Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Yenə arabanı atın qabağına bağlamaq istəyirlər”

“Yenə arabanı atın qabağına bağlamaq istəyirlər”
Bölmə :
Müsahibə
Yayım tarixi :
27/7/2012 [12:19]
Baxılıb :
1373 dəfə
Eldar Namazov: «Müxalifət vahid namizədini yox, əsas namizədini müəyyənləşdirməlidir»
“Azərbaycana nə qədər diqqət böyükdürsə, siyasi səhnədə olan adamlara da diqqət həmişə böyük olur”

Ziyalılar Forumunun üzvü Eldar Namazov «Bizim Yol» qəzetinə müsahibəsində gündəmin əsas müzakirə mövzuları ilə bağlı fikirlərini bölüşüb. O, müxalifətin və hakmiyyətin seçkidə iştirak formaları, cəmiyyətin, Qərbin prosesdə iştirak imkanları barədə mövqeyini açıqlayıb. Müsahibəni təqdim edirik.  

- Eldar bəy, prezident seçkilərinə 1 il qalmış Ziyalılar Forumunun təsisçilərindən Rüstəm İbrahimbəyovun sədri olduğu Kinematoqrafçılar İttifaqına alternativ qurum yaradılır və başlanan kampaniyada onun 2 il əvvəl çəkdiyi film müzakirəyə çıxarılır. Bu prosesdə siyasi elementlər axtarmağa ehtiyac varmı?

- Tam əminəm ki, Rüstəm bəyin özü tərəfindən hansısa siyasi element axtarmağa lüzum yoxdur. Rüstəm bəy çox görkəmli bir ziyalı kimi mövcud durumla bağlı narahatçılığını ifadə edir, cəmiyyəti narahat edən problemlər haqqında danışır və Ziyalılar Forumu da bu mövqedən çıxış edir. Ancaq hakimiyyətin ona qarşı hücumların arxasında siyasi motivlər dayanır. Ola bilsin ki, növbəti il keçiriləcək prezident seçkiləri də burada öz təsirini göstərir. Yəni hökumət ictimai rəydə böyük nüfuza malik insanların hansı mövqe ortalığa qoymalarını, ölkədə baş alıb gedən total korrupsiyaya ziyalıların münasibətini nəzərə almamış deyil. Elə Rüstəm İbrahimbəyova qarşı kampaniyanı təşkil edənlər bu məsələləri düşünüb addım atıblar.

- Adətən, Ziyalılar Forumunun üzvləri qurumun hakimiyyət uğrunda mübarizə aparmadıqlarını deyirlər, bəs qurumun 2013-cü illə bağlı strategiyası varmı?

- Tam səmimi deyirəm, biz bu istiqamətdə planlar hazırlamırıq və bu günə kimi də müzakirələr aparmamışıq. Ancaq hər bir Azərbaycan vətəndaşı kimi ziyalıların da seçki prosesinə münasibətlərini bildirmək haqları var, buna sosial sifariş də yetərincədir. Bu mənada Ziyalılar Forumu aktual problemləri necə müzakirə edirlərsə, qarşıdan gələn seçki proseslərini də müzakirəyə çıxarda bilərlər. Bu barədə son müzakirələrdə müəyyən fikir mübadiləsi olmuşdu, amma mövzu seçkilərdə iştirak yox, seçkiöncəsi mühiti gündəmə gətirmək, xalqın öz səsinin azad şəkildə vermək üçün nələrin edilməsi idi. Güman ki, bu səpkidə müzakirələr olacaq, ona görə ki, ictimaiyyəti narahat edən məsələlər ziyalıları da narahat edir, necə ki, biz korrupsiya, insan haqlarının pozulması ilə bağlı müzakirələr aparmışıq.

- Son iki həftədə Siz daxil olmaqla professorlar Cəmil Həsənlinin və Rafiq Əliyevin adları ortaq namizəd kimi çəkildi. Bu barədə nə deyə biləsriniz?

