Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Məscidlərdə hərzəvü-hədyan danışılmamalıdır”

“Məscidlərdə hərzəvü-hədyan danışılmamalıdır”
Bölmə :
Müsahibə
Yayım tarixi :
28/7/2012 [12:47]
Baxılıb :
1153 dəfə
Hacı Mirəziz Seyidzadə: “Bu qaydaya uyğun gəlməyən axundlar bazarlarda göyərti satacaqlar”
“Onsuz, bizim də xəbərimiz olmadan hər şeyə nəzarət edirlər, mənim özümə də”

Son günlərin ən çox dartışılan mövzularından olan, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) “vahid xütbə” təklifi aktuallığını itirməmiş, gündəmə yeni bir “bomba” düşdü. Şeyxülislam Hacı Allahşükür Paşazadənin səlahiyyətli nümayəndəsi Sədi Axundzadə QMİ-yə təklif edib ki, bütün məscidlər internetləşdirilsin və xütbələr videolentə yazılsın. “Mənim təklifim odur ki, bütün məscidlər internet vasitəsilə bir-biri ilə əlaqələndirilsin. Lap canlı bağlantı olsun ki, nəzarət etsinlər, baxsınlar ki, məscidlərdə xütbələrdə nələrdən danışılır, nə iş gedir və sair”, -deyə Axundzadə bildirib.

Beləliklə, müstəqil dini araşdırmaçıların, mətbuat nümayəndələrinin potensial təhlükə kimi dəyərləndirdikləri proses başlayır. Ekspertlər hesab edirlər ki, bu addım məscidlərin, axundların və oralara toplaşanların tam nəzarət altına alınması deməkdir. Ki, artıq möminlər hansısa məsciddə “yad fikir” eşitməsinlər. Məhz, “vahid xütbə” ideyası da bunun başlanğıcı kimi qiymətləndirilir.

Qeyd olunan dəyərləndirmələrə baxmayaraq, indiyədək həmin iddialara QMİ-dən geniş bir izah verilməmişdi. Bu səbəbdən, İdarənin səlahiyyətli şəxslərindən birinin izahatını öyrənməyə ehtiyac duyduq. Beləliklə, Qafqaz Müsəlmanları İdarəsi Fətvalar Şöbəsinin müdiri, İlahiyyat üzrə fəlsəfə doktoru Qazi Hacı Mirəziz Seyidzadənin “Bizim Yol”a müsahibəsini təqdim edirik.

- Hacı, gündəmi çalxalayan “vahid xütbə” söhbəti nə məsələdir? Axundların hamısına eyni xütbə mətni göndərəcəksiniz ki, hamı eyni mətni oxusun.

-Xeyr! Biz onlara mövzu verəcəyik ki, filan mövzuda danışsınlar. Qafqaz Müsəlmanları İdarəsinə tabe olan bütün məscidlərin cümə xütblərinin mövzuları bizim tərəfimizdən müəyyən ediləcək və həmin məscidin axundu, icmanın rəhbəri o mövzu ətrafında danışacaq. Yəni, biz onlara xütbə mətni göndərməyəcəyik, sadəcə mövzu verəcəyik. Hər bir axund da da həmin mövzunu öz dünyagörüşü, elmi imkanları, düşüncə tərzi səviyyəsində xalqa çatdıracaq. 

- Belə başa düşdüm ki, siz axundlara göstəriş verəcəksiniz ki, tutalım bu həftə “Quran”ın “Nur” surəsindən danışsınlar və onlar da həmin surəni öz bildikləri formada izah edəcəklər...?

- Surə deyəndə, ayə olur da... Bir ayə, iki ayə, onun mahiyyəti və sair. Məsələn, bir gün namaza aid, sonra oruca aid, bir gün zəkata aid, bir gün Həcc mərasiminə aid və sair. Ümumiyyətlə, hər cümənin öz xütbəsi olacaq, mövzunu biz verəcəyik, onlarsa öz düşüncəsində çatdıracaqlar. 

- QMİ-dən qeydiyyatdan keçmiş nə qədər icma var?

- Səhv etmirəmsə, 2 minə yaxındır. 

- Onların hamısına eyni mövzu göndəriləcək, yoxsa fərqli mövzular olacaq?

- Eyni mövzu olacaq, amma insanlara çatdırılma forması fərqli ola bilər. Axund mövzu üzrə danışmalı, sonra isə danışdıqlarını yazılı surətdə bizə gətirməlidir ki, görək nə danışıb. Bu, elə-belə iş deyil ki! Nə danışıbsa, yazılı formada bizə təqdim edəcək və biz də analiz edəcəyik ki, görək bu axundun bilik səviyyəsi necədir, mövzuları xalqa çatdıra bilirmi, savadı çatırmı, yoxsa ağzına gələni danışır. Biz çalışırıq ki, axundlar yüksək savada məlik olsunlar. Əgər bacarmırlarsa, gedib otursunlar evlərində, başqa işlərlə məşğul olsunlar. 

- Siz onların nə danışdığını nəzarətdə saxlamaqla, insanların düşüncəsinə təsir etmiş olmursunuzmu? Bu, bir dini sensura sayılmırmı?

- Allah-Təala bizə ayələr göndərib, deməli onları elə-belə göndərib? Bizim yaşayış tərzimizi müəyyənləşdirir. Hər şeyin qanunu olmalıdır: oruc necə tutulmalıdır, maşın necə sürülməlidir, həkim xəstəni necə müalicə etməlidir - hamısının qanunu olmalıdır. Bu qanunlar da yuxarıdan tənzimlənir. Allah bizə hökmlər göndərib və biz də qanunauyğun şəkildə həmin hökmləri insanlara çatdırmalıyıq. Biri talışca çatdırır, biri başqa dildə çatdırır... Amma çatdırmalıdır. Biz çalışırıq ki, axund Allahın buyruqlarını xalq qanunamüvafiq formada çatdırsın, hərzəvü-hədyan danışmasın. 

