Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Elçibəyin Bakıdan getməsi sadəcə dəhşət idi» - 2-ci bölüm

«Elçibəyin Bakıdan getməsi sadəcə dəhşət idi» - 2-ci bölüm
Bölmə :
Müsahibə
Yayım tarixi :
25/7/2012 [12:28]
Baxılıb :
2667 dəfə
Rəsul Quliyev: «4 gün Pənah Hüseynovla səfərdə olduq, sonra İsveçrəyə getdik”¦Â»
“Heydər Əliyevin hakimiyyətə gəlməsini necə yəni istəmişəm, bunun üçün əməlli-başlı çalışmışam, ancaq...”

(Əvvəli  ötən sayımızda - əvvəlki bölümü oxu...)

- Qayıda yuxarıda regionçuluqla bağlı səsləndirdiyim suala. Hansı səbəbdən Sizin son illərdə rəhbərlik etdiyiniz partiyalarda rəhbərlikdə daha çox naxçıvanlılardır?

- Həqiqətən bu məsələnin səbəbini bilmirəm. ACP Məclisinin sədri professor Dayandur müəllimdir, çox görkəmli alimdir və rəhmətlik Xudu Məmmədovdan yadigar qalan bir şəxsdir. Onun tələbəsi olub. Bildiyimə görə Dayandur müəllim naxçıvanlı deyil, güman ki, aran zonasındandır, partiyamızda Naxçıvandan da, Qərbi Azərbaycandan da olan var. Zəminə Dünyamalıyeva Ağdamdandır. İndi Sülhəddin Əkbər naxçıvanlıdır deyə, mənim yalnız həmin bölgəyə üstünlük verdiyimi düşünmək səhvdir. Götürək elə Sülhəddin müəllimi, onunla müsahibə edin və mürəkkəb suallarınızı verin, görün mən düzgün seçimmi etmişəm? Onun ağlı var və mən də ağıla baş əyən adamam. Hətta düşmənim olsun, ağlı varsa, mən ona hörmət edirəm, baxmayaraq ki, düşmənliyim də qalır. Sülhəddin müəllimə hələ şərait yaranmayıb, bunlar olandan sonra özünü göstərəcək. Onun kifayət qədər potensialı var və naxçıvanlı olub-olmamasının heç bir aidiyyatı yoxdur. Mən regionçuluqla bağlı deyilənlərə cavab üçün Azərbaycan Kommunist Partiyasının birinci katibi Vəzirovun dövründə olan bir hadisəni xatırlatmaq istəyirəm. Məlumdur ki, o, Heydər Əliyevlə düşmən idi, çünki onu Azərbaycandan didərgin salmışdı. Deməli, 1988-ci ilində yazında o, respublikaya rəhbər təyin olunandan sonra Heydər Əliyevə olan münasibətini naxçıvanlılara da bəslədi. Yəni, Heydər Əliyevlə naxçıvanlıları qarışdırdı, onlardan da biri mənəm idim. Ona görə ki, SSRİ miqyasında olan istehsalat birliyinin direktoruydum. O zaman zavoda yoxlama aparmaq üçün komissiya göndərildi, əsas məqsəd də vəzifələrə nə qədər naxçıvanlı təyin etməyimi araşdırmaq idi. Komissiyaya rəhbərlik edənlər də gizlətmədən deyirdilər ki, kadr məsələsini araşdıracaqlar, görək, nə qədər yerliçilik etmisən. Doğrusu, çaşqınlıq yaransa da, özümü itirmədim, kadrlar şöbəsinin müdirinə zəng edib göstəriş verdim ki, bütün rəhbər vəzifəlilərin şəxsi işini gətirsin. Nəzərə alın ki, kadrlar şöbəsinin müdiri də Bakıdan idi. Təsəvvür edin ki, komissiya ilə birgə işlərə baxdıqca gülürdüm, baxın, baş mühəndis bakılı, direktor müavinlərim zərdablı, şamaxılı, baş texnoloq goranboylu, baş mühasib yenə şamaxılı, amma rus millətindən idi, maliyyə şöbəsinin müdiri şamaxılı, plan şöbəsinin müdiri ağdamlı... Gördüm ki, ətrafımda bir naxçıvanlı nədir, heç ermənistanlı da yoxdur (gülür). Elə komissiya nümayəndələrinin yanında kadrlar şöbəsinin müdirinə göstəriş verdim ki, əmr yaz, bu gündən zavodda istehsal idarəsi açılır və rəis Əhmədov Rafael təyin olunur. O, da naxçıvanlıydı. İndi bu naxçıvanlılar sabah mənə deməz ki, sənin yanında bir yerlin yoxdur (xeyli gülür). İnandırım Sizi komissiya dedi ki, axı, onlar elə-belə gedə bilməzlər, bir qüsurdan-zaddan tap, məsələ bitsin. Onlara bildirdim ki, mən təyin olunandan baş texnoloq, mühəndis erməni və başqa millətdən idi, mən isə zavodu azərbaycanlaşdırmışam. Təklif etdim ki, yazın erməniləri işdən çıxardıb, vəssalam! Danışdıqlarım faktdır, araşdıra bilərsiniz. Mən baş nazirin müavini və Milli Məclisin sədri işləyəndə də ətrafıma naxçıvanlı toplamamışam. Ona görə bu barədə deyilənlər yalandır. Bəli, sabah ətrafımda olan 10 nəfərin hamısı naxçıvanlı ola bilər, ancaq onları həmin regiondan olduqları üçün yox, savadlarına və peşəkarlıqlarına görə işə cəlb edərəm. 

