Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Demokratikləşmə, modernləşmə, ya demokratik modernləşmə?

Bölmə :
Köşə
Yazar :
Bahəddin Həziyev
Yayım tarixi :
21/6/2012 [10:57]
Baxılıb :
1946 dəfə
Akademik Ramiz Mehdiyevin əsərindəki bəzi mühüm məqamların şərhinə cəhdim

Azər Tac Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri , Milli Elmlər Akademiyasının həqiqi üzvü, fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyevin “XXI əsrdə azərbaycançılıq ideyası kreativ insanlar milləti kontekstində” kitabının birinci hissəsini yayıb. Çapa hazırlanan bu kitabda Azərbaycanın bu günkü durumu və gələcək inkişaf strategiyası ilə bağlı çox mühüm və maraqlı məqamlar öz əksini tapıb. 

Hillari Klintondan sonra, Sergey İvanovdan qabaq...

Obrazlı desək, bu kitabın öz dilimizdən elə...öz dilimizə “tərcümə”si cavabını axtaran bir çıx suallara aydılıq gətirib. ABŞ Dövlət Katibi Hillari Klintonun Azərbaycana səfərindən sonra və Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanovun səfəri ərəfəsində çap olunmamış kitabdan bu hissənin rəsmi dövlət informasiya agentliyi vasitəsilə yayılması təsadüf deyil. Nəzərə alaq ki, Klinton gedərkən cəsarətlə aparılan siyasi və iqtisadi islahatların ikitərəfli münasibətlərə müsbət təsir edə biləcəyi mesajını vermişdi. İvanov isə səfərindən əvvəl: “Bizi bölgədə gedən proseslər fonunda Azərbaycanın taleyi maraqlandırır” kimi açıqlamada bulunub”. Qərb Azərbaycanın daxildə və xaricdə izlədiyi siyasəti davam etdirəcəyindən, Rusiya isə əksinə, bu siyasətin dəyişə biləcəyi ehtimalından narahatdır. Ramiz Mehdiyevin kitabından hissə bu narahatlıqlara cavabdır və əsasən, ənənəvi “balanslaşdırılmış” adlandırılan xarici siyasi kursa sadiqliyi sərgiləyir, daxildə isə Rusiya modelində milli spesifikaya uyğun sayılan, Putinsayağı “idarəolunan demokratiya” konseptinə bağlılıq vurğulanır. Beləliklə, İvanova Bakıda daha rahat danışıqlar vəd olunur.
Bütün bunlarla yanaşı kitabın sırf gündəmin siyasi havasına kökləndiyini demək doğru olmaz. 
Əsərdə Azərbaycanın bu 20 illik müstəqillik tarixində yalnız inkişaf etdiyi, “irəliyə doğru” getdiyi konstatasiya olunur: “ Götürülmüş fəaliyyət xətti təkcə bir siyasi-iqtisadi strukturdan digərinə keçid istəyinin rəmzi olmayıb, həm də moderndən postmodernə, sənaye dünyasından postsənaye dünyasına transformasiya arzusunun təcəssümü idi”. Müəllif “zəruri inkişaf nöqtəsinə çatmaq üçün” görüləcək çox iş qaldığını da yazır, “inkişaf vektorunu təkmilləşdirmək, iqtisadiyyatı neft ixracından asılılıqdan azad etmək və biliklər iqtisadiyyatının, elm tutumlu istehsalatların, yüksək texnologiyaların və innovasiya sahələrinin yaradılmasına keçmək lazımdır” deyir.

Demokratikləşmə, yoxsa müasirləşmə, yaxud demokratik müasirləşmə?

