Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Rayonlarda əlillər üçün istirahət mərkəzləri yaradılmalıdır”

“Rayonlarda əlillər üçün istirahət mərkəzləri yaradılmalıdır”
Bölmə :
KİVDF
Yayım tarixi :
14/6/2013 [11:06]
Baxılıb :
1925 dəfə
Daha 100 nəfər əlil pulsuz istirahət və sağlamlıq mərkəzlərinə göndərilib

“2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, cari il iyunun 11-12-də əlillərin asudə vaxtının təşkili məqsədi ilə 60 nəfər əlil Qəbələ rayonunda, 40 nəfər əlil isə Lənkəran rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzlərinə göndərilib. Bakı və Sumqayıt şəhərlərindən, eləcə də Abşeron rayonundan istirahətə göndərilən əlillərin istirahət və sağlamlıq mərkəzlərinə aparılması və qaytarılması xüsusi nəqliyyat vasitəsi ilə həyata keçirilir. 

Ümumiyyətlə, qeyd edilən Proqrama əsasən, 18 may 2013-cü il tarixindən həyata keçirilən bu tədbirlər çərçivəsində indiyədək 180 nəfər əlilliyi olan şəxsin Qəbələ rayonunda və 120 nəfər əlilliyi olan şəxsin Lənkəran rayonundakı istirahət və sağlamlıq mərkəzlərində 10 gün müddətində istirahətləri təşkil olunub. Xüsusi mədəni-kütləvi proqram çərçivəsində canlı musiqi, diskoteka və viktorinalar təşkil olunub, stolüstü oyun (stolüstü tennis, bilyard, nərd, şahmat, dama, domino və s.), futbol və voleybol yarışları keçirilib, idman alətləri ilə məşqlər (trenajorlar), ətraf rayonlara gəzinti turları, tarixi yerlərlə tanışlıq, hovuzda və göldə üzgüçülük təşkil edilin, tibbi və fizoterapevtik prosedurlar həyata keçirilib.

Bildirək ki, Azərbaycan Respublikası BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş “Əlillərin hüquqları haqqında“ Konvensiyaya qoşularaq ölkədə əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara digər vətəndaşlarla bərabər şəraitin yaradılması öhdəliyini öz üzərinə götürüb. Qeyd olunanları nəzərə alaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə “2013-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib.

“1050 nəfər əlil istirahətə göndərilib”

Əlil Qadınlar Cəmiyyəti Sumqayıt Regional Şöbəsinin sədri Səbinə Kərimova deyir ki, “2013-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sağlamlığının mühafizəsi və tibbi bərpasına, onların xarici ölkələrdə reabilitasiyasına şəraitin yaradılmasına, sanatoriya-kurort müalicələrinin təşkilinə, bədən tərbiyəsi və idmana cəlb edilməsinə, asudə vaxtının təşkilinə və son nəticədə cəmiyyətə fəal inteqrasiyasının təmin olunmasına xüsusi diqqət yetirilib: “Bu tədbirlər sırasında əlillərin asudə vaxtının təşkili məqsədi ilə onların istirahət zonalarına göndərilməsi xüsusi əhəmiyyət kəsb edir. Son ayda da əlillər qruplar halında istirahət etmək məqsədilə istirahət mərkəzlərinə yola salınırlar.
Eyni istiqamətli, 2012-ci il qəbul edilən proqram çəçivəsində, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan 1050 nəfər əlilliyi olan şəxs istirahət zonalarına göndərilib. İstirahətə göndərilənlər arasında Azərbaycan Respublikasının ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərə üstünlük verilir. Bununla əlaqədar, Dövlət Sosial Təminat Xidməti tərəfindən əlillərin İsmayıllı, Lənkəran rayonlarında və Nabranda yerləşən istirahət zonalarına göndərilməsi ilə bağlı işlər görülüb. Mədəni-kütləvi proqram çərçivəsində stolüstü oyun yarışlarının keçirilməsi, idman alətləri ilə məşqlər (trenajorlar), gəzinti turlarının təşkili və tarixi yerlərlə tanışlıq, tibbi və fizoterapevtik prosedurlar həyata keçirilir”. 

