Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

İsteriya - Gülnarə Rəfiq

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
26/7/2012 [11:13]
Baxılıb :
4712 dəfə

İsteriya deyəndə ilk əvvəl qadın isteriyasını düşünürük. Niyə? Bəyəm kişilərin isteriyası olmur? Olur, beş də artıq. Amma kişi üçün bu hal ayıbdır və cəmiyyət bunu ya xəstəlik, ya da kişilikdən kənar hal sayır. Çünki kişinin isteriyası gələndə o, vurub sındırır, yaralayır, öldürür, uzaqbaşı söyür. Cəmiyyət bütün bu halları kişilik atributu sayaraq ona bağışlayır. Qadının isteriyası gələndə onun bütün hərəkətləri özünə qarşı çevrilir. O, ağlayır, çığırır, özünü yerə çırpır, saçını yolur, huşunu itirir, ya da bihal düşüb gözünü tavandan çəkmir. Kişilər bu halı anlaya bilmədiklərindən isteriya mövzusu hələ də tədqiqat obyekti olaraq qalır. Özü də yüzilliklərdir ki, bu belədir.

Elm inkişaf edir. Biz kosmosun qanunlarından danışa bilirik. Qonşu qalaktikalara yollar tapırıq. «Dünya necə yarandı?», «Atomlar bir-biriylə hansı münasibətdədir?» kimi mürəkkəb suallara cavab tapırıq. Daha doğrusu bu sualların əksəriyyətini kişilər tapır, çünki elmlə məşğul olmağa imkan və zamanlar var. Amma həmin bu kişilər hələ də «Qadın niyə isteriaya düşür?» sualına tam, ətraflı cavab tapa bilmir. Bu günün alimlərinə şükür etməyimiz lazım, çünki onlar bilmədiklərini etiraf edəcək dərəcədə inkişaf ediblər. Çox yox, cəmi 100 il əvvəl alim kişilər isteriya diaqnozu ilə yüzlərlə qadının həyatını şikəst edirdilər.

