Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Güzəştli kredit istəmirik, haqqımız olanı versinlər”

“Güzəştli kredit istəmirik, haqqımız olanı versinlər”
Bölmə :
KİVDF
Yayım tarixi :
12/6/2013 [11:02]
Baxılıb :
1510 dəfə
Bankların əlillərə seçkin münasibəti ciddi etirazlar doğurur

“Qarabağ Əlilləri və Veteranları“ Cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri Əhməd Rəhmanov deyir ki, əlillərin kredit alması mümkün deyil: “Qarabağ müharibəsi və əlilləri adından edilən müraciətlərdə əlillərə güzəştli kreditin verilməsi də istənilib. Həqiqətən də bu gün ürəkağrıdan məsələdir ki, Azərbaycanda əlillərə ögey münasibət var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə göstərilən dövlət qayğısı xaric, əlillərə sanki bir düşmən münasibət mövcuddur. Heç bir bank və yaxud da kredit verən təşkilat iddia edə bilməz ki, əlilləri normal bir tərəfdaş kimi qəbul edir. Biz onlardan nə güzəşt, nə də hörmət istəyirik, sadəcə bu ölkənin vətəndaşı kimi qəbul olunmağımızı tələb edirik və dövlətin müvafiq qurumlarına bununla bağlı müraciət edərək bildiririk ki, bizim konstitusion haqqımızı bərpa etməyə nail olsunlar.

Azərbaycanda hər il sosial müdafiə məqsədilə bir milyarddan artıq vəsait ayrılır, əlillərə sosial müavinətlər verilir. Qarabağ əlilləri avtomobil və mənzillə təmin olunurlar. Bunlar vaxtaşırı atılan çox böyük addımlardır. Biz əlillərin işə qəbul olunması barədə düşünürük. Azərbaycanda Əmək Məcəlləsinə əsasən 50 iş yerindən 1-i əlillərə verilməlidir. Elə iş yerləri var ki, əlillər burada çalışa bilərlər. Tutaq ki, qəzet köşklərində, kompüter xidmətində, mühasibatda uyğun fiziki qüsuru olan adam rahat çalışa bilər. Bu insanlar üçün iş yerləri yaradılmalıdır ki, sosial müdafiəsi yaxşı olsun. Avtobuslara, binalara pantuslar qoyulmalıdır ki, əlillər daxil ola bilsinlər. Bəzən əlillərimiz şikayətə gəlirlər, icra hakimiyyətlərində pilləkənləri çıxa bilmirlər. Bu məsələlər Mənzil Məcəlləmizdə artıq öz əksini tapıb. Əlillərin pensiyalarının, müavinətlərinin artırılması gündəmdədir. Əlillərin təkcə fiziki yardıma yox, həm də sosial-psixoloji yardıma da ehtiyacı var. Əlillərin yaradıcılıq sərgisinin, idman yarışlarının təşkil olunması vacibdir. Məsələn, paraolimpiya oyunları nə qədər maraqlı məsələdir! Bu, əlillərin cəmiyyətə inteqrasiyasına ciddi kömək edir.
Sonda bir daha bütün cəmiyyətə mesaj göndərərək rica edirəm, fiziki qüsurları olan insanlara qayğı göstərin, kömək edin, onları sevin. Unutmayın ki, heç kəs bu bəlalardan xali deyil”.

“Əlillərə güzəşətli kredit layihəsi olmalıdır”

“Gülsam” Əlillərin Reabilitasiyası İctimai Birliyinin sədri Gülnarə Səlimova da əlillərə kredit verilməsinin çox vacib olduğunu deyir: “Bir məsələni qeyd edim. Təşkilatımızın Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində əlilləri onların sosial vəziyyətini yaxşılaşdırmaq, ferma açmaq, kredit almaq, işə və sənətə yiyələnmək üçün bilgiləndirdik. Layihənin icrasından sonra 4 nəfər işlə təmin edildi. Onu da deyim ki, əlil olmayan insanlar üçün təşkil etdiyimiz ödənişli kurslardan gələn gəlirin sayəsində kiçik tikiş fabriki açmışıq. 2 şəhid ailəsini, 1 əlil qızı işə aldıq.

