bildirmir. Sükut davam etdikcə isə hakimiyyət daha azğın davranır. 2013-cü ildə seçkilər saxtalaşdırılsa, dəyişiklik olmayacaq. Ancaq tam əminəm ki, bu cür idarəetmənin sonu çox pis olur. 

Natiq CAVADLI

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]