Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Gəlin, bir yataq əlilinin evinə baş çəkək”

“Gəlin, bir yataq əlilinin evinə baş çəkək”
Bölmə :
KİVDF
Yayım tarixi :
4/7/2013 [09:05]
Baxılıb :
1243 dəfə
Əhməd Rəhmanov: “Qanunlarımız gözəldir, di gəl ki, əməl edən olsa”¦”

Son illər cəmiyyətimizdə sağlamlıq imkanları məhdud insanların rahat həyat sürmələrini təmin etmək məqsədilə bir çox layihələr, dövlət proqramları həyata keçirilir. Ancaq bu layihələr, proqramlar fiziki qüsurlu insanların bütün problemlərini həll etməyib. Bu dəfə Qarabağ müharibəsi iştirakçısı, “Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti” İctimai Birliyi Nəsimi rayon şöbəsinin sədri Əhməd Rəhmanovla əlillərin qarşılaşdığı problemlərdən danışdıq.

“Əlil nə yeyib nə icməlidir?”

Həmsöhbətimizin hesab edir, fiziki qüsurlu insanların birinci problemi pensiyaların həddən artıq azlığıdır: “Öncə bildirim ki, əlillər üçün beynəlxalq və milli qanunvericiliyimizdə nəzərdə tutulmuş imtiyazlar var. Birləşmiş Millətlər Təşkilatınının (BMT) “Əlilliyi olan insanların hüquqları barədə Konvensiya”sı da əlillərin hüquqlarını müdafiə və təşviq etməyə, onlara qarşı diskriminasiyanı ləğv etməyə, onların əmək hüquqlarını müdafiə etməyə, səhiyyə, təhsil və ictimai həyatda tam iştirak , ədalət məhkəməsinə çıxışa, şəxsi toxunulmazlığa, hərəkət azadlığına, şəxsi mobilliyə və s. xidmət edir.

O ki qaldı, əlillərin pensiya probleminə, müharibə əlillərində bu bölümün ədalətli olmamasını qeyd etmək istəyirəm. Məsələn, hamı bilir ki, müharibə əlilləri əsasən 18-25 yaşında cavanlardır. Təsəvvür edin ki, hələ dünyada heç bir hadisəyə şahid olmamış, ana-ata qayğısından yeni ayrılmış bir müharibə əlilinə dövlət 150 manat pensiya verir, amma uzun müddət vəzifələrdə işləmiş, min bir yolla ev-eşik alıb oğul-uşağını böyüdüb boya-başa çatdırmış rütbəli zabitə bundan 10 dəfə cox pensiya kəsilir. Ədalət bunun harasındadır? Axı 150 manatla bu gənc əlilin qalan həyatı demək olar ki puç olur. Nə evi var, nə həyat təcrübəsi. Evlənməyə, ailə qurmaq məsələsinə də ki bu məbləğlə heç yaxın durmaq olmaz. Belə çıxır ki, öz Vətəni uğrunda canını verən gənc, əlil olduqdan sonra onun həyatı sönur. Ümidi qalır ana və ataya. Bəs əgər onlar da imkansızlıqdan əziyyət çəkirlərsə”¦?

Ancaq mən adam tanıyıram ki, institutu bitirdikdən sonra bir neçə il hərbidə işləyib, şübhəli yollarla xəstəlik düzəldib və bu gün özü sap-sağlamdır. Və 700 manat pensiya alır. Eynilə də bu problem sadə vətəndaşlarda da var. Birinci qrup əlilə 60 manat pul verirlər. Sual olunur: bu əlil nə yeyib nə icməlidir?”

“Get cibindən al”¦”

Əhməd Rəhmanov hesab edir ki, fiziki qüsurlu insnlarımızın ikinci problemi müalicə problemidir: “Doğrudur, Azərbaycan qanunlarına görə müharibə əlili pulsuz dərman və müalicə huququna malikdir. Bir oğul istəyirəm ki, mənə qoşulsun, düşsün poliklinikaların canına. 2 saat qapılarda növbə cəkib yalvar - xahişdən sonar, əgər 2-3 manat civarında vitamindən başqa bir şey ala bilsə, gəlib təhqir etsin məni.

