Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Yeməyinizi yarıyadək yeyin”¦”

“Yeməyinizi yarıyadək yeyin”¦”
Bölmə :
KİVDF
Yayım tarixi :
25/6/2013 [08:25]
Baxılıb :
1226 dəfə
Şəkərli diabet xəstələri üçün həyati vacib tövsiyələr

Azərbaycan Diabet Liqasının (ADL) sədri Yeganə Sultanova "2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı"nın qəbul edilməsini müsbət addım kimi dəyərləndirir: “Bu proqramla şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin həyat fəaliyyətlərinin yüksəldilməsi və uzadılması, şəkərli diabetin fəsadlarından əmələ gələn əlilliyin və ölüm hallarının azaldılması, şəkərli diabet və onun fəsadlarının profilaktika sisteminin təşkili, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcminin, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısının və miqdarının, habelə bu preparat və vasitələrlə təminat qaydasının müəyyən edilməsi, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registrinin və indiki zamanda xəstəliyin vəziyyəti barədə zəruri məlumat bankının yaradılması, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsinin və müalicəsinin maliyyələşdirilməsi qaydasının müəyyən edilməsi, şəkərli diabet xəstəliyinin müalicəsi üzrə tibb mütəxəssislərinin hazırlanması, ixtisaslarının artırılması və diabetoloji xidmətin strukturunun yaradılması, şəkərli diabet xəstəliyinə tutulmuş uşaq və gənclərin qeydiyyatı aparılmaqla, onlara təhsil aldıqları müəssisələrdə tibb mütəxəssisləri və müəllimlər vasitəsilə xüsusi nəzarətin təşkil edilməsi, səhhətlərində hər hansı dəyişiklik baş verdikdə təcili tibbi yardımın göstərilməsi, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin sanator-kurort müəssisələrində müalicəsinin təşkili, eləcə də dərman vasitələrinə və diabetik ərzaq məhsullarına olan tələbatının təmin edilməsi mümkün ola bilər”.
Y.Sultanova sözügedən proqramın qəbul ediləsinin gözlənilən nəticələrindən də danışdı: “Əsas gözləntilər şəkərli diabetlə xəstə olan insanlar üçün diabetoloji xidmətin təkmilləşdirilməsi, dövlət registrinin, həmçinin məlumat bankının yaradılması və fəaliyyət mexanizminin hazırlanması, Azərbaycanın şəhər və rayonlarında və Bakı şəhərinin rayonlarında təlim məktəblərinin yaradılması və onların fəaliyyətinin uyğun olaraq Respublika Endokrinoloji Mərkəzi (REM) və Bakı Şəhər Endokrinoloji Dispanseri (BŞED) tərəfindən mərkəzləşdirilmiş şəkildə idarə edilməsi, Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin birgə əməkdaşlığı sayəsində ümumtəhsil müəssisələrində təhsil alan şəkərli diabetlə xəstə olan şəxslər üçün xüsusi qayğının təşkili vasitəsilə ağır və kəskin halların qarşısının alınması, şəkərli diabetlə xəstə olan insanların dərman preparatları, özünənəzarət vasitələri və digər ləvazimatla tam təminatı, əhali və şəkərli diabetlə xəstə insanlar arasında profilaktika işlərinin aparılması, diabetin müalicəsində tətbiq olunan ən müasir preparatların və müayinə metodlarının Azərbaycanda tətbiqi üçün ekspertlər qrupunun təşkil edilməsi, şəkərli diabetlə xəstə olan insanların sanator-kurort müalicəsinin təşkili, pəhriz məhsullarının hazırlanmasında yerli istehsalın inkişafı, şəkərli diabet xəstəliyinin xroniki fəsadlarının və bu xəstəlikdən ölüm hallarının azaldılmasıdır”.