Əlbəttə, bunlar çox cazibədar, mütərəqqi ideyalardır. Amma sadalananlar arasında siyasi islahatlarla bağlı müddəalara rast gəlmirik. Effektiv dövlət qurmaq müsbət ideyadır. Amma açıq cəmiyyət, xüsusilə də, ABŞ və Braziliya prezidentlərinin birgə elan etdiyi və dövlət katibi Klintonun Bakıda mini-prezentasiyasını keçirdiyi “Açıq hökümət” təşəbbüsləri haqda heç nə deyilmir. Əksinə siyasi sistemin islahatlarına dair çağırışlara və tənqidlərə: “Azərbaycan modernləşmə sıçrayışı, iqtisadi sıçrayış edir, Ermənistan tərəfindən ərazimizin iyirmi faizinin işğal edilməsi səbəbindən onunla müharibə vəziyyəti şəraitində yeni, demokratik siyasi təsisatlar təşəkkül tapır” kimi bir cavab ortaya qoyulub. Burda həm də ona işarə edilir ki, siyasi inkişafa maneələri daxili deyil, xarici amillərdə - Ermənistanla müharibə şəraitinin olmasında axtarmaq lazımdır. Bu zaman belə bir sual açıq qalır: axı necə olub ki, müharibə şəraiti məsələn, neft strategiyasının həyata keçirilməsini əngəlləməyib, yalnız siyasi islahatları tormozlayır? Belə bir mənzərə alınır: müharibə daha çox cəmiyyətin orta və aşağı təbəqələrinin azadlıqlarını məhdudlaşdırıb. Ümumiyyətlə, əsərdə “demokratikləşmə” anlayışından istifadə olunmur, bu, “modernləşmə” ilə əvəzlənir (Təsadüfi deyil ki, Britaniyanın Xarici Siyasət İnstitutu da məhz Azərbaycanda demokratikləşmənin modernləşmə ilə əvəz olunduğunu bildirir). Halbuki “demokratikləşmə” təkcə politoloji (elmi) anlayış deyil, həm də Konsitusion bir müddəa, siyasi inkişafın, Çörçilin ifadəsi ilə desək, bəşəriyyətin kəşf etdiyi ən mütərəqqi, funksional modelidir. Konsitusiyadakı “Hakimiyyətin mənbəyi xalqdır” müddəası əslində elə budur. Yəni öz Konsitusiyamızla bu yolu bəyan etmişik, odur ki, reallıqda da öz adı ilə -demokratiya deyə çağırılması məqbuldur. Modernləşmənin demokratikləşməni əvəzləməsi doğru yanaşma deyil; elə çox uzaqda yox, Yaxın və Orta Şərqdə xeyli neft ölkələri var ki, modernləşiblər, amma orada siyasi və iqtisadi azadlıqlar məhduddur və ya heç yoxdur. Avropasayağı yüksək inkişaf etmiş şəhərləri, yolları. Ən müasir tələblər səviyyəsində infrastrukturu olan bəzi ölkələrdə hələ də mütləq monarxiyalar hakimidir və insanları siyasi görüşlərinə görə amansız təqib edirlər, media boğulub, hakimiyyətin seçkilər yolu ilə dəyişdirilməsindən isə söhbət gedə bilməz. Biz Azərbaycan olaraq belə paradiqmalaramı düzlənirik? Əslində yox. Azəıbaycan Avrointeqrasiya yolunu - demokratik müasirləşməni seçib.
Yuxarıda göstərmişdik ki, əsərdə «idarə olunan demokratiya» və ya «suveren demokratiya» konsepsiyası təqdir olunub. Bu, dünyanın bəzi regionlarında artıq abrobasiyadan keçirilən «idarə olunan xaosdan demokratiyaya keçid» modelinə qarşı qoyulub. Cənab Mehdiyev yazır: «... Qlobal qeyri-sabitlik və idarə olunan xaos yaratmaq barədə müxtəlif ssenarilərin reallaşması şəraitində Azərbaycanın gələcəyi təkcə aktual məsələ deyil, həm də elə bir məsələdir ki, onu müasir gənc nəsil-fəal, əzmkar, güclü və səmərəli dövlətçilik qurmağa tam hazır olan gənclər həll etməlidirlər».
O fikir tamamilə haqlıdır ki, Azərbaycanda ağlı başında heç kəs xaosun hətta idarə olunanını belə istəmir, onu ölkəsində arzulamır, buna çalışmır və çalışmamalıdır da. Çünki kütlənin dağılıcı stixiyası, qaragüruhun, hansı tərəfdən edilməsindən asılı olmayaraq, zorakılığın tüğyanıdır. Bu, ölkənin onun başında kimin olmasından asılı olmayaraq, gələcəyinə böyük təhlükədir. Bu səbəbdən, bir daha təkrarlayaq ki, heç bir yetkin və sadiq vətəndaş idarə olunan xaos gözləmir və istəmir. İdarə olunan xaos Yaxın və Orta Şərqin bir çox ölkələrində yaranıb, nəticədə, məsələn, İraq, Əfqanıstan, hətta müəyyən mənada Pakistan kimi ölkələrdə ABŞ və onun NATO üzrə müttəfiqləri nəinki xaosu, heç həmin ərazilərdə qurduqları dövlət hakimiyyətlərini belə effektiv idarə edə bilmir. Bu, birmənalı məsələdir. Ancaq Azərbaycan cəmiyyətinin idarə olunan xaosu istəməməsi o demək deyil ki, o idarə olunan demokratiyanı da sonadək alqışlayacaq. Bunu Azərbaycan hakimiyyətinin ən əsas ideoloqu olan şəxs də təhlil etməmiş deyil. 

