Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Normal uşaqları əlillərlə eyni qrupa buraxmırlar”

“Normal uşaqları əlillərlə eyni qrupa buraxmırlar”
Bölmə :
KİVDF
Yayım tarixi :
26/6/2013 [08:29]
Baxılıb :
1606 dəfə
Ekspertlər fiziki qüsurlu uşaqların təhsil probleminin həlli yollarını göstərirlər

Bu gün ölkəmizdə fiziki qüsurlu uşaqların təhsil məsələsi problem olaraq qalmaqdadır. Beynəlxaq və ölkə qanunverciliyində bildirilir ki, cəmiyyətin bütün üzvlərinin (istər sağlam, istərsə də sağlamlığında qüsur olan) bərabər təhsil almaq hüquqları var. Ancaq Respublikamızda sağlamlığında qüsur olan uşaqların qüsursuz uşaqlar kimi təhsildən yararlanması problemli məsələdir.

Rəsmi statistikaya görə, Azərbaycanda 60 minə yaxın əlilliyi olan uşaq var. Onun 12 minə yaxını təhsilə cəlb olunur və böyük əksəriyyət təhsildən kənarda qalır. Statistikaya görə, əlilliyi olan uşaqların böyük bir hissəsinin yaş həddi məktəbəqədər yaş dövrünü əhatə edir. Lakin ölkəmizdə fiziki qüsurlu uşaqların əksəriyyəti həmyaşıdları ilə birlikdə təhsildən yararlana bilmir və bu da onların savadlanmasının, elmə, biliyə yiyələnməsinin qarşısını alır.

Məktəbəqədər təhsildən yararlana bilməmələri onların ümumi məktəb həyatına da əngəl törədir və cəmiyyətə inteqrasiyasını çətinləşdirir. Oan görə ki, məktəbəqədər təhsil hər bir uşağın həyatında önəmli mərhələdir. Araşdırmalara görə, uşaqların bağçaya getməsi onların sonrakı həyatına və təhsil fəaliyyətinə müsbət təsir göstərir. Məktəbdən əvvəl bağçada təhsil almış uşaqlar oxumağı, yazmağı digərlərinə nisbətən daha tez qavrayırlar. Xüsusilə əlilliyi olan uşaqlar məktəbəqədər təhsil formasından yararlanmadıqda, ümumi təhsilə keçmələri onların qavramalarında müəyyən çətinliklər törədir.

Bəs Azərbaycanda fiziki qüsurlu uşaqların məktəbəqədər təhsilə cəlb olunması hansı səviyyədədir? Onlar təhsilin bu növündən kifayət qədər yararlana bilirlərmi?

“Təqdirəlayiq haldır ki...”

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin sədri Ramilə Mahmudova əməkdaşımızla söhbətində öncə əlillərə olan güzəştlər və imtiyazlara toxundu: “Əlilliyi olan şəxslər dövlətimiz tərəfindən ratifikasiya olunmuş BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyada, ölkəmizin Konstitusiyasında, “Əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Məşğulluq haqqında” qanunlarda, Əmək, Vergi, Cəzaların İcrası, Şəhərsalma və Tikinti və s. məcəllələrdə, habelə başqa qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Təqdirəlayiq haldır ki, ölkəmizdə bu qəbildən olan insanlar barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. 

Müvafiq icra hakimiyyəti orqanları sağlamlıq imkanları məhdud uşaqların və 18 yaşından yuxarı əlillərin məktəbəqədər təhsilini, dərsdənkənar vaxtlarda tərbiyəsini, psixoloji-tibbi-pedaqoji və ya tibbi-sosial ekspert komissiyasının qərarına əsasən tədris proqramları üzrə məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil almasını Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada təmin edirlər. Onların ümumi, orta ixtisas və ali təhsili ümumi tipli təhsil müəssisələrində, zərurət olduqda isə xüsusi təhsil müəssisələrində həyata keçirilir. Stasionar müalicə-profilaktika və ya reabilitasiya müəssisələrində (mərkəzlərində) müalicə kursu keçən sağlamlıq imkanları məhdud uşaqlar üçün də dərs məşğələləri təşkil edilir. İstedadlı sağlamlıq imkanları məhdud uşaqların ümumi tədris müəssisələrində və ya xüsusi məktəbdənkənar tədris müəssisələrində pulsuz musiqi təhsili almaq, təsviri, bədii-tətbiqi sənətlərə yiyələnmək hüququ vardır.

