Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Hər 6 dəqiqədə 1 insanı yaxalayan bəla”¦

Hər 6 dəqiqədə 1 insanı yaxalayan bəla”¦
Bölmə :
KİVDF
Yayım tarixi :
21/6/2013 [08:25]
Baxılıb :
1553 dəfə
Yeganə Sultanova: “Hazırda dünyada 336 milyon nəfər bu xəstəliyin daşıyıcısı kimi qeydiyyatdan keçib”

Bu günlərdə Beynəlxalq Diabet Federasiyasının (BDF) prezidenti Ser Maykl Hörst dünyada 600 mindən artıq insanda qlükozaya həssaslığın pozulduğu ilə bağlı “həyəcan siqnalı” verib. Diabet dünyanın bütün regionlarında epidemiya ölçülərinə çatmış, 21-ci əsrin sağlamlıq sahəsində mühüm çətinliklər törədən və inkişafın qarşısını alan əsas amillərdən biridir. Bəs, Azərbaycanda şəkərli diabet xəstələri ilə bağlı durum necədir? 

Qeydiyyatda 183196 şəkər xəstəsi var

“Bütün dünyada olduğu kimi, Azərbaycanda da diabetli xəstə olan insanların sayı artır. 20 il öncə bütün dünyada 30 milyon insan xəstə idisə, hal-hazırda bu say 336 milyondan çoxdur. Azərbaycanda da 2005-ci ildə 56 min, 2010-cu ildə 137130, 2011-ci ildə 150400 nəfər diabetdən əziyyət çəkən insan vardısa, 2012-ci ilin sonunda artıq 183 196 diabetli xəstə olan insan rəsmi qeydiyyatdan keçib. 2001-ci ildə bu xəstəlikdən 2735 nəfər dünyasını dəyişib. Bu rəqəmlər durmadan artır. Dövlət tərəfindən diabet xəstəliyinin qarşısının alınması üçün hər il vəsait ayrılır”.

Bu sözləri “Bizim Yol”a açıqlamasında Respublika Endokrinoloji Mərkəzinin (REM) həkim-endokrinoloqu, Azərbaycan Diabet Liqasının (ADL) sədri Yeganə Sultanova dedi. Müsahibimiz bildirir ki, hər bir ölkədə diabetli insanların sayı artmaqdadır və diabetli insanların yarısı şəkərli diabet daşıyıcısı olduğunu bilmir: “5 nəfərdən 4-ü kasıb və ya orta gəlirli ölkələrdə yaşayır. Diabetdən dünyasını dəyişənlərin yarısı 60 yaşa qədər olanlardır. Şəkərli diabet verdiyi ölüm sayına görə bir sıra inkişaf etmiş ölkələrdə və həmçinin Azərbaycanda onkoloji və ürək, qan-damar xəstəliklərindən sonra üçüncü yerdə durur. Bu gün dünyada şəkərli diabet hər 6 dəqiqədə 1 insan ölümünə səbəb olur. 2003-cü ildə şəkərli diabet 3,2 milyon insanın ölümünə səbəb olub. Diabet dünyada hər 20 ölümdən birinin səbəbidir. 20-40 yaşlar arasında isə hər 10 ölümdən biri şəkərli diabet səbəbindən baş verir. 2012-ci ildə 4.8 milyon nəfər diabetdən dünyasını dəyişib. 2012-ci ildə dünya üzrə diabetə qarşı 471 milyard ABŞ dolları məbləğində vəsait xərclənib”.

Onun sözlərinə görə, şəkərli diabet xəstəliyi riskinə aid olan insanlar, ola bilər ki, gələcəkdə bu xəstəliyin daşıyıcıları olmasınlar: “Yəni bu o demək deyil ki, həmin insanların hamısı gələcəkdə şəkərli diabet xəstəliyindən əziyyət çəkəcəklər. Ümumiyyətlə, genetik olaraq bu xəstəliyin daşıyıcıları risk qrupuna aid edilir. Amma bu həmin insanların qidalanmasından, həyat tərzlərindən asılıdır. Ola bilər ki, həmin insanlar düzgün həyat sürdüklərindən bu xəstəlikdən uzaq qaçsınlar. Bunun üçün mütləq risk qrupuna aid insanlar idmanla məşğul olmalı, düzgün həyat tərzi sürməlidirlər”.