- İctimai rəyi media formalaşdırdığından mətbuatı izləyirik, ona görə aparılan müzakirələr diqqətimizdədir. Bu müzakirələr başlayanda həm İctimai Palatanın, həm Müsavatın, həm AXCP-nin, həm bu qurumlara daxil olmayan təşkilatların, o cümlədən Rəsul Quliyevin bu barədə açıqlaması oldu. Hamının ortaq fikri o idi ki, məsələni müzakirə etmək hələ tezdir. Mən də onların fikirlərinə hörmətlə yanaşıram, çünki vahid namizəd mətbuatın vahid namizədi olmayacaq. Əgər vahid namizəd olacaqsa, o, ölkədəki ictimai-siyasi qurumların namizədi olacaq. Onlar bu məsələnin indiki mərhələdə ziyanlı hesab edib sonraya saxlamağı düşünürlərsə, mən də buna hörmətlə yanaşıb diskussiyaların sonrakı mərhələyə qalmasını normal ideya kimi qəbul edirəm. Bu prosesdə məni daha çox maraqlandıran başqa bir məsələ var: hiss edirəm ki, demokratik düşərgədə konkret adamın adı yox, ümumiyyətlə, məsələyə nə cür yanaşmağı müəyyənləşdirməyib. Mən düşünürəm ki, vahid namizədin nə adı, nə də bu barədə təkliflər olmalıdır. Daha çox prosesə yanaşmanı dərinləşdirmək və müəyyənləşdirmək lazımdır.

- Yəni yanaşma necə olmalıdır?

- Əvvəla, hamını bir araya gətirmək mümkündür, nəzərə alsaq ki, demokratik düşərgənin özü də rəngarəngdir. Düşərgədə qurumlar, onların yanaşmaları, çəkiləri, maraqları da fərqlidir, ona görə vahid namizəd məsələsi bir qədər şərti yanaşmadır. Daha düzgün olardı müxalifətin əsas namizədi ifadəsini işlədək. O əsas namizəd ki, onu müxalifətin 60-70 faizi dəstəkləyir, onu hər yerdə vahid namizəd kimi qəbul edəcəklər. Bu prosesdə bütün təşkilatların bir formatda birləşməsi qeyri-mümkündür və bunu bir məqsəd kimi qoymaq düzgün də deyil. İkincisi, əvvəlcə demokratik dəyişikliklərə səbəb olacaq yanaşma nə cür olmalıdır? Bu yaxınlarda mərhum İsaxan Aşurovun hüzr yerində mənim yanında oturan sadə bir insan maraqlı bir fikir söylədi, dedi ki, bu zalda çoxlu sayda partiya liderlərini, ziyalıları görür, adları da namizədlər arasında hallanır, amma onların hamısı yaxşı adamlar olsa da, bir məsələ var: məsələn, evdə nəsə xarab olanda çilingər çağırırsan, usta gəlib çantasını açır və bir-bir yoxlayır ki, görsün hansı boltun «rezbası» varmı. Ona görə də vahid namizəd olmaq istəyənlərin hamısı yaxşı insanlardır, ancaq kimin «rezbası»nın uyğun gəlməsini müəyyənləşdirmək lazımdır. Rezbası uyğun gəlmirsə, buna nə qədər vaxt və güc sərf etsən də, xeyri yoxdur. Sadə insanın çox düzgün və müdrik sözlərini siyasi dilə çevirəndə belə olur: əvvəlcə əsas namizədin çiyninə hansı məsuliyyət düşəcək və o, hansı işləri görməlidir suallarına cavab verilməlidir. Çünki bir sıra partiyalar birləşib bir nəfərin namizədini dəstəkləsələr də, bu, həmin şəxsin avtomatik olaraq qələbə qazanacağına təminat vermir. Yəni həmin şəxsin çiyninə düşən çox vacib məsələlər var, heç kəs də bunu edə bilməz, belə olanda vahid namizədin funksiyaları müəyyənləşməlidir. Funksiyalara beynəlxalq dəstək, hakimiyyət aparatında çalışanların bir hissəsini konsensusa gətirmək ki, onların demokratiyaya dəstək verməsi daxildir. Bu məsələlər müəyyənləşəndən sonra işi görə biləcək adamın kim olması, onun təcrübəsi, əlaqələri, imkanları bu funksiyanı yerinə yetirməyə imkan verəcəkmi suallarına cavab verilməlidir. Məncə, əsas yanaşma bu olmalıdır. Təəssüf ki, bizdə yenə arabanı gətirib atın qabağına bağlamaq istəyirlər.