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların qəbul imtahanları verməsi üçün də lazımi şərait yaradılır. Təhsil dövründə pensiyalar və təqaüdlər tam məbləğdə ödənilir. I və II qrup əlil və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək tələbələrə, şagirdlərə aldıqları təqaüdün 50 faizi məbləğində əlavə ödənc verilir. 1990-cı ilin 19-20 yanvar Bakı hadisələrində, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı I və II qrup əlil olmuş və ödənişli əsaslarla ali və orta peşə-ixtisas təhsili alan şəxslərin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Tibbi-sosial ekspert komissiyasının rəyinə görə əlilin, sağlamlıq imkanları məhdud uşağın səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, sağlamlıq imkanlarının məhdudluğu mülahizələrinə görə əlillə, sağlamlıq imkanları məhdud uşaqla əmək müqaviləsini bağlamaqdan, yaxud əlili, sağlamlıq imkanları məhdud uşağı işdə irəli çəkməkdən imtina edilməsinə, müdiriyyətin təşəbbüsü ilə onun işdən azad edilməsinə, öz razılığı olmadan başqa işə keçirilməsinə yol verilmir. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müvafiq müəssisələrdə tibbi, peşə və sosial reabilitasiya keçən şəxslərin bu müəssisələrdə olduğu müddətdən asılı olmayaraq işəgötürənin təşəbbüsü ilə fərdi əmək müqaviləsinin (kontraktının) ləğv edilməsinə yol verilmir”.

“Normal uşaqların valideynləri istəmir ki...”

Xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin reabilitasiyası ilə məşğul olan “Göy qurşağı” yardım mərkəzinin direktoru Yeganə Məmmədəliyevanın sözlərinə görə, Azərbaycanda əlilliyi olan uşaqların məktəbəqədər təhsildən yararlanmaları üçün xüsusi uşaq bağçaları yox səviyyəsindədir: “İnkluziv təhsil proqramını tətbiq etdikdə isə valideynlərin münasibəti birmənalı olmur. Düzgün inkişaf etmiş uşaqların valideynləri övladlarının əlil uşaqlarla birlikdə təhsil almalarına qarşı çıxırlar. Bunun əsas səbəbi isə onların bu istiqamətdə düzgün yönləndirilməmələridir. 

Buna görə də bu mövzuda valideynlər arasında maarifləndirilmə işlərinin aparılmasına böyük ehtiyac var. Çünki ümumi qrup hazırdırsa, əlilliyi olan uşaqları ora cəlb etmişiksə, lakin normal uşaqların valideynləri bunu qəbul etmirsə, biz bunu tətbiq edə bilmərik. Qeyd edim ki, inklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumi təhsil müəssisələrində sağlam uşaqlarla birgə təhsil almasıdır. Proqrama görə, əgər bir qrupda 20 nəfər uşaq varsa, bunların ikisi və ya üçü fiziki qüsurlu uşaqlar olmalıdır”.

Beynəlxalq təcrübə

“Autizm” Deffektoloji və Psixoloji Yardım Mərkəzinin sədri Çiçək Məmmədli xarici təcrübə haqqında məlumat verdi: “Dünyada hər bir ölkədə fiziki qüsurlu uşaqlara qarşı yanaşma müxtəlifdir. Amma bu da həqiqətdir ki, bizim ölkə bu baxımdan inkişaf etmiş ölkələrdən geri qalır. Çünki Avropada əlilliyi olan uşaq anadan olubsa, artıq doğum evindən müvafiq qurumlara məlumat verilir. Orada 0-dan 3 yaşına qədər ailələrə sosial işçilər cəlb olunur. Onlar uşağın valideynləri ilə söhbət aparır, onlarla nə etmək, necə işləmək, övladlarının hansı bacarıqlarını inkişaf etdirmək lazım olduğu haqqında məlumat verir. 

