Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Onların canı, malı, namusu bizə haramdır”

“Onların canı, malı, namusu bizə haramdır”
Bölmə :
Müsahibə
Yayım tarixi :
27/7/2012 [12:37]
Baxılıb :
1420 dəfə
Hacı Qamət Süleymanov: “Azərbaycanda dini cərəyanın hakimiyyətə gəlməsi üçün zəmin yoxdur, amma...”
“Vahid xütbə ideyasının tətbiq olunmasında problem görmürəm”

Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) yenə hamımızı şaşırtdı. İdarənin gündəmi əməlli-başlı qarışdıran “vahid xütbə” ideyası həm din xadimləri, həm araşdırmaçı ekspertlər, həm də ictimai-siyasi dairələrdə təəccüb qarışıq narahatlıq doğurdu. İdeyanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən də dəstəklənməsi “suyu daha da bulandırdı”. 

Ayrıca, fərqli məzhəblərin, dini cərəyanların mövcud olduğu ölkəmizdə “vahid xütbə”, yəni “eyni cür düşünmə” təklifinin ortaya atılması xeyli ziddiyyətli suallar da doğurdu. Bu mənada QMİ rəhbərliyi ilə fərqli əqidəni paylaşan icma rəhbərlərinin də məsələyə münasibəti maraq kəsd edir. Məsələn, vəhhabilər kimi tanınan və özlərini sələfi cərəyanının davamçısı sayan dindar kəsimin mövqeyi. Həmin icmanın Bakıdakı məscidinin (fəaliyyəti məhdudlaşdırılan “Əbu-Bəkr” məscidi) imamı Hacı Qamət Süleymanovla söhbətimizə də bu suallarla başlayıb, başqa mətləblərlə davam etdik.

- Bildiyiniz kimi, Qafqaz Müsəlmanları İdarəsi “vahid xütbə” ideyasını ortaya atdı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu fikri dəstəklədi. Ki, ölkədəki bütün məscidlərdə eyni cümə xütbəsi oxunsun. Bu təklifin mahiyyəti şəxsən bizə çatmadı, bir icma rəhbəri kimi Sizə çatırmı?

- Bu qayda bəzi ölkələrdə tətbiq olunur. Məsələn, hazırda Birləşmiş Ərəb Əmirliklərində vahid mövzu seçilir və göstəriş verilir ki, cümə günü bütün məscidlərdə həmin mövzudan danışılsın. Yəni, mən burda bir problem görmürəm. Nəsə ciddi təsiri yoxdur.

- Axı, bütün din xadimlərinin elmi səviyyəsi eyni deyil və vahid mövzu kiməsə anlaşılmaz gələr bilər. Ayrıca, xütbə düşüncə məhsuludur, insan düşüncəsini necə şablona salmaq olar?

- Mənə elə gəlir ki, təklifi səsləndirənlər nəsə formasını da tapa bilərlər. Ümumiyyətlə, xütbənin özü deyil, mövzusundan söhbət gedir. Yəni, hansı sahədən danışmaq məsələsidir. Amma, düzdür, ölkəmizdə ayrı-ayrı rayonlar, kəndlər üzrə fərqli düşüncə var və bu baxımdan Dini İdarə çətinlik çəkəcək. Geniş mənada isə ciddi problem görmürəm.
- Bu qərarı bəzi din xadimləri, ekspertlər dini etiqad azadlığının məhdudlaşdırılması kimi dəyərləndirirlər. Sizə də elə gəlmir, bəs?

- Xeyr, mən belə düşünmürəm.

- Digər ziddiyyətli bir məqam var. Azərbaycanda fərqli məzhəblərdən olan icmalar var, məsələn, əhli sünnə, əhli şiə və s. Bunların xütbələrində fərqli-fərqli mövzulardan danışılır. Hamısına eyni xütbəni oxutmaq mümkün olacaqmı?

- Məncə, xütbələri konkretləşdirməyəcəklər, sadəcə mövzu müəyyənləşdirəcəklər ki, tutalım, bu cümə namazdan danışılsın və hamı namazdan danışacaq. Yaxud gələn cümə oruc mövzusu olacaq ki, hamı orucun fəzilətindən, qaydasından danışacaq. Düşünürəm ki, bu formada olar, bunda da problem yoxdur.

- Bax, Siz sələfi icmasının imamısınız. Ki, sizinlə şiə camaatının tamam fərqli əqidəyə sahib olduğu sirr deyil. Tutalım, Sizə mövzu göndərirlər ki, Kərbəladan danışın...

- Mən əhli-beyt haqda dəfələrlə danışmışam. İmam Əli, Həsən, Hüseyn barədə çox danışmışam. Əlhəmdülillah, fərqi yoxdur.

- Siz bilirsiniz, mən kimləri və nəyi nəzərdə tuturam. Hamınız bunu həzm edə biləcəksinizmi?

- İndi kim edəcək, kim etməyəcək... Hər halda elə danışacağıq ki, uyğun gəlsin. Problem olmaz.

- Söhbətin yönünü son günlərin daha bir aktual mövzusuna çəkmək istəyirəm. Şəmkirdə yaşanan olaylardar xəbərdarsınız, yəqin...

- Xeyr, mən 10-15 gün idi, ölkədə deyildim. Nolub ki?

- Elə 10-15 gün olar ki, Şəmkirdə bir vahimə yaşanır. Bir və ya bir neçə insan gecələr evlərə girərək, qadınları yaralayır, hətta öldürürlər. Şahidlər vasitəsilə onların fotorobotları da hazırlanıb. Deyilənə görə, tam sələfi tipində olan - uzun saqqallı, qısa şalvarlı, xırda bığları olan insanlardır...

