Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Bu, böyük xərc tələb edən xəstəlikdir”

“Bu, böyük xərc tələb edən xəstəlikdir”
Bölmə :
KİVDF
Yayım tarixi :
22/6/2013 [12:16]
Baxılıb :
1337 dəfə
Yeganə Sultanova: “Bakıda təminatla bağlı heç bir problem olmasa da, regionlarda vəziyyət qənaətbəxş deyil”

Azərbaycan Diabet Liqasının (ADL) sədri Yeganə Sultanova deyir ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkənlər üçün maarifləndirmə işi aparılır: “1998-ci ildən ADL tərəfindən şəkərli diabet xəstələri üçün bu xəstəliklə necə mübarizə aparmaq, hansı həyat tərzini seçmək haqqında "Diabet Mektəbləri"ndə təlimlər təşkil edilir. Artıq bu təlimlərdə 4500-dən çox insan təlim keçib. Lakin 2006-ci ildən "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanun qəbul edildikdən sonra, dövlət və tədbirlər proqramına əsasən respublikanın bütün tibb müəssisələrində bu kimi təlim məktəblərinin yaradılmasına sərəncam verilib. Bu sərəncamın yerinə yetirilməsi 2011-ci ildən Respublika Endokrinoloji Mərkəzə (REM) və ictimai qurum kimi ADL-a həvalə edilib”.

Həmsöhbətimiz xəstələrin müayinə və müalicəsinin necə aparılması barədə danışdı: “SD haqqında Azərbaycanda hal-hazırkı dövrdə kifayət qədər düzgün və dəqiq müayinə və müalicə aparılır. Sadəcə olaraq pasiyentlər vaxtında və düzgün ünvana müraciət etməlidirlər. Ona görə dövlət müəssisəsi olan REM-də və ya öz qeydiyyatda olduqları ambulatoriya müəssisəsində endokrinoloqa müraciət etmələri kifayətdir. Həkim endokrinoloq sizə hər bir şeyi düzgün izah edəcək. Ona görə hər bir kəs risk qrupuna daxildirsə, yuxarıdakı əlamətləri hiss edirdsə, vaxtında həkimə müraciət etməlidir”.

“Regionlarda vəziyyət qənaətbəxş deyil”

Azərbaycanda şəkərli diabetlə mübarizə sahəsində görülən işlərə gəlincə, ADL sədri bildirdi ki, bu istiqamətdə bir sıra dövlət proqramları imzalanıb: “Belə ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanununun tətbiq edilməsi barədə Prezidentin 2004-cü il 12 fevral tarixli fərmanına uyğun olaraq dövlət proqramı təsdiq edilib. Davamı olaraq “2011- 2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı” təsdiq edilib. Bir sözlə, şəkərli diabet xəstələrimizə dövlət qayğısı var. Bundan başqa, dərman təchizatı və özünənəzarət vasitələri ilə təminat yaxşılaşdırılıb. Endokroloji xidmətin yaxşılaşdırılması məqsədilə REM genişlədilib.
Lakin bütün bunlara baxmayaraq, görüləsi işlər kifayət qədər çoxdur. Büdcədən ilbəil daha çox vəsait ayrılır. Təminatla bağlı Bakı şəhərində problemlər demək olar ki, yoxdur. Amma, regionlarda vəziyyət qənaətbəxş deyil.

Şəkərli diabet xəstəliyini təhlükəli və problemli edən onun müxtəlif yaş həddini əhatə etməsi, əhali arasında geniş yayılması, ağır fəsadların meydana gəlməsi, böyük maddi vəsait tələb etməsidir. Xəstəliyin xoş gedişatı, yəni onun həyat tərzinə çevrilməsi üçün düzgün tibbi xidmətə, sosial-iqtisadi qayğıya, normal psixoloji duruma və bütün bunları tənzimləyə biləcək hüquqi bazaya ehtiyac var. Birləşmiş Millətlər Təşkilatının qətnaməsində deyilir ki, şəkərli diabet xroniki, üzücü, böyük xərclər tələb edən, ağır xroniki fəsadlarla müşayiət edilən xəstəlikdir, hansı ki, ailəyə, üzv dövlətlərə, bütün dünyaya böyük təhlükə yaradır və beynəlxalq səviyyədə inkişaf məqsədlərinə ciddi maneçilik törədir”.

