Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«İsa Qəmbər adlı adam heç vaxt prezident olmayacaq» - Rəsul Quliyev

«İsa Qəmbər adlı adam heç vaxt prezident olmayacaq» - Rəsul Quliyev
Bölmə :
Müsahibə
Yayım tarixi :
25/7/2012 [23:24]
Baxılıb :
2975 dəfə
Rəsul Quliyev: «Hakimiyyəti parçalamaq şansım sıfıra bərabərdir»
«İsa Qəmbər aforizmlərlə danışmağı sevir axı (xeyli gülür). Bilirsiniz, hərdən dərin adamlar aforizmlərlə danışır»

(Əvvəli ötən sayımızda - əvvəlki bölümü oxu...)

- O zaman etiraf edirsiniz ki, Heydər Əliyev hamınızı aldatdı? Söhbət Etibar Məmmədovdan, Elçibəydən, Sizdən və başqa siyasilərdən gedir...

- Buna aldatdı demək olar, amma mən belə düşünmürəm. Yəni mən heç cür inana bilməzdim ki, bu qədər olar. Aldatdı deyəndə, burada aldatmaqdan söhbət getmir.

- Aydındır, söhbətin yönünü dəyişək, bu günlərdə haqqınızda müzakirələr gedəndə, bir fikir “qırmızı xətt”lə keçir, yəni Rəsul Quliyev hakimiyyəti parçalamaq gücündə olan yeganə siyasətçidir. Bu barədə deyilənlər əsaslıdırmı?

- (gülür). Bilirsiniz, bunlar əfsanə kimi bir şeydir, 100 faiz belədir. İndiki vəziyyətdə mənim hakimiyyəti parçalamaq şansım sıfra bərabərdir. Heydər Əliyev tərəfindən sistem elə qurulub ki, hakimiyyəti parçalamaq o qədər də asan deyil. Məsələn, iki bir-birinə dost nazir yoxdur, yaxud üç məmur bir yerdə hansısa məsələni müzakirə edə bilməz. Çünki əks reaksiya onlara baha başa gələr. Bu adamlar canavar kimi tək yaşamağa daha çox üstünlük verirlər. Amma rejimdə bu keyfiyyətin olması əslində çox qəfildən və tezliklə parçalanmaya səbəb ola bilər. Bax, bu prosesdə Rəsul Quliyev faktoru var! Buna tam əmin ola bilərsiniz. Yəni belə bir dağılma Rəsul Quliyevin bayrağı altında 100 faiz baş verə bilər. Başqa bu cür bayraq tutub gedən yoxdur. O mənada ki, başqa adam yoxdur ki, onun bayrağının altında getsinlər. Yeganə adam mənəm ki, bu bayrağı daşıya bilərəm. Necə və hansı şəkildə? Bax, Natiq müəllim, bunu deyə bilmərəm. 

- Bu baxımdan hakimiyyətin gələcəyi ilə bağlı proqnozunuz varmı?

- Mən müəyyən reallıqlara söykənməsəm belə bəyanatlar vermərəm ki. Mən kifayət qədər real adamam. Əlbəttə, düşündüklərim reallaşmaya bilər, amma mənim nəzərdə tutduğum amillərin reallaşma faizi 70-ə yaxındır. 

- Bəs 2003-cü ildə İsa Qəmbəri dəstəkləyəndə bu reallıqları hesablamışdınızmı?

- Mən İsa Qəmbəri dəstəkləməklə çox-çox kobud səhvə yol vermişəm. 

- Çox kobud səhv nədən ibarətdir?

- Xatırlayırsınızsa, 2003-cü ildə İsa Qəmbər, Etibar Məmmədov və Əli Kərimli Londona gəlmişdilər. Sözsüz, mən Etibar Məmmədova daha yaxınam, nəinki İsa Qəmbərə, buna heç bir şübhə ola bilməz. Ancaq Etibar Məmmədov bu məsələdə bir qədər qeyri-səmimilik göstərdi. Bəli, onun görüşdə söylədikləri normal idi. 

- Konkretləşdirə bilərsinizmi?