Bədəndə dolaşan qəribə orqan

İsteriyanın tərifini verməyə çalışaq. Elmi kitablar deyir ki, isteriya şəxsiyyətin pozulması problemindən doğur. Vikipediyada isteriyaya «artıq köhnəlmiş diaqnoz» kimi şərh verirlər. İsteriya sözü yunancadan qadın uşaqlığı sözündən yaranmadır. «Uşaqlığın azğınlığı» adlı termin keçən əsrin əvvəllərində çox dəbdə olan ifadə idi. Ona görə də isteriya kişilərə şamil edilmirdi, çünki onlarda uşaqlıq adlı orqan yerli-dibli yoxdur. Hətta zamanının «nurlu» alimləri isteriyaya düşmüş qadınların spesifik davranışını «bədəndə sərsəri kimi dolaşan uşaqlıq» fenomeni ilə izah etməyə cəhd edirdilər. İsteriyanın əsas əlamətləri həmişəki kimi emosional reaksiyalar - göz yaşları, səbəbsiz gülüş, qışqırıq, qıc olma və iflic, hissiyyatın itməsi, karlıq, korluq, şüurun dumanlanması və seksual aktivliyin hədsiz artması sayılırdı. Keçən əsr nədi, hələ Qədim Misirdə də (bunu eramızdan 1950 il əvvəl yazılmış Kaxun tibbi papirusunda oxumaq olar) bütün qadın xəstəlikləri reproduksiya orqanı - uşaqlığın xəstəliyi sayılırdı. O vaxtlar hələ ki, davranışın pozulması və məsələnin emosional tərəfindən danışılmırdı. Yalnız «Yataqda olmağı sevən qadınlar» üçün «uşaqdığın spazması» təsvir edilirdi. Qadın orqanı şərəfinə adlandırılmış bu xəstəlik Hippokratın tibbi traktatlarında təsvir edilib. Platon isə uşaq doğa bilməyən uşaqlığın quduzluğu halından yazır və bu tipli bir neçə hadisəni nümunə kimi şərh edirdi. Elə həmin səbəblərdən kişinin isteriyaya düşməsi halı nəzəri və praktiki şəkildə mümkünsüz sayılırdı.
İsteriya diaqnozu 19 -cu və 20-ci əsrlərin ayrıcında çox populyar idi. İsteriya materialında zamanın məşhur psixiatrları Şarko və Freyd ruhi xəstəliklər sırasında çoxlu vacib tədqiqatlar və nəticələr irəli sürüblər. Bu gün isteriya termini bir əsr əvvəlki şəkildə tibbdə istifadə edilmir və isteriya diaqnozu bir neçə budaqlara ayrılaraq fərqli şəkildə müalicə olunur. Çünki son 100 il ərzində bəşəriyyətin kişi yarısı qadın orqazmı barədə məlumat alaraq təbiətin daha bir fenomenindən agah olub.
Qadının da seksual tələbləri ödənməsə, fiziki planda problemləri olur
Əgər Google- da isteriyaya aid şəkil axtarışı versəniz, orda yüksək təzyiqli su şırnağı altında stulda oturmuş çılpaq qadın şəkli çıxıcaq. Altında da təxminən belə bir izah «Qadın isteriyasının su massajı ilə müalicəsi» yazılıb. Ümidvaram, 21-ci əsr kişisi su şırnağı altında qadının keçirdiyi hissləri təxminən olsa da, anlayar. Amma elm 19-cu əsrin sonunda bunu anlaya bilmirdi. Deyək ki, o zamanlar artıq telefon, elektrik, buxar maşını kimi vacib kəşflər edilmişdi və insan öz məişətini ürəyi istədiyi kimi qurmağı artıq bacarırdı. Texniki nailiyyətləriylə, cəmiyyətdəki irəliləyişlərilə xüsusi fərqlənən məsələn, İngiltərə həm də mühafizəkar, qadınlara qarşı xüsusi qəddarlığı ilə seçilən bir ölkə idi. Ona görə də 19 əsrin sonunda yaşayıb artq pullanmış bir ingilis arvadının isteriyasını «müalicə» etməyə ailə büdcəsindən pul ayıra bilirdi. Geyinib keçinmiş, ətirlənmiş, pudralanmış zadəgan qadın adlı-sanlı klinikaya gəlib müasir elmin yeni tapıntılarından yararlanırdı. Əvvəlcədən qəbula yazılmaq lazım idi, çünki növbəyə dayananlar vardı. Qəbul yüksək səviyyədə, gözəl şəraitdə və təbii materiallardan istifadə ilə keçirdi. Həkim pərdə arxasında uzanıb ayaqlarını göyə qaldırmış xanıma yaxınlaşır. Əvvəlcədən əllərini qızdırır, sonra gözəl qoxulu yağlarla əllərini yağlayıb işə başlayır. Müasir insan buna intim massaj deyərdi. Amma o dövrün həkimi bunu «bilərəkdən qadın uşaqlağını isteriya tutmasına salaraq müalicə etmək» adlandırırdı. Deyək ki, günə 10-15 qadının seksual təlabatını əlləriylə ödəməyə çalışan həkimin işi çox ağır sayılırdı. Yəqin əlləri arabir qıc olur, gecələr sızıldayırdı. Əl bu missiyanı yerin yetirmək üçün kamil aparat sayılmır. Amma o, «çətin» həkim missiyasını yerinə yetirir və həmin qadınların ərlərini öz evlilik borcundan yayınmağa kömək edirdi. Kasıb qadınların isə tələbatını kişi axtarmaqla və hər dəfə partnyorunu dəyişdirməklə fahişə adlanacaq dərəcədə alçalmaqdan başqa yolu qalmırdı. O vaxtın kişisinə, bəlkə də müasir kişilərə də «qadının da seksual tələbləri ödənməsə fiziki planda problemləri olur» fikrini aşılamaq çətin məsələdir.
19-cu əsrin ən məşhur klinakalarından olaraq qadın isteriyasına baş vuran belə tibb ocaqlarının ağlasığmaz dərəcədə gəlirləri olurdu. Qadına bu ləzzəti almaq üçün isteriyasını etiraf etməsi lazım gəlirdi. Həkimin qəbuluna gələn qadın ağlayırsa, zəngin həyat yaşayaraq yenə də narazılıq hissi keçirirsə onun mütləq isteriya xəstəliyinə tutulduğu zənn edilirdi. Deyək ki, o vaxtın qadını üçün belə bir etirafın özü də xatalı idi. Çünki bunu o, məhkəmə qarşısında desəydi və bir neçə həkim qadının isteriyalı olduğunu təsdiq etsəydi qadını dəlixanaya gönlərib onun uşaqlığını amputasiya etmək kimi dəhşətli bir qərar verə bilərdilər. Yəqin ki, hər belə insanlıqdan uzaq qərarı verəndən sonra hakim özünü bəşəriyyəti daha bir həyasızdan qurtardığını düşünürmüş. O vaxtlar isteriya dəliliyə bərabər tutulurdu və qatilin isterik olduğu sübuta yetirilsədi onu dar ağacına deyil dəlixanaya gönlərərdilər.

