Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“O gündən istirahətə getmədim...”

“O gündən istirahətə getmədim...”
Bölmə :
KİVDF
Yayım tarixi :
18/6/2013 [11:49]
Baxılıb :
810 dəfə
Könül İsmayılova: “İnsanlarla ünsiyyətdə problem yaşamıram”

O, birinci qrup əlil olsa da, bir neçə kompüter proqramlarında işləyə bilir. Söhbət Əlil Qadınlar Cəmiyyətinin (ƏQC) koordinatoru Könül İsmayılovadan gedir. Əlilliyi olan insanların xoş rifahı naminə qanunvericilik bazası, görülən və görülməli olan işlər, mövcud problemlər barədə söhbətləşdiyimiz K. İsmayılova 1983-cü ildə anadan olub, doğuşdan əlildir və ayda 60 manat təqaüd alır.

Hazırda tətbiqi incəsənətlə məşğul olan müsahibimiz Əlil Qadınlar Cəmiyyətində ictimai fəliyyətlə məşğuldur. Müasir Humanitar Universitetinin İncəsənətin tarixi fakültəsinin tələbəsidir.

“Dövlət əlillərin sosial təminatı ilə məşğuldur”

Könül İsmaylova deyir ki, Respublikada əlilliyi olan insanların hüquqlarının təmin olunması üçün müxtəlif qanunverici sənədlər var: “Əlilliyi olan insanlar üçün ümumi baza qanunu vardır, hansı ki, 1993-cü ildə qəbul edilib. Hazırda bu qanuna dəyişiklik olunması ilə bağlı olaraq işçi qrupu təşkil olunmuş, bu qrupa Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və qeyri-hökumət təşkilatlarının nümayəndələri daxildir.

Biz inanırıq ki, bu qanun cari il qəbul olunacaq. Bildiyiniz kimi Azərbaycan Respublikası 2008-ci ilin oktyabrın 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) əliliyi olan insanların hüquqları haqqında konvensiyasını və ona əlavə protokolu ratifkasiya etmişdir. Bununla da ölkənin üzərinə əlavə tədbirlər də düşür. O mənada ki, konvensiya ratifkasiya olunduqdan sonra milli qanunvericiliyin dəyişilməsi labüddür və ona uyğunlaşdırlmalıdır. Eləcə də, başqa qanunlarda təhsil, məşğulluq və başqa sahələrlə bağlı qanunda bu öz əksini tapmalıdır. Əlilliyi olan insanların fəaliyyəti ilə bağlı həm hökumət, həm də qeyri-hökumət təşkilatları fəaliyyət göstərir.

Bundan əlavə, əlillərə cəmiyyətdə sosial baxış olmalıdır. Təəssüf ki, fiziki qüsuru olan insanlarımıza ancaq tibbi baxış var, sosial baxış yoxdur. Yəni bu insanlara xəstə kimi baxılır. Nəticədə onların təhsil alması, idmanla məşğul olması, məşğuliyyəti və asudə vaxtının təşkili üçün manelər yaranır. İstər-istəməz əlilliyi olanlara xəstə kimi yanalaşılması arzuolunan deyil.

Son illərdə cəmiyyətdə əlillərə olan sosial baxışın təmin olunması istiqamətində fəaliyyət hiss olunur. Qarabağ əlilləri, şəhid ailələri, Çernobil əlillərinə dövlət tərəfindən təmanasız olaraq mənzillər verilir, ya da yaşayış sahəsi yaxşılaşdırılır. Əlillər hərəkət etmələri üçün nəqliyyat vasitələri ilə təmin olunurlar. Eləcə də, bütün kateqoriyadan olan əlilliyi olan insanlar dövlət tərəfindən protezlə, tibbi avadanlıqlarla təmin olunurlar. Həmçinin nəqliyyat vasitələri ilə, əlil arabaları ilə təmin olunurlar. Dövlət onların sosial təminatı ilə məşğuldur”.

