Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“20 illik yataqxana həyatı asan deyil...”

“20 illik yataqxana həyatı asan deyil...”
Bölmə :
KİVDF
Yayım tarixi :
29/6/2013 [08:23]
Baxılıb :
1821 dəfə
Məcburi köçkünlər yeni mənzillərə köçürülən zaman ailə üzvlərinin sayının nəzərə alınmasını istəyirlər

Adam başına düşən məcburi köçkün əhalisinin sayına görə Azərbaycan dünyada ən yüksək göstəricilərdən birinə malikdir. Məcburi köçkünlük vəziyyəti artıq iyirmi ilə yaxındır ki, Azərbaycanda davam edir və bu da məcburi köçkünlərin problem və hüquq müdafiə ehtiyaclarının vaxt keçdikcə necə dəyişməsi və onların ehtiyaclarının ümumilikdə Azərbaycan əhalisinin ehtiyacları ilə necə müqayisə olunduğu barədə suallar doğurur. 

Bu və başqa suallara cavab tapmaq üçün Şirvan Şəhər Pedaqoji Texnikomunun yataqxanasında və Texniki Peşə Məktəbində məskunlaşan məcburi köçkünlərlə və yerli əhali ilə söhbət etdik. Öncə qeyd edək ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində qaçqın və məcburi köçkün ailələrinə yeni mənzillər verilməsi prosesi davam edir. Bakının mərkəzi hissəsindəki ictimai binalarda məskunlaşmış məcburi köçkünlərin bir hissəsi şəhərin kənarında tikilmiş binalara köçürülürlər.

Yaşayış şəraitləri

Bildirək ki, Şirvan şəhərinə getməmişdən öncə Bakıdakı ictimai binalarda məskunlaşmış məcburi köçkünlərlə həmsöhbət olmuşduq. Həm Bakıda, həm də Şirvanda olduğumuz görüşlərdən ümumi bir nəticəyə gələ bildik. Belə ki, müxtəlif şəhər və rayonlarda məskunlaşan məcburi köçkünlərin problem və ehtiyacları bir qayda olaraq vəziyyətdən, eləcə də konkret şəraitdən asılı olaraq dəyişir. Son iyirmi ildə şəhərlərdə məskunlaşmış məcburi köçkünlərin müəyyən hissəsi və regionlarda yaşayanların cüzi hissəsi məskunlaşdıqları ərazilərdə öz dolanışıqlarını təmin ediblər. Nəticədə, Azərbaycanda mövcud olan məcburi köçkün icmalarının üzləşdiyi problemlər müxtəlif olub.

Eynilə də, məcburi köçkünləri qəbul etmiş yerli icmalar üçün bu köçkünlüyün yaratdığı təsirlər müxtəlif olub. Bəzi hallarda məcburi köçkünlər müəyyən meyarlar üzrə (məsələn, sosial müavinətlərin alınması, dövlət müəssisələrində iş üçün edilən müraciətdə imtiyazların verilməsi) yerli icmalardan daha yaxşı dolanışığa malik olsalar da, digər meyarlar üzrə (məsələn, mənzil şəraiti) daha aşağı göstəricilərə malikdirlər.

Bu araşdırma zamanı səfər etdiyimiz ərazilərdə məcburi köçkün icmalarının su təchizatı yerli icmalardan daha yaxşı idi. Digər hallarda isə bir ehtiyacın, məsələn mənzil şəraitinin, qarşılanması digər ehtiyacların - torpaq sahəsi ilə təminat və dolanışıq imkanlarının pisləşməsinə səbəb olub. Məcbur kökünlərin yaşayış şəraiti mütəmadi olaraq yerli qonşu icmalardakı yaşayış şəraitindən, xüsusən də mənzil şəraiti, dolanışıq imkanları və torpaq təminatı, səhiyyə və sənədləşmə xidmətlərinin təminatı baxımından geri qalır.