- O, bildirdi ki, Rəsul Quliyevi seçkilərə buraxsalar, o namizədliyini geri götürüb, məni dəstəkləyəcək. Mən ona görə bu fikri qeyr-səmimi hesab etdim ki, yəni mən Rəsul Quliyevi dəstəkləyəcəm, əgər onun namizədliyini qeydiyyata alsalar, ancaq bilirəm ki, onu qeydə almayacaqlar. Bax, Etibar Məmmədovun söylədiklərində mən bu məqamı görürdüm. Həm də onun dediklərində “Rəsul Quliyevin namizədliyinin qeydə alınmasında əlimizdən gələni edəcəyik” fikri yox idi. Sadəcə, olaraq getsin başına çarə qılsın, demək istəyirdi. Əslində, Etibar Məmmədov deyirdi ki, səni onsuz da qeydə almayacaqlar, ona görə sən də “mən qeydə alınmasam, Etibar Məmmədovu dəstəkləyəcəm” söylə. Sadəcə, bəsit bir forma yarandı. İsa Qəmbər isə dedi ki, o, özü seçkilərə qatılacaq. Mən də onların hər ikisinə bildirdim ki, sizlərə hələ dəstək vermək niyyətim yoxdur və bütün gücümü namizədliyimi qeydiyyatdan keçirməyə qoyacağam. Bununla da söhbətimiz yekunlaşdı. Namizədliyimi qeydə almadılar və seçkilərin keçirilməsinə üç gün qalanda xalqa müraciət yazdım. Müraciətimdə xalqdan İlham Əliyevə yox, Etibar Məmmədovla İsa Qəmbərə səs verməyi xahiş etdim. 

- Niyə məhz ikisini də...?

- Bilirsiniz, boş söhbət olan naxçıvanlı-ermənistanlı məsələsini sındırmaq üçün. Demək istəyirdim ki, biri ermənistanlı, o biri də qarabağlıdır, ikisinə də dəstək verin. Yəni Rəsul Quliyevin yalnız Ermənistanlıya dəstək verdi ittihamını ortadan götürmək üçün o cür müraciət yazdım. Amma ADP-nin liderləri məni bu müraciətdən daşındırdılar. 

- Sərdar Cəlaloğlunu və başqalarını nəzərdə tutursunuz?

- Fərqi nədir (gülür), sən gərək hökmən ad yazasan...? O mənada daşındırdılar ki, onlar gedib İsa Qəmbərlə danışıblar və o, mənim təkliflərimi qəbul etdiyini deyib. Mənim təkliflərim bundan ibarət idi: İsa bəyə dəstək verirəm və o, prezident seçiləndən 1 il sonra yeni prezident seçkilərinə start verir. Yəni İsa Qəmbər müvəqqəti prezident olur. İkinci, mən Nazirlər Kabinetinin sədri oluram və bütün nazirləri baş nazir təyin edir. Amma bunlara o dəqiqə razılıq vermədim, bir qədər müzakirə getdi, yenidən müqavilə hazırlandı və imzaladım. Bundan sonra müraciətimdə dəyişiklik etdim, Etibar Məmmədovun adını çıxardıb İsa Qəmbəri saxladım. Nəticədə İsa Qəmbərin mitinqinə gələnlərin sayı Etibar Məmmədovun keçirdiyi mitinqlərdə iştirakçılardan 3-4 dəfə artıq oldu. Çünki dəstəyimdən sonra İsa Qəmbərin mitinqinə xeyli adam qatıldı. Amma mənim səhvimi başa düşməyim uzun zaman çəkmədi. Cəmi 1 gün sonra, yəni seçki günü başa düşdüm ki, səhv etmişəm.  

- Nə üçün seçki günü?

- Birinci, Rusiya televiziyalarından İsa Qəmbərin seçki günü məntəqədə jurnalistlərin suallarını izləyirdim, ondan seçkidən sonra vəziyyətin necə olacağını soruşurlar, o da bir aforizmlə, İsa Qəmbər aforizmlərlə danışmağı sevir axı (xeyli gülür). Bilirsiniz, ya hərdən dərin adamlar aforizmlərlə danışır, məsələn, Nitsşe, Konfutsi, ya da ki, heç nə bilməyən adamlar. 

- İsa Qəmbər hansı kateqoriyadandır?