Azərbaycanda hansı nəsli formalaşdırmaq istənilir?

Əsərdə yeni - kreativ nəsil haqda danışılır. Kreativlik yaradıcı başlancısdır; fərdin inkişafı əngəlləyən ənənəvi üsul və metodları rədd etməsi, statik sistemlərdə problemlərin həllinə qeyri-standart yanaşmadır. Ancaq dərindən təhlil etmədən belə, görmək olar ki, bu mütərəqqi ideya reallıqda heç də lazım olan səviyyədə dəstəklənmir; məqalələrdə, çıxışlarda, kitablarda qalır. Amerika psixoloqu Abraham Maslou yazırdı ki, kreativlik yaradıcı başlanğıc olaraq «təbiətən hər bir insana xasdır, ancaq əksəriyyət onu konkret tərbiyə, təhsil sistemlərinin, sosial siyasətin təsiri altında itirir». Bu fikrin işığında Azərbaycandakı tərbiyə, təhsil sisteminə, sosial siyasət izləniminə baxaq, bu təhsillə, bu yanaşmalarla kreativ insan nəsli yetirilərmi? Akademik Ramiz Mehdiyev əvvəlki məqalələrindən birində haqlı olaraq, demişdi ki, dövlət öz strukturlarında işə qəbul etmək üçün normal səviyyədə bir hüquqşünas tapa bilmir. Ədbəttə, tapa bilməyəcəkdər. O zaman hüquqşünas adı ilə əsasən yararsız məhsul buraxan bir universitetin rektoruna nədən bu qədər titullar, mandat verilib, «Şöhrət»ləndirilib - anlamaq olmur. Xaricdə təhsil alıb Vətəninə qayıdanlara hələ də dövlət diqqəti yüksək deyil; onlar əsasən xarici şirkətlərə, təşkilatlara üz tutur, yaxud da ölkəni tərk etməyə çalışırlar. Neft kapitalını insan kapitalına çevirmək gözəl şüardır. Amma reallıqda bir çox hallarda insan kapitalının neft kapitalı altında qalıb əzildiyini görmək də mümkündür.
Cənab Mehdiyev daha sonra yazır: «Yeni yüzilliyin birinci onilliyi dünyada xalqların həyatının bütün sahələrini əhatə edən ciddi transformasiyalara dəlalət edir. Cəmiyyətlərin formalaşması problemlərinin həllində əvvəlki yanaşmaların potensialı artıq tükənmişdir. İndi güclü inkişafa stimul yaradan yeni innovasiyalı metodlar və mənbələr tələb olunur. Baş verən qlobal dəyişikliklər millətlərdən mütəşəkkillik, intizam və salamat qalmaq, dövlətin rəqabət qabiliyyətini təmin edə biləcək yeni sosial-iqtisadi forma və dəyərlər yaratmaq üçün səmərəli yollar axtarmağı tələb edir. Bu hədəflərə nail olmağın lokomotivi qismində millət özü çıxış edir, onun intellektual səviyyəsi və yaradıcı qabiliyyətləri yeni dəyişikliklərə müvafiq olaraq təkmilləşdirilməlidir”.

