Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Elçibəyi təhlükələrdən qoruya bilərdim”

“Elçibəyi təhlükələrdən qoruya bilərdim”
Bölmə :
Müsahibə
Yayım tarixi :
28/7/2012 [13:03]
Baxılıb :
1934 dəfə
Etibar Məmmədov: “Mən YAP-çılardan daha çox dövlət haqqında düşünürdüm”
“Prezident şəxsi təhlükəsizliyi üçün paytaxtı tərk etməməli idi”

ACP lideri, eks-spiker Rəsul Quliyevin qəzetimizə silsilə müsahibələri bəzi suallar yaratdı. Həmin sualların cavabının maraq doğuracağını nəzərə alıb bir qismini AMİP lideri Etibar Məmmədova ünvanladıq. 

-Etibar bəy, Rəsul Quliyevin qəzetimizə müsahibəsindən xəbərdarsınız. Siz onun 1993-cü ilin 17 iyununda Elçibəylə bağlı söylədiklərində qeyri-dəqiqliyə yol verildiyini bildirmisiniz. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, həmin günü səhərdən-axşama qədər bir yerdə olmuşuq və saat 10-a 10 dəqiqə qalmış Əbülfəz bəyin otağından çıxmışıq. Üçümüz bir yerdə - Heydər Əliyev, Rəsul Quliyev və mən. 

- Ancaq Rəsul Quliyev mənimlə sonuncu dəfə danışanda bildirdi ki, həmin dövrdə Etibar Məmmədovdan fərqli olaraq o, dövlət işində çalışdığından gündə 20-30 nəfərlə görüşürdü. Ola bilsin Etibar bəyin fikrində qeyri-dəqiqlik olsun...

- Bəli, Rəsul Quliyev baş nazirin müavini idi, biz prezidentlə görüşdən çıxandan sonra gedib onun kabinetində oturmuşuq və heç yerə də getməmişik. Sonra da Vaqif Axundov zəng edib məlum hadisə barəsində xəbər verib və biz Cəlal Əliyevin evinə getmişik. Çünki Heydər Əliyev o zaman orada yaşayırdı. 

- Vaqif Axundov Sizi Heydər Əliyevin yanına çağırdı?

- Məni yox, o zaman mobil telefon yox idi. Həmin vaxt Vaqif Axundov Rəsul Quliyevin otağına zəng etdi və Heydər Əliyevin gözlədiyini dedi. 

- Elçibəyin Bakını tərk etməsindən də o zaman xəbər tutdunuz?

- Bəli. Biz mənzilə daxil olanda, Heydər Əliyev mənə əsəbi şəkildə bildirdi ki, belə bir hadisə baş verib, Elçibəy Bakını tərk edib. 

- Sizə və partiyanıza olan ittihamların əsası, 1993-cü ilin 24 iyulunda prezidentin səlahiyyətlərinin alınması layihəsi ilə çıxış etməyinizlə bağlıdır. Bu barədə nə deyə bilərsiniz?

- Əvvəla, ittiham edənlər yanlışlığa yol verirlər. Mən heç zaman layihənin müəllifliyindən imtina etməmişəm və bunun da səbəbi var idi. Dəfələrlə izah olunub ki, dövlət başsız qala bilməz, dövlət başçısı öz yerində olmalıdır və Konstitusiya ilə ona həvalə olunan vəzifəni yerinə yetirməlidir. Şəxsən mən dəfələrlə Elçibəyə müraciət etmişdim ki, Bakıya qayıdıb vəzifəsini yerinə yetirsin, amma o, imtina edəndən sonra məlum layihə ilə çıxış etmişəm. İndi də düzgün etdiyimi düşünürəm. 

- Nəyə əsasən düzgün etmisiniz?