- Siyasi fəaliyyətinizdə bir sıra şəxslərlə yaxın olmusunuz, məsələn, Etibar Məmmədov, Rövşən Cavadov, Pənah Hüseyn və Elçibəy. Bu günlərdə təhlilçi Azər Rəşidoğlu həmin adları çəkərək bildirir ki, nə vaxtsa eks-spiker memuar yazmalı olsa, bu adamları necə bitirdiyindən də bəhs edəcək...

- Yox, razılaşmıram. Məsələn, rəhmətlik Əbülfəz Elçibəylə isti münasibətləri heç zaman kəsməmişəm. Elçibəy vəfat etməzdən əvvəl Vaşinqtona gəlmişdi, onun köməkçisi, deyəsən Əli Mürsəloğlu idi, araşdıra bilərsiniz, bizim çox səmimi və isti söhbətimiz oldu. Təəssüf ki, mən Elçibəylə 2 saatlıq söhbətin məğzini deyə bilməyəcəm. Çünki bu təmas iki insan arasında olan çox səmimi danışıqlar olduğundan bunları açmağa ehtiyac görmürəm. Hər halda bu söhbət publika üçün deyil. Təkrar edirəm, heç bir çıxdaş, bitirmək söhbəti yoxdur. Bəli, Elçibəy prezident seçiləndən sonra iki dəfə aramız dəyib, amma bu, Siz düşündüyünüz səviyyədə olmayıb, yəni müvəqqəti olaraq bir-birimizdən incimişik. 

- İncikliyin səbəblərini deyə bilərsiniz?

- Elçibəy prezident seçiləndə mən artıq 20 ildən çox idi idarəetmədə çalışdığımdan götürülən kursun AXC hakimiyyətini məhvə apardığını görürdüm. Hakimiyyətin başqa kursu olmadığından komandanın vahid mövqe yox idi. Adi bir misal, Rusiyanın əleyhinə ritorik çıxışlar, Çinə, İrana bayraq taxmaq, Türkiyəyə birləşmək kimi bəyanatlar dərin analizin yox, kiçik yaşlı uşağın söylədiklərini xatırladırdı. Əbülfəz bəylə bu barədə söhbətimizdə soyuqluq yarandı, amma bizim çox yaxın dostluğumuz olub və el diliylə desək “bir ton çörək yemişik”. Deməli, bir dəfə prezidentin iqamətgahına gedəndə çörək üstünə çıxdım, elə oldu ki, mən də o qədər nöqsanlardan danışdım, onun kefi pozuldu, yemək də yaddan çıxdı. O zaman dedi ki, bəy, Siz də mənim “belimi qıranlardan” oldunuz, səbəbini soruşanda seçkilərdə Etibar Məmmədova dəstək verdiyimi xatırlatdı. Əlavə etdi ki, o, komandasının arasında təklənmiş vəziyyətdədir, halbuki, təcrübəniz olduğunuz üçün Sizə nazir, sonra isə kabinetə rəhbər gətirməyi düşünürdü. Amma imkan vermədiniz, gedib Etibar bəyi dəstəklədiniz. Elçibəy müəyyən qədər haqlı olsa da, böyük mənada haqsız idi. 

- Nə üçün?