Yerli camaatın narazılığı

Son illərdə hökumət məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əsaslı addımlar atıb. Əsas nailiyyətlərdən biri mənfi mənada ad çıxarmış “çadır düşərgələrinin” 2007-ci ilin sonuna qədər ləğv edilməsi olub. Bu gün Azərbaycan hökuməti məcburi köçkünlük problemi ilə üzləşmiş hər hansı digər bir ölkə ilə müqayisədə öz gəlirlərinin daha çox hissəsini məcburi köçkünlərin ehtiyaclarına sərf edir. Bununla belə hökumət məcburi köçkün əhalinin böyük hissəsinin onların hazırda məskunlaşdıqları köhnə və darısqal binalardan daha yaxşı şəraiti olan mənzillərə köçürülməsi istiqamətində hələ
çox işlər görməlidir. Bundan başqa, hökumətin məcburi köçkünlərə yardım strategiyası məcburi köçkünlərin üzləşdiyi sosial təcridolunmanın aradan qalxmasına yardım etmir. Geniş yayılmış sosial-iqtisadi problemlər üzündən yerli icmalar hökumətin məcburi köçkünlərin dəstəklənməsinə yönəlmiş siyasətinin ədalətsiz olduğunu hesab edirlər.

Köçkünlük zamanı əksər məcburi köçkünlər şəhər və kənd yerlərində özbaşına şəkildə yerli sakinlərə məxsus olan (və ya sonradan onların adına keçirilmiş) evləri və torpaq sahələrini zəbt ediblər. İcra hakimiyyəti tərəfindən qəbul edilmiş qərarlara əsasən, məcburi köçkünlər alternativ yaşayış yeri ilə təmin olunmadıqları müddətdə onları yaşadıqları ərazilərdən - hətta onlar hüquqi cəhətdən
bu mülkiyyətə sahib olmasalar belə - çıxartmaq olmaz. Bu bəzi ev sahiblərinin öz şikayətlərini Avropa İnsan Hüquqları Məhkəməsinə qədər qaldırmasına gətirib çıxarıb. Avropa Məhkəməsi isə, öz növbəsində, hökumətin mövcud praktikasının hüquqiliyini sual altına alıb. Gələcəkdə bu cür halların qarşısını almaq üçün hökumət yerli sakinlərin qanuni olaraq sahib olduqları əmlakı zəbt etmiş məcburi köçkünlərin alternativ mənzil ilə təmin edilməsi prosesini sürətləndirməlidir və ya birincilərə istifadə etmədikləri əmlaka görə təzminat ödənilməlidir.

Dözülməz mənzərə

Şirvan Şəhər Pedaqoji Texnikomunun yataqxanasında və Texniki Peşə Məktəbində məskunlaşan məcburi köçkünlər köçürüləcəkləri günü səbirsizliklə gözləyirlər. Onlar ümid edirlər ki, köçürülmə birbaşa işğal altıdna olan torpaqlarda tikiləcək mənzillərə olacaq. 

Onlar illər idi ki, yataqxanadan çıxarılmalarını istəyiblər. Çünki hər ailə birotaqlı mənzildə yaşayırdı. Hər mərtəbədə hərəsindən iki olmaqla hamam, tualet və mətbəx var. Ailələr növbə ilə yuyunurlar, çirkli paltarları yuyub-qurutmağa yer yoxdur.

Yayda toz-torpaq, qışda palçıqlı həyət, cındırından cin hürkən balkonlar, ayağının altında dağılmağa hazır olan pilləkənlər, zir-zibilli, üfunət qoxuyan dəhlizlər... Bax onlar burada yaşamağa məcburdurlar.

“Ailə üzvlərinin sayına diqqət yetirilməlidir”

Şirvan Şəhər Pedaqoji Texnikomunun yataqxanasında məskunlaşmış Adil Abbasov deyir ki, qaçqın və məcburi köçkün ailələrinin köçürülməsi zamanı evlərin bölgüsü ailələrdəki fərdlərin saylarına uyğun olaraq aparılmalıdır: “Bütün hallarda qaçqın və məcburi köçkün ailələrinin ictimai binalardan köçürülməsi yaxşı hadisədir. Yəni bu insanlar 20 ildir ki, yataqxanalarda yaşayırlar. Bu köçürülmə prosesi davamlı şəkildə həyata keçirilməlidir və keçirilir də. Mən çox yaxşı dəyərləndirirəm ki, qaçqın və məcburi köçkün ailələri yeni mənzillərə köçürülürlər. Bir məsələ var ki, onsuz da bu insanlar 20 ildir ki, mənzil problemi yaşayırlar. Ona görə də çox yaxşı olardı ki, verilən mənzillərdə normal şərait olsun. Yəni evlər təmirli olsun. Eşidirik ki, paylanan mənzillərdə işıq, qaz, su məsələləri müəyyən dövrlərdə bir az problemli olur. 

