Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Qorxu içində yaşayanlar...

Qorxu içində yaşayanlar...
Bölmə :
KİVDF
Yayım tarixi :
5/7/2013 [09:03]
Baxılıb :
796 dəfə
Qəzalı binada məskunlaşmış məcburi köçkünlər dövlətdən yardım istəyirlər

Məcburi köçkünlərin məskunlaşdığı Xətai rayonu, Cavanşir küçəsi ev 36 və 38-də yerləşən yataqxanalar qəzalı vəziyyətə düşdüyündən, 86 ailənin taleyi qaranlıq qalıb. Sakinlərin narahat olmasına əsas verən isə bu günlərdə yataqxanada uçqunun baş verməsi olub. 

Məcburi köçkünlər köçürülmələrini tələb edirlər. Bildirək ki, sözügedən 5 mərtəbəli iki yataqxana 2000-ci ildə baş vermiş zəlzələdən sonra qəzalı duruma düşüb. Bununla bağlı sakinlər Bakı meriyasına müraciət ediblər. Bakı meriyası durumla bağlı Nazirlər Kabinetinə müraciət ünvanlayıb. Baş nazirin müavini Abid Şərifovun imzası ilə Bakı meriyasına sakinləri köçürmək üçün yeni mənzil tikintisinə başlamaq barədə sərəncam verilib. Bakı meriyası isə 2004-cü ildə Sadıqcan küçəsində sakinlər üçün bina tikilməsinə 40 sot torpaq sahəsi ayırıb.

Ailələrin bir hissəsi köçürülüb

Bakı Şəhər İcra Hakimiyyətinin tövsiyyəsi ilə sakinlər öz aralarından 5 nəfər seçməklə “Ümid” tikinti kooperativi təsis ediblər. 2008-ci ildən tikinti işlərinə başlanılıb. 2012-ci ilin mayında hər biri 18 mərtəbə olmaqla 346 mənzillik iki bina tikilib istifadəyə verilib. Sənədlərə görə, binanın maliyyə işlərini “Oğuz”, “Aqora” və “Beta-Layn” şirkətləri həyata keçiriblər. 

2012-ci ilin mayında yataqxanada yaşayan yerli sakinlərdən 80 nəfərinə həmin binalarda mənzil verilib, qalan 80 ailəyə isə heç nə düşməyib. Mənzil ala bilməyən qalan 80 ailənin nümayəndələri müraciət etdikdə onlara mənzillərin artıq satıldığı deyilib. Mənzillər verilən zaman sakinlərin bir qisminə kommunal xətlər çəkilşi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanacaq kağızlara imza atdırıblar. Sonradan bəlli olub ki, bu kağızlar sakinlərin yataqxanada qalmaq istəmələri və yeni mənzil almaqdan imtina etmələri məzmunlu olub. Sakinlərin Prezident Administrasiyası, Nazirlər Kabineti və Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirdikləri aksiyadan sonra digər 80 ailənin də problemi həll olunub.

Vədə aldananlar

Yataqxanada yaşayan yerli sakinlər mənzillə təmin olunsalar da, məcburi köçkünlər qəzalı yataqxanada yaşaqamda davam edirlər. Məcburi köçkünlər deyirlər ki, onları aldadıblar, ev verəcəklərini deyiblər. Ona görə də aksiyalara qoşulmayıblar. Ancaq gördükdə ki, verilən vəd gerçəkləşmir, icra hakimiyyəti qurumları vaxt udmaqla məşğuldurlar, məcburi köçkünlər də başalayıblar aksiyalara, rəsmi müraciətlərə...

Məcburi köçkünlər bildirirlər ki, bu günlərdə Nazirlər Kabinetində olublar. Baş nazirin müavini, Qaçqın və məcburi köçkünlərlər iş üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənovun qəbul günündə qəbuluna düşə bilməyiblər. Onlara bildiriblər ki, Əli Həsənov məzuniyyətdədir. Baş nazirin müavinin köməkçisi Cəlil adlı şəxs onları qəbul edib. Yazılı şəkildə müraciəti şikayətçilərdən qəbul edib və məcbur köçkünlərə problemlərinin qeyri-müəyyən vaxtda həll olunacağını deyib. Köçkünlər isə, problemin nə vaxt həll olunacağı deyilmədiyi üçün, Cəlilin dediklərinə inanmayıblar.