Üç yaşına qədər uşağın tədrisi ev şəraitində aparılır. 3 yaşından 6 yaşına qədər olanlar uşaq bağçalarına göndərilir, 6 yaşından 18 yaşına qədər olanlar məktəblərə göndərilir, sonra ali təhsil, daha sonra iş yerlərinə ezam edilir. Əgər uşağın təhsili qavrama səviyyəsi aşağıdırsa, bu zaman o, hansısa texniki peşəyə yiyələnir. Düşünürəm ki, fiziki qüsurlu uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək üçün bunları Azərbaycanda da tətbiq etmək mümkündür və gərəkdir”.

“Qanunvericilik düzgün qurulmalıdır”

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının sədri Nazir Quliyev bizimlə söhbətində bildirdi ki, bununla bağlı qanunvericilikdə boşluq var. Bu səbəbdən fiziki qüsurlu uşaqların təhsilə cəlb olunması və inkluzivliyi təmin olunmur: “Araşdırmalar göstərir ki, təhsilə cəlb olunan əlil uşaqların böyük əksəriyyəti evlərində təhsil alırlar. Lakin evdə təhsil almaq üsulu müasir dövrdə səmərəli deyil. Burada əsas məsələ onların cəmiyyətə inteqrasiya olunmasıdır, bunun üçün də əlil uşaqlar öz həmyaşıdları birlikdə təhsil almalı və ünsiyyətə girməlidirlər. Bundan əlavə, qanunvericilikdə boşluqlar olduğu üçün fiziki qüsurlu insanların infrastruktur baxımından problemləri var. Onların hərəkəti üçün lazımi şərait yaradılmır və nəqliyyatdan rahat istifadə edə bilmirlər. Burada kompleks təminetmə olmalıdır. Həm infrastruktur, həm də qanunvericilik düzgün qurulmalıdır. Onların cəmiyyətə inteqrasiyası üçün əsas məsələlərdən biri isə valideynlərin maarifləndirilməsidir. Təcrübədə göstərilir ki, əlilliyi olan uşaqların valideynləri uşaqların cəmiyyətə qaynayıb-qarışmasında, təhsil almasında və gələcəyinin düzgün təməl üzərində qurulmasında böyük rol oynayır.

Əlil uşaqların təhsil almaması onların gələcək həyatında böyük fəsadlar yaradır. Əlil övladı olan hər bir ailə bilməlidir ki, uşaqların kiçik yaşlarından təhsil almaları olduqca vacib məsələlərdəndir. Çünki, uşaq təhsil ala bilməyərək cəmiyyətdən kənarda qalır və gələcəkdə ailənin üzərinə yük olur, özünü cəmiyyətə yararsız insan kimi hiss edir. Ailənin gəlir gətirən üzvü isə məcbur olur ki, əmək fəaliyyətini saxlayıb uşağa baxsın. Bundan əlavə, əlillərin əmək fəaliyyəti ilə məşğul olmamaları cəmiyyətdə sosial yükün ağırlaşmasına gətirib çıxarır. Amma onlar peşə təhsili alsalar, lap kiçik yaşlarından əmək fəaliyyətinə cəlb olunsalar, cəmiyyətə faydalı insan olurlar və yükə çevrilmirlər. Təcrübələr də göstərir ki, təhsili olan fiziki qüsurlu insanın digər insanlardan heç bir fərqi yoxdur, sadəcə, onlara uşaqlıqdan qayğı göstərərək düzgün yönləndirmək lazımdır”.

Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifova isə bildirdi ki, 2008-ci ildə Qarabağ əlillərinin ailə üzvlərinin təhsil haqqından azad edilməsi ilə bağlı Milli Məclisə müraciət edib. Ancaq müraciətinə bu günə qədər cavab ala bilməyib.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]