Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Əlil olduğum üçün işdən çıxardılar”

“Əlil olduğum üçün işdən çıxardılar”
Bölmə :
KİVDF
Yayım tarixi :
19/6/2013 [12:00]
Baxılıb :
987 dəfə
Samirə Əliyeva: “İmkansızlıq üzündən əlil avtomobilində taksilik edən şəxslər var”

“Mən dünyaya əlil olaraq gəlmədim, insanlar məni əlil etdilər. Daha doğrusu, həkimlərin səhvi - əməliyyatın düzgün aparmaması məni hərəkətsiz qoydu”. 

Azərbaycanda əlillərin sosial-iqtisadi vəziyyəti, yaşamları, problemləri və onların həlli istiqamətində görülən işlər ətrafında söhbətləşdiyimiz Əliyeva Samirə Elxan qızı belə deyir. 1981-ci il təvəllüdlü həmsöhbətimiz birinci qrup əlil və ixtisasca ibtidai sinifin müəllimidir.
“Mən Rusiyanın paytaxtı Moskvaya əməliyyat üçün getdim. Əməliyyat uğurlu olmadı və nəticədə aşağı ətrafı parazit diaqnozu qoyuldu mənə. Bu isə o deməkdir ki, mən bir daha tək hərəkət edə bilmərəm. İndi ayaqlarımı araba əvəz edir, onunla hərəkət edirəm”, -deyir S.Əliyeva.
Samirə cəmiyyətdən fərqli olaraq, ailəsindən gördüyü münasibətdən narazı deyil: “Ailəm çalışır ki, fiziki qüsurlu insan olduğumu hiss etməyim. Cəmiyyətin münasibəti də xoşdur, amma bəzən arzuolunmaz hallar yaşanır. İnsanlarla ünsiyyət qurmaqda problem yaşamıram, hər şey qaydasındadır. Subayam. Ailə qurmaq istəyirəm, axı mən də qadınam”.

“Özgənin köməyinə ehtiyacı varsa”¦”

Həmsöhbətimiz bildirir ki, aldığı təqaüd əlilin yaşaması üçün yetərli deyil: “118 manat təqaüd alıram. Birinci qrup əlillərin təqaüdü 60 manatdır, əmək fəliyyətim olduğu üçün təqaüdüm artıqdır. Mən bir müddət orta məktəbdə müəllim olaraq işlədim. Əlil olduğum üçün məni işdən uzaqlaşdırdılar.

Ümumiyyətlə, əlillərin iş problemi həmişə olub. İşəgötürən əlili işə qəbul eləmir. Qanunda yazılıb ki, birinci və ikinci qrup əlillər 36 saatdan çox olmayan işlə təmin olunmalıdırlar. Ancaq işə düzəlmək istəyəndə deyirlər, VTEK kağızının (sosial ekspertizanın verdiyi əlillik dərəcəsi üçün arayış) arxasına “özgənin köməyinə ehtiyacı varsa” sözü yazılıbsa, dövlət müəssəsində işə götürmürlər. Qeyri-hökumət təşkilatlarında, müəssisələrində işə qəbul edirlər. Ancaq o da baxır işəgötürənin insafına”.

“Özəl xəstəxanalara gediləsi deyil”

Samirə Əliyevanın sözlərinə görə, gözdən əlillərin ən böyük problemi Azərbaycanda əlil uşaqların inklüziv təhsilə cəlb olunmamasıdır: “İnklüziv təhsil almaq problemi var. Ona görə də ölkəmizdə əlillərin təhsil almaq problemi yaşanır. Bu məsələnin həll olunması arzuolunandır.