- Ancaq Azərbaycana yanaşmada beynəlxalq aləmin öz reallıqları da var: birinci, 1992-ci ildə AXC hakimiyyətə gələn zaman Arif Hacılı Ali Sovetdə dedi ki, bu, 9 dövlətlə razılaşdırılıb. İkinci, 2003-cü ildə Heydər Əliyev Gülhanədən Rusiya təyyarəsi ilə ABŞ-a aparıldı və bununla İlham Əliyevin hakimiyyətə gəlməsində Ankara-Moskva-Vaşinqton razılaşdırılması üzə çıxdı. İndiki şəraitdə bir il sonrakı seçkilərə beynəlxalq güclərin razılığı görünürmü?

- Sualınız tamamilə məntiqlidir. Sadəcə, mən təəccübləndim ki, Siz bunu əks-arqument kimi ortalığa çıxardırsınız. Axı mən əsas namizədin hansı funksiyaları daşımasının vacibliyini deyəndə, onların arasında beynəlxalq dəstəyi də vurğuladım. Təbii ki, Azərbaycan dünyadakı proseslərin tərkib hissəsidir. Dünyada aparıcı qloballaşma xətti var və ona qarşı çıxış edən dövlətlər də var. Bu prosesdə bütün maraqlar kəsişir və toqquşur. Bəli, beynəlxalq ictimaiyyətin Gürcüstan, Ukrayna, “ərəb baharı” proseslərində iştirakı və təsiri əsas amillərdən biri idi. Amma mən bunu əsas amil hesab etmirəm. Həmin ölkələrdə əsas aparıcı amil ictimai fəallıq idi. Təkrar edirəm, vacib şərtlərdən biri kimi beynəlxalq ictimaiyyətin mövqeyini qeyd etdim. Bu mənada düşünmürəm ki, beynəlxalq ictimaiyyət Azərbaycandakı proseslərə biganədir, son aylar Qərb mətbuatında ölkəmizlə bağlı silsilə kampaniyaları xatırlamaq yetər. Yaxud Avropa Parlamentinin Azərbaycan haqqında qərarında seçki qanunvericiliyinin dəyişdirilməsi, insan haqlarını pozan məmurlara qarşı sanksiyaların tətbiqi vurğulandı. Nəhayət, ABŞ Konqresində “Maqnitski işi” layihəsi, sonra Böyük Britaniya parlamentində insan haqlarını pozan məmurlara sanksiyaların tətbiqi qanunları birinci oxunuşdan keçib. Dünyadakı prosesləri nəzərə almalıyıq və demokratiya, insan haqları daxili iş hesab edilmir. Yəni həm korrupsiyaya bulaşasan, həm insan haqlarını pozasan, həm də etibarlı tərəfdaş kimi qəbul olunmaq istəyəsən, belə olmur. 

- Ümumiyyətlə, beynəlxalq güclər namizədlərin kimliyinə diqqət yetirirmi?