Sehirli çubuğun tarixçəsi

Qadınların isteriyasını «müalicə» edən tibb ocaqları az keçmiş müflisləşməyə başladı. Çünki portativ masaj edən kiçik aparatların istehsalı başlandı. İmkanı olan hər qadın onu alıb evindəcə dünya ləzzətindən dada bilərdi. Hələ bir əsr əvvəl portativ qadın masajoru nüfuzlu qəzet və jurnallarda qadınlar üçün gigeyinik mallar siyahısında satışa təklif edilirdi. Bu gün batareyalı vibrator dünyada ən popolyar seks oyuncağı sayılır. Hər kişi rezin gəlinciklə ünsiyyəti özünə məqbul saymaz, amma heç bir qadın kişinin bacarmadığı işi bir neçə dəqiqəyə görən sehirli aparatdan imtina etməz. Qreqorinin «Cırıldayan» aparatı 1880-ci il, «Hamilton tip A» 1902-ci il, «Yuniversal» cihazı 1904-cü il, «Ağ xaç» elektrik masajoru 1910-ci il, «Şık» elektrik masajoru 1910-cu il, «Qütb ayısı» 1921-ci il, «Qidbert» 1933-ci il, «Əla tərənnüm edən» 1950-ci il, «Döyüşçü» 1970-ci il, «Hitaçi sehirli çubuğu» 1970-ci il təvəllüdlüdür. Bu aparatlar kamilləşərək paralel olaraq sivilizasiyanın tempinə uyğun inkişaf edir. Ola bilər «Bu axmaq cihazlara müasir dövrdə ehtiyac yoxdur!» deyəcəksiz. İnanılası deyil, amma məhkəmədə qadına isteriya diaqnozunun qoyulması halı sonuncu dəfə 1952-ci ildə olub. Cəmi 60 il əvvələ qədər kişilər elementar məsələdə aciz qalmışdılar. Əlbəttə qadın da təbiətin ən mürəkkəb varlıqlarndan biridir. Onun erogen zonası qulağının ardında, ya da dabanında ola bilər. Kişilərsə bu orqanı axtarıb tapacaq dərəcədə həssas olmaqdansa yeni aparatlar icad edib qadınları başından eləməyə üstünlük verirlər. Yaxşı ki, buna görə heç kimi həbs etmir və heç bir orqanını kəsmirlər. Böyük tərəqqidir”¦

***

Qadına nifrət və onun təbiət qüvvələrinə yaxınlığını duyub ondan çəkinmək kimi əsil kişi fobiyasının izlərini hər yerdə görmək olar. «Müasir kişi artıq qadını tanıyır və onun qəribəliyindən qorxmur» demək heç nəyi izah etmir. Müasir kişi hələ də «Qadın təbiidir, ona görə də iyrəncdir» (Bodler) deməyində davam edir. İnanmırsızsa, Larsa fon Triyerin «Antixrist» filminə bir daha baxın.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]