“İlk mərhələ qidalanmadır”

Yeganə Sultanova deyir ki, qidalanma şəkərli diabetin 2-ci tipinin müalicəsinin mühüm tərkib hissəsidir: “Beynəlxalq tövsiyəyə görə, diyeta və fiziki fəaliyyət şəkərli diabetin 2-ci tipinin müalicəsi kimi birinci mərhələdə tətbiq edilir və bu zaman pəhriz, fiziki fəaliyyət səmərəsiz olarsa, yəni qanda şəkər səviyyəsi normallaşmazsa, onda dərman təyin edilir.
Bu mühüm məqsəd ilə yanaşı, şəkərli diabetin 2-ci tipində qidalanmaya ürək-damar xəstəliyi riskinə təsir amili kimi də baxmaq lazımdır. Şəkərli diabet 2-ci tiplə yüksək qan təzyiqi və xolesterin səviyyəsi çox vaxt yanaşı olur. Bu pozulmalar həm ayrılıqda, xüsusilə də diabetlə birlikdə ürək-damar sistemi xəstəliklərinin inkişaf riskini, xüsusilə də ÜİX-ni qat-qat artırır. 
Qeyd etdiyimiz risk amillərinin zərərli təsiri müəyyən pəhriz tədbirlərı ilə azaldıla bilər. Və nəhayət, müasir dünyada qidalanmaya tələblər çox artmışdır. Çalışmaq lazımdır ki, hər kəsin, o cümlədən diabetli xəstələrin də qidalanması düzgün pəhrizin əsas prinsiplərinə uyğun olsun. Belə ki, diabet, piylənmə və ürək-damar xəstəliklərinin irsi olaraq əmələ gəlmə riskini nəzərə alaraq, diabetli insanın bütün ailəsinin belə qidalanması çox vacibdir”

“Pəhriz ən gözəl vasitədir”

Həmsöhbətimiz təəssüflə qeyd edir ki, diabetin 2-ci tipində pəhrizin çox böyük imkan və potensialından çox vaxt kifayət qədr istifadə olunmur: “Xəstənin qidalanmada məhdudiyyətlərə əməl etməsi çətindir, həkimin isə bu pəhrizin detallarını xəstə ilə müzakirə etməyə vaxtı yoxdur.
Beləliklə, bu təsirli müalicə vasitələrinə barmaqarası yanaşırıq və nəticədə vaxtındən əvvəl şəkəri aşağı salan preparatlarla müalicəyə başlayırıq. Əlbəttə, qanda şəkər səviyyəsi çox yüksək olsa, gecikmə təhlükəlidir və o, tez aşağı salınmalıdır. Bəzən hətta insulin təyin edilə bilər. Lakin bu zaman bilmək vacibdir ki, şəkərli diabet 2-ci tipdə istənilən dərman qeyri-düzgün qidalanmanın mənfi təsirini kompensasiya edə bilməz.
Öyrətmə proqramlarının təcrübəsi göstərir ki, xəstələrin 30 faizdən çoxu dietanı düzgün gözlədikdə dərman preparatlarını kəsmək olar. Şəkərli diabetin 2-ci tipinə aid olan xəstələr arasında piylənmə hipertoniyası və s ola bilər. Onlara qidalanma üzrə tövsiyə bir qədər başqadır. Artıq çəkili 2-ci tip diabet xəstələrinin qidalanması, 2-ci tip diabetlilər arasında əksəriyyət təşkil edən bu xəstələrə məhz artıq çəki insulinin effektiv təsir göstərməsinə mane olur və nəticədə qanda şəkərin səviyyəsi yüksək olaraq qalır.
Beləliklə, artıq çəkinin azaldılması yolu ilə səmərəli müalicə vacib şərtidir. Çəkinin 4-5 kq azaldılması çov vaxt qanda şəkər səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırır və uzun müddət diyeta istisna olmaqla, başqa heç bir müalicəyə ehtiyac olmur. Əgər qanda şəkər çox yüksəkdirsə, çəkinin azaldılması dərmanı çox kiçik dozalarda təyin etməyə imkan verir. Bu, çox əlverışlidir, çunki həblərin yan təsirlərini minimuma endirir və lazım olduqda doza artırılması üçün imkan qalır. 
Bəs, çəkinin azalmasına necə nail olmalı və bundan sonra alınmış nəticəni necə saxlamalı? Arıqlamaq üçün az yemək lazımdır. Fikirləşmək olar ki, bunu kim dərk etmir? Lakin, əslində, bir çoxları bu məsələni özləri üçün başqa cür yozur. Bunun üçün nə yemək lazımdır? 
Demək lazımdır ki, arıqlamaq üçün hər hansı bir xüsusi qida və ya dərman bitkisi mövcud deyildir. Hal-hazırda çəkinin azalması üçün diyetasız yüksək effektli, tam təhlükəsiz dərman preparatı da yoxdur. Yeganə etibarlı yol orqanizmə enerji qəbulunu məhdudlaşdırmaq, yəni aşağı kalorili pəhrizə əməl etməkdir. Nəticədə yaranan enerji çatışmamazlığı yağ toxumasında ehtiyat enerji kimi toplanmış və məhz artıq çəkini təşkil edən bu ehtiyatlar orqanizmin müxtəlif ehtiyaclarına sərf ediləcək. Çəkinin mütləq azalmasına gətirib çıxaracaqdır. Artıq enerji sərfinə fiziki fəaliyyətin genişləndirilməsi də yardım edə bilər, lakin bir çox xəstələrdə bu köməkçi rol oynayır”.

