Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Əlil arabasında rəqs edən insan - FOTOLAR

Əlil arabasında rəqs edən insan - FOTOLAR
Bölmə :
KİVDF
Yayım tarixi :
3/7/2013 [08:49]
Baxılıb :
1019 dəfə
Kamal Mamedov: “Özümüzü sübut etmək üçün bizə şans verin!”

Bu dəfəki həmsöhbətimiz Əlil İdmançılara Dəstək İctimai Birliyinin (ƏİDİB) sədri Kamal Mamedovdur. Onunla əlillərin məşğuliyyət, səhiyyə, istirahət və nəqliyyat məsələləri ilə bağlı söhbətləşdik. O, 1978-ci ildə Latviyanın Riqa şəhərində anadan olub. 1993-1997-ci illərdə Türkiyədə hərbi məktəbdə təhsil alıb. 2005-ci ildə yol qəzası keçirərək gəzmək qabiliyyətini itirib və o vaxtdan əlil arabası ilə hərəkət etməyə məhkumdur.

Əlillərimizin sosial-iqtisadi durumu ilə bağlı Kamal Mamedov bildirir ki, başqa ölkələrlə müqayisə etsək, vəziyyət bir o qədər də acınacaqlı deyil: “Nöqsanlarımız çoxdur. Baryersiz həyat, sosial vəziyyət problemi dəmək olar ki, bütün ölkələrdə mövcuddur. Lakin son illərdə bizim dövlətdə əlillərə qarşı qayğı ötən illərə nisbətdə artıb, buna baxmayaraq həll olunmayan problemlər də çoxdur. Bu problemlər infrastruktur, müalicə, təhsil ilə bağlıdır. Demək olar ki, 100 faiz işləyən tək sahə var, o da idmandır! Mən özüm Əlil İdmançılara Dəstək İctimai Birliyinin rəhbəriyəm və milli paralimpiya komandasının 3 idman növü üzrə idmançısıyam”.

“Əlimi vicdanıma qoyub rahat deyə bilərəm ki...”

Həmsöhbətimiz ölkədə əlil idmançılarımızın fəaliyyəti üçün hər bir şərait yaradıldığını deyir: “Bütün şərait Milli Paralimpiya Komitəsi tərəfindən qurulub - məşqlər üçün zal, məşqçilər, istirahət yerləri, xarici ölkələrdə təlim məşq toplantısı və s. Başlıca problem isə ondan ibarətdir ki, bir çox əlilliyi olan insanlar məşq yerlərinə gedə bilmirlər, bunun üçün nəqliyyat vasitəsi yoxdur. Əlimi vicdanıma qoyub rahat deyə bilərəm ki, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimova biz idmançılar çox şeyi borcluyuq!”

Əlil idmançımız bildirir ki, bu ildən etibarən Respublikamızda və xaricdə silsilə paralimpiya hərəkatı tədbirləri keçrilir: “İlk dəfə olaraq əlil arabasında boulinq çempionatı, Naxçıvanda paralimpiya festivalı, ilk dəfə olaraq dünyada fiziki qüsurlu insanların iştirakı ilə flaşmob, Bakıda ilk əlil arabasında rəqs festivalı keçirilib. Ayrıca, şəxsən mən 3 ölkədə (Belarus, Ukrayna və Rusiyada) 4000 metr yüksəklikdən Azərbaycan bayrağı ilə tullanaraq bizim nəyə qadir olduğumuzu nümayiş etdirdim. Son dəfə Moskvada keçən tədbirdə mənimlə birgə paralimpiya idmançımız Vüsalə Kərimova da tullandı. Bizə dəstək olaraq həmən yüksəklikdən Paralimpiya Komitəsinin 1-ci vitse-prezidenti Natiq Qasımov və AMOR təşkilatının üzvü Dünya Dadaşova da tullandı. Bu tədbiri dəstəkləmək üçün İlqar Rəhimov Bakıdan Moskvaya gəlmişdi. Moskva da isə ona Polad Bülbüloğlu və AMOR təşkilatının koməkçisi Emin Hacıyev də qoşuldu”.

