Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Monkada-60 - Məmməd Süleymanov

Bölmə :
Köşə
Yazar :
Məmməd Süleymanov
Yayım tarixi :
26/7/2012 [11:26]
Baxılıb :
2232 dəfə

(Əvvəli ötən sayımızda - əvvəlki bölümü oxu...)

Özünün məhkəmədəki “Tarix mənə bəraət verir” adı ilə tarixdə qalan məşhur çıxışında Fidel Kastro inqilaba hansı üsullarla hazırlaşdıqlarını, pul, silah, maşın, dərmanı necə tapdıqlarını da təsvir edib. 

“Biz lazımi vasitələri bənzərsiz məhrumiyyətlər hesabına topladıq. Məsələn, gənc Elpidio Sosa öz vəzifəsini başqasına satdı və 300 peso ilə bizə qoşuldu. Fernando Çenard öz fotostudiyasındakı aparatı satdı, halbuki, bu onun yeganə dolanışıq mənbəyi idi. Pedro Marrero bir neçə aylıq məvacibini ortaya qoydu, öz mebelini də satmaq istəyirdi, əmr etdim ki olmaz. Oskar Alkalde özünün dərman laboratoriyasını satdı. Xesus Montane 5 ildən çox müddətdə yığdığı pulları verdi. Çoxları özlərinin nələri varsa imtina etdi”.

Oxuyursan və idealına bağlı saf insanları gözün önüdə canlanır. Onlar üçün maddiyyat gerçəkləşdirmək istədikləri cəmiyyət idealından arxa planda idi.

Bu yolla toplanan 30 min peso məqsədləri reallaşdırmaq üçün xırda məbləğdi. Bu məbləğ 165 nəfərə ov tüfəngi və köhnəlmiş avtomatlar almağa yetirdi. Sonralar məlum olacaqdı ki, silahların bir hissəsi nisyə götürülüb. Hərbi sursat isə çatışmırdı.

Dəstənin mərkəzi fiqurları Fidel Kastro, Abelğ Santamariya, Xesus Montane, Pedro Miret, Xose Tasende və Renato Qitart idi (onlardan Abel və son 2-si hücum zamanı həlak oldu). Bu gənclər təhsilli və təminatlı ailələrdən çıxmışdı. Dəstəyə 2 qız da daxildi - Ayde Santamariya (Abelin bacısı) və Melba Ernandes. Qiyamçıların geyindiyi Batista ordusu formalarının bir hissəsini bu 2 qız tikmişdi.

Fidel əməliyyatın vaxtını və yerini çox erkəndən müəyyənləşdirmişdi - Santyaqo-de-Kuba şəhəri və iyulun sonu.

Santyaqo paytaxt Havanadan 800 kilometr uzaqlıqdaydı və üsyan ənənələri ilə tanınan Oriyente əyalətində yerləşirdi. İyulun sonunda keçirilən karnaval isə Havanadan buraya çoxlu adamın gəlməsi üçün bir bəhənə rolu oynayacaqdı. Plana görə, Monkada kazarması alınandan sonra xalqa silah paylanacaq və ümumxalq inqilabı başlayacaqdı. Paytaxtdan uzaqlıq Batistanın qoşunu Santyaqoya yeritməsini gecikdirəcəkdi. Eyni vaxtda 30 nəfərlik dəstə də başqa bir şəhərdə - Bayamoda kazarmanı ələ keçirəcəkdi.

***

Santyaqo yaxınlığında bir ferma almışdılar. Silah-sursat və avtomobillər buraya daşınmışdı.

İyulun 24-də Fidel konspirasiyanın səviyyəsini dəqiqləşdirmək üçün Santyaqo polis şöbəsinə yollandı. Bəhanəsi bir vəkil kimi hansısa cinayət işi ilə maraqlanmasıydı. Şöbədə sakitltkdi - heç kəs heç bir eksses gözləmir.

İyulun 25-i axşam bütün iştirakçılar “Siboney” fermasında toplandı. Cəmi 134 nəfərdi, o cümlədən 2 qadın (daha 31 nəfər də Bayamoda idi). Axşam Fidel yenidən şəhərə yollandı - son kəşfiyyat.