- Bu haqda ilk dəfə Sizdən eşidirəm, xəbərim yoxdur. Bilirsiniz, uzun saqqallıların hamısı sələfi deyil. Sələfilər saqqal saxlayır, bu dini əmələ riayət edirlər. Amma tək saqqalı sələfilər saxlamır ki... Kimsə saqqal saxlayıb, cinayət edəcək və bunu sələfilərin üzərinə yıxacaqlar. Bu, böyük səhvdir.

- Yəni, sizinkilərdən kimsə belə cinayət törədə bilməz?

- Sələfilik belə şeylərin əleyhinədir. Sələfilikdə insanları öldürmək olmaz. İnşallah həmin şəxslər tutular və işin üstü açılar. O zaman hamı biləcək ki, onlar kimdir.

- Amma, sizin cərəyanda belə bir göstəriş var: “Sizdən olmayanların qanı, canı, malı, namusu sizə halaldır”...

- Yalan söhbətdir. Bu, qeyri-müsəlmanlara - kafirlərə aiddir. Belə iddia sələfilərə böhtandır.

- Deməli, qeyri-müsəlmanların qanı, canı, malı, namusu sizə halaldır?

- Xeyr, halal deyil. Əgər kimsə İslama iman gətiribsə, onun qanı, canı, malı, namusu haramdır. Kim ki, iman gətirməyib və döyüşür, ordan qazanılan qənimətlər halaldır. Yoxsa kiminsə canında, namusunda nə iş ola bilər! 

- “Əbu-Bəkr” məscidi ilə bağlı vəziyyət nə yerdədir?

- Qalıb da belə. Hələlik istintaq davam edir və biz də gözləyirik. 

- Nə zaman təkrar istifadəyə veriləcəyi ilə bağlı bir söz demirlər?

- Heç kəs heç nə demir. 

- Bəs tərəfdarlarınız haralara toplaşırlar?

- Digər məscidlərə, “Təzə Pir”dən başqa bütün məscidlərə. Çünki “Təzə Pir”də sünni imam yoxdur, əhli-sünnə üçün cümə namazı qılınmır. Qalan bütün məscidlərdə sünni imam təyin olunub və bizim cərəyanın nümayəndələri oralarda namaz qılırlar. 

- Misirdə “Müsəlman qardaşları” hərəkatı hakimiyyətə gəldi. Sizin cərəyanla bunların hansısa bağlılığı var?

- Biz belə məsələlərə qarışmırıq. Onlar sələfi deyillər. Xəvariclərə yaxındırlar. “Müsəlman qardaşları” İslam pərdəsi altında olan siyasi hərəkatdır. Əsas məqsədləri hakimiyyətə gəlməkdir. Halbuki, din tamam başqa məsələdir. 

- Sizdə siyasi iddia yoxdur ki?

- Xeyr, biz siyasətə qarışmırıq.

- Eşitdiyimizə görə, “Müsəlman qardaşları” ilə sələfilər arasında tarixi düşmənçilik var. Nədir aranızdakı problem?

- Bəli, var. Etiqad məsələsində, məsələlərə yanaşmaqda aramızda fərqlilik var. Məsələn, onlarda yeganə əqidə, etiqad yoxdur, əqidələri qarışıqdır. Sələfilər onların tutduqları yolu islah yolu kimi görmürlər. 

- Azərbaycanda “Müsəlman qardaşları”nın nümayəndələri, icmaları varmı?

- Ayrı-ayrı insanların fikirlərinə təsir edə bilərlər, pərakəndə şəkildə varlar. Amma icma halında, vahid qrup şəklində mövcud deyillər. 

- Onlar ölkəmiz üçün hansısa təhlükə hesab oluna bilərlər? Yaxud bir siyasi təşkilat kimi Misirdə hakimiyyət başına gəlmələrindən ilhamlanıb, burada da eyni addımı atmağa cəhd göstərə bilərlərmi?

- Onların da növləri var. Ümumilikdə, belə bir cəhd göstərmələrinə inanmıram. Ağıllarından keçsə belə, Azərbaycanda onların hərəkətə keçməsi üçün zəmin yoxdur. Burda bacarmazlar. Yəni, gələcəkdə də hansısa təhlükə mənbəyi olacaqlarını düşünmürəm.

- Ümumiyyətlə, Azərbaycanda hansısa dini cərəyanın siyasətə qarışıb, təşkilatlanıb, hakimiyyətə gəlmə ehtimalı varmı? Məsələn, sizin cərəyan...

- Digər cərəyanları deyə bilmərəm, amma bizim cərəyan belə fikirlərin əleyhinədir. Biz sələfilər hakimiyyətmeylli deyilik, bizim əqidəmizə görə, islah yolu hakimiyyətə gəlmək deyil. Başqa cərəyanlardan hansısa təhlükə gələ bilər, hakimiyyət həvəsi ola bilər. Yenə də başqaları ilə sıx ünsiyyətdə olmadığımdan, konkret nəsə deyə bilmərəm.

- Konkret hansı cərəyanı nəzərdə tutursunuz?

- Ad çəkmək istəmirəm, amma ola bilər ki, hansısa firqə hakimiyyətə meylli olsun.

- Bəs, hansısa dini cərəyan belə bir qərara gəlsə, onun Azərbaycanda hakimiyyətə gəlmə şansı nə dərəcədə realdır?

- Hal-hazıda bunun üçün zəmin görmürəm. Lakin gələcəyi Allah bilir...

Tural Talehoğlu

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]