Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Evlərinə həbs edilmiş əlillər”¦

Evlərinə həbs edilmiş əlillər”¦
Bölmə :
KİVDF
Yayım tarixi :
13/6/2013 [11:21]
Baxılıb :
1641 dəfə
Bakıda aparılan təmir-tikintilərdə arabayla hərəkət edən vətəndaşlarımız nəzərə alınmayıb

Paytaxtın müxtəlif ərazilərində parklar salınır, yeraltı və yerüstü keçidlər inşa olunur. Bəs görəsən bu tikililər müasir standartlara cavab verirmi? Şəhərimizdə tikilən bəzi keçidlərdə və parklarda təkərli vasitələrin maneəsiz hərəkəti üçün nəzərdə tutulan panduslar normal standartlara uyğun gəlirmi?
Deyirlər ki, Azərbaycanın inşaat sektorunun rəhbər işçilərindən biri, Bakıda yüzlərlə bina tikmiş əməkdar inşaat işçisi ömrünün son bir neçə ilini hər gün tikdiyi binaları söyə-söyə başa vurub. 9 mərtəbəli tipik sovet binasının 7-ci mərtəbəsində yaşayan inşaatçı “bu bina diri ikən mənə məzar oldu, şəhərə çıxıb gəzmək imkanım ola-ola evə qapanıb qaldım” deyirmiş. Əməkdar inşaatçının şəkərlə bağlı problemi varmış və bir on il qabaq keçirdiyi əməliyyatdan sonra hərəkəti məhdudlaşıbmış və yalnız əlil arabası ilə gəzə bilirmiş. Onun üçün xususi əlil arabası da alıblarmış, amma həmin araba ilə liftə girmək mümkün deyilmiş, panduslar olmadığından onun pilləkənlə də aşağı enməsi mümkün olmayıb. Yaşlı insanın əlil arabası yalnız otaqdan otağa, evdən balkona keçməyə yarayırmış. “Bu, bizim hər birimizin başına gələ bilər, haradan bilək ki, doqquzuncu mərtəbədəki mənzilimiz nə vaxtsa bizim üçün də diri-diri məzara çevrilməyəcək?”, - deyə mərhumun tikintidə dövlət siyasətinə bu gün də istiqamət verən iş yoldaşları xatırlayırlar.
Məsələ burasındadır ki, sovet illərində binaların, şəhər infrastrukturunun, mağazaların və ictimai binaların tikintisində əllilərin hərəkəti üçün şərait yaradılması nəzərdə tutulmurdu. Dövlət əlilə müəyyən maddi yardım etməklə işini bitmiş sayırdı. Ən yaxşı halda əlillər üçün xüsusi pansionatlar və ya əlil üzvü olan ailələr üçün xüsusi binalar tikilirdi. Belə binaların blok qapılarında panduslar quraşdırılır, lift qapıları daha enli - 90 sm olurdu. Halbuki, standart sovet binasında lift qapılarının eni 60 sm-dir ki, buna əlil arabası daxil ola bilmirdi, çünki əlil arabasının ən ensizi 70 sm-dir. Həmçinin əksər sovet binalarında blok girişləri adətən küçədən bir-iki pillə, bəzən də beş-on pillə yüksək olurdu. Bu da, arabaya məhkum əlilin evindən çıxmasına imkan vermirdi, adətən sovet binasında yaşayan əlil ən yaxşı halda mənzil daxilində hərəkət edə bilirdi.
Küçələr də əlil arabasının hərəkətinə yararlı deyil. Bu arabalarla nə səkilərdən küçəyə keçmək, nə yeraltı keçidlərdən keçmək mümkün deyildi. Mağazaların və ictimai iaşə obyektlərinin girişlər də küçədən bir-iki pillə yüksək olduğundan əlillər belə obyektlərə də daxil ola bilmirdilər.
Halbuki hələ keçən yüzilliyin 60-cı illərindən başlayaraq qərb ölkələrində əlillərə qarşı fərqli siyasət yürüdülməyə başladı və hərəkət imkanı məhdud insanların cəmiyyətə daha çox inteqrasiyası əsas götürüldü. Yollar, keçidlər, yeni tikilən binalar, hotellər, liftlər əlil arabalarının keçidi üçün uyğunlaşdırıldı. Bu işdə 1981-ci ilin Beynəlxalq əlil ili elan edilməsi xüsusi rol oynadı. 1982-ci ildə isə BMT Baş Assambleyası tərəfindən əlillərlə bağlı ümumdünya fəaliyyət proqramı qəbul edilib.
Hazırda istənilən qərb şəhərində əlil arabasına məhkum insan çoxmərtəbəli binadakı mənzilindən heç kimin yardımı olmadan çıxa, şəhər nəqliyyatından istifadə etməklə iş yerinə gedib qayıda bilər, avtobuslarda da xüsusi açılan panduslar qoyulub. Yəni qərb ölkələrində kassa aparatı, piştaxta arxasında əlil arabasında oturmuş insan görəndə, heç kim təəccüblənmir. Səkilər, yeraltı keçidlər də artıq buna uyğunlaşdırılıb. Mağazaların, restoranların girişlərində küçə ilə elə bir kəskin fərq yoxdur, əlil arabası rahatlıqla daxil ola bilir. Hətta liftsiz ofis binalarında belə birinci mərtəbədə əlilərin girişi üçün pandus və tualet nəzərdə tutulub. Adətən belə tualetlərdə döşəmə kafeldən yox, linoliumdan olur ki, əlil arabası rahat girə bilsin, həm də əlil yıxılarkən daha az zədə alır. Qərbdəki ən iri konsert salonlarına belə əlil arabasındakı insan kənar adamın yardımı olmadan daxil ola bilər. Liftlər həm gözdən əlillər üçün danışır, həm də əlil arabalarının hərəkəti üçün tutacaqlar quraşdırılıb. Bu məsələdə Avropadan çox geri olan Türkiyədə də bu istiqamətdə ilk addımlar atılıb. Məsələn, İstanbul metrosunda əlil arabaları üçün xüsusi liftlər quraşdırılıb.
Azərbaycanda isə bu cür işlər yalnız müstəqillik qazandıqdan sonra görülüb. Əvvəl əlillər üçün xüsusi binalar tikilib və orada əlil arabalarının hərəkəti üçün xüsusi şərait yaradılıb. Lakin sonradan bu cür yanaşmanın doğru olmadığı anlaşılıb və bütün yeni binalarda əlil arabalarının hərəkəti üçün şəraitin olmasının vacibliyi vurğulanıb.