- Siz fərqli izah edirsiniz, amma istər xütbələrin mövzusunun İdarə tərəfindən müəyyənləşməsi, istərsə də məscidlərə kamera quraşdırılması dini etiqad azadlığının məhdudlaşdırılması kimi dəyərləndirilir...

- Kim necə dəyərləndirir, dəyərləndirsin, özü bilər. Biz axundların səviyyəsini yoxlamaq üçün bu addımı atmaq istəyirik. Kimsə İslama xidmət göstərmək istəyir, işini layiqli görsün, yoxsa gedib başqa işlə məşğul olsun. Məqsəd budur. Lakin, necə nəticə verəcəyini gələcək göstərəcək. 

- Dediyiniz kimi, qayda-qanuna riayət etməyən, mövzuları lazımi formada çatdırmayan axundların aqibəti necə olacaq?

- Bazarlarda göyərti satacaqlar. Əgər sən işi bacarmırsansa, burda nə işin var? Hər il İslam Universiteti nə qədər mütəxəssis hazırlayır. Bacarmırlarsa, daha o universitet nə üçündür? Hər kəs işinin öhdəsindən layiqi ilə gəlməlidir. 

- Mövzuları kim müəyyənləşdirəcək?

- Mövzular artıq müəyyənləşib. Qazilər Şurası tərəfindən müəyyən olunub. 

- Azərbaycanda şiə və sünni məscidləri var. Eyni mövzular onların hamısını qane edəcəkmi? Bəlkə heç uyğun gəlməyəcək...?

- Şiənin dini başqa, sünninin dini başqa deyil ki... Namaz namazdır, oruc oruc orucdur. Biri namazda əlini belə qoyacaq, o biri başqa cür. Başqa bir dəyişiklik yoxdur. Mən onun məzhəbinə hörmətlə yanaşıram, o da mənim məzhəbimə hörmətlə yanaşmalıdır. Davamız, ayrı-seçkiliyimiz yoxdur. Heç bir problem olası deyil. Bilirsiniz, bir var axund nağıl danışsın, həcv oxusun, bir də var dünyada gedən prosesləri təhlil edə bilsin, emli fikir səsləndirsin. Əlbəttə ki, ictimai axundu, imamı, mollanı hamı sevər, nə danışdığı anlaşılmayanı isə heç kim qəbul etməz. 

- İctimai axund dediniz. Bildiyimə görə, cümə xütbələrinin bir mahiyyəti də ölkədə və dünyada gedən ictimai-siyasi proseslərə münasibət bildirilməsidir. Məsələn, siz mövzu verəcəksinizmi ki, bu cümə ölkədəki ictimai-siyasi məsələlərdən danışılsın?

- Biz axundların ağzının qıfılı deyilik. Ayəni verdikdən sonra, nə danışacağı qalacaq öz ixtiyarında. İstər ictimai-siyasi mövzuda danışar, istər başqa mövzuda. Onsuz da danışdıqdan sonra nə danışdığı yoxlanacaq. Ki, görək yaxşı danışıb, yoxsa pis. Bu qayda onun üçündür. O ki qaldı, siyasi məsələlərə, biz siyasətə qarışmırıq, dinin təbliği ilə məşğuluq və hər kəs öz düşüncəsində müstəqildir.

- Vahid xütbə təklifinin ardınca, Qafqaz Müsəlmanları İdarəsində yeni bir fikir səsləndirildi ki, məscidlərdə videokamera quraşdırılsın və cümə xütbələri lentə alınsın. Burada məqsəd nədir?

- Məsələ ondan ibarətdir ki, danışıqlar yazılsın. İmkan varsa, video lentə, imkan yoxdursa audio lentə köçürülsün. Məqsəd odur ki, həm axundun özü üçün müsbət haldır, nə danışdığını, necə danışdığını yoxlasın. Həm də yuxarıda qeyd etdiyim kimi, biz icma rəhbərlərinin, imamların səviyyəsini yoxlayaq.

- Amma, bəzi ekspertlərin fikrincə, bu göstəriş hakimiyyətdən gəlib ki, məscidlər, axundlar və ora yığışanlar nəzarətdə saxlanılsın...

- Belə bir iddia yanlışdır və hansısa göstərişdən söhbət gedə bilməz. Amma axund sözün düzünü deməlidir, yaşamağı bacarmalıdır. Onsuz da hər kəs halalın, haramın nə olduğunu bilir. Axund özündən nəsə çıxarmayacaq ki. Bu, nəzarət demək deyil. Onsuz da lazım olsa, bizim də xəbərimiz olmadan hər şeyə nəzarət edirlər. Şəffaf şəkildə. Mənim özümə də nəzarət edirlər, başqasına da. Nəzarətsiz yaşayış yoxdur ki.

- İdarənizdə qeydiyyatdan keçməyən dini icmalarla münasibət necə olacaq - onlara da xütbə mövzusu göndərəcəksiniz?

- Xeyr, onlar bizə aid deyil.

- Məsələn, “Əbu-Bəkr” məscidi sizdə qeydiyyatdan keçibmi?

- Deyəsən, o məscid ləğv olub.

- Bu qaydanı nə zamandan tətbiq edəcəksiniz?

- Artıq göstəriş verilib. Bəzi məsələlər müəyyənləşdiriləcək və inşallah yaxın müddətdə - Ramazandan sonra tətbiq edilməyə başlanacaq.

Tural TALEHOÄžLU

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]