Ötür-ötür oyunu

Dünən sözügedən köçkünlər Baş nazirin müavini Abid Şərifovnun qəbuluna yazıldılar. Məcburi köçkünlər deyirlər ki, qəbulda onları “yola veriblər”. Problemin həll olunacağını deyiblər, ancaq şikayətçilər hesab edirlər ki, onlara biganə münasibət var.

Məcburi köçkünlər qorxu içində qəzalı yataqxanada yaşadıqlarını bildirdilər. Üfunət qoxusundan və nəmişlikdən əziyyət çəkdiklərini vurğuladılar.
Məcburi köçkünlər dövlət orqanlarının süründürməçiliyindən də şikayət etdilər, müraciətlərinə baxılmamasında gileyləndilər.

“Nazirlər Kabinetindən bizə dedilər ki, maliyyə ayrılmadığı üçün, bizə mənzil tikməyə pulları yoxdur. Maliyyə Nazirliyində qəbulda olduq. Buradan bizə bildirdilər ki, yaşadığımız qəzalı yataqxanadakı ailələrin köçürülməsi və kompensasiyanın verilməsi üçün maliyyə ayrılıb, maliyyə ayrılarkən hər bir ailə, yerli və məcbur köçkün ailəsi nəzərə alınıb, ayrı-seçkilik edilməyib. Bəs bizim evimiz hanı? Bəs bizim kompensasiyamız hanı?”, - şikayətçilərdən Nazakət xanım bildirdi.

Prezident tapşırıq verib

Nazirlər Kabinetində şikayətlərinə baxılmayan məcburi köçkünlər Prezident Administrasiyasınının qəbul otağına gəliblər. Burdan bildirdilər ki, məcburi köçkünlərin probleminin həllini prezident İlham Əliyev Baş nazirin müavini, Qaçqın və məcburi köçkünlərlər iş üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənova tapşırıb. Şikayətçi məcburi köçkünlər problemləri həll olunmadıqca, aksiyalara davam edəcəklərini deyiblər.

Çoxmənzilli binaların idarə olunmasının 3 üsulu

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin hüquqşünas-eksperti Azad Talıbov çoxmənzilli binaların idarə edilməsinin hüquqi aspektlərinə, xüsusən Mənzil İstismar Sahələrinin hüquqi statusuna toxundu: “Sovetlər məkanında mənzil-istismar sahələri çoxmənzilli binalarda yerləşən binaların kommunal xidmətləri ilə təmin olunmasında və həmçinin bu kimi xidmətlərdən istifadəyə görə həyata keçirilən ödənişlərin toplanmasında xüsusi əhəmiyyət kəsb edirdi. Mənzil-istismar sahələri müasir dövrdə də faktiki fəaliyyət göstərmələrinə baxmayaraq, onların bu kimi fəaliyyəti həyata keçirməsi üçün heç bir hüquqi baza yoxdur. Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli 845-İİİQ saylı Qanunu ilə təsdiq edilmiş yeni Mənzil Məcəlləsində çoxmənzilli binaların idarə olunmasının üç üsulu göstərilir:

1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsı;
2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi;
3. idarəedici təşkilat tərəfindən idarə edilməsi.


İdarə üsullarından birincisi, çoxmənzilli binanın inzibati-struktur quruluşuna malik olan hər hansı bir konkret təşkilatın müdaxiləsi olmadan, bilavasitə sahə mülkiyyətçiləri tərəfindən idarə olunması üsuludur. Digər iki üsulu isə, binanın konkret təşkilat tərəfindən idarə olunması üsullarını bildirir. Lakin son iki üsuldan heç biri çoxmənzilli binaların hazırda mövcud olan müvafiq mənzil-istismar sahələri (MİS) tərəfindən idarə olunmasını bildirmir. Müasir Mənzil Məcəlləsində əvvəlki mənzil-istismar sahələrinin müvafiq funksiyalarının ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri tərəfindən, yaxud da mənzil mülkiyyətçiləri ilə bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsi əsasında fəaliyyət göstərən idarəedici təşkilatlar tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur”.