Səbinə Kərimova vurğulayır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaş cəmiyyətlərinin yaxından iştirakı ilə əlillərin hüquqi maarifləndirilməsi, cəmiyyətə inteqrasiyası, istedadlarının aşkara çıxarılması, məşğulluğa təşviq edilməsi və sair istiqamətlərdə sosial layihələr də həyata keçirir.

“Rayonlarda da istirahət mərkəzləri olmalıdır”

“Əlil Qadınlar” Cəmiyyətinin sədri Məhluqə Rəhimovanın sözlərinə görə, əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası sahəsində dövlət siyasətinə uyğun olaraq əhalinin sağlamlığının mühafizəsi, xəstəliklərin profilaktikası, onların erkən aşkarlanması və əlilliyin baş verməsi, yaxud ağırlaşması hallarının qarşısının alınması ilə bağlı dövlət proqramları həyata keçirilir: “Uşaqlarda əqli inkişafın gizli qüsurlarını, hiss üzvlərinin, hərəkət sisteminin pozulmalarını erkən aşkar etmək məqsədilə səhiyyə müəssisələri bir yaşa qədər bütün uşaqların ixtisaslaşdırılmış uşaq diaqnostika mərkəzlərində və uşaq poliklinikalarında müayinə olunmasını və dispanser müşahidəyə götürülməsini təmin edir. Səhiyyə Nazirliyi tərəfindən əlilliyi doğuran səbəblərin aradan qaldırmasına, əlillərin reabilitasiyasına, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün əlillərin bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılması istiqamətində məqsədyönlü tədbirlər davam etdiriləcək.
Əlilliyi olan şəxslərin digər insanlarla bərabər səviyyədə mədəni həyatda iştirak etmək hüquqlarının, eləcə də, yaradıcı, bədii və intellektual potensialının inkişaf etdirilməsi və ondan istifadə edilməsi imkanlarının qəbul və təşviq edilməsi istiqamətində həyata keçirilən tədbirlər də var. Əlil uşaqlara xüsusi diqqət yetirməklə və ictimai satınalmalar və maliyyələşmə vasitəsilə əlilliyi olan şəxslərin mədəniyyət, istirahət, turizm və idman obyektlərinə çıxış imkanının təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Fiziki qüsurlu şəxslərin istirahət və əyləncəsi üçün paytaxt Bakıda istirahət mərkəzləri var. İstirahət mərkəzlərindən biri Nabranda yerləşən "Əlincə" istirahət mərkəzidir, hansı ki, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayanlar burada istirahət edə bilirlər. Əlillər 15 gündən bir pulsuz ezam olunurlar bu istirahət mərkəzinə. Burada xidmətlər yüksək səviyyədədir. Yeməyi, içməyi var. Yüksək təminatlı xidmət göstərilir. Qeyd edim ki, istirahətə göndərilənlər arasında Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərə üstünlük verilir.
İki həftə davam edən istirahət günləri xüsusi mədəni-kütləvi proqram əsasında təşkil olunur və bu proqram çərçivəsində stolüstü oyun yarışlarının keçirilməsi, idman alətləri ilə məşqlər (trenajorlar), gəzinti turlarının təşkili və tarixi yerlərlə tanışlıq, tibbi və fizoterapevtik prosedurlar həyata keçirilir. Belə xidmət Şaqanda, Bilgəhdə də var, yüksək səviyyədə şərait mövcuddur. Əlbəttə ki, əlilliyi olan şəxslər üçün bu obyektlərin sayı azdır. Rayonlarda istirahət mərkəzləri olmalıdır”.