“Oradakı mənzərədən çox üzüldüm”

Həmsöhbətimiz əlillərin müayinə-müalicə prosesinin aparılmasından isə narazılığını ifadə etdi: “Birincisi, müalicə almaq üçün müavinət yetmir. Eləcə də, xəstliklərlə bağlı diaqnozların düzgün qoyulmaması problemi var. Əlillərin reabilitasiya mərkəzləri, sanator-kurort xidmətlərinə də toxunmaq istəyirəm. Azərbaycanda əlillik fiziki qüsurların çox-azlığına görə 3 dərəcə ilə təsnifatlandırılır. Bəzən görürsən ki, ildə bir dəfə əlillərin tibbi müayinədən keçməsi lazımdır. Niyə? Çünki bununla əlilləri cəmiyyətə qaytarır, reabilitasiya edirlər.

Bu gün Azərbaycanda 14 reabilitasiya mərkəzi var. Bölgələrdə də belə reabilitasiya mərkəzləri yaradılıb və əlillər həmin mərkəzlərdə öz sağlamlıqlarını bərpa edirlər. Mərkəzlərdə müasir qurğular var, xüsusi idman növləri ilə əlil sağlamlığını bərpa edir. Bu yolla ildə 10 minlərlə əlil istehsalata qayıdır, öz sağlamlığını bərpa edir və sağalır.
Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir yaxşı işini də qeyd etmək istəyirəm. Nazirlik əlilləri xüsusi sanator-kurort xidməti ilə təmin edir. Əlillərə bu məqsədlə xüsusi avtobus da ayrılır. Əlillər həm Azərbaycanda, həm xaricdə sağlamlıqlarını bərpa edirlər. Birinci, ikinci qrup əlillər artıq yataq xəstəsi olmurlar.
Azərbaycanda Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutu da var. İnsanlara protez əl, ayaq qoyur, əlil arabaları verirlər. Yəni sağlamlığın bərpasından ötəri başqa digər addımlar da atırlar.

Bir məsələni xatırladım. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə istirahət getmişdik Nabrana. Orada olan durumu, xidməti, qayda-qanunu görəndən sonra çox təəssüfləndim. Və bir daha istirahətə getmədim”.

“İnsanlarla ünsiyyətə cəhd edirəm”

Könül İsmayılova yaradıcılıq fəaliyyətinə də toxundu: “Rusiyada, Polşada sərgilərim olub. Tətbiqi incəsənət əsərlərimi satdım. Satmadığım əsərlər də var. Hansı ki, o əsərlər sevdiyim əsərlərdir. O əsərlərdə mən varam. Siarişlə olan əsərləri satıram. Sevdiyim əsərlərim arasında “Azərbaycan kəndi”, “Müqəddəs Sofiya”, “Qış nağılı” və başqaları var.
Moskvada yerləşən Müasir Humanitar Universitetinin tələbəsiyəm. İncəsənətin tarixi fakültəsinin üçüncü kursunda təhsil alıram. Təhsil haqqı 600 manatdır. Ümid edirəm ki, ixtisasım üzrə ölkəmizdə işləyə biləcəm. 
İnsanlarla ünsiyyətdə, münasibətdə problem yaşamıram. Hər kəslə rahat ünisyyət qura bilirəm. Özüm də ünsiyyətə cəhd edirəm. Əksinə də olur, yəni qarşı tərəfdən ünsiyyət qurmaq istəyənlər də olur. 

Ailəmdən gördüyüm münasibətdən çox razıyam. Ailədə məni çox istəyirlər, qayğılarını, diqqətlərini həmişə hiss etmişəm və edirəm. Ailəm istəyir ki, mən cəmiyyətə qapalı olmayım, cəmiyyətə inteqrasiya edim”.