Yeri gəlmişkən, onu da bildirim ki, ictimai nəqliyyat vasitələrindən və kommunal xidmətlərdən istifadəyə görə, əlillərə əvvəllər güzəştlər var idi. Sonradan bu güzəştlər götürülüb. Bu sahədə əlillər üçün güzəştlərin olması arzuolunan hal olar.
Dövlət xəstəxanaları, polikilinkalarına əlillər müraciət edib pulsuz müayinə və müalicə oluna bilirlər. Özəl xəstəxanlarda isə bu xidmət pulludur, heç bir güzəşt yoxdur. Mən müayinə və müalicəmi öz hesabına etdirirəm. Ailəmin dəstəyi ilə mümkün qədər müalicə alıram. Ümid edirəm ki, bizim müalicəmiz uğurla aparılacaq. Hesab edirəm ki, təqaüdlər indikindən xeyli yaxşı ola bilər və dövlətimizin iqtisadi imkanları buna çatır. Özü də lap çox. Təqaüd ən azı 300 manat olmalıdır. Qismən də olsa, onlar özlərini təmin edə bilsinlər. Bu təqaüd bazar şərtlərinə uyğun gələ bilir, bu da fiziki məhdudiyyəti olan insalarımızın normal yaşamasına, özünü təmin etməsinə yetərli ola bilər.
Nəzərə alaq ki, əlillərin dərmana daha çox ehtiyacı olur. Dərmanların da qiyməti hamımıza məlumdur. Məsələn, “Bioflora” dərmanını deyək, onun qiyməti 25 manatdır. Xəstəliklər müxtəlifdir, dərmanlar da. Hər xəstənin xəstəliyinə uyğun dərmanlar var. Ancaq dərman var ki, bir amnpulası 8-10 manatdır. Şəkər xəstələrinin durumunu xatırlamaq belə, istəmirsən, faciədir. Mən ən ucuz dərman alıram, o da həkim mənə 100 dərman yazsa, onun birini ancaq alıram. Çünki imkanım buna çatır.
Maşallah qida, geyim məhsullarının qiyməti də günü-gündən artır.
Ümid edirəm ki, fiziki qüsuru olan insanlarımızın və sağlamlıq imkanları məhdud olan insanlarımızın qanunvericiliklə müəyyən edilmiş bütün hüquq və azadlıqları təmin olunacaq. Məncə, bu istəyimizə dəstək vermək hər bir cəmiyyətin və dövlətin borcudur. Ölkəmizdə bu təbəqədən olan vətəndaşların cəmiyyətdə tam və səmərəli iştirakına maneə yaradan amillərin aradan qaldırılması istiqamətində maarifləndirici seminarlar, layihələr, dövlət proqramlarının həyata keçirilməsi davam etdirilməlidir. Dövlətin də bu istiqamətdə apardığı siyasət onların problemlərinin həllinə yönəlib”.

“Prezidentə məruzə edilməlidir ki”¦”

Həmsöhbətimiz hesab edir ki, əlillərin vəziyyətini daha da yaxşılaşdırmaq üçün dövlətimizin iqtisadi imkanları kifayətdir: “Neft ölkəsiyik, ölkənin iqtisadi durumu imkan verir ki, əlillər üçün yaxşı şərait yaradılsın, güzəştlər, imtiyazlar olsun. İşə qəbulda da problemlər var. Eləcə də, mənzil problemimiz qalır. Siyəzəndə yaşayıram, bu şəhərdə yaşayan əlillər üçün ev tikilmir, şəhərçik yoxdur. Halbuki, möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizin bütün istiqamətləri üzrə inkişafında müasir yanaşma prinsipinin tətbiq olunması barədə tapşırığı var. Buna da uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial cəhətdən həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində görülən işlərdə müasir yanaşmaya, mütərəqqi dünya təcrübəsindən irəli gələn iş üsullarına üstünlük verir. 
Onu da bildirim ki, hazırda Bakının Nərimanov rayonunda bu təbəqədən olan vətəndaşlar üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binası tikilməkdədir. Qeyd olunan mərkəzin və yaşayış binasının tikintisi cari ildə yekunlaşacaq. Ancaq bu tikililərin digər bölgələrdə də olmasını istəyirik. Başqa şəhərlərdə yaşayan əlillərin durumu da nəzərə alınsın, bizim üçün də şərait yaradılsın. Bu barədə Prezidentə məruzə edilməlidir ki, bizim üçün də bu imkanlar yaradılsın.

