Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Bu, bizim haqqımızdır”

“Bu, bizim haqqımızdır”
Bölmə :
KİVDF
Yayım tarixi :
28/6/2013 [08:50]
Baxılıb :
1162 dəfə
Şəhid ailələrinə sığorta pulu ödənilməsində problemlər yaradılır

Məlum olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinə dövlət tərəfindən sığorta pulu verilir. İtkin düşən hərbi qulluqçuya sığorta pulunun verilməsi üçün qanuna müvafiq surətdə itkin düşənin ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmalıdır.

1991-1994-cü illərdə yenicə yaranmaqda olan Milli Ordu hissələrinin tərkibində torpaqlarmızın müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında xeyli sayda hərbi qulluqçumuz itkin düşüb. 1994-cü ilin may ayında atəşkəs elan olunduqdan sonra itkin düşən hərbi qulluqçularımızın axtarışı üçün aidiyyəti dövlət qurumları tərəfindən işlər görülüb.

1997-ci ildən başlayaraq itkin düşən hərbçilərin ailələri döyüş əməliyyatlarında itkin düşən ailə üzvləri barəsində sənədləşmə aparmaq məqsədilə məhkəmələrə üz tutmağa başladılar. Həmin vaxtdan indiyə qədər bu kateqoriyadan olan xeyli sayda hərbi qulluqçu məhkəmə qaydasında ölmüş elan olunub. Qanunla da itkin düşənin ölmüş elan edilməsi barəsində məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün həmin şəxsin oldüyü gün hesab olunur.

Lakin, bu gün şəhid və əlil ailələri qanunvericiliklə müəyyən edilmiş əlillik dərəcəsinə uyğun olaraq sığorta pulunu əldə etməkdə çətinlik çəkirlər. Kompensasiyanı əldə etmək üçün məhkəmələrə üz tutan şəhid və əlil ailələri inzibati orqanlar tərəfindən süründürməçiliyə məruz qalırlar.

“Əməli addımlar atılmalıdır”

Hərbi ekspert Daşdəmir Əliyev “Bizim Yol” əməkdaşı ilə söhbətində bildirdi ki, məhkəmə prosesləri bilərəkdən uzadılır, məhkəmə işi appelyasiya, kassasiya və hətta Konstitusiya Məhkəməsi səviyyəsinədək çatdırılır: “Son zamanlar şəhid ailələri və əlil olmuş keçmiş hərbi qulluqçular qanunvericiliklə müəyyən edilmiş əlillik dərəcəsinə uyğun olaraq sığorta pulunun alınmasında bir çox əngəllərlə üzləşirlər. Dövlət tərəfindən təyin olunmuş maddi vəsaiti əldə etmək üçün məhkəmələrə müraciət edən insanlar süründürməçiliyə məruz qalırlar. Belə ki, məhkəmə hakimləri tərəfindən qəbul olunmuş qərarların qanuni qüvvəyə minməsinə dövlətin müəyyən inzibati orqanları tərəfindən maneələr yaradılır. Bu səbəbdən də məhkəmə prosesləri qeyri-ixtiyari olaraq uzadılır”. 

Hərbi ekspert hesab edir ki, bu, vətən yolunda canlarını qurban vermiş şəhidlərin ailələrinə qarşı böyük hörmətsizlikdir: “Bundan başqa şəhid və hərbi əlil ailələrinə göstərilən bu soyuq yanaşma, hal-hazırda hərbi xidmətdə olan hərbi qulluqçulara da mənəvi zərbədir. Müharibə şəraitində olan bir ölkə üçün bu yanaşma yolverilməzdir. Düşünürəm ki, şəhid ailələrinə və hərbi əlillərə sığorta pulunun ödənilməsində maneə törədən məmurlar seçkiqabağı gərginlik yaratmağa çalşırlar. Mən hesab edirəm ki, bu kompensasiyalar məhkəmə yolu ilə deyil, adi qaydada zərərşəkmiş ailələrə ödənilməlidir. Bu istiqamətdə dövlətdən əməli addımlar gözləyirəm”.