“Əlillərin məşğuliyyəti üçün şərait yaradılmalıdır”


Könül İsmayılova hesab edir ki, əlillərin əsas problemlərindən biri işsizlikdir: “Aldığımız təqaüd yaşamağımız üçün yetmir bizə. Əlilliyi olan şəxslər arasında iş stajına görə pensiya alanlar var. Sosial müavinətlərin məbləği bu gün həddindən artıq aşağıdır. Sosial müavinət qruplar üzrə 34, 44, 60 manatdır. Bu məbləğlərin cəmi belə, bir əlilin özünü təmin etməsinə yetərli deyil. Bu minumun əmək haqqından, minum yaşayış həddinindən də aşağıdır. Bu insanlar daha çox çətinliklərlə üzləşirlər. Dövlət tərəfindən hər il pensiyalar, sosial müavinətlər artırılır. Ancaq bu artımlar bazar şərtlərinə heç cür uyğun gəlmir.

Yenə də vurğulayıram ki, maksimum çalışmaq gərəkdir ki, əlilliyi olan insanlara sosial yanaşma olsun. Təhsil, məşğulluq sahələrində irəli çəkilsinlər, müəyyən işlə təmin olunsunlar. Belə olan halda öz problemlərinin bir hissəsini özləri həll etmiş olarlar. Nəticədə sosial müavinətdən asılı vəziyyətdə qalmazlar. Bu dövlətin özü üçün bir prioritet sahə olmalıdır. Pul vermək əvəzinə müəyyən şərait yaradılmalıdır”.

“Bütün sahələrdə bərar imkanlar yaradılmalıdır”

Müsahibiz qeyd edir ki, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların və ya tərkibində əlil, sağlamlıq imkanları məhdud uşağı olan ailələrin yaşadıqları binalar, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların yaşadıqları evlərin giriş qapıları, pilləkən meydançaları fərdi reabilitasiya proqramına uyğun olaraq xüsusi vasitələr və qurğular, lift habelə telefon rabitəsi ilə təmin edilməlidir: “Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda yaralanmış və əlil olmuş işçilərin attestasiyası keçirilmir. Müharibə əlillərinin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır, I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır. Əlillərin və ya tərkibində əlil olan ailələrin yaşadıqları binalar, əlillərin yaşadıqları evlərin giriş qapıları, pilləkən meydançaları fərdi reabilitasiya proqramına uyğun olaraq xüsusi vasitələr və qurğular, lift, habelə telefon rabitəsi ilə təmin edilməlidir. Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların yaşadıqları fərdi evlərin onlar üçün uyğunlaşdırılmasını və avadanlıqla təchiz edilməsini əlilliyin, 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun başlanmasında təqsiri olan müəssisələr, idarələr və təşkilatlar, başqa hallarda isə müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
Böyük yer tutmasına baxmayaraq, qeyd olunanlar əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş güzəştlərin və imtiyazların yalnız müəyyən bir hissəsini təşkil edir. Yəni, bu qəbildən olan şəxslərin xeyli hüquqi təminatları vardır. Mən bir QHT-də çalışan şəxs olaraq hansısa əlavə güzəştlərin və imtiyazların verilməsinin deyil, daha çox onların təmin edilməsinə dövlət nəzarətinin və ictimai nəzarətin daha da gücləndirilməsinin, eyni zamanda bu qəbildən olan insanlar üçün cəmiyyət həyatının bütün sahələrində bərabər imkanların yaradılmasının tərəfdarıyam”.

Qeyd edək ki, bərabər imkanlar cəmiyyətinin əsas prinsipləri ilk dəfə BMT-nin 1993-cü ilin dekabrında qəbul olunmuş əlilliyi olan insanlara bərabər imkanların yaradılması üzrə standart qaydalarında təqdim olunub. “Bərabər imkanların təmin olunması” termini xidmət, fəaliyyət növləri, informasiya və sosial infrastruktur kimi cəmiyyətin müxtəlif sistemlərini və ətraf mühiti hər bir kəs, xüsusən də əlilliyi olan şəxslər üçün müyəssər edən prosesi ifadə edir. Bu gün Azərbaycan Respublikasının qanunvericiliyində də ölkədə əlillərin sosial müdafiəsini, reabilitasiyasını təmin edən qanun və dövlət proqramları mövcuddur.


Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]