Piylənmə və genetik faktor

Yeganə Sultanova diabetin əsas səbəbi kimi ilk növbədə piylənməni göstərir. Burada irsi faktorlar, ətraf mühitin təsiri, qeyri-düzgün həyat tərzi, yanlış qidalanma da ciddi rol oynayır: “Qeyd etmək istəyirəm ki, şəkərli diabetin təsnifatı geniş olsa da, onun ən çox 2 tipi yayılıb. Ümumi diabetli xəstələrin 80-90 faizini tip 2 SD və qalan əsas hissəni tip1 SD təşkil edir. Tip 2 SD əsasən, piylənmə və yaxın qohumlarında şəkərli diabet olanlardır. 1-ci tip diabetə insanlar arasında az rast gəlinir və onun müalicəsi mümkünsüzdür. Ancaq 2-ci tip diabetlərin müalicəsi mümkündür. Bunun üçün onlar öncə artıq çəkidən azad olmalı və düzgün həyat tərzi keçirməlidirlər”.

Mütəxəssis bildirdi ki, xəstələrin dərman vasitələrindən düzgün istifadə etməsi də önəmlidir: “Hər bir diabet xəstəsi özünə nəzarəti bacarmalıdır. İnsulindən doğru və zamanında istifadə etməli, şəkəri nəzarətdə saxlamağı bacarmalıdır”.

Şəkərli diabet nədir?

Həmsöhbətimiz bildirir ki, şəkərli diabet endokrin sistemin xəstəliyi olub, tam və ya nisbi insulin çatışmazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə olunur: “Diabetdə karbohidratların, zülalların və yağların mübadiləsi pozulur. Diabetli xəstələrin sayı, xüsusi ilə də inkişaf etmiş ölkələrdə durmadan artır. Hesab olunur ki, ölkədən asılı olaraq əhalinin 2-10 faizi şəkərli diabet xəstəsidir. Diabet, xroniki insulin çatışmamazlığından əmələ gəlir. İnsulin hormon olub mədəaltı vəzin Langerhans adacıqlarında yaranır. Mədəaltı vəzin insulin hormonu orqanizmdə karbohidrat, zülal və yağ mübadiləsində iştirak edir. Karbohidrad mübadiləsinə insulin, qlükozanın orqanizmin hüceyrələrinə daxil olması ilə, qlükozanın orqanizmdə alternativ sintezini aktivləşdirməklə, qara ciyərdə şəkərin ehtiyatlarını artırması ilə və qlükoqen sintezi ilə təsir edir. Eyni zamanda o, karbohidratların parçalanmasının qarşsını alır. 

Zülal mübadiləsinə insulinin təsiri zülal, nuklein turşularının sintezini gücləndirməkdən və zülalın parçalanmasını ləngitməkdən ibarətdir. İnsulin qlükozanı yağ hüceyrələrinə daxil etməklə yağ tutumlu maddələrin sintezini gücləndirir, hücəyrənin enerji alma prosesini aktivləşdirir və yağların parçalanmasını ləngidir. İnsulinin təsiri altında natrinin hüceyrələrə daxil olması güclənir. İnsulinin işinin pozulması onun hazırlanmasının çatışmamazlığı ilə və yaxud onun toxumalara təsirinin pozulması ilə əmələ gəlir. İnsulin hasil edən Langerhans adacıqlarının mədəaltı vəzdə autoimmun prosesler nəticəsində dağılması, insulin hasilinin çatışmamazlığını əmələ gətirir və insulin çatışmamazlığı nəticəsində 1-ci tip şəkərli diabet yaranır. Xəstəlik zamanı fəaliyyət göstərən hüceyrələr 20 faizə qədər azalır və ya tam sıradan çıxır”.