- Siz qəbul olunmuş qərarın mətninə nəzər yetirsəniz, hər şey aydın olar. Sənəddə göstərilib ki, dövlətin idarə olunmasında böyük bir boşluq yaranıb, çünki prezident Bakını tərk edib və faktiki olaraq dövlətin idarə olunmasından imtina edib. Müharibə vəziyyətində olan ölkədə də dövlətin idarə olunmaması xaosa gətirib çıxarda bilər. Ona görə də Konstitusiyaya uyğun olaraq dövlət başçısı vəzifəsinin icrasından imtina etdikdə, onun səlahiyyətləri Ali Sovetin sədrinə keçir. Dəfələrlə prezidentə gəlib vəzifəsinin icrasını etmək müraciəti olsa da, o, bundan imtina edib. 

- Niyə həmin layihəni YAP-çılar yox, məhz AMİP sədri irəli sürdü?

- Ona görə ki, mən YAP-çılardan daha çox dövlət haqqında düşünürdüm.  

- Siz iyunun 17-dən sonra Elçibəylə telefon əlaqəsi saxladığınızı dediniz, hansı söhbətlər oldu?

- Bəli, təklif edirdim ki, qayıtsın. Təəssüf ki, o, təhlükəsizliyi haqqında çox narahat idi. Mən ona təhlükəsizliyini təmin etməyə gücümün çatdığını və buna hazır oldumu bildirmişdim. Elə məlum layihədə də göstərilir ki, prezident şəxsi təhlükəsizliyini bahənə gətirərək Bakını tərk edib. Mənim fikrimcə, dövlət başçısı şəxsi təhlükəsizliyinə görə vəzifəsindən imtina etməməlidir. 

- Necə düşünürsünüz o zaman prezidentin həyatına real təhlükə var idimi?

- Onu inandırmışdılar ki, təhlükə var. 

- Kim inandırmışdı?

- Dəqiq bilmirəm, deyilənə görə ətrafında olanlar. Yəni kimsə onu inandırmışdı ki, təhlükə var, bunun qarşısını almaq da mümkün deyil. Ona görə də inandırmışdılar ki, ən yaxşı yol Bakını tərk etməkdir. Mən hesab edirəm ki, bu, ən yaxşı yol yox, ən pis yol idi. Bu gün də həmin fikirdəyəm ki, kimliyindən asılı olmayaraq, başqa adam da dövlət başçısı olsaydı, bir neçə gün öz vəzifəsini icra edə bilmirdisə, Konstitusiya işə düşməlidir. Ki, dövlət idarəsiz qalmasın. 

- Rəsul Quliyev Elçibəyi Heydər Əliyevin inandırdığını söyləyir...

- Mən bilmirəm kim inandırmışdı. Amma özlərinin də bildirdiyinə görə şəxsi təhlükəsizliyi təmin olunmadığından Bakını tərk etmişdi. 

- Sizin o zaman Elçibəyin təhlükəsizliyini təmin etmək imkanınız vardımı ki, ona paytaxta qayıtmağa israr edirdiniz?

- Bəli, imkanım olduğu üçün prezidentin qayıtmağını istəmişdim. Təəssüf ki, gəlmədi. 

- Elçibəyi qorumağa gücünüz çatardımı?

- Çatardı, çox şeyə çatardı. 

- Etibar bəy, prezidentin paytaxtı tərk etdiyindən dövlətin başsız qalmasını əsas gətirib məlum qanun layihəsini təqdim etdiyinizi deyirsiniz. Ancaq 1998, 2003-cü illərdə Heydər Əliyev vəzifəsini icra edə bilmədiyi günlər olub, bəs niyə o zaman bu cür layihələrlə çıxış etmirdiniz?

- Dediyiniz illərdə məsələ qaldırılıb, çünki Konstitusiyaya uyğun olaraq dövlət başçısı ölkəni idarə edə bilməyəndə, yəni səhhəti buna imkan verməyəndə, Ana Yasa işə düşür və belə olanda kimsə ölkəni idarə etməlidir. Bir daha deyirəm, 1998 və 2003-cü illərdə də bu barədə məsələ qaldırılıb.  

- Sizə elə gəlmir ki, AXC hakimiyyətinə daha sərt olmusunuz, nəinki YAP?

- Xeyr, sən artıq geniş müsahibəyə keçirsən, konkret sual verdin, cavabı da verdim. 

Natiq CAVADLI

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]