Ya qoyulmur, ya da lazımi səviyyədə deyil

“Cəmiyyətimiz bizi qəbul etmir. Tam sosial cəmiyyətdə yaşasaq da, qəbul olunmuruq. Ona görə də bizə şərait yaradılmır. Hər hansı müəssisə tikiləndə, bizim üçün adi yol belə düşünülmür. Evdən kənara çıxanda da bizə insanların yazığı gəlir, ikinci dərəcəli insan kimi baxırlar”, - deyə fiziki qüsurlu Rüxsarə Cumayeva şikayətlənir.
Ayaqlarını araba əvəz edən əlillər cəmiyyətdən təcrid olunublar. Onların bir çoxu ev dustağına çevrilir. Çünki əlillərin cəmiyyətə inteqrasiyası üçün lazımi şərait yoxdur. Fiziki maneələrin, infrastrukturun əlillərə uyğunlaşdırılması üçün heç bir iş görülmür. Məsələn, götürək piyada keçidlərini. Əksər keçidlərdə panduslar qoyulmayıb. Əlillərin rahat şəkildə pilləkənləri adlaması üçün kənar keçidlər ya qoyulmur, ya da lazımi səviyyədə deyil.


Səkinin biri var, biri yoxdur...


Belə ki, yenicə istifadəyə verilmiş “Qış parkı” adlı yerdə keçidin pandusu yararsız vəziyyətdədir. «Arabanın hərəkəti üçün üçün nəzərdə tutulmuş səkinin biri yoxdur. Beləliklə, uşaq və əlil arabaların hərək etməsi imkansızdır. Pandus burda formal xarakter daşıyır. Mütəxəssilər deyirlər ki, keçidlərdə arabaların hərəkəti üçün nəzərdə tutulmuş pandusların çoxunun dərəcələri düzgün deyil.
“Əlillər evindən çıxıb cəmiyyətə qoşulduğu zaman çoxlu maneələrlə üzləşir. Adi yolu keçmək istədiyi zaman keçiddən istifadə belə edə bilmir. Keçid çox hündür olduğundan keçilməz haldadır. Əlillər üçün nəzərdə tutulmuş keçid 8-10 dərəcə bucaq altında olmalıdır.

Məsələn, Hökumət Evi qarşısında yeni bir keçid tikilib. Keçidin bir kənarında əlillər və digər arabalar üçün xüsusi yer ayrılıb. Buna həm əziyyət, həm də xərc çəkilib. Lakin bu yerlə arabanın düşüb-qalxması mümkün deyil. Hətta körpəsilə birlikdə bulvara istirahətə gələn ana belə uşaq arabasını həmin yerdən keçirə bilmir.
Eskalatorlardan isə arabaların keçməsi qəti qadağan edilib. Bu barədə xəbərdarlıq işarəsi də qoyulub. Təşkilatımız keçidlərdə əlillərin hərəkəti üçün nəzərdə tutulan pandusların monitorinq aparıb. Nəticə bu olub ki, pandusların 95 faizi standarta uyğun gəlmir. Bəzən əlillər üçün yerlər qoyulsa da yararsız haldadır.
Maneələrin əlillərə uyğunlaşdırılması üçün müəyyən standartlar var ki, bütün dünyada bu qəbul edilir. Bu standartlar əlil təşkilatları tərəfindən müvafiq icra orqanlarına, komitələrə ünvanlanıb”, deyə Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli bildirdi.