Kamal Mamedov deyir ki, o, əlil arabasında rəqslə, qılıncoynatma idman növü ilə də məşğul ola bilir: “Məhz boulinq üzrə dünyada ilk dəfə olaraq əlil arabasında olan insanlar arasında çempionat keçirilib, Paralimpiya Komitəsinin dəstəyi ilə Qəbələ-Bakı marafonu, dediyim kimi flaşmob və festivalın keçirilməsində təşəbbüskar olmuşam. Mənə bu işdə ən böyük dəstəyi Milli Paralimpiya Komitəsi verib”.

“Bizə inanın”¦”

Əlil İdmançılara Dəstək İctimai Birliyinin rəhbərinin sözlərinə görə, bu gün ölkədə əlillərimizin məşğuliyyət problemi mövcuddur: “Öz boynuma düşənini deyim. Bəli iş problemi var! Son iki ayda rəhbəri olduğum təşkilat vasitəsiylə 15 nəfər fiziki qüsurlu insan işlə təmin olunub. Bunlardan 2 nəfər əlil arabasında olan qız ASAN xidmətdə işə qəbul olunublar. Əlillər üçün iş yeri tapmaq çətindir. Çünki bir çox müəsissə rəhbəri əlillərin işə qabiliyyətsiz olduqlarını düşünürlər. Sözüm onlaradır. Bizə inanın və özümüzü sübut etmək üçün bizə şans verin!

Fiziki qüsurlu insanların istirahəti də problemsiz ötüşmür. Çimərliklərdə əlillər üçün xüsusi yerlərin yaradılması və əlillərin hərəkəti üçün uyğunlaşdırılması istiqamətində tədbirlər görülməlidir. Biz əlillər üçün müsbət şəraitin yaradılması üçün böyük bir aksiya planlayırıq sentyabr ayına. Aksiya barəsində geniş məlumatı indi verməyəcəm”.

“Bu insanların sayı çox deyil”

QHT rəhbərinin sözlərinə görə, əlillərimizin müayinə-müalicə problemləri də mövcuddur: “Respublikamızda yetərli qədər bu sahədə həkimin olmaması əsl problemdir. Reabilitasiya mərkəzlərimiz var, şəraiti gözəl olsa da, lazım olan müalicəni almaq mümkün deyil. Məncə bu sahədə işləyən həkimləri, fizioterapevtləri başqa ölkələrə təcrübəyə göndərsələr, daha effektli müalicə almaq olar.

Əlillər ildə bir dəfə Ukraynanın Saki şəhərinə müalicəyə dövlət tərəfindən göndərilir. Sözsüz ki, Respublikamızda 500 mindən artıq əlil var və onların hamısı bir ildə Sakiyə müalicəyə gedə bilmirlər və bu normaldır. Bu səfəri tənzimləmək Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin öhdəsinə düşür. Bunu da əlavə etmək istəyirəm ki, əlilliyin qarşısını almaq istiqamətində də işlər görülməlidir. Yollarda xəbəredici plakatlar, əhalinin əlilə ilk yardım göstərməsi barədə reklam monitorlarında məlumat verilməlidir.

Fiziki qüsurlu adamların problemləri bununla da bitmir. Onlardan biri də əlillərin təhsil problemi ilə bağlıdır. Hal-hazırda Moskva Dövlət Humanitar Ekonomik İnstitutunun hüquq fakültəsinin üçüncu kurs tələbəsiyəm. Təhsil xərclərim dövlət tərəfindən qarşılanır. Bu məsələdə mənə “DAN” İctimai Birliyinin rəhbəri Gülarə Teymurova yardım edib. Onun səyləri nəticəsində artıq bir neçə ildir ki, əlilliyi olan insanlar təhsil ala bilir. Doğrudur, bu insanların sayı çox deyil, ancaq təqdirəlayiqdir. Bizim təhsil ocaqları əlillərin hərəkəti üçün əlverişsiz olduğuna görə heç bir əlil universitetə gedə bilmir. Hal-hazirda bəzi orta məktəblərdə inklüziv təhsil uyğulanır. Lakin əlil sayına görə belə məktəblərin sayı yetərli deyil”.