- Sözsüz ki, bu amil də nəzərə alınır. Bilirsiniz ki, Azərbaycan bütün dünya üçün çox vacib bir ölkədir və dövlət olaraq mövqeyimiz bütün regional proseslərə təsir edir. Ona görə də Azərbaycana nə qədər diqqət böyükdürsə, siyasi səhnədə olan adamlara da diqqət həmişə böyük olur. Bu, çox dəqiqdir.

- Son vaxtlar müxalifətlə yanaşı hakimiyyətdə də prezidentliyə namizədlə bağlı diskusiyalar açılıb. Baxmayaraq ki, YAP namizədinin İlham Əliyev olduğunu israrla bildirsə də, sual yaradan məqamlar qalır. Eyni zamanda parlamentli respublikaya keçidlə bağlı fikirlər səslənir. İndiki siyasi şərait, Konstitusiya buna imkan verirmi?

- Mən şəxsən parlament respublikasının tərəfdarıyam. Ancaq bu modelə keçid müəyyən zaman və islahatlar tələb edir. Yəqin ki, bir sıçrayışla parlamentli respublikaya keçid çətin olardı. İlkin mərhələdə ən azı Konstitusiya islahatları aparıb hakimiyyət qolları arasında balansı təmin etmək lazımdır. Ki, məhkəmə sistemi tam və qanunverici orqan müstəqil olsun, ikinci də prezidentin bir çox səlahiyyətləri baş nazir və parlament arasında bölüşdürülməli, nəhayət Milli Məclisə seçkilər əsasında hökumət formalaşdırılmalıdır. Əgər bu islahatlar həyata keçirilsəydi, müsbət olardı. Amma bu bir ilin işi yox, bir neçə mərhələyə ölçülmüş prosesdir.

- Sizcə, qurultay keçirilməzdən əvvəl YAP-ın bir qədər də tələsik formada öz namizədinin adını xatırlatması hansı səbəblərlə izah oluna bilər?

- Bu məsələdə çox ciddi hüquqi problem var, düzdür, hakimiyyət nümayəndələri bu barədə susurlar. Ancaq dünya təcrübəsində bəllidir ki, məsələ çox ciddi olanda, onu müzakirəyə çıxartmamağa çalışırlar. Hüquqi problem ondan ibarətdir ki, 2009-cu ildə keçirilən referendumun məlum hissəsi əslində İlham Əliyevə şamil oluna bilməz. Bu məsələni hüquqşünaslar çox yaxşı izah edib beynəlxalq hüquq normalarını misal kimi gətirə bilərlər.

- Gəlin, niyə şamil olunmamasını aydınlaşdıraq...

- 2008-ci ildə İlham Əliyev ikinci dəfə prezident seçildi və əlini Qurana, Konstitusiyaya qoyaraq prezident andı içdi. Azərbaycan Konstitusiyasına and içib ki, iki dəfədən artıq seçilə bilməz. Bilirsiniz, hələ də o and qüvvədədir. Əgər bunu İlham Əliyevə şamil etmək istəyirdilərsə, referendumu gərək 2008-ci il seçkilərindən əvvəl keçirəydilər. Beləliklə, İlham Əliyev ikinci dəfə seçiləndən sonra Konstitusiyaya and içəndə o, and içərdi ki, iki dəfədən artıq seçilə bilər. Aparıcı Qərb dövlətlərində qanunun aliliyi təmin olunur, kimsə qanunları poza bilər, amma bunun üstü açılanda qanunun aliliyi bərpa olunacaq. Ancaq Rusiya kimi qanunun aliliyinin yarımçıq olduğu ölkələr də var. Hətta bu dövlətdə də prezidentin 4 yox, 6 illik seçilməsi ilə bağlı Konstitusiya dəyişikliyi ediləndə, Rusiya prezidenti bunun ona aid olmadığını elan etdi. Ona görə ki, o, artıq köhnə Konstitusiyaya and içib. Bir daha deyirəm, yarımçıq qanunun təmin olunduğu Rusiyada da hüququ normanı hamı qəbul etdi. Ona görə də bu məsələdə hakimiyyət üçün ciddi hüquqi problem mövcuddur.