Əlildə gülüş doğuran keçidlər”¦


Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova keçidlərdəki pandus ölçülərinin normativlərə uyğun olmadığı, bunun əlillər və körpə uşaqlı qadınlar üçün çox ciddi problemlər yaratdığı fikrindədir: “Azərbaycandakı pandusların heç biri beynəlxalq standartlara cavab vermir, yəni onların əyriliyi kəskin dərəcədə yuxarıdan aşağıya düzəldilir. Ümumiyyətlə, o sahəyə baxanlar əlillikdən xəbəri olmayan insanlardı. Bəlkə də o səbəbdən belədir.
O, həmçinin “Kukla” teatrının yanında tikilən yeraltı keçidin əlillər üçün tamamilə yararsız halda olduğunu bildirdi: “Bizə “Kukla” teatrının yanındakı xüsusi keçiddə gülüş doğuran keçid yaradıblar. Aarabanı yuxarıdan qoysan, aşağıda tuta bilməzsən. O vəziyyətdə heç onu aparan insan özünü saxlaya bilməz”.
“Malakan” bağında nəvəsini gəzdirən Sevda xanım burada pandusların olamamasından şikayətlənir: “Heyif, əfsuslar olsun ki, bu qədər xərc çəkilib nə əlillər, nə də uşaqlar üçün arabanı düşürməyə bir dənə yer yoxdur. Məcburuq ki, qucağımıza alaq, kimsə kömək etsin, düşürək”.
Velosipedçi Samir deyir ki, Bakıda olan panduslar standartlara uyğun olmadığı üçün onlar da tez-tez problemlərlə qarşılaşırlar: “Bakıda bildiyimiz kimi nə velosiped yolları var, nə də pilləkənlərdə, parklara girişlərdə panduslar var. Hansılar ki, bizim üçün əvəzsizdir. Həm də mövcud olan panduslarda elə dikdir ki, hətta biz insanlara xətər yetirə bilərik. Nəin ki, velosipedçilər, ümumiyyətlə ondan istifadə edən insanlar çox böyük sürət yığmış olurlar və bu da təhlükə yarada bilər. Heydər Əliyev Sarayının qarşısındakı keçidlərdə pilləkanları ekskalatorlar əvəz etsə də təəssüf ki, pandusları əvəz edəcək heçnə yoxdur».


Memar problem barədə fikirlərini bölüşür

Memarlıq layihələri üzrə ekspert Urfan Məmmədovla elə “Kukla” teatrının qarşısında bu keçidin standartlara uyğun olub-olmamasını müzakirə etdik. Memar pandusun ölçüləri haqqında danışır: “Ümumi gözəyarı baxanda görünür ki, insanların çıxması üçün ayrılmış yer ensizdi. Buradan istifadə edən insanlar bir az çətinlik çəkir. Hətta bir az əvvəl yanımızdan keçən xanımın çətinliklə öz arabasını qaldırdığını gördük, hansı ki, bu, çox rahat şəraitdə olmalıdır”.
Urfan Məmmədov deyir ki, Azərbaycanda savadlı memarların olmasına baxmayaraq pandusların əksəriyyəti normativlərə uyğun inşa olunmur: “Əvvala, Azərbaycanda müasir dövrdə yeraltı-yerüstü piyada keçidlərinin tikilməsi çox müsbət haldır. Təəssüf ki, bir o qədər də yüksək səviyyədə inşa olunmur. Azərbaycanda müasir keçidlərin bir çoxunun pandus dərəcəsi 30 dərəcə ilə götürülür. Pilləkanların hündürlüyü 15 sm, uzunluğu 30 sm dünya standartlarına uyğundur. Ən ideal pandus dərəcəsi isə 10 dərəcə sayılır”.


Metroda da əlillərə şərait yaradılmayıb

Metrostansiyalardan yalnız “Koroğlu”da pandus var. Ancaq bu da formal xarakter daşıyır. “Koroğlu” stansiyasında əlillərin hərəkəti üçün nəzərdə tutulmuş pandus satış mərkəzinə çevrilib.
Qeyd edək ki, əksər metrostansiyalar təmir edilməmişdən əvvəl bəzilərində əlil arabalarının enib qalxması üçün xüsusi pilləkənlər nəzərdə tutulurdu. Amma indi onlar da ləğv edilib. Bu da əlil arabasında gəzmək məcburiyyətində qalan insanların narazılığına səbəb olur.
Ümumiyyətlə, əlil arabasına möhtac olan insanların ictimai nəqliyyatdan istifadə etməsi mümkünsüzdür. Paytaxtda əlillərin evlərindən çıxıb başqa bir ünvana sərbəst getməsi üçün şərait yoxdur.
“Əlillərin sosial müdafiəsi haqqında” qanuna və “Əlillərin reablitasiyası ilə əlaqədar dövlət proqramı”na əsasən şəhər mühitində, ictimai yerlərdə əlilliyi olan şəxslərin hərəkəti nəzərə alınmalıdır. Lakin bunların heç biri icra olunmur.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]