Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Əlillər güzəştli kredit arzusunda”¦

Əlillər güzəştli kredit arzusunda”¦
Bölmə :
KİVDF
Yayım tarixi :
11/6/2013 [11:39]
Baxılıb :
1069 dəfə
Ayrılacaq kredit fiziki əngəlli insanların hansısa zəruri ehtiyaclarına xərclənəcə bilər?

Qarabağ savaşında könüllü olaraq ön cəbhəyə yollanan, döyüşlərdə yaralanmış yüzlərlə əsgərin həyatını xilas edən Qarabağ qazisi Rüxsarə Cumayeva (Tutu) indi özü yataq xəstəsinə çevrilib. Hər dəqiqə yaşamaq uğrunda mübarizə aparan R.Cumayeva bədənindəki dəhşətli ağrıları güclü ağrıkəsici həblərlə yüngülləşdirməyə çalışır. 

Meydan hərəkatının fəal iştirakçılarından olan R.Cumayeva gənclik illərini ölkəmizin müstəqilliyi uğrunda mübarizəyə, Qarabağ uğrunda gedən savaşa həsr edib. O, hazırda 12 yaşlı qızı Rəqsanə ilə Nəsimi rayonu, Şamil Əzizbəyov, 170, ev 7 ünvanında 10 kvadratmetr sahəsi olan darısqal bir otaqda yaşayır. Anası yataq xəstəsi olduğundan evin bütün məişət qayğıları 12 yaşlı Rəqsanənin üzərindədir.
R.Cumayeva deyir ki, əməliyyatı Türkiyədə, Adana şəhərindəki Ortopediya və Travmatologiya İnstitutunda mümkündür. O, müayinənin nəticələrini nəzərdən keçirən klinika həkimlərindən müsbət cavab alıb. Amma əməliyyatın həyata keçirilməsi üçün ona 28 min manat lazımdır. Bu qədər məbləğin nə özündə, nə də yaxınlarında olmadığını deyən R.Cumayeva artıq bir aydan çoxdur gününü yataqda keçirir. Əlilliyə görə aldığı müavinət isə cəmi 40 manatdır.
R.Cumayeva kömək üçün dəfələrlə müvafiq dövlət qurumların müraciət etib. Ancaq əməliyyata göndərməyə imkanlarının olmadığını bildiriblər. Yaşadığı mənzilin otağı və dəhlizləri darısqal olduğundan, həm də artıq ayaq üstündə dayana bilmədiyindən Qarabağ qazisi ayaqyoluna iməkləyə-iməkləyə gedir. Bu cür vəziyyətdə fotolarını çəkmək istədikdə isə etiraz etdi. Dedi ki, istəmir onu sürünən vəziyyətdə görsünlər.

Hər yerdən əli üzülən R.Cumayevaya yardım məqsədilə “Facebook” sosial şəbəkəsində səhifə yaradılıb. Səhifəyə yerləşdirilən müraciətdə deyilir: “Qarabağ qazisi Rüxsarə (Tutu) Cumayevanın səhhətində ciddi problemlər var. Əgər təcili əməliyyat olunmazsa, iflic keçirmək təhlükəsi yaranacaq. Nəzərinə çatdırırıq ki, Tutu Cumayeva birinci Qarabağ müharibəsi zamanı, ali təhsilini yarımçıq qoyaraq səhhətindəki problemlərə baxmayaraq ön cəbhəyə getmiş, son döyüşlərə qədər bir türk qadını olaraq böyük şücaət və mərdliklə son ana qədər əsgərlərimizin yanında olmuş, onlarla Azərbaycan əsgərinin həyatını xilas etmişdir. Dövlət, millət, vətən yolunda borcunu ləyaqətlə yerinə yetirən Qarabağ qazisi Tutu Cumayevanın Azərbaycan dövlətinin dəstəyinə ehtiyacı var. Nəzərinizə çatdıraq ki, hal-hazırda Tutu Cumayevanın himayəsində 12 yaşlı qız övladı vardır. Qarabağ qazisi Tutu Cumayevanın təcili olaraq əməliyyat keçirilməsi üçün 28 min AZN məbləğində vəsait tələb olunur”.

“Kredit götürə bilsəydim...”