Millət xarici təhdidlərə qarşı müqavimətə çağırılır

Dövlət əsasən xaricdən gələn, inkişaf üçün daxildə zəmin axtaran bəzi meyllərə qarşı tək hakimiyyətin deyil, bütövlükdə millətin dayanmalı olduğunu, bu meyllərin qəbuledilməzliyini vurğulayır. Yəni idarəolunan xaosun dövlətdən də öncə milləti təhdid etdiyini, millətin əsas problemi olduğunu, buna müqavimətin vacibliyi vurğulanır. Dövlət məsuliyyəti cəmiyyətlə bölüşür, yaxud yaxşı tərəfdəb baxanda, cəmiyyəti qlobal təhlükələrə qarşı mübarizədə əməkdaşlığa çağırır. Bu. Hobsun ictimai müqavilə nəzəriyyəsinə tam uyur, milli dialoq çağırışıdır. Bu zaman ortaya sual çıxır: ölkənin öz içində azad rəqabət mühiti olmasa, dövlətin dünyada rəqabət qabiliyyəti necə qfhflskfğfu, kim yaradacaq? Bu zaman yalnız “insan resurslarına, təbii resurslara, yaradılmış sosial-iqtisadi və mənəvi bazaya, təbii-coğrafi şəraitə güvənməklə” (və yalnız güvənmıklı!) çağdaş cəmiyyət formalaşdırmau olarmı? Güvənməklə yanaşı iradə ortaya qoymaq da, inkişaf üçün mütərəqqi modelləri, dəyərləri, paradiqmaları əxz edib tətbiqinə yol açmaq gərəyi də var axı. Amma əsər bizə nə deyir: “Bu erada bir dövlət deyil, bir sıra dövlətlər hökmranlıq edəcək və cazibə mərkəzi tədricən Qərbdən Şərqə doğru dəyişəcəkdir. Azərbaycanın dəyəri və bənzərsizliyi ondan ibarətdir ki, o, Avropa ilə Asiyanın qovuşduğu məkanda yerləşir, buna görə də o, milli inkişaf strategiyasında sivilizasiyaların təcrübəsindən öz xeyrinə bacarıqla istifadə etməlidir”.
Əlbəttə, kimdə yaxşı nə varsa, götürmək, tətbiq etmək lazımdır. O da bir reallıqdır ki, Azərbaycan demokratikləşmə sürəcini aparmaq üçün Avropa Şurası, sabit və təhlükəsiz şəraitdə birgəyaşayın fundamental prinsiplərini bərqərar etmək üçün ATƏT qarşısında öhdəlik götürüb, Avropa İttifaqı ilə «Şərq Tərəfdaşlığı Proqramı», «Qonşuluq Siyasəti» çərçivəsində də konkret öhdəlikləri var. Bir sıra beynəlxalq konvensiyalara qoşulub. Yəni sivil dünyanın dəyərlərini qəbul etdiyinə dair müqavilə bağlayıb, əməl edəcəyinə vəd verib. Bunları yerinə yetirməklə Azərbaycan sivil, demokratik bir dövlət və cəmiyyət quruculuğunu başa vurmuş olacaq. Şərq böyükdür və həmin sadaladığımız öhdəlik sənədlərində, konvensiyalarda ehtiva olunan dəyərləri biz təzədən Şərqdə Yaponiyadan, Cənubi Koreyadan, Sinqapurdan... istəyəkmi? Buna ehtiyac yoxdur. O halda insan haqlarını total məhdudlaşdıran Çindən, dini və siyasi eretikləri qaldırıcı krandan asıb qətl edən İrandan, ya da törətdikləri əmələ görə təbəələrinin əlini, qolunu... kəsən Səudiyyə kralından nə götürəcəyik? Bir deyil, bir neçə dövlətin hökmranlığı mütləqmi bizi həmin bir neçə dövlətdən dəyər idxal etməkdə yükümlü edir? 
Bu suala növbəti sitatda cavab var: «Azərbaycanın milli strategiyası ölkənin ərazi bütövlüyünün bərpa edilməsinə, dövlət müstəqilliyinin və xalqın təhlükəsizliyinin möhkəmlənməsinə, müasir dövlət, müasir iqtisadiyyat və müasir cəmiyyət yaradılmasına yönəlmişdir. Bu halda yadda saxlanması zəruri olan ən başlıca məsələ budur: Azərbaycan ərazisinin nisbətən kiçik ölçülərini və əhalisinin sayının az olmasını (Rusiya və İranla müqayisədə) keyfiyyət və texnologiya baxımından üstünlüyə nail olmaqla kompensasiya etməlidir». 

Prezident hakimiyyətinin gücləndirilməsi necə əsaslandırılıb?