Həmçinin də, yeni mənzillərə qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi zamanı ailə üzvlərinin saylarına diqqət yetirilməsi də çox vacib bir amildir. Çünki belə deyək də, gələndə övladları kiçik yaşlarında olmuş insanların övladları artıq evləniblər. Yəni onlara da yaşamaları üçün ayrı bir otaq lazımdır. Bütün bu tip məqamlar var ki, qaçqın ailələrinin yeni mənzillərə köçürülməsi zamanı mütləq nəzərə alınmalıdır.

Bir məsələ də odur ki, qaçqın və məcburi köçkün ailələri 20 ildir ki, yaşadıqları yataqxanaların ətrafında, yəni qaldıqları yerlərə yaxın ərazidə özlərinə hər hansısa bir iş qurublar və oradan da ailələrini dolandırırdılar. Lakin köçürülmə zamanı onlar artıq iş yerlərindən uzaqlaşmalı olurlar. Yəni belə ailələrin yeni yaşayış yerləri ətrafında iş tapması da vacib məsələdir. Düşünürəm ki, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi bu məsələləri də nəzərə alıb yoluna qoyacaq.

Ümumilikdə isə qaçqın və məcburi köçkün ailələrinin yeni yaşayış yerlərinə, yüksək səviyyədə inşa edilmiş yeni binalara köçürülməsi prosesi çox müsbət haldır. Yəni insana yalnız bir dəfə ömür verilir. Nə qədər olar ki, onu yataqxanada keçirəsən? 20 il yataqxanada o əzablı, ağır vəziyyətdə qalmaq, təbii ki, çox çətin prosesdir. Çox yaxşı haldır ki, köçürülmə prosesi davam edir, amma qeyd etdiyim kimi, köçürülmə zamanı da müəyyən məqamlar var ki, çox yaxşı olardı ki, onlar da nəzərə alınsın”.

Dövlət qayğısı

Bildirək ki, qaçqın və məcburi köçkün həyatı yaşayan insanlar ötən illər ərzində dövlət qayğısından kənarda qalmayıblar. Belə ki, bir necə dövlət proqramı və sərəncamlar imzalanıb. 1998-ci ildə Azərbaycan Respublikası prezidentinin sərəncamına əsasən “Qaçqınların və Məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edildi. 1999-cu ildə ölkə prezidentinin fərmanı ilə dünya təcrübəsində ilk olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil edildi.

Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 saylı sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğullunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib. Məhz bu proqram və orada nəzərdə tutulmuş geniş tədbirlər ölkəmizdəki qaçqın və məcburi köçkülərə daim dövlət qayğısının bir daha əyani təsdiqidir.

Prezidentin 2004-cü il 4 fevral tarixli 80 nömrəli Sərəncamına və yeni Dövlət Proqramına uyğun olaraq Dövlət Neft Fondundan ayrılan vəsait hesabına sifarişçi təşkilat olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Ağdam rayonunda 12 və Ağcabədi rayonunda 1 qəsəbənin tikintisi başa çatdırılmış, məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsi və 4 çadır düşərgəsinin ləğv edilməsi təmin edilib. Ağdam və Ağcabədi rayonlaroında yeni salınmış qəsəbələrdə ümumi sahəsi 190632 kv.metr olan 3860 yaşayış evi ilə yanaşı məktəb binası, uşaq bağçası, xəstəxana, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt və rabitə şöbəsi, hamam, inzibati binan, yanğın postu tikilib.

Bundan başqa Naxçıvan Muxtar Respublikasında 100 qaçqın və məcburi köçkün ailəsi üçün yaşayış evləri tikilib istifadəyə verilib, Saatlı rayonunda Yunanıstanın Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycan sektorunun tikintisini həyata keçirən «Contractors İnternational Company» (CCİC) şirkətinin vəsaiti hesabına salınmış 100 ailəlik qəsəbəyə məcburi köçkünlərin köçürülməsi təmin edilib.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]