Tək istədiyim əlillərin cəmiyyət içinə çıxa bilməsidir. Evlərə bağlanıb çarəsiz qalmamalarıdır. Ömürlərinin çürüməməsini istəyirəm. Mənim məqsədim yalnız budur. Əlillərin qarşısında bir çox imkanlar ola bilər. Sənətlə məşğul ola bilərlər. Yazı yaza bilərlər, şəkil çəkə bilərlər. Bununla da qismən öz problemlərinə həll tapa bilərlər. Az və ya çox bir gəlirləri olar. Heç kimin əlinə baxmazlar. Bu gün fiziki olaraq əlil ola bilərəm, amma özümə az da olsa bir gəlir yaratdığım üçün qürur duyuram. Bunu söyləyirəm ki, biz əlillər əngəllərimizi aşa bilərik.

Öncə qeyd etdiyim kimi, layihə çərçivəsində əngəlli insanlarımıza kredit almağın yollarını öyrədirdik. Kredit almaq üçün öncə əngəlli insanımızın işi-gücü olmalıdır. Bu olmasa, mümkünd eyil. Ya da ki, dövlət səviyyəsində əlillərə kredit güzəşətlərindən ibarət layihə olmalıdır”.

“Bərabər imkanlar yaradılmalıdır”

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin (ƏCİİB) sədri Ramilə Mahmudova bildirir ki, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün güzəştlər və imtiyazlar olmalıdır: “Onuda bildirim ki, bu qəbildən olan şəxslərin xeyli hüquqi təminatları vardır. Mən bir QHT rəhbəri olaraq hansısa əlavə güzəştlərin və imtiyazların verilməsinin deyil, daha çox onların təmin edilməsinə dövlət nəzarətinin və ictimai nəzarətin daha da gücləndirilməsinin, eyni zamanda bu qəbildən olan insanlar üçün cəmiyyət həyatının bütün sahələrində bərabər imkanların yaradılmasının tərəfdarıyam.

Hazırda əlillərin tibbi, sosial və peşə reabilitasiyası, məşğulluğunun təmin olunması, mənzil-məişət problemlərinin həlli, pensiya və müavinətlərinin artırılması və s. istiqamətlərdə işlər mütəmadi olaraq davam etdirilir: “Hər il müharibə əlillərinə pulsuz mənzillərin, minik avtomobillərinin verilməsi, ölkəmizin paytaxtında və regionlarında fəaliyyət göstərən tibbi-bərpa mərkəzlərinin yaradılması müharibə əlillərinin və digər kateqoriyadan olan əlillərin müalicəsində və zəruri tibbi texniki reabilitasiya vasitələri ilə təmin olunmasında mühüm rol oynayır. Təbii ki, göstərilən bütün bu dövlət qayğısı əlilliyi olan şəxslərin problemlərinin həllinə və onların cəmiyyətə inteqrasiyasına təkən verən mühüm amillərdəndir.

Əlil insanlarımızla bağlı bir sıra həlli vacib olan problemlərin də mövcudluğunu inkar etmək olmaz və onların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi son dərəcə vacibdir. Bu gün bütün dünyada yaşından, irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq bu və ya digər səbəblərdən sağlamlığını itirərək əlil olmuş insanlar üçün xarakterik olan bir sıra ümumi problemlər mövcuddur. Belə problemlər sırasında ictimai binaların, sosial infrastruktur, ictimai-iaşə və s. obyektlərinin onlar üçün müyəssər olmaması (fiziki maneələr), əlilliyinin cəmiyyətdə düzgün dərk edilməməsi (psixoloji maneələr) əsas yerlərdən birini tutur”.

“Əlil necə biznes qura bilər?”

