Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Onu anasının sevgisi yaşadır

Onu anasının sevgisi yaşadır
Bölmə :
KİVDF
Yayım tarixi :
20/6/2013 [11:27]
Baxılıb :
1305 dəfə
Zinyət Vəliyeva: “16 yaşımdan fiziki qüsurlu olsam da, sağalma ehtimalım var”

“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanunu sosial xidmətlərin çeşidinin artmasında, hökumət və ixtisaslaşmış qeyri-hökumət təşkilatları, fiziki və hüquqi şəxslərlə əməkdaşlıq imkanlarının genişləndirilməsində mühüm rol oynayır. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, bu istiqamətdə cari il Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. Belə ki, bu vəsait ilk növbədə sağlamlıq imkanları məhdud olan və yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası, baxımsızlığının qarşısının alınması sahəsində işlərin görülməsinə, onlara ev şəraitində icma əsaslı sosial xidmətlər göstərilməsinə yönəldiləcək.

Azərbaycanda dövlət qayğısına ehtiyacı olan vətəndaşlara, xüsusən əlillərə, əqli və fiziki qüsurlu insanlara yönəlik hansı tədbirlər həyata keçirilib? Dövlət bu və digər təbəqədən olan vətəndaşlarının yaşamaq, təhsil və sağlamlıq hüququnu, əmək və məşğulluq, fərdi hərəkət etmək şəraitini, mədəni və ictimai-siyasi həyatda iştirak imkanlarını nə dərəcədə təmin edə bilib?
Bu suallarımıza birinci qrup əlil Vəliyeva Zinyət Səyyad qızından cavab almağa çalışdıq. 1974-cü il təvəllüdlü Z.Vəliyeva ali təhsillidir. O, Azərbaycan Dövlət Neft Akademiyasının bitirib. Mozaikə ilə məşğuldur. İdmançıdır, əlillər arasında ölkə üzrə keçirilən bolinq üzrə yarışın qaliblərindən biridir. Eləcə də, idmanın atıcılıq növü üzrə yarışda iştirak edib mükafat alıb.

“Uzunmüdətli stress yaşadım”

Həmsöhbətimiz əlil olmasını belə xatırlayır: “Mən anadan gəlmə əlil deyiləm. 16 yaşımda əlil olmuşam. O vaxtları üzunmüdətli stress yaşadım. Nəticədə onurğa beynimdə insult keçirdim. Və... Gördüyünüz kimi artıq fiziki qüsurlu insanam. Sağalma ehtimalım var. Bunun üçün maliyyə gərəkdir. Ancaq hazırda gəzə bilmirəm. Araba və qoltuqlar mənim hərkətimi tənzimləyir”.
Zinyət Vəliyeva bildirir ki, sosial müdafiəyə ehtiyacı olanlar hərtərəfli dövlət qayğısı ilə əhatə edilirlər: “Bu istiqamətdə qəbul olunan dövlət proqramlarının əsas icraçılarından olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, sosial müdafiəsi yönündə də bir sıra tədbirlər həyata keçirir”.
Həmsöhbətimizin sözlərinə görə, əlillərin maarifləndirilməsinə ehtiyac var: “Fiziki qüsurlu insanlarımızın əksəriyyəti əlillərlə, sosial qayğıya ehtiyacı olan şəxslərlə bağlı müvafiq qanunverici sənəddən, dövlət proqramlarından, sərəncamlardan, tədbirlərdən xəbərsizdirlər. Bu təbəqədən oln insalarımızın öz hüquqlarını bilməsi üçün gərəkdir ki, maarifəlndirilmə işi aparılsın. Bu məsələdə müvafiq hökumət təşkilatları ilə yanaşı qeyri-hökumət təşkilatları də fəaliyyət göstərməlidirlər. Demək olmaz ki, maarifləndirmə işi görülmür, görülür, ancaq bu işi daha da yaxşı etmək üçün hər çür imkanlar var. Əlil maariflənsə, biləcək ki, onu harda pulsuz müayinə və müalicə edə bilərlər. Onu da bilər ki, arabalar əlillərə pulsuz verilir və s.”.

“Məni də istirahətə göndəriblər”

Zinyət Vəliyeva bildirir ki, əlilliyi olan şəxslərin asudə vaxtının təşkili üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi davamlı olaraq tədbirlər həyata keçirir: “Mən də istirahət tədbirlərində iştirak etmişəm. İstər ölkə daxilində, istərsə də ölkə xaricində istirahət yerlərində göndərilmişəm. Həmişə də xoş olub mənim üçün. Xoş təssüratla qayıtmışam.

Onu xüsusi ilə vurğulayım ki, həmişə istirahətə göndərilənlər arasında Azərbaycan Respublikasının ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərə üstünlük verilir. İstirahət mərkəzlərinə göndərilən əlillərin istirahətləri xüsusi mədəni-kütləvi proqram əsasında təşkil edilir. İstirahət günlərində əlillər üçün stolüstü oyunlar (stolüstü tennis, bilyard, nərd, şahmat, dama, domino və s.), habelə futbol və voleybol üzrə yarışların, müxtəlif idman alətləri ilə məşqlərin, ətraf rayonlara və tarixi yerlərə gəzinti turlarının, onlar üçün tibbi və fizioterapevtik prosedurların və s. təşkili həyata keçirilir.
Bildiyiniz kimi əlilliyi olan şəxslərin istirahət zonalarında asudə vaxtının təşkili “2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda nəzərdə tutulub”.