Şəhid anasının dərdi

Hüquq müdafiəçisi Telman Əbilov da hesab edir ki, dövlət üzərinə götürdüyü öhdəliyə qeyd-şərtsiz əməl etməlidir: “Bu günlərdə mənə şəhid əsgər anası müraciət etdi ki, onun probleminin həllinə kömək edim. Öncə qeyd edim ki, şəhid və əlil ailələrinin ailələri müəyyən dövlət orqanları tərəfindən süründürməçiliyə məruz qalır. Belə bir problemlə üzləşən şəhid anası bizə müraciət edərək öz etirazını bildirib. Belə ki, qanunvericiliklə nəzərdə tutulan sığorta pulunu almaq üçün məhkəməyə müraciət edən Nəsirova Şamama bəzi tələb olunan sənədləri əldə edə bilmir. 

Ana məktubunda yazır: Mənim oğlum Nəsirov Murad 1992-ci ildə Murov dağ istiqamətində aparılan döyüşlardə itkin düşüb. 2008-ci ilə qədər nə ölüsu barədə xəbərimiz olub, nə dirisi barədə. Axır ki, 2008-ci ildə məhkəmə yolu ilə oğluma şəhidlik statusu verilib. İndi isə dövlət tərəfindən ayrılmış sığorta pulunu almaq istəyirəm. Bunun üçün məhkəməyə müraciət etmişəm. Məhkəmə prosesinin başlaması üçün isə Dövlət Sığorta şirkəti imtina məktubu verməlidir. Lakin mən bu məktubu Binəqədi rayon sığorta şirkəti agentliyindən ala bilmirəm. Sözün əsl mənasında məni get-gələ salıblar. Bir məktubu vermək üçün məndən əlavə sənədlər tələb edirlər. Onların tələb etdiyi sənədləri isə notariusda təsdiq elətmək əsl problemə çevrilib. Mən üzümü rəhbər şəxlərə tutub demək istəyirəm ki, oğlumu vətən uğrunda vermişəm, əvəzi budurmu? Şəhid anasına belə hörmət qoymaq olarmı? Mən əlaqədar orqanlardan xahiş edirəm ki, mənim dərdimə çarə tapsınlar. Mən dövlətdən qanundankənar heç nə istəmirəm. Qanunla nə təyin edilibsə, onu versinlər mənə”

“Dəfələrlə məhkəmə qətnamələrini almışıq”

T.Əbilov deyir ki, “Hərbi qulluqçuların statusu haqqında” qanunun 27-ci maddəsinə əsasən, hərbi xidmətə çağırılan hər bir şəxs dövlət tərəfindən məcburi qaydada sığorta olunur: “Həmin hərbi qulluqçunun həyatına dəyən ziyandan asılı olaraq dövlət onun sığorta ödənilməsini öhdəsinə götürür. Qanunun bu tələbi 1 yanvar 1992-ci il tarixdən indiyə qədər qüvvədədir. Sadəcə olaraq keçən 20 il ərzində sığorta məbləğində dəyişikliklər olub. Hal-hazırda həlak olan hərbi qulluqçuların varislərinə 11 min manat sığorta ödənilir. Çox təəssüf ki, bu gün bu kateqoriyadan olan insanların müəyyən bir hissəsi bu məbləği adi qaydada yox, məhkəmə yolu ilə almaq məcburiyyətindədilər. İndiyə qədər sığorta pulu almayan varislərə qarşı bu davranışlar yolverilməzdir. Qeyd etmək istəyirəm ki, bu, şəhidlərimizin ruhlarına qarşı böyük hörmətsizlikdir. Müvafiq dövlət qurumları bu öhdəliyi götürüblərsə, onu hökmən icra etməlidirlər. Vətəndaşlar bu məqsədlə müvafiq dövlət orqanlarının qapılarını döyməməlidirlər. Əksinə olaraq, müvafiq dövlət orqanları həlak olan hərbi qulluqçuların varislərini axtarmalı və həmin sığorta məbləğini onalara evlərində ödəməlidirlər.