Rəsmi statistika

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilir ki, Azərbaycan Respublikasının iqtisadi-siyasi gücü artdıqca, dövlət bir vaxtlar ən ağır problemi olan qaçqın və məcburi köçkünlərin qayğıları ilə daha yüksək səviyyədə məşğul olmağa başlayıb: “Belə ki, əgər 2003-cü ilə qədər bu məsələdə xarici humanitar təşkilatların rolu daha böyük idisə, o illərdən sonrakı dövrdə Azərbaycan artıq qaçqın və məcburi köçkünlərin bütün problemlərini özü müstəqil həll edə bilən iqtisadi gücə malik bir ölkəyə çevrildi. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə dair bir Dövlət Proqramı və ona iki əlavə qəbul edilmiş, ümumilikdə 45 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 141 qərar və sərəncam, Milli Məclis isə 9 qanun qəbul etmişdir. Hələ 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Qaçqınların və Məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edilib. 1999-cu ildə isə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə dünya təcrübəsində ilk olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil edilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 298 saylı sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib.

Məhz bu proqram və orada nəzərdə tutulmuş geniş tədbirlər ölkədəki qaçqın və məcburi köçkünlərə daim dövlət qayğısının bir daha əyani təsdiqidir. Ümumilikdə Dövlət Proqramında 22921 ailə - 110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min iş yerinin (onlardan 25 mini inşaat işlərində, 5 mini isə yeni təşkil olunacaq kiçik sexlərdə) yaradılması nəzərdə tutulub. Ötən 3 il ərzində çadır düşərgələrinin ləğvi dövlətin prioritet məsələsi olub. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 4 fevral tarixli 80 nömrəli Sərəncamına və yeni Dövlət Proqramına uyğun olaraq Dövlət Neft Fondundan ayrılan vəsait hesabına sifarişçi təşkilat olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Ağdam rayonunda 12 və Ağcabədi rayonunda 1 qəsəbənin tikintisi başa çatdırılmış, məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsi və 4 çadır düşərgəsinin ləğv edilməsi təmin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2006-cı il martın 1-də təməli qoyulmuş Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksinin tikintisi 2007-ci ildə başa çatdırılmışdır. Ağdam və Ağcabədi rayonlarında yeni salınmış qəsəbələrdə ümumi sahəsi 190632 kv.metr olan 3860 yaşayış evi ilə yanaşı, 15 məktəb binası, 5 uşaq bağçası, 1 xəstəxana, 9 tibb məntəqəsi, 8 klub-icma mərkəzi, 7 poçt və rabitə şöbəsi, 11 hamam, 10 inzibati bina, 1 yanğın postu tikilmiş, 113,8 km yol, 139,2 km su xətti, 43,2 km qapalı irriqasiya sistemi, 211,9 km elektrik hava xətti çəkilmiş, 124 artezian quyusu qazılmışdır. Burada inşaat işlərinə respublikanın 30-dan artıq şəhər və rayonundan təxminən 20 min nəfər cəlb olunmuşdur.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasında 100 qaçqın və məcburi köçkün ailəsi üçün yaşayış evləri tikilib istifadəyə verilmiş, Saatlı rayonunda Yunanıstanın Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycan sektorunun tikintisini həyata keçirən «Contractors İnternational Company» (CCİC) şirkətinin vəsaiti hesabına salınmış 100 ailəlik qəsəbəyə məcburi köçkünlərin köçürülməsi təmin edilib”.

Xatırladaq ki, 26 fevral 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Ramid
Fotolar müəllifindir

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]