Dövlətin bir çox tibb mərkəzlərində, tutaq ki, rentgen və ya labolatoriyada pulsuz 5 -10 plyonka və qan götürməyə iynə verirlər. Məgər bir ay ərzində həkimin o qədər xəstəsi olur? Həkimə isə gəldikdə, deyir ki, qardaş, pulsuz nə vermişdilərsə, hamısı qurtarıb, get cibindən al gətir... Şikayət edirsən və bundan sonra baş həkim həmin müalicə həkimini yanına cağırıb deyir ki, get öz cibindən al, xəstəni muayinə elə. Təki səsi yuxarılara çıxmasın...

Axi nəyə görə mən, yaxud başqa birisi qanunun icrası üçün alçalmalıyam? Həkim də işinin xətrinə gedib cibinin puluna nəyi isə alır, sonra da o pulu başqa vətəndaşlardan çıxarır. Bütün bu problemlər isə onu göstərir ki, problemlər vətandaş - dövlət strukturlarında işin düzgün qurulmamasının qurbanına çevrilir. Qanunlarımız çox gözəldir, amma gəl ki, icra etmək istəyən azdır”.

“Bütün müəssisələr bağlanmalıdır”

Qarabağ əlili digər bir problem kimi işsizlik məsələsini qeyd edir: ““Əlillərin Sosial mudafiəsi haqqında” qanunda göstərilir ki, hər bir idarə və təşkilat mülkiyyətindən asılı olmayaraq əlillər üçün iş yeri təşkil etməlidir. Hər 25 işçinin 1-i mütləq əlil olmalıdır, əks təqdirdə, idarə Sosial Müdafiə Fonduna cərimə ödəyəcək. Amma gəlin nəzər salaq, bu qanunlara riayət edən varmı?!

Bu gün demək olar ki, bütün təşkilatlar təsərüfat hesablıdır və heç bir idarə rəhbəri öz xoşuna hansısa artıq bir xərcə gedib fəhlələr üçün iş şəraitini yaxşılaşdırmır. Bunun da səbəbi qanunda olan boşluqlardan və bəzi məmurların öz işinə soyuq yanaşmasından irəli gəlir. Əgər Dövlət Əmək Müfəttişliyi öz işini layiqincə qurarsa, o zaman qanunların tələbinə görə, bəlkə də bütün müəssisələr bağlanmalıdır. Çünki bu gün Azərbaycanda bir neçə müəssisə istisna olmaqla, heç birində işçilər üçün lazımi sanitar gigienik normalara cavab verən iş yerləri yoxdur.

Odur ki, idarə rəhbərlərinə qapıya gələn yoxlamaları yola salmaq, işçilər üçün iş yərlərini düzəltməkdən daha sərfəlidir. İşləri çətinə düşəndə isə, “adam yoxdursa, problem də yoxdur” prinsipinə əl atıb, işçini işdən azad edirlər. Məsələn, son vaxtlar SOCAR şirkətində işləyən əlillər belə bir hadisəylə üz-üzə gəlib. İdarə rəhbərləri müxtəlif yoxlamaların qarşını almaq üçün əlilləri sadəcə işdən çıxarır. Əsas arqumentləri isə odur ki, əlilin sənədində yazılıb ki, ağır işdə işləməməlidir, amma heç bir şəxs soruşmur ki, axı bu əlil bu idarədə uzun müddətdir işləyib, bəs o vaxtlar bütün bu müfəttişlər hara baxırdı? Və ya əgər həmin əlilin işlədiyi sahə fərqlidirsə, bəs onda nə üçün bu sahədə işləyənlərə ağır iş əmsalı ödənilmir?”

“Sosial xidmət yoxdur” 

Həmsöhbətimiz bildirir ki, fiziki qüsurlu insanlarımızın bir porblemi də social xidmətlərlə bağlıdır: “Biz xarici filmlərdə görürük ki, sosial xidmətlər əlillərə baş çəkir və onlarla maraqlanır, bu hətta Azərbaycan qanunlarında da öz əksini tapıb. Amma nə olsun ki, bu gün hansı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin işçisi öz əlilinin evini tanıyır? İcra hakimiyyətlərini çək-çevir edəndə görürsən ki, müxtəlif idarə və şöbələr var ki, onlar guya əlillərin problemləri ilə məşğul olur və onlara hansısa yardımlarını göstərir.

Gəlin sizinlə siravi bir yataq əlilinin evinə baş çəkək. Görün, o əlil həmin adamlar barədə məlumatlıdırmı? Əlbəttə yox. Deməli, həmin təşkilatlar dövlətin pulunu haqsız olaraq yeyirlər, onda bəlkə onları ləğv etsinlər?!”