Dünyanın əksər ölkələrində hərbi qulluqçuların sığorta məsələsi aktual mövzulardan hesab olunur. Xarici ordularda hərbi qulluqçular xidmətə başlamazdan əvvəl sığorta müqaviləsi bağlayırlar. Əgər onların başına bədbəxt hadisə gəlsə, yaxud həlak olsalar, həmin sığorta pulu ailələrinə verilir. Türkiyədə bu sahədə daha ciddi işlər görülüb. Qardaş ölkədə əsgərlər hərbi xidmətə gələndə özlərinə qarşı baş verə biləcək təhlükə zamanı daxili orqanlarının bağışlanma məsələsindən də agah edilirlər. Onlar təqdim olunan sənədlərə öləcəkləri halda orqanlarının kimlərəsə bağışlanıb-bağışlanmamasına dair sənədə ya "hə", ya da "yox" cavabını yazılı qeyd edirlər. Onlar həm də sığorta müqaviləsi bağlayırlar. Əslində, hər iki qanun onları sığorta edir, həm də baş verə biləcək hüquq pozuntularının qarşısını almağa kömək edir.

Azərbaycanda da "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanun mövcuddur. Qanuna əsasən, hansısa hərbi qulluqçu xidmət dövründə həlak olarsa, ya da xəsarət alarsa, bədəninin bir üzvünü itirərsə, onun ailəsinə kompensasiya ödənilir. Sığorta pulunun alınması məsələsində tələb olunan sənədlər verildikdə, məbləğin tam şəkildə ödənilməsi baş tutur. Əməliyyatlar zamanı itkin düşən və məhkəmə qaydasında ölmüş elan olunan şəhid ailələrinə sığorta pulu ödənilməsi barədə məhkəmə qətnaməsi təcrübəsi var. Dəfələrlə məhkəmə qətnamələrini almışıq. Hazırda Azərbaycanda hərbi qulluqçuların sığortasının qiyməti 11 min manatdır. 2007-ci ilə kimi 1100 manat olub”.

“60 ailənin şikayəti məhkəmədədir”

“İtgin Düşmüş Vətəndaşların Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Bətulə Cabbarova isə qeyd etdi ki, hazırda ən böyük problem itkin düşmüş vətəndaşların statusu ilə bağlıdır: “Məhz bunun nəticəsidir ki, hal-hazırda 300-400-ə yaxın itkin düşmüş vətəndaşın ailələri bizim təşkilata müraciət ediblər. Bu şikayətlər sığorta pulu, mənzil alınması ilə əlaqədardır. Əslində dövlətin bütün qurumları itkin düşmüş şəxslərin problemlərinin həllinə kömək etməlidir”.

Bətulə Cabbarova ölkədə 4000-dən artıq itkin düşmüş vətəndaşa şəhid statusunun verilməsindən də narahatdır: “Dövlət əhəmiyyətli bir problemin mövcud olduğu və itkin düşmüş vətəndaşların statusuna xüsusi diqqət yetirilməsi qeyd edilməlidir. Əlavə edim ki, hazırda 60 belə ailənin şikayəti məhkəmədədir. Məhkəmədə əsas maneələr Dövlət Sığorta Şirkəti tərəfindən yaradılır. Şəhidlərin, itkin düşmüş vətəndaşların sığorta pulu verilməlidir. Bu proseslerdə yaranan bütün maneələr dövlət tərəfindən aradan qaldırılmalıdır”.

Müsahibimiz bildirir ki, 1991-1994-cü illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı itkin düşmüş hərbçilərin ailə üzvlərinin sosial müdafisinin gücləndirilməsinə ictimai dəstək məqsədilə tədbirlər keçiririlir. Tədbirlərdə itkin düşmüş hərbçilərin ailə üzvlərinin sosial müdafisinin vəziyyəti, mövcud problemlər, bu problemlərin yaranması səbəbləri və s. barədə müzakirələr aparılır, müxtəlif rəy və təkliflər açıqlanaraq, problemlərin həlli olunması üçün təkliflər sürülür.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]