Hər şeyin surətini çıxarmaqda dünyada tayı-bərabəri olmayan çinlilər bu dəfə saxta bank yaradıblar. Milli.Az "Milliyet"ə istinadən bildirir ki, çinli iş adamı Lin Çanpin bu ilin yanvar ayında fırıldağa başlayıb. O, mərkəzi ofisi ABŞ-ın Delaver ştatındakı "Atlantic Bank"ı 60 milyon dollara satın aldığını bəyan etmişdi.
Çin mediası da Çanpini "əfsanəvi iş adamı" kimi tanıtmışdı və sonucda Çanpinə yaşadığı Çjenjan vilayətində ona dövlət qurumlarında vəzifə verilmişdi. Lakin məlum olub ki, Çanpinin "Atlantic Bank"ı satın almasının yalan olmağı bir yana - bu adda ümumiyyətlə, bank yoxdur. 41 yaşlı Çanpin həbs olunub.