“Bizi Ukraynaya aparmışdılar”

Müsahibimizin sözlərinə görə, əlilləri sağlamlığının bərpası, onların tibbi-sosial reabilitasiyası üçün müalicə və sağlamlıq mərkəzinə yollayırlar: “Məsələn, əlillərimiz Naftalan müalicə və sağlamlıq mərkəzinə müalicəyə göndərilirlər. Qeyd edim ki, Naftalan müalicə və sağlamlıq mərkəzində əlillərin həm müalicə olunmaları, həm də istirahət etmələri üçün hər cür şərait mövcuddur. Əlillərin dövlət xətti ilə xarici ölkələrdə müalicəsi istiqamətində də tədbirlər davam etdirilir. Əlillərimiz Ukraynaya, Bolqarıstana bərpa-müalicə kursuna göndərilir. Əlil şəxslərin sağlamlığının bərpası, onların tibbi-sosial reabilitasiyası ölkə başçısının sosial sahə ilə bağlı siyasətində mühüm yer tutur və bu istiqamətdə həyata keçirilən tədbirlər ilbəil gücləndirilir.
Ənənəvi olaraq hər il əlilliyi olan şəxslər qrup halında Ukrayna Respublikasının Saki şəhərindəki N.Burdenko adına onurğa-beyin xəstəlikləri sanatoriyasına göndərilir və həmin sanatoriyada aparılan ixtisaslaşmış fizioterapevtik müalicə kursu əlillərin səhhətində müsbət dəyişikliklər yaradır. Fiziki qüsurlu olaraq mən Ukraynanın Saki şəhərindəki N.Burdenko adına onurğa-beyin xəstəlikləri sanatoriyasına göndərilmişəm. Ordan çox yaxşı durumda vətənə döndüm. Bizi müalicə müəssisələrində yerləşdirməsi, lazımi müalicə prosedurları və xidmətlə təmin olunmağımıza nəzarət etmək üçün nazirliyin nümayəndələri həmin ölkəyə ezam olunmuşdular.

Onu da deyim ki, bütün tədbirlər, proqramlar qanunauyğun olaraq həyata keçirilir. Biz hər şeydən razıyıq. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. “Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” bu təbəqələrdən olan şəxslərin sağlamlığının mühafizəsi və tibbi bərpası, onların xarici ölkələrdə reabilitasiyasına şəraitin yaradılması, sanatoriya-kurort müalicələrinin təşkili və s. istiqamətlərdə tədbirlər xüsusi yer tutur”.

“Əlil uşaqların dərs keçməsində problem yaranır”

Həmsöhbətimiz hesab edir ki, hazırda ölkəmizdə əlil insanların ən vacib problemlərindən biri təhsillə bağlıdır. Onun sözlərinə görə, heç də əlil uşaqların hamısı təhsillə əhatə olunmayıb. Bundan başqa, fiziki sağlamlığı məhdud olan uşaqların inklüziv təhsilə cəlb edilməsi prosesi genişləndirilməlidir.
Zinyət xanım deyir ki, orta məktəblərin inşası zamanı qurulmuş infrastruktur əlil uşaqların dərs keçməsinə problem yaradır. Onun sözlərinə görə, hətta yeni inşa olunan təhsil müəssisələrində də əlil uşaqlarla bağlı məqam nəzərə alınmayıb: “Əlillərlə bağlı ikinci mühüm məsələ işləmək qabiliyyəti olanların məşğulluq problemidir. Hesab edirik ki, bu problem vacibliyinə və əhatə dairəsinə görə əlil uşaqların təhsili məsələsindən sonra ikinci yerdədir. Təəssüf ki, şəhərlərimizin, kəndlərimizin infrastrukturu formalaşdırılan zaman əlillər nəzərə alınmayıb. Belə olan halda əlillərin cəmiyyətdəki proseslərdə iştirakı tam təmin olunmur”.

Mənzil alacağı günü ümidlə gözləyir

Zinyət Vəliyeva idmana olan sevgisinin sonsuz olduğunu bildirir. O, əlil arabasında idman yarışlarına qatılır. Aldığı mükafatlara və naliyyətlərinə görə qürurlanır.
Həmsöhbətimiz hazırda Binəqədi Rayon İcra Hakimiyyətində ev növbəsində dayanıb. Mənzil alacağı günü ümidlə gözləyir. Alacağı mənzilə görə, özündən çox, 76 yaşlı anasının sevinəcəyini bildirir. 
Zinyət Vəliyeva deyir ki, fiziki qüsurlu insanların məşğuliyyət problemi var: “Hər kəsə məlumdur ki, bu gün ölkəmizdə işsizlikdən əziyyət çəkən insanlar var. Sağlam həyat sürən insanlar bu problemlə mübarizə aparır və özünü hər hansı bir işlə təmin edir. Lakin fiziki imkanları məhdud olan insanlar bu problemdən daha çox əziyyət çəkir. Nəzərə almaq lazımdır ki, hər bir fiziki qüsurlu şəxsin digər insanlarla birlikdə bərabər hüquqları var. Lakin bu gün əlillərin cəmiyyətə inteqrasiyasında ciddi problemlər mövcuddur. Ən böyük problemlərdən biri də onların məşğulluğudur. Belə ki, “Əlillərin işlə təmin olunması kvotası haqqında” qanuna əsasən, bütün idarə və təşkilatlar əmək qabiliyyəti olan əlilləri işlə təmin etməyə məcburdurlar. Qanuna əsasən, müəssisə və təşkilatlarda çalışan işçilərin 3 faizini fiziki qüsurlu şəxslər təşkil etməlidirlər”.


Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]