İştirakçıların hər birinə 1 stəkan süd verildi. Fidel qısa çıxış etdi: “Dostlar, sabah siz ya həlak olacaq, ya da qalib gələcəksiniz. Qalib gəlsəniz, Xose Martinin istəkləri doğrulacaq. Həlak olsanız - Kuba üçün nümunə qoyacaqsınız. Biz öz əməlimizlə satqın siyasətçilərə göstərəcəyik ki, onlar əslində nə etməlidir. Biz “Ya Vətən, ya ölüm!” şüarını söyləyirik”.

İştiakçılara silah paylandı, əməliyyatın plan və xarakteri aydınlaşdırıldı, asta səslə milli himn oxundu.

Maşınlara minib döyüşə yollanmazdan əvvəl Fidel bir daha döyüşçülərə səslənir: “Plan təhlükəlidir. Kim mənimlə gedirsə, könüllü olmalıdır. Hələ gec deyil - istəyənlər qala bilər. Onsuz da fermada kimlərsə qalmalıdır”.

Bir neçə nəfər qalmağı seçdi. Silah və sursat çatışmadığından daha bir neçə nəfər də fermada qalmağa məcbur oldu - cəmisi 11 nəfər.

***

Əməliyyata 26 maşınla yollandılar. Əsas məqsəd kazarmanı qəfil hücumla almaqdı. Qüvvələr 3 dəstəyə bölündü. 24 nəfər başda Abel Santamariya olmaqla kazarmanın arxasındakı xəstəxananı ələ keçirməliydi. Başda Raul Kastro olmaqla 10 nəfərlik dəstə Monkadanın bir böyründə yerləşən hündür Məhkəmə binasını tutmalıydı. Bu, kazarmanın damındakı atıcıları neytrallaşdırmaq imkanı verirdi. Qalanlar isə Fidel başda olmaqla kazarmaya hücum çəkməliydi.

Əməliyyat səhər saat 5.15.-də başlayırdı.

Bu dəfə də tarixi rolu cüzi bir detal oynadı. Heç kəsin ağlına gəlməyən, hətta çox əhəmiyyətsiz sayılmalı bir nüans hücumun məğlubiyyətlə bitməsi, 100-dək vətənpərvərin qətli, qalanlarınsa həbsi ilə bitdi. Bu nüans həmin vaxt kazarmadan çöldə olmamalı intizamsız bir əsgərin qəfil peyda olması idi.

Birinci maşın kazarma darvazasına çatanda içəridəki hərbi formalı inqilabçılar çölə çıxıb keşikçiləri çaşbaş saldı: “Tez qapıları açın, general gəlir!”. Keşikçilər özləricə silahlarını verib qapı açmağa getdilər. Bir neçə inqilabçı artıq kazarmaya daxil oldu. Abelin və Raulun dəstələri də xəstəxana və boş məhkəmə binasını ələ keçirdi. Ancaq təsadüfən peyda olan bir əsgər kazarma qapısında əsgərlərin tərksilah edildiyini görüb oraya tələsdi, Fidel isə onu sakitləşdirmək (aldatmaq və tərksilah etmək) üçün əlində tapançası maşından düşdü.

Bu, tarixi bir andı - Fidelin maşından düşdüyünü görən digər inqilabçılar elə fərz etdilər ki, bu, döyüşə başlamaq üçün işarədir. Və sakitcə kazarmaya girə bilmək ümidləri ola-ola qapıya çatmamış atəş açmağa başladılar. Qəfillik faktoru itirildi”¦

***

Sonrası ümumməlumdur - kazarmadakılar oyandılar. İnqilabçılar çox əlverişsiz vəziyyətdə qaldı. 2 saatlıq döyüşdə 8 inqilabçı həlak oldu. Fidelin dəstəsi birtəhər fermaya qayıtdı. Onun dağlara çəkilib partizanlıq etmək təklifinə 18 nəfər razılaşdı. Kim ki onunla getmədi, hamısı fermada ələ keçirildi, çoxu öldürüldü.

Fidel isə avqustun 1-də meşədə, yatdığı yerdə ələ keçdi. Sonra 15 il həbs cəzası aldı. 2 il sonra əfv olundu. 1954-cü ildə Meksikaya yollandı. Yola düşməzdən əvvəl “Mənim getdiyim yerdən dönmürlər. Ya da qələbə üçün dönürlər” dedi. Və daha 2 il sonra “Qranma” gəmisində döndü.

Qələbə üçün”¦

25 iyul 2008

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]