Millət vəkili Musa Quliyev bildirir ki, Azərbaycanda əlil vətəndaşların problemlərini çözmək üçün başqa dövlətlərin, tutalım, qonşu Türkiyənin təcrübəsindən yararlanmaq mümkün deyil: “Bəli, orada son illər əlillərin sosial durumunun yaxşılaşdırılması üçün bəzi addımlar atılıb. Mən hesab edirəm ki, əngəllilər məşğulluq idarələrinə müraciət etməklə iş tapa bilərlər. O ki qaldı, Türkiyədə olan bu layihəyə, ola bilsin, qrant layihəsidir. Belə layihələr daimi olmur və hər hansı dönəm üçün bəlkə bizdə də tətbiq edilə bilər.

Əlillərin böyük qismi çalışır, ailəsi olanlara ailələri yardım göstərir. Bunlar həyati fəaliyyəti məhdudlaşan, başqalarının köməyinə ehtiyacları olan insanlardır. Onlar necə biznes qura və ya təsərrüfatla məşğul ola bilər? Əlilin biznes qurmasına dünyada çox nadir rast gəlinir. Yalnız 3-cü qrup əlil buna nail ola bilər. 1-ci qrup əlil isə başqasının yardımına ehtiyacı olanlardır. Ancaq xüsusi kateqoriyaya aid olan əlillərə, xüsusən Qarabağ əlillərinə ya dövlət, ya da biznes strukturları vasitəsilə iş yerləri açıla bilər”.

“Qanunda ayrıca maddə yoxdur”

Hüquqşünas Kazım Salmanlının sözlərinə görə, “İpoteka haqqında qanun”da əlillərə aid ayrıca maddə yoxdur: “Həmin qanunda əlillərin ipoteka alması barədə ayrıca maddə yoxdur. O qanunla ipotekadan yararlanıb, əmlak almaq istəyən şəxslərin dairəsini müəyyən etmək mümkündür: şəhid ailəsinin üzvü, məcburi köçkün və ya ona bərabər tutulan şəxs, üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs, elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxslər və s.”.

“İş yerlərinin 5 faizi əlillərə ayrılmalıdır”

Birləşmiş Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin (BƏSTİB) rəhbəri Mirzə Məmmədvəliyevin fikrincə, əlillərin maddi vəziyyətini yaxşılaşdırmağı hədəfləyən layihələr var, ancaq real əməl yoxdur: “Kağız üzərində gözəl layihələr, təkliflər, prezidentimiz tərəfindən də tapşırıqlar var. Lakin çox təəssüflər olsun ki, məmurlar hələ bu sahədə iş görmək istəmirlər. Əlillərin hər hansı bir işlə məşğul olmaları üçün kredit alınmasından söz ola bilməz. Güzəştli kreditlərdən də söhbət gedə bilməz. Olsa-olsa, ən ağır şərtlərlə ən ağır kredit ala bilərlər. Heç bir güzəşt yoxdur.

Xaricdəki əlil nəsə iş görmək istəyirsə, ona güzəştli kreditlə yanaşı, sıfırdan aşağı bonus da verilir. Götürdüyü kreditin müəyyən məbləği ona bağışlanır. Azərbaycan üçün bu xəyaldır. İş yerlərinin 5 faizi əlillərə ayrılmalıdır. Hansı iş adamı, yaxud idarə bunu öz xoşu ilə etmək istəyəcək? Bu, qeyri-mümkündür. Çünki qanunvericilik çərçivəsində həmin təşkilatlar həvəsləndirilmir. Əlillərə güzəştli iş qrafiki, güzəştli məzuniyyət heç bir iş adamına sərf etmir. Dövlət də öz boxçasından heç nə xərcləmək istəmir və hər şeyi müəssisələrin üzərinə yıxır”.

Qeyd edək ki, Azərbaycanda ümumilikdə pensiya və müavinət alan əlillərin sayı 506 min 127 nəfərdir. Onların da 58 min nəfərindən çoxu 18 yaşınadək uşaqlardır. Bu rəqəm 2000-ci ildən bəri 2 dəfədən çox artıb. 2000-ci ildə onların sayı 250 min 712 nəfər olub. Bunlarında 21 min 739 nəfəri 18 yaşına çatmayan uşaqlarmış.


Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]