Yanlış anlamadıqsa, Rusiya və İranla müqayisədə çatışmayan güc komponentlərini «keyfiyyət və texnologiya baxımdan üstünlük» kompensasiya edəcək? Türkiyənin adı çəkilmir. Belə alınır ki, biz öz inkişaf strategiyamızı qurarkən birinci növbədə avtoritar Rusiyanı və klerikal iranı örnək seçirik və onlara çatmaq, özümüzdə olmayanı onlardan almaq, onlarda olmayanı özümüzdə yaratmaq barədə düşünəcəyik. Bu arada əsərdə Azərbaycanın dünyəvi dövlət kimi öz seçimini etməsi haqda yazılanlar İran tipli ölkələrə cavabdır; bu, Azərbaycanın Konstitusiyasının əsas müddəalarındandır və müəllifin haqlı olaraq, dediyi kimi, strateji seçimidir. Yəni İrandan gələn şəriət «demokratiyası» yaratmaq ideyası və cəhdləri rədd edilir; bu, cəmiyyətin çoxluğunun da mövqeyinə uyğundur. Bununla yanaşı əsərdə Rusiyadakı kimi siyasi sistemin güclənməsi hədəfi də bəlirlənib: «Qızıl milyard” dövlətlərinin təcrübəsi göstərir ki, ölkənin innovasiyalı modernləşməsi məsələlərinin həllinin, müasir cəmiyyət quruculuğunun daha bir mühüm amili sosialyönümlü liberal iqtisadiyyatın, sosial ədalətin və güclü prezident hakimiyyətinin mövcud olmasıdır. Güclü milli liderin təşkilatlandırıcı və istiqamətləndirici rolu olmadan ölkəni inkişaf etmiş dövlətlər sırasına çıxarmaq üçün göstərilən bütün cəhdlər uğursuz ola bilər».
Ümumilikdə götürdükdə, dünyada hökumətlərin parlamentlərə nisbətən daha güclənməsi prosesi bir zamanlar intensivləşmişdi. Prezident hakimiyyəti olan ölkələrdə hökumətin parlamentə təsiri böyükdü; Azərbaycanda da prezidentin parlamenti buraxmaq səlahiyyəti vardı, parlamentdə hakim partiyanın statik çoxluğu oturuşdurulduqdan və bəzi hüquqi-siyasi prosedurlar-reallıqlar qərarlaşdıqdan sonra bu səlahiyyətdən imtina edildi, ancaq yenə də parlament üzərində prezidentin iəsiri böyükdür. Amma son zamanlar hakimiyyətin daha da mərkəzləşdirilməsi, mərkəzi və yerli nümayəndəli strukturlar üzərində dövlət başçısının nəzarətinin artırılması prosesi davam edir. Ümumən, güclü prezident hakimiyyəti konsepsiyasına uyğun olaraq 2002-ci ildə və 2009-cu ildə Konstitusiya dəyişiklikləri olub, bir sıra Konstitusiya qanunları qəbul edilib. Ölkənin siyasi sisteminə hüquqi-inzibati nəzarət Prezident hakimiyyətində daha da cəmləşdirilib. İşca hakimiyyəti ilə bağlı son əsasnamə, ölkənin inzibati-ərazi quruluşunda dəyişikliklər və sair də bu qəbildən olan addımlardır ki, sözügədən əsərdə bunlar indiki situasiyada - bölgədə təhdidlər ardığı məqamda prezident hakimiyyətinin gücləndirilməsinin vacibliyi ilə əsaslandırılır.  

İlham Əliyevin üçüncü prezidentliyinə dair

Əsərin birinci hissəsinin sonuncu mesajı da çox mühümdür: Ramiz Mehdiyev öz kitabında İlham Əliyevin yenidən hazırkı hakim siyasi elitanın, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi olacağını ortaya qoyur. Prezident öz müsahibələrindən birində demişdi ki, əgər xalq onun siyasətini dəstəkləsə, bunun davamını istəsə, yenidən namizədliyini verəcək. Ramiz Mehdiyev də öz əsərində məhz bunu vurğulayıb ki, İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlişi ölkənin tarixində «dönüş nöqtəsi», «Azərbaycanın inkişafı problemlərinin yeni, innovasiyalı dərkinə keçid» olub. Odur ki, bu məntiqlə İlham Əliyevin yenidən prezidentliyə namizəd və yeni Konstitusion müddətə dövlət başçısı olacağı mübahisəsiz görünür. Ramiz Mehdiyevin əsəri əslində ən çox onu əsaslandırmağa yönəlib ki, niyə Azərbaycan Qərb bir yana, hətta daha çox siyasi modelləşmə əxz etdiyi Rusiyada kimi siyasi rokirorkaya getmir, hazırkı dövlət başçısının üçüncü müddətə hakimiyyətdə qalmasını istəyir. Beləliklə, əsər hakimiyyətin 2013-cü il və ondan sonra gələcək dövr (mətndə göstərildiyi kimi, 30-40 il) ərzində izləyəcəyi siyasətin təqdimatıdır.

P.S. Akademik Ramiz Mehdiyev ölkənin hazırkı durumu və gələcək inkişafı, hakimiyyətin seçdiyi strategiyalarla bağlı təhlilləri, konseptual yanaşmaları özündə əks etdirən bir çox belə kitabların və məqalələrin müəllifidir. O, müəllif olaraq həmin əsərlərin ictimai müzakirələrini dəstəkləyir və bizim şərhimiz də həmin diskussiya ehtiyacı və mədəniyyəti baxımından bir cəhddir. Şübhə yoxdur ki, əsərin bu hissəsi, eləcə də, kitab tam olaraq işıq üzü gördükdən sonra daha ətraflı və peşəkar diskssiyaların predmeti olacaq.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]