“Bizim də rahat yaşamaq haqqımız var”

Kamal Mamedov əlillərin ictimai nəqliyyat problemini də diqqətə çatdırdı: “Bu məsələ ilə bağlı olaraq qəzetiniz vasitəsiylə ictimayyətə səslənmək istəyirəm. Tək dövlətin öhdəsinə düşməməmlidir bu iş! “Hər insan öz evinin qabağını təmizləsə küçəmiz təmiz olar” sözünə dayanaraq bütün müəissə rəhbərlərinə müraciət edirəm. Hər kəs öz ofisinin, dükanının, iş yerinin girişində əlillərin rahat keçə bilməsi üçün pantus düzəltsə, onda fiziki qüsurlu insanlar əlil arabasında şəhərdə rahat hərəkət edə bilərlər və özlərini cəmiyyətdən uzaq hiss etməzlər! Bizim də rahat yaşamaq haqqımız var.

Şəhərimizdə nəqliyyat problemi də acınacaqlı vəziyyətdədir. Avtobuslar, metro əlillər üçün nəzərdə tutlmayıb. Yeganə istifadə edə biləcəyimiz nəqliyyat London taksisidir ki, onun da xidmət haqqı bahadır. Məncə başlanğıc üçün dünyada populyar olan sosial taksi servisini Respublikamızda uyğulamaq lazımdır. Belə bir layihə bizim birlik tərəfindən hazırlanıb, lakin hələ qəbul olunmayıb. Yeraltı keçidlərdə pantuslar var, lakin onlar standartlara uyğun deyil. Dərəcəsi düzgün deyil və nəinki əlil, hətta sağlam adamı əlil arabasında otuzdursaq belə, ordan keçə bilməz. Memarlara, inşaatçılara bu istiqamətdə yetərli və ya heç təlim keçilməyib. Dünya standartlarına uyğun pantus dərəcəsi var: 7-15 dərəcə arası”.

“Bu pulla bir ay yaşasınlar”¦”

Həmsöhbətimiz bildirir ki, əlillərimiz aldığı təqaüdlər bazar şərtlərinə uyğun deyil: “Əlillər üçün təqaüdün ayrılması, alqışlanası haldır, arzuolunandır. Ancaq çox xahiş edərdik ki, bu pulu bizə bir ayda necə xərcləməyimizi də öyrətsinlər və ya bizimlə bərabər həmən pula bir ay yaşasınlar, biz də öyrənək... Cavabımdan yəqin hər şey məlumdur”¦

Əlillərin bəzi aylıq ehtiyacları var. Məncə onlar ilk başda qarşılanmalıdır. O ki qaldı təqaüdə, bu məsələylə əlaqədar əlillər arasında sorğu keçirmək lazımdır”.

“Əlillər və KİV”

ƏİDİB-nin sədri bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstək Şurasının keçirdiyi müsabiqədə rəhbərlik etdiyi təşkilat qalib gəlib və hazırda “Əlillər və KİV” layihəsini həyata keçirir: “Başlıca məqsədimiz KİV vasitəsiylə ictimayətə əlilliyi olan insanların həyata olan sevgisini, gücünü, iradəsini nümayiş etdirməkdir. Beləliklə əlilliyi olan insanlara stimul vermək və ictimayyətin əlillərə qarşı münasibətini müsbət tərəfə dəyişdirməkdir. Bu istiqamətdə çox işlər görülüb artıq. Layihəyə start olaraq ilk dəfə əlil arabasında olan idmançılar arasında boulinq çempionatı keçirilib. Tədbirlərimiz davam edir və biz əminik ki, bizim səylərimiz nəticəsində ictimayyətin diqqətini bizim problemlərə yönöltməyimizə nail olacağıq. Bu işdə Başda Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov olmaqla, bütün komitə rəhbərliyi bizi dəstəkləyir və öz yardımlarını əsirgəmirlər”.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]