Piylənməni azaldacaq vasitələr

Y.Sultanovanın sözlərinə görə, bizim qidamızda enerji təminatçıları onun 3 komponentidir - zülal, yağ və karbohidratlar. Onlardan ən yüksək olanı da kalorili yağlardır: “Onlar zülal və karbohidratlarla (4 kkal / 1 g) ilə müqayisədə iki dəfə çox enerjiyə (9 kkal / 1 qram) malikdirlər. Kaloriliyin azaldılmasının ən effektiv yolu qidanın tərkibindəki yağların azaldılmasıdır. Müasir insan üçün yalnız təhlükəsiz deyil, həm də faydalıdır, təəssüf ki, bizim qidalarımızda yağlar həddindən artıqdır. İnsanların qidalanma strukturunun tədqiqi göstərir ki, biz kalorinin ən azı 40 faizini yağlardan alırıq, sağlam yemək prinsiplərinə görə isə, bu 30 faizdən çox olmamalıdır.
Yağları məhdudlaşdırmaq üçün ən əvvəl onları tanımağı öyrənmək lazımdır. Adətən aşkar yağlar (yağ, piy) heç bir şübhə doğurmur. Həmçinin “gizli” deyilən yağlar da olur. Onlar ət, kolbasa, süd məhsullarında, qozlarda gizli şəkildə olur. Biz müxtəlif yeməklərə onları mayonez, xama, hazır souslar vasitəsilə əlavə edirik.

Qida rasionunda yağları azaltmağa kömək edəcək bir sıra ümumi qaydalar aşağıdakılardır:


- Ərzağın qabındakı məlumatı oxuyun. Siz tərkibində az yağ olan ərzaq seçə bilərsiniz (məsələn, yoqurt, kəsmik, pendir);

- Əti bişirmədən əvvəl hər hansı bir görünən yağı götürmək lazımdır. Quşların dərisini mütləq soymaq lazımdır, onlar yağla həddindən çox zəngindir;

- Ərzaqları yağda qızartmyın, bu onların kaloriliyini kəskin artırır. Onları öz şirəsində, yağsız bişirin. Xüsusi örtüklü qablardan, şəbəkəli qril və s-dən istifadə edin;

- Meyvə və tərəvəzləri təbii şəkildə yeyin. Onlara yağ, mayonez, xama əlavə edilməsi kaloriliyi kəskin artırır;

- Qəlyanaltı etmək istədikdə qozdan, çipslərdən uzaq qaçın. Ən yaxşısı meyvə və ya tərəvəzlərlə qəlyanaltı etməkdir”.

(Ardı var)


Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]