Qidalara münasibət

Həmsöhbətimiz yenə də şəkərli diabet xəstələrinin qidalanması məsələsini qabardır: "Söhbətimizin əvvəlində xəstələrimizin necə qidalanması ilə bağlı ümumi məlumat verdik. İndi bir az da olsa konkretləşdirək. Adətən diabetik xəstələrdə zülal haqqında heç bir şəkk-şübhə yoxdur, lakin onlar qanda qlükozanı qaldırdığı üçün karbohidratlara ehtiyatla yanaşırlar. Bu məsələyə sonra qayıdacağıq, burada isə karbohidratların və zülalların kaloriliyinə toxunacağıq. Yağlarla müqayisədə zülal və karbohidratların kaloriliyi 2 dəfə azdır, lakin çəki azaldılmasında yaxşı nəticəyə nail olmaq üçün, onları da bir qədər məhdudlaşdırmaq lazımdır. Sadə qayda: öz adəti qidalanma porsiyanızın yarısı qədər yeməlisiniz. Nəhayət elə ərzaq məhsulları var ki, çəki azaldılması zamanı onları məhdudlaşdırmaq lazım deyil. Əksinə, bu ərzaqlarla yuxarıda qeyd olunmuş qida azalmasını, məhdudiyyətləri kompensasiya edə bilərsiniz. Bu qrup əsasən su və həzm olunmayan liflərlə zəngin, lakin qidalılığı aşağı olan tərəvəzlərdən ibarətdir. Bunun üçün də sağlam qidalanma prinsiplərnə hər bir insanın qidasına tərəvəz şəklində çoxlu bitki liflərinin daxil olunması aiddir.
Yuxarıda deyilənlərə əsaslanaraq, çəkini azaltmaq üçün ərzaqları istifadəsinə görə üç qrupa ayırmaq olar:
Birinci qrupa kartof, qarğıdalı,yetişmiş noxud və lobya (onlar nişasta ilə zəngindir) istisna olmaqla, tərəvəzlər, həmçinin az kalorili içkilər aiddir. İstifadəsində heç bir məhdudiyyət yoxdur.
İkinci qrupa orta kalorili ərzaq məhsulları daxildir: zülallı, nişastalı, süd məhsulları, meyvələr. İstifadə prinsipi: motədil məhdudiyyət - əvvəlki adəti porsiyanın yarısını yemək yemək.
Üçüncü qrupa yüksək kalorili qidalar daxildir: piylərlə zəngin, alkaqol (kaloriliyinə görə piylərə yaxındır), şəkər və qənnadı məmulatları. Axırıncılar yalnız qanda güclü şəkərı artırdığı üçün yox, həm də yüksək kaloriyə (belə ki, kalorini azaldan su və ballast maddələr onlarda yoxdur) malik olduqlarına görə bu qrupa aiddirlər. İstifadə prinsipi: maksimum istifadə etməmək”.
ADL sədri bildirir ki, belə pəhrizin gözlənilməsi zamanı heç bir kalori hesablanması nəzərdə tutulmur: "Bəzən həkim xəstələrə məsləhət verir ki, sutkalıq qida kalorisi 1500 Kalori olsun! Lakin, bunu həyata necə kecirməli? Əgər bir şəxs müxtəlif ərzaqlarla qidalanırsa, istifadəyə hazır ərzaq və yeməklər alırsa, qismən evdən kənarda qidalanırsa, belə bir hesablama praktiki mümkün deyil. Kalorini dəqiq hesablamaq üçün qidalanma qatışıqsız ərzaq məhsulları ilə, yalnız dəqiq çəkilmiş porsiyalarla olmalı və xüsusi kalorini hesablama cədvəlindən istifadə edilməlidir. Bu, xüsusi iaşə müəssisəsi, məsələn xəstəxananın iaşə blokunda mümkündür".

Karbohidratlar yeganə qida maddəsidir ki...