- Bilmirəm (gülür). Qayıdaq əsas suala, İsa Qəmbər cavab verir ki, növbəti prezidentliyə namizəd getsin, 2013-cü ildə gəlsin. Halbuki, bizim müqaviləmiz var ki, bir sonra yeni prezident seçkiləri keçiriləcək (xeyli gülür). O zaman başa düşdüm ki, böyük bir səhvə yol vermişəm. İkinci məqam, elan olundu ki, İlham Əliyev seçilib, mən soruşdum ki, bəs mitinq təşkil etmisiniz? Cavab verdilər ki, oktyabrın 16-da dəhşətli mitinq olacaq. Təşkil işinin necə olduğunu soruşduqda, dedilər ki, Pənah Hüseyn tələbələr arasında çağırış vərəqəsi paylayır, hamı mitinqə gələcək. Onda başa düşdüm ki, qurtardı! Elə o zaman səhvimi başa düşdüm. Ki, əgər mən əvvəlki müraciətimi, yəni hər iki namizədə olan dəstək müraciətimi saxlasaydım, ya da Etibar Məmmədova dəstək versəydim, o, sona qədər vuruşacaqdı. Ona görə hesab edirəm ki, 2003-cü ildə səhvə yol vermişəm. 

- Ancaq bu fikir də var ki, Etibar Məmmədovla İsa Qəmbərin razılığından sonra Rəsul Quliyevin seçkiyə bir neçə gün qalmış ikinciyə dəstək verməsi AMİP-Müsavat ittifaqının dağılması ilə nəticələndi və bununla da hakim rejimin ömrü uzandı...

- Mütləq mənada yalandır. 

- Bu fikri heç bölüşmürsünüz?

- Bölüşmək başqa şeydir, ümumiyyətlə yalandır. 

- Ancaq İsa Qəmbər o zaman 1 illik prezident olacağı haqqında heç bir açıqlama verməmişdi...

- İndi mən nə edə bilərəm?! Sualı niyə mənə verirsən? İsa bəy tutaq ki, çox şeyi açmayıb... Ola bilər ki, açmayıb. 

- Rəsul müəllim, Sizin hakimiyyətə gəlmək konsepsiyanız varmı, yəni cəmiyyəti mübarizəyə necə qoşmaq, İctimai Palata ilə hansı səviyyədə əməkdaşlıq etmək baxımından...?  

- Bəli, dediklərinizlə bağlı konsepsiyam var. Bilirsiniz, real iş planı olarsa, bizim üçün fərqi yoxdur, ya İctimai Palata, ya da başqa təşkilatlarla əməkdaşlıq etmək niyyətimiz var. Bir daha deyirəm, 100 faiz əməkdaşlıq edəcəyik. Ancaq deklorativ işlə məşğul olan istənilən qurumla, o cümlədən İctimai Palata olsun, heç zaman onlarla birgə əməkdaşlıq edə bilmərik. 

- Nə üçün?

- Çünki mənası yoxdur. Deklorativ bəyanatlar Azərbaycan xalqını mübarizədən çəkindirən addımlardır. Mən bir neçə dəfə izah etdim ki, ikinci dəfə 20-ci sahədə mitinq keçirmək olmaz. Dəfələrlə izah etdim ki, yenidən ora getmək prosesi məhv edəcək. Sonra dövlət başçısı Nazirlər Kabinetində bu barədə necə ikrahla danışanda, adam xəcalətindən bilmir nə etsin. İkrahla münasibət bəsləməyi o tərəfə, təhqir edir.  

- Son vaxtlar mediada Sizin AXCP sədri Əli Kərimli ilə danışıqlar aparmağınız haqqında məlumatlar yayılır. Yazılanların əsası varmı?

- Sin tam əmin ola bilərsiniz ki, mən heç kimə üstünlük vermirəm. Əgər Əli Kərimli mənim dediyim real plana yaxındırsa, deməli, elə mənə də yaxındır. Ola bilər ki, biz əməkdaşlıq müqaviləsi imzalaya bilərik, yaxud Müsavatla da belə bir müqavilə mümkündür. Ya da ayrı-ayrılıqda hər ikisi ilə müqavilə imzalayarıq, amma İctimai Palata tərkibində yox. Əgər birlikdə müəyyən bir iş planı hazırlaya bilsək, onlarla və AMİP-lə də ayrı-ayrılıqda müqavilə imzalaya bilərik. Belə fikir yaranıb ki, guya, mənim Müsavata münasibətim AXCP baxışımdan pisdir. Tam əmin ola bilərsiniz ki, elə deyil və yayılan fikirlər də yalandır. Müsavat Partiyasında da çox dəyərli insanlar var və mənim onlara hörmətim AXCP-də olanlarla eyni səviyyədədir.  