- Çünki demokratiyanın şərtlərindən biri siyasətdə rəqabətin olmasıdır. Siyasətdə rəqabət olmasa, cəmiyyətin demokratikləşməsi mümkün deyil. Mən düşünürdüm ki, seçkilərdə Əbülfəz bəy iştirak etməlidir, ona görə ki, əhalinin 50 faizindən çoxu onu dəstəkləyir, Etibar bəyin də iştirakı vacibdir, 30 faiz də onun dəstəyi var. O cümlədən Heydər Əliyev də seçkilərə qatılmalıdır, onun da 15-20 faiz səsi var, söhbət 1992-ci ilin seçkilərindən gedir. Mən demokratik baxımdan rəqabətin cəmiyyətdə daha tez oturuşması baxımından hər üç şəxsin iştirakının tərəfdarıydım, çox təəssüf ki, AXC hakimiyyətində olanlar bunu anlamadılar. Beləliklə, bizim incikliyimiz yarandı. Halbuki, bəylə bizim dostluğumuz çoxdan olduğundan o, prezident olandan sonra mən ona lap yaxınlaşmalıydım. Amma bu alınmadı, səbəbini dedim. İkincisi, Elçibəy prezident seçiləndən 4-5 ay sonra maşında gedərkən, radioda eşitdim ki, Rəsul Quliyev Neft Şirkətinin neftayırma üzrə birliyinin rəisi təyin olunub. Ancaq mənə bu barədə əvvəlcədən xəbər verməmişdilər. Gəldim aparata və sərəncamı istədim ki, alım, gedib oturum kabinetdə. Elə həmin aralıqda Elçibəylə bir neçə dəfə olan görüşümüzdə də aparılan siyasi-iqtisadi kursun düzgün olmadığını desəm də, o, öz mövqeyini müdafiə edirdi. Yenə deyirəm, fikir ayrılığı olsa da, biz bir yerdə işləyirdik. 

- Bəs baş nazirin müavini olsanız da, Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün çalışmanız doğrudurmu?

- Gəlirəm o məsələyə, amma inanın ki, danışdıqlarım səmimidir. Kəlbəcərin işğalından sonra AXC hakimiyyətinin vəziyyəti katastrofik durumdaydı. İşğal aprelin əvvəlində olmuşdu, mart ayında isə Heydər Əliyev Moskvada ailəsinin məişət məsələlərinin həll etmək üçün Elçibəydən icazəsini almışdı. Sözsüz ki, Heydər Əliyev Moskvada Rusiyanın siyasətini müəyyən edən adamlarla görüşmüşdü. Mayın əvvəlində AXC hakimiyyəti son günlərini yaşayırdı. Mənim baş nazirin müavin təyin olunmağıma gələk, Pənah Hüseyn özünün analitik ağlıyla Elçibəyə demişdi ki, Rəsul Quliyevi Nazirlər Kabinetinə gətirək, yəni həm bəylə dost olmuşam, həm də bununla gözlərinin önündə olum. Guya bununla mənə nəzarət edəcəkdilər, gülməlidir. Baxın, 4 iyuna 10 gün qalmış mən baş nazirin müavini təyin olundum. Bu 10 günün 4 gününü Pənah Hüseynovla səfərdə olduq, sonra İsveçrəyə getdik. Deməli, mən baş nazirin müavini oldum və Əliyevi hakimiyyətə gətirdim, bu, mifdir! 

- Məgər, münasibətiniz olmayıbmı?

- Mən Əliyevlə münasibətimi heç zaman gizlətməmişəm. Guya, AXC hakimiyyəti dövründə əlaltından iş görmüşəm, Əliyevlə telefonla danışırdım, onlar da dinləyirdi, burada nə var ki?! Məgər, mən, yaxud Əliyev bilmirdi ki, telefonlar dinlənilir?! Əlbəttə bunlar gülməlidir. Hətta bir dəfə Əliyev mənə dedi ki, onlar səni işdən ayırmaq üçün baş nazirin müavini təyin ediblər, mən də belə olduğunu bilirəm. İkinci, mən Heydər Əliyevi gətirmək niyyətində olsaydım, ona deyərdim ki, elə baş nazirin müavini postuna səni hakimiyyətə gətirmək üçün razılıq verdim də. Halbuki, Əliyevə bildirmişdim ki, AXC hakimiyyətini xilas etmək üçün onları bəzi şeylərdən çəkindirirəm, uçuruma getməsinlər. Həqiqətən də mən bu cür mövqedəydim. İndi Elçibəyin Bakıdan getməsinə gələk, bu, sadəcə dəhşətli bir şeydir. Bəli, Heydər Əliyev insanların daxilində panika yaratmağın ustasıdır, o, DTK və Kommunist Partiyasının rəhbərliyində çalışıb və SSRİ kimi dövlətin Nazirlər Kabinetinin birinci müavini vəzifəsinə yüksəlib. Bu vəzifələr elə vəzifədir ki, istər-istəməz insanı mürəkkəbləşdirir. Deməli, Əliyev prezidentin ətrafında olanlar vasitəsilə şayiə yaydırıb ki, sabah Surət Hüseynov gəlir və Bakıya çatan kimi Prezident Aparatına daxil olub Elçibəyi qolubağlı Azadlıq meydanına aparıb güllələyəcək. Mən artıq bu şayiənin yayıldığını bildiyimdən Elçibəyə iyunun 17-də düz 10 dəfə zəng etdim ki, məni 15 dəqiqəlik qəbul edəsiniz, sonra 10, daha sonra 5, görəndə ki, görüşdən yayınır, sonuncu zəngdə 1 dəqiqə vaxt istədim və bildirdim ki, vacib sözüm var. 