Ə.Rəhmanov bildirir ki, əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün hüquq və azadlıqlarının təmin olunmasına dəstək vermək hər bir cəmiyyətin və dövlətin borcudur. Azərbaycanda da bu təbəqədən olan vətəndaşların cəmiyyətdə tam və səmərəli iştirakına maneə yaradan amillərin aradan qaldırılması istiqamətində maarifləndirici seminarlar, layihələr, dövlət proqramları həyata keçirilir və keçirilməsi davam etdirilməlidir, intensivləşdirilməlidir. Bu istiqamətdə reallaşan layihələrdə hər bir əlilin probleminin həllindən tutmuş, onlara qarşı münasibətlərin dəyişməsinədək, kompleks tədbirlər nəzərdə tutulub. Dövlətin də bu istiqamətdə apardığı siyəsət onların problemlərinin həllinə yönəlib.

“Müsbət addımlar da var”

Həmsöhbətim qeyd edir ki, son vaxtlar əlillərin istirahət mərkəzinə göndərilməsi arzuolunan haldır: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin asudə vaxtının təşkili istiqamətində tədbirlər oldu. Əvvəllər də olub, yəqin yenə də oalcaq. Bu yaxşı haldır. Bu günlərdə əlilliyi olan şəxslər Qəbələ və Lənkəran rayonunda yerləşən istirahət mərkəzlərində 10 günlük istirahəti təşkil olundu. Əvvəllər olduğu kimi, bu il də istirahətə göndərilənlər arasında Azərbaycanın Respublikasının ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərə üstünlük verilir. İstirahət mərkəzlərinə göndərilən əlillərin istirahətləri xüsusi mədəni-kütləvi proqram əsasında təşkil edildi.

Maraqlanarkən mənə məlum olduki, istirahət günlərində əlillər üçün stolüstü oyunlar (stolüstü tennis, bilyard, nərd, şahmat, dama, domino və s.), habelə futbol və voleybol üzrə yarışların, müxtəlif idman alətləri ilə məşqlərin, ətraf rayonlara və tarixi yerlərə gəzinti turlarının, onlar üçün tibbi və fizoterapevtik prosedurların və s. təşkili həyata keçirilib. Əlillər istirahət mərkəzlərinə, habelə istirahət günlərində müxtəlif turlara xüsusi nəqliyyat vasitəsi ilə aparılıb-gətirilib”.

“Əlillər təşkilatlanmalıdır”

Ə.Rəhmanovun sözlərinə görə, əlillərin vətəndaş cəmiyyətində fəaliyyəti genişləndirilməli, onlar təşkilatlanmalıdır: “Əlillərin ictimai təşkilatlarda birləşməsi və bu istiqamətdəki fəaliyyətləri arzuolunan durumda deyil. Bununla bağlı göstərdiyimiz səylər dəfələrlə boşa çıxıb. Belə təbəqədən olan vətəndaşları bir araya gətirmək, təşkilatlandırmaq, öz problemlərinin həlli üçün çalışmalarını təmin etmək çox çətindir”.

Həmsöhbətimizin əlillərin digər probleminə də toxundu: “Araşdırmalar göstərir ki, yeni tikilən binaların əksəriyyətində əlillərin hərəkəti üçün şərait yaradılmayıb. Bəzi binalar ümumiyyətlə köhnə qaydalarla tikilib, bəzilərində isə iri liftlər olsa da, panduslar qoyulmayıb və əlil arabası kənar müdaxilə olmadan binadan çıxa bilməz.
Küçələrdə isə əlillərin hərəkəti üçün heç bir şərait yoxdur. Şəhər nəqliyyatında - metroda və avtobuslarda panduslar yoxdur. Bakı metrosunda nə pilləkən üzərindən əlil arabalarının hərəkəti üçün, nə də dərin stansiyalarda əlillərin eskalatorsuz stansiyaya girişi üçün bir dənə də lift quraşdırılmayıb. Metro stansiyalarının əksəriyyətinin girişində də əlil arabalarının hərəkəti üçün panduslar quraşdırılmayıb. Şəhərdə yeni yolların, körpülərin və keçidlərin tikintisi, parkların abadlaşdırılması zamanı əlil arabalarının hərəkəti üçün heç bir şərait yaradılmır”.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]