Siyəzəndə yaşasam da, Bakıda tez-tez oluram. Bakıda əksər metro stansiyaları təmir edilməmişdən əvvəl bəzilərində əlil arabalarının enib-qalxması üçün xüsusi pilləkənlar nəzərdə tutulurdu. Amma indi onlar da ləğv edilib. Bu da əlil arabasında gəzmək məcburiyyətində qalan insanların narazılığına səbəb olur. Metro stansiyalarında əlil arabalarının keçməsi üçün şərait olarsa, metro ilə istədiyimiz yerə gedib-gələ bilərik. Metropolitendə isə əlil arabalarının metro stansiyalarında görünməsi qadağandır. Bakı Metropoliteninin nizamnaməsinə görə, belə arabalar metroya buraxılmamalıdır. Hazırda metrostansiyaların əksəriyyətinin girişində də əlil arabalarının hərəkəti üçün panduslar quraşdırılmayıb. Ümumiyyətlə, əlil arabasına möhtac olan insanların ictimai nəqliyyatdan istifadə etməsi mümkünsüzdür. Paytaxtda əlillərin evlərindən çıxıb başqa bir ünvana sərbəst getməsi üçün şərait yoxdur”.

“Bu yerlər nəinki əlillərin rahatlığına şərait yaratmır”¦”

S.Əliyevanın sözlərinə görə, bəzi əlillər var ki, ailəsini dolandırmaq üçün xırdavat satır, bəziləri hökumətin onlara verdiyi avtomobildən taksi kimi istifadə edərək pul qazanır: “Amma şəhərdə abadlıq işləri görülən zaman əlillər üçün yer ayrılmır, onları cəmiyyətdən təcrid edirlər. Küçələr də əlil arabasının hərəkətinə yararlı deyil. Bu arabalarla nə səkilərdən küçəyə keçmək, nə yeraltı keçidlərdən keçmək mümkündür.
Mağazaların və ictimai iaşə obyektlərinin girişləri də küçədən bir-iki pillə yüksək olduğundan, əlillər belə obyektlərə də daxil ola bilmirlər. 
Əlillərin yollarda hərəkəti və nəqliyyatdan istifadə etməsi üçün şərait yoxdur. Siyəzəndəki infrastruktur əlillərin rahat şəkildə tək gəzməsinə imkan vermir. Yollarda əlillərin hərəkət etməsi və nəqliyyatdan istifadəsi üçün şəraitin olmaması üzündən, onlar cəmiyyətdən təcrid olunmuş vəziyyətdə yaşayırlar.
Əsas problemlərdən biri də ondan ibarətdir ki, Bakıda yeni düzəldilən və təmir olunan keçidlərdə, səkilərdə əlil arabaları üçün yerlər çox pis düzəldilib. Bu yerlər nəinki əlillərin rahatlığına şərait yaratmır, hətta onlar üçün təhlükə yaradır. Bunların düzəldilməsi üçün gərək yeni təmir olunan və tikilən körpülər təzədən sökülsün. 
Yeni yollar salınarkən əlillər, gözdən əlillər, karlar, yeriyə bilməyən şikəstlərin durumu nəzərə alınmalıdır. Bu gün hətta piyadalar üçün normal yollar qalmayıb. Bütün səkilər maşınlarla doludur. Prezidentimiz əlaqədar qurumların qarşısında xüsusi tapşırıq qoyub ki, 3 il müddətinə yeraltı, yerüstü avtomobil dayanacaqları tikilsin”.
Xatırladaq ki, Azərbaycan Respublikası BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş “Əlillərin hüquqları haqqında“ Konvensiyaya qoşularaq ölkədə əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara digər vətəndaşlarla bərabər şəraitin yaradılması öhdəliyini öz üzərinə götürüb.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]