“Proqramda idman tədbirləri də nəzərdə tutulub”

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının (HXRA) prezidenti Gülnarə Hüseynova da “2013-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nın qəbulundan və icrasından məmnundur: “Proqramın əsas məqsədi ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş dinamik inkişafa və davamlı tərəqqiyə əsaslanaraq, əlillərin tibbi-sosial reabilitasiyasını kompleks şəkildə həll etməklə, onların sosial müdafiəsinin və son nəticədə cəmiyyətə fəal inteqrasiyasının təmin olunmasıdır. Proqramda əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası ilə bağlı müxtəlif tədbirlərin görülməsi nəzərdə tutulur. Bura onların xarici ölkələrdə reabilitasiyası, texniki-bərpa və nəqliyyat vasitələri ilə təmin edilməsi, sanatoriya-kurort müalicəsinin təşkili, bədən tərbiyəsi və idmana cəlb edilməsi daxildir. 
Bundan başqa, sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinə texniki yardım göstərilməsi, əlillər üçün ixtisaslaşdırılmış internat evlərinin və bərpa mərkəzlərinin saxlanılması da nəzərdə tutulur. Proqramda idman tədbirləri də nəzərdə tutulub. Bura əlillərin beynəlxalq yarışlarda iştirakına şərait yaradılması və stolüstü idman oyunları üzrə yarışların keçirilməsi aiddir”. 

Konvensiya...

Bilidirək ki, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyasına qoşulub. Bu Konvensiyanın 30-cu maddəsi “əlillərin mədəni həyatda iştirakı, asudə vaxtın və istirahətin təşkili və idmanla məşğul olması” ilə bağlıdır. Belə ki: 

1. İştirakçı dövlətlər əlillərin digər şəxslərlə bərabər mədəni həyatda iştirak etmək hüququnu tanıyır və bütün zəruri tədbirləri görürlər ki, əlillər:
a) münasib formatlarda sənət əsərlərindən istifadə edə bilsinlər;
b) münasib formatlarda televiziya proqramlarından, filmlərdən istifadə, teatr və digər mədəni tədbirlərdə iştirak edə bilsinlər;
c) teatr, muzey, kinoteatr, kitabxana və turizm xidmətləri kimi mədəni tədbir və xidmətlərdən yararlanma, həmçinin mümkün olduqca milli mədəni əhəmiyyət kəsb edən abidə və obyektlərə baxma imkanı əldə edə bilsinlər.

2. İştirakçı dövlətlər yalnız əlillərin rifahı üçün deyil, həmçinin cəmiyyətin zənginləşdirilməsi naminə əlillərə yaradıcı, bədii və intellektual potensiallarını inkişaf etdirmək imkanını yaratmaq üçün bütün zəruri tədbirləri görür.

3. İştirakçı dövlətlər beynəlxalq hüquqa müvafiq olaraq, əqli mülkiyyət hüquqlarının qorunması haqqında qanunların əlillərin mədəniyyət əsərlərindən istifadələrinə əsassız və ya diskriminasiya xarakterli maneə olmaması üçün bütün zəruri tədbirləri görür.
4. Əlillərin, jest dilləri və karların mədəniyyəti daxil olmaqla, xüsusi mədəni və dil özünəməxsusluğunun tanınmasına və dəstəklənməsinə digər şəxslərlə bərabər səviyyədə hüquqları vardır.

5. Əlillərə digər şəxslərlə bərabər asudə və istirahət vaxtını keçirmək və idman tədbirlərində iştirak etmək imkanının verilməsi üçün iştirakçı dövlətlər aşağıdakı məqsədlər üçün zəruri tədbirləri görürlər:
a) əlillərin bütün səviyyəli ümumi profilli idman tədbirlərində iştirakının təbliği və təşviqi;
b) əlillərə xüsusilə əlillər üçün nəzərdə tutulan idman və asudə vaxt tədbirlərini təşkil etmək, inkişaf etdirmək və bu tədbirlərdə iştirak etmək imkanının yaradılması və bununla əlaqədar digər şəxslərlə bərabər təhsil, hazırlıq və resurslarla təmin olunmalarına yardım edilməsi;
c) əlillərin idman, rekreasiya və turizm obyektlərindən istifadə etmək imkanının təmin edilməsi;
d) əlil uşaqların digər uşaqlarla birlikdə asudə və istirahət vaxtının keçirilməsində, oyunlarda, yarışlarda və ya idman tədbirlərində, o cümlədən məktəb sistemi çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək imkanının təmin edilməsi;
e) əlillərin asudə vaxtın, turizmin, istirahət və idman tədbirlərinin təşkili ilə məşğul olanların xidmətlərindən istifadə imkanının təmin edilməsi.


Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]