- Məlum məsələdir ki, YAP-çılar ciddi hesab etdiyiniz hüquqi problemin üzərindən sükutla keçəcəklər, çünki namizədlərini müəyyənləşdirdiklərini bəyan ediblər...?

- Söhbət legitimlikdən gedir, o cümlədən beynəlxalq legitimlikdən. YAP-çılar nə deyirlər desinlər, ancaq bu məsələni geridə qalmış Afrikanın hər hansı ölkəsinin rayon məhkəməsinə aparsan, qanuna istinad edəcəklər. Onsuz da ölkədə qanunlara riayət olunmur, götürək, 2008-ci ilin seçkilərini, prosesə az qalmış Milli Məclisdə seçki qanunvericiliyi müzakirə olunurdu və seçki kampaniyasının müddəti də qısaldıldı. Ancaq müzakirə olunan qanunun qüvvəyə minməsi üçün dövlət başçısı imzalamalı, bundan sonra rəsmi qəzetdə dərc olunmalıydı. Yəni qanun parlamentdə səsvermədən keçəndən sonra qüvvəyə minmir, çünki prezident onu geri də qaytara bilər. Təsəvvür edin ki, 2008-ci ildə qanunvericilik müzakirə olunsa da, prezident sənədi imzalamadı. Və vaxt gəldi, köhnə qanunvericilik qüvvədədir və buna görə seçkilər elan olunmalıdır. Məzahir Pənahov isə seçkiləri elan etmir, 2-3 gün ötür və mən mətbuata bunları deyirəm. Amma nə MSK bunu elan edir, nə də bu proseslərə başlayırlar. O zaman media məmurların üstünə düşdü, MSK üzvləri də dedi ki, bu məsələ anlaşılmazlığın olduğu dedilər və “parlamentdə qanun qəbul olunub, qüvvəyə minməyib, amma minəcək” deyə bildirdilər. Sual olunur, sən kimsən ki, əvvəlcədən qanunun qüvvəyə minəcəyini deyirsən, axı bu, prezidentin səlahiyyətində olan məsələdir. Nəhayət, bir həftə sonra prezident qanunu imzalayır və seçkilər keçirilir. Yəni bu proses də qeyri-legitimdir. Bu, hüququn aksiomasıdır ki, yeni qanun qüvvəyə minməyibsə, köhnə qanun işləyir. Güman ki, referendumla bağlı məsələni də YAP nəzərə almaq istəmir. Halbuki, prezident seçkiləri ciddi məsələdir, həm daxili, həm də xarici legitimlik məsələsi var.

- Beynəlxalq legitimlik deyəndə nəyi nəzərdə tutursunuz?

- Həm siyasi, həm də hüquqi məqamlar var və bunlar üst-üstə düşür. Referendumda dəyişikliyi beynəlxalq aləmdə avtoritar yanaşma sayıldı və ciddi siyasi iradlar oldu. Amma 2013 seçkilərinə hüquqi qiymət verilməlidir, söhbət ATƏT və AŞ PA-dan gedir. Əgər bu məsələ hüquqi və siyasi mənada qınaq obyektinə çevriləcəksə, o zaman hakimiyyət nümayəndələri ciddi düşünməlidirlər.

- Bu qınağın elementləri görünürmü?

- Hələ hakimiyyət kimin namizəd olacağı haqqında qərar verməyib.

- Ancaq YAP rəhbərləri bu barədə danışdılar.

- Vaxtilə Ziyalılar Forumu eks-prezidentlər haqqında qanuna ehtiyacın olduğunu deyəndə, həmin YAP-çılar bunu süngü qarşılasalar da, sonradan məlum qanunu qəbul etdilər. Ona görə onların bəyanatını həlledici məsələ kimi qəbul etmirəm.

Natiq CAVADLI

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]