- Prezidentə nə demək istəyirdiniz?

- Mən Əbülfəz bəyə deyəcəkdim ki, a kişi, mən təminat verirəm, Surət bu işi görə bilməz. Narahatsansa, mən mühafizəni üzərimə götürürəm, hətta zavodda belə səni saxlayacam. Axı Surətin nəyi var ki, prezidenti həbs etsin. Təəssüf ki, mən Elçibəyə bunları deyə bilmədim, 10 dəfə xahiş etsəm də, görüşmədi. Hər dəfə cavab verirdi ki, özü zəng edəcək. Deməli, sonuncu zəngimdən bir neçə saat sonra, gecə saat 1-2 radələrində Vaqif Axundov mənə zəng edib deyir ki, bəs, Heydər Əliyevlə danışmaq istəyir. Cavab verdim ki, Heydər Əliyevlə danışmaq istəyirsənsə, götür zəng et də. Guya, telefonun nömrəsini bilmirdi, əlbəttə yalan danışırdı. Mən 100 faiz bilirdim ki, Vaqif Axundov Heydər Əliyevlə əlaqə saxlayıb, o da deyib ki, Rəsul Quliyevə söylə və qoy, o, mənə zəng etsin. Bunun səbəbini də izah edərəm, amma bunun üçün də 20 dəqiqə lazımdır. Bu məsələ sadə adam üçün qeyri-adi görünə bilər, ancaq mənə sanki şahmatda olduğu kimi peşka ilə gediş edirsən. Mən Vaqif Axundovdan “Heydər Əliyevi gecənin bu zamanı neyləyirsən” soruşanda, o, təcili xəbər olduğunu bildirdi. Mən nömrəni ona verdim, bir azdan Heydər Əliyev mənimlə əlaqə saxlayıb harada olduğumu soruşdu. Mən də kabinetimdə oturub Elçibəyin zəngini gözləyirdim (gülür). Görüşmək istədiyini deyəndə, “istəyirsənsə, gəlim”, çünki o, Cəlal müəllimin evində qalırdı, Nazirlər Kabineti də həmin binaya yaxın idi. Amma Heydər Əliyev dedi ki, gərək gələm ora. Mən ondan israrla niyə belə tələsik görüşmək istədiyini soruşanda, cavab verdi ki, Elçibəy qaçıb. Başa düşdüm ki, Əbülfəz bəy onun tələsinə düşdü. Deməli, görüşdük və səhərə qədər söhbətimiz oldu, bunları kənara qoyaq, çünki danışılsa, böyük bir kitab olacaq. Danışdıqlarım mənim Elçibəyi çıxdaş etməyim haqqında yazılana münasibətimdir, əslində o, məni çıxdaş edib, bir neçə dəqiqə görüşümüz baş tutsaydı, vəziyyət başqa olardı və heç kim də onu prezidentlikdən çıxarda bilməzdi. Məsələ onda idi ki, o zaman Heydər Əliyevin deyilən qədər güc yox idi və Elçibəy 5 il prezident postunda oturacaqdı. Mən təminat verirəm ki, bu iş baş verməyəcəkdi. 

- Ümumiyyətlə, Siz Heydər Əliyevin hakimiyyətə gəlməsini istəmisinizmi?

- Necə yəni istəmişəm, bunun üçün əməlli-başlı çalışmışam, ancaq gəlib Elçibəyi prezidentlikdən kənarlaşdırıb yerinə keçmək mənasında çalışmamışam. Mən onun Milli Məclis sədri, yaxud baş nazir olmasını istəmişəm. Düşünmüşəm ki, bu qədər təcrübəli adam, 70 yaşı var, bundan sonra da 5 ilini Azərbaycan üçün işləsin. Bu mənada Heydər Əliyevin hakimiyyətdə təmsil olunmasını ürəkdən istəmişəm. Özü də mənim ağlıma da gəlməzdi ki, Əliyev bu cür işlərlə məşğul ola bilər, həqiqətən deyirəm, inanın mənə. İndi də xatırlayanda təəccüblənirəm. 

- O zaman etiraf edirsiniz ki, Heydər Əliyev hamınızı aldatdı? Söhbət Etibar Məmmədovdan, Elçibəydən, Sizdən və başqa siyasilərdən gedir...

(Müsahibənin davamını oxumaq üçün keçid...)
Natiq CAVADLI

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]