- 2003-cü il hadisələrindən sonra mövqeyinizdə dəyişiklik olmayıb?

- İsa Qəmbərə münasibətlə Müsavata mövqeyimi niyə eyniləşdirirsiniz?

- Partiyanın başqanı İsa Qəmbər deyilmi?

- Bəli, o, başqandır. Amma partiya onun namizədliyini dəstəkləyəcəksə də, mən onu dəstəkləməyəcəm, bu məsələ bitdi. Mən bilə-bilə ki, Azərbaycanda İsa Qəmbər adlı adam heç zaman prezident ola bilməz, necə onu dəstəkləyə bilərəm. Bu, axı gülüncdür!

- Siz hansısa arqumentlə onun prezident ola bilməyəcəyini əsaslandırarsınız?

- Axı onun heç bir gücü yoxdur. Siz mənə onun gücünün nədə olduğunu izah edin, mən də düz söylədiyinizi bildirim. Belə bir güc yoxdur.

- Onun da tərəfdarları sual edirdi ki, Rəsul Quliyev mart ayında 100 minlik aksiya keçirirdi, nə oldu, heç Azərbaycana gələ bilmir...?

- Düz deyirlər və mən də bu məsələyə 100 dəfə cavab vermişəm. Ötən ilin dekabrında mən rejimə qarşı kəskin çıxış edəndə, həqiqətən qısa müddətdə 100 minlik mitinqin keçirilməsinin mümkünlüyünü düşünürdüm. Yanvarın sonunda gördüm ki, mən tamamilə yanılmışam, Azərbaycan nə Misirdir, nə Tunisdir, nə Qırğızıstandır, Nə Gürcüstan, Nə Moldovadır. Görünür, Azərbaycan xalqının belə vəziyyətə düşməsinin də səbəbləri var. Səbəblərdən biri neft gəlirlərinin müəyyən hissəsinin büdcə təşkilatlarında çalışanlara çatmasıdır. Proqnozum düz çıxmadığına görə də bu barədə fikrimi açıqladım. Həm də mən birbaşa 100 minlik mitinq deməmişdim, əvvəl 30 min, sonra kütləviliyin artacağını söylədim. Təkrar edirəm, proqnozumun səhv olduğunu elan etdim. Amma bu istiqamətdə işləyəcəyik. Mən yekə-yekə bəyanatlar verib Azərbaycan müxalifətinin mərkəzi olduğumuzu deməmişəm ki. Bilirsiniz, real gücdən danışmaq lazımdır.  

- Ümumiyyətlə, Siz Azərbaycan xalqının indiki vəziyyətinə və rejimin möhkəmlənməsinə görə özünüzün də məsuliyyətli olduğunu hesab edirsinizmi?

- Azərbaycan xalqının bu günə düşməsində ADR quranlardan başlayaraq ondan sonra bolşeviklərin işğalından tutmuş ölkəyə rəhbərlik etmiş Kirov, Mirzoyan, Bağırov, Yaqubov, İmam Mustafayev, Axundov, Əliyev, Kamran Bağırov, Vəzirov, Mütəllibov, Elçibəy, yenə Əliyev, o cümlədən mən, bizim hamımız günahkarıq. Bir daha deyirəm, mən özüm də onların işçində olmaqla. Yeganə 1992-93-cü ildə hakimiyyətdə olmuş bəylərdən başqa bütün Azərbaycan xalqı günahkardır. 

- Necə yəni bəylərdən başqa...?

- Bəylər deyir ki, onlar günahkar deyil. Mən indi necə deyim ki, onlar da günahkardır (gülür). Yaxşı, Allah xatirinə Sizin günahınız yoxdur. Mən özümü günahkarlardan birincisi hesab etməsəm də, hər halda 10-cu günahkar sayıram. Əlbəttə, Azərbaycan xalqının indiki vəziyyətə düşməsində biz, həm də ziyalılar və onlarla bir yerdə bütün millət günahkardır. Nəhayət, bunu da kişi kimi boynumuza almalıyıq da, belə olmaz axı.

Natiq CAVADLI

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]