Kalori hesablanmadan az kalorili pəhriz saxlamaq olarmı? Yeganə Sultanovanın sözlərinə görə, artıq mütəxəssislər çoxdan təsdiq ediblər ki, xəstənin yediyi kalorinin miqdarı yox, onun qida rasionunda etdiyi ixtisar vacibdir: "Aşağı kalorili pəhrizə düzgün riayət edilməsinin göstəricisi əldə edilmiş nəticədir. Çəkinin enməsi! Çəki aşağı düşməyibsə, bu o deməkdir ki, pasiyent öz rasionunun kalorisini aşağı sala bilməyib. Ərzaq məhsullarının kaloriliyi haqqında olan məlumat hansı dərəcədə xəstə üçün faydalı ola bilər? Ortaya çıxan sualları aydınlaşdırmaq üçün kalorilik haqda sorğu kitabçasının olması məqsədəuyğundur və düzgün seçim üçün ərzaqları alan zaman onların kaloriliyi haqda paketlərin üzərindən məlumat almaq məsləhətdir.
Karbohidratlar, yeganə qida maddəsidir ki, birbaşa qanda şəkəri qaldırır. Ancaq bu onların kəskin məhdudlaşdırılması üçün səbəb deyil. Birincisi, karbohidratlar hər hansı bir şəxsin,o cümlədən diabetli xəstələrin qidalanmasında kifayət qədər olmalıdır (ən azı ümumi kalorinin 50 faizi), çünki onlar orqanizmi üçün enerji mənbəyidir. İkincisi, müxtəlif karbohidratlar qanda şəkərə müxtəlif cür təsir edir. Elə karbohidratlar vardır ki, çox asan mənimsənilir (onlar elə asan mənimsənilən də adlanırlar), çünki onlar kiçik molekullardan ibarətdir, həzm traktından sürətlə sorulurlar. Onlar dərhal və çox güclü şəkildə qanda şəkər səviyyəsini artırırlar. Məhz şəkər, bal bu karbohidratlardan ibarətdir, onlar meyvə şirələri, pivələrin tərkibində də çoxdur.
Karbohidratların digər növünün isə (onları çətin mənimsənilən və ya nişasta adlandırırlar) şəkəri artırma xüsusiyyəti azdır. Bu ərzaqlara kəpəkli çörək, yarma, makaron məhsulları, kartof və qarğıdalı aiddir. Nişasta molekulu böyükdür və onun mənimsənilməsi üçün orqanizm çalışmalıdır. Buna görə də nişastanın parçalanması nəticəsində əmələ gələn şəkər nisbətən yavaş mənimsənilir və bu da qanda şəkərin səviyyəsini az dərəcədə artırır. Nişastanın həzmini onun kulinar hazırlanması da asanlaşdırır. Beləliklə, qidanın hazırlanmasının və emalının müəyyən üsullarından istifadə edərək nişastadan istifadə edərkən şəkərin güclü artımına mane olmaq olar. Məsələn, kartofu püre şəklində yox, bütöv, qabığı ilə birlikdə bişirmək lazımdır. Sıyıqları çox uzun müddət bişirmək lazım deyil. Daha yaxşısı onları bütöv, xirdalanmamış bişirəsən (qarabaşaq, düyü). Şəkərin qalxmasına yeməyin bitki lifləri ilə hazırlanması mane olur. Buna görə də, çörək yaxşı olar ki, kəpəkli undan hazırlanan olsun, yüksək keyfiyyətli ağ undan hazırlanan olmasın. Meyvələri isə meyvə şirəsi kimi yox, təbii şəkildə istifadə edin".