Xəstəliyin tipləri 

Y.Sultanovanın sözlərinə görə, 2-ci tip şəkərli diabet insulin təsirinin pozulması və ya insulinin çatışmamazlığı nəticəsində əmələ gəlir: “Qanda insulinin normal və ya artıq olması, lakin orqanizmin hüceyrələrinin ona həssaslığının olmaması, insulinin təsir edə bilməməsi insulin rezistentlik adlanır. İnsulin çatışmamazlığı zamanı qlükozanın hüceyrələrə daxil olması azalır, nəticədə qanda qlükozanın mənimsənilməsinin alternativ yolları aktivləşir ki, bu da orqanizmin toxumalarında sorbitol, qlükoz-amin qlükoqonların, qlikoqemoqlabinin toplanmasına gətirib çıxarır. Sarbitol kataraktanın yaranmasına, xırda arteriya damarlarının - arteriol ve kapilyarların işinin (mikroanqenopatiya), sinir sisteminin funksiyalarının pozulmasına (neyropatiya) gətirib çıxarır. Qlükoz-amino qlükoqonlar oynaqların zədələnməsinə səbəb olur. Lakin qlükoza mənimsənilməsinin alternativ yolu enerji almaq üçün kifayət deyildir. Zülal mübadiləsinin pozğunluğu zülal birləşmələrinin sintezinin pozulmasına və zülalın parçalanmasının aktivləşməsinə gətirib çixarır. Bu əzələ zəifliyinə, ürək və skelet əzələlərinin işinin pozulmasına səbəb olur. Yağların perikis turşulaşması güclənir, damarları zədələyən toksik məhsullar toplanır. Qanda keton cisimcikləri adlanan mübadilə məhsulları artır”. 

Mütəxəssisin bildirdiyinə görə, 1-ci tip şəkərli diabet əmələ gəlməsi səbəbinə görə 2 hissəyə bölünür:

-autoimmun şəkərli diabet;
-idiopatik şəkərli diabet.

Autoimmun şəkərli diabet immun sistemin pozğunluğu nəticəsində yaranır. Bu vaxt orqanizmdə Langerhans adacıqlarının insulin hasil edən hüceyrələrini zədələyən antitellər yaranır. Autoimmun prosesin inkişafına virus infeksiyaları, bəzi toksik maddələrin təsiri (nitrozaminlər, pestisidlər) səbəb olur. 1-ci tip idiopatik şəkərli diabetin səbəbləri məlum deyildir.

2-ci tip şəkərli diabetin əmələ gəlmə səbəbləri irsi meylilik və xarici faktorlardır. İrsi meylilik vacib rol oynayır, lakin mühüm əhəmiyyət kəsb edən xarici muhit faktorlarıdır. Sadalanan faktorlara baxaq:

- Genetik faktor. Diabetli qohumu olan şəxslərdə bu xəstəliyin əmələ gəlmə riski yüksəkdir. Əgər valideynlərdən biri xəstədirsə, şəkərli diabetin əmələ gəlmə riski 3%-9%-ə qədərdir.

- Piylənmə. Bədən çəkisinin artıqlığı və piy toxuması miqdarının, xüsüsiilə qarın nahiyəsində çoxluğu (abdominal tip) orqanizm toxumalarının insulinə həssaslığını azaldır ki, bu da şəkərli diabetin əmələ gəlməsini asanlaşdırır.

- Qidalanma pozulmaları. Çoxlu miqdarda karbohidratlı və sellüloza çatışmamazlığı olan qidaların qəbulu piylənməyə və şəkərli diabetin artmasına gətirib çıxarır.

- Xroniki stressler. Stress halları qanda ketaxolaminlərin (adrenalin, noradrenalin), qlukokortikoidlərin artmasına səbəb olur ki, bu da şəkərli diabetin inkişafina şərait yaradır. Ateroskleroz, ürəyin işemik xəstəliyi, arterial hipertoniya uzun müddət davam etdikdə toxumaların insulinə həsaslığinı azaldır. Bəzi dərman preparatları diabetin əmələ gəlməsinə səbəb ola bilir. Bura sintetik qlukokortikoid hormonlari, sidikqovucu preparatlar, xüsusi ilə tiazid diuretikləri, bəzi hipotenziv preparatlar ve şişə qarşi dərman maddələri aiddir.

- Autoimmun xəstəliklər (autoimmun tiroidit, böyrəküstü vəzin çatişmamazlığı) şəkərli diabetin yaranmasına şərait yaradır.
Qanda şəkərin ac qarına səhər 3.3 mmol/l-6.1mmol/l (59-110 mq%) arasında olması norma sayılır. Qlukozanın miqdarının acqarına 110 mq%-dan yuxarı olması şəkərli diabetin olmasını göstərir. Diabetin diaqnozunun təsdiq edilməsi üçün digər günlərdə qlükoza qanda təyin olunmalı və lazım olarsa, qlükozaya tolerantlıq testi keçirməli və qanda qlikoqemoqlabin təyin olunmalıdır.

(Ardı növbəti sayımızda)

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]