"Evdə ehtiyat saxlamaq lazımdır"

Həmsöhbətimiz bildirir ki, şəkər əvəzediciləri qidaya şirin dad verərək, şəkər səviyyəsini artırmır. Lakin bu halda kalorisiz şəkər əvəzedicilərindən - saxarin və aspartamdan söhbət gedir: "Bu beynəlxalq adlardır, faktiki tərkibindəki məddəni bildirir. Ticarət (Kommersiya) adları isə eyni şəkər əvəzedicisi üçün müxtəlif ola bilər, misal üçün çəkisi çox olan diabetli insanlar üçün çox əlverişli “Surel” aspartam, “Sukrazit” var. Paket uzərində preparatın beynəlxalq adı mütləq olmalıdır. Kalorisiz şəkər əvəzedicilərindən başqa satışda şəkər analoqları adlandırılanlar var - ksilit, sorbi və fruktoza. Baxmayaraq ki, onlar qanda şəkəri daha az artırırlar, yüksək kalorili olduqlarına görə, artıq çəkili xəstələrə tövsiyə oluna bilməz. Bu kateqoriya xəstələrin şokolad, peçənyə, vafli və cem kimi “diabetik” qidaları da yeməsi lazım deyildir. Onlar ksilit və ya fruktozadan hazırlanır və onların tərkibindəki qalan qidalar da yüksək kaloriyə malik ola bilər. İkinci bunlar qanda şəkər səviyyəsini artıra bilər, məsələn vafli və peçenyelərdəki un, cem və marmeladda meyvə əlavəsi və s. var.
Az-az qidalanma rejimi gün ərzində kiçik porsiyalarla qida qəbulu rejimini nəzərdə tutur. Bu bir necə səbəbdən faydalıdır. Birincisi, az kalorili diyetada aclıq hissi əmələ gələ bilər və daha tez-tez yemək onu azaltmağa kömək edəcək. İkincisi kiçik porsiyalarda karbohidrat az olur və bu da mədəaltı vəzin işini asanlaşdırır. Əgər imkan varsa şəkərli diabet 2-ci tip xəstələrin az-az qidalanma rejiminə keçməsi arzuolunandır. Biz artıq 2 tip diabetli xəstənın mədəaltı vəzisinin gərgin işləyərək çoxlu insülin hasil etməsinə baxmayaraq, böyük ehtiyat imkanlarının olmadığını yuxarıda qeyd etmişdik. Belə bir gərginlikdə karbohidratlarla zəngin çoxlu qida qəbul etməklə onu gücü çatmayan iş qarşısında qoymaq arzuolunmazdır. Karbohidratlı ərzaqların kiçik porsiyalarla qəbulu onların öhdəsindən gəlməyi asanlışdıracaq, qanda qlükozanın çox artması baş verməyəcək. Bir çox xəstələr doktorun az-az qidalanma rejimi məsləhətinə cavab olaraq deyirlər ki, onların yaşayış şəraitində bu mümkün deyil. Belə gün rejimində axşam az yemək çox çətindir, çünki təbii olaraq çox güclü aclıq, həmçinin gərgin işdən sonra böyük dincəlmək arzusu var ki, buna da yemək kömək edir. Eyni zamanda, günün 2-ci yarısında fiziki fəaliyyət adətən minimum olur və qəbul olunmuş kaloriləri sərf etməyə heç bir imkan olmur. Bu vəziyyəti dəyişdirmək üçün çalışmalıyıq. İşdən sonra evə gələndə çox yeməyə səbəb olan həddən artıq iştahanın qarşısını almaq üçün gün ərzində, hətta bəzən işdən getməzdən əvvəl əlavə yemək qəbul etmək lazımdır.
Başa düşməliyik ki, bir alma, portağal tam bir yeməkdir, həm də meyvələr digər qidalardan ayrı yeyildiyi zaman şəkər səviyyəsinin böyük artımına səbəb olmayacaqdır. Həmçinin demək olar ki, gündüz fiziki fəaliyyəti hər bir şəxsdə maksimum olur. Sonrakı fəsildə məlumat verildiyi kimi, bilirsiniz ki, əzələ işi qanda şəkər səviyyəsini aşağı salmağa kömək edir. Həmçinin evdə aşağı kalorili ərzaqların və içkilərin ehtiyatının olması lazımdır ki, güclü aclıq hiss edəndə dərhal istifadə edə biləsən".

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]