R.Cumayevanın sözlərinə görə, əlillərə kredit də vermirlər. Kredit ala bilsə, onun əməliyyatı tezləşə bilər. Ancaq aldığı müavinət az olduğundan və işləmədiyindən ona kredit vermirlər.
Əlillər haqqında Qanununda göstərilir ki, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların dövlət tibb ocaqlarında büdcə vəsaiti hesabına fərdi reabilitasiya proqramı və tibbi xidmətdən yararlanmaq, sanatoriya-kurort müalicəsi ilə təmin olunmaq hüquqları var. Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bir müddət öncə mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycanda yaşayan azı 400 min əlil sosial xidmətə ehtiyac duyur.
Azərbaycan əlil vətəndaşların problemlərini çözmək üçün başqa dövlətlərin, tutalım, qonşu Türkiyənin də təcrübəsindən yararlana bilər. Orada son illər əlillərin sosial durumunun yaxşılaşdırılması üçün bəzi addımlar atılıb. Məsələn, banklardan biri öz iş yerlərini açmaq və ya sərbəst fəaliyyət göstərmək istəyən əngəllilərə 5-25 min TL (təxminən 2500-12500 manat civarında) faizsiz kredit verir. Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyi də öz işini qurmaq istəyən əngəllilərə 100 min TL-lik (təxminən 50 min manat) qrant ayırıb. Pulu alan şəxs məbləğin 70 faizini geri ödəyəcək.

Birinci zərurət

Fiziki məhdudiyyəti olan, birinci qrup əlil Zaur Hacılı isə hesab edir ki, öncə ayrılacaq kreditin fiziki əngəlli insanların hansısa zəruri ehtiyaclarına xərclənəcəyi və bu zəruri ehtiyacların əlillərin həyatında faydasının nədən ibarət olduğuna diqqət yetirilməlidir: “Birincisi, əlil arabası gərəkdir. Bu, əlilin ayağıdır, o nə qədər keyfiyyətli, muassir olarsa, əlilin xeyrinədir. Amma çox təəssüf ki, bu gün dövlətimiz əlilə xəstənin xəstəxanaya aparılması üçün uyğun olan (ayağı sınmış vəya hamilələri daşımaq üçün) arabalardan verir. Onun da 3-5 ildən bir yenisini verir. Halbuki, o arabaların 1-2 illik ömrü var, bu da ki, xəstəxanalar üçün. Ancaq ömürlük və uzun müddətli əlillər üçün bu qətiyyən uyğun deyil. Çünki əlil arabası əlilin ayağıdır və o bununla hər yerə gedir, bu da keyfiyyətsiz arabanın ömrün birazda azaldır.
Əgər bizim uyğun kredit almaq imkanımız olsaydı, biz arabalarımızı özümüz seçib, özümüz alardıq və əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunda deyildiyi kimi, əlillərin bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasın təmin etmiş olardı”.

İkinci zərurət

Həmsöhbətimiz ikinci əsas ehtiyac olan vasitə kimi boyun dəstəkləyicisini qeyd edir: “Bu, ehtiyacı olan əlil üçün çox vacib bir vasitədir. Hər bir arabada boyun dəstəkləyicisi yoxdur. Amma bu “Stealth Productsun” məhsullarını bir çox arabaya quraşdırmaq mümkündür.

Bunun faydaları aşağıdakılardır:

1. Boyun fəqərəsi sınmış insan oturuqlu olarkən boynunu tuta bilir və beləliklə də həm özünə, həm də yaxınlarına yararlı olur;

2. Fiziki gücü az olan insanlar əlil arabası ilə avtomobildə gedərkən avtomobilin sərt hərəkəti zamanı özün saxlaya bilmir və aşır. Buna görə də mütləq kimsə onu tutmalıdır. Bu da hər iki sərnişin üçün çox təhlükəlidir. Amma bu “Stealth Productsun” məhsulları vasitəsilə fiziki gücü az insanın əlil arabası ilə avtomobildə gedərkən müstəqil, rahat və güvənli səfər etməsini təmin edir və beləliklə də o insana və yaxınlarına yararlı olur.

Üçüncü zərurət

Üçüncü zərurət kimi, Z.Hacılı daşıyıcı liftləri göstərir: “Daşıyıcı liftlər özünü bir yerdən digər yerə götürüb qoya bilməyən əlillər üçün nəzərdə tutulub. Fiziki gücü az olan insanları başqaları tərəfindən götürüb harasa qoymaq ikiqat ağırdır, yəni onun götürüb qoyan insasana dəstəyi olmadığı üçün, yükü və təhlükəsi biraz da artır və bu da hər iki şəxs üçün çox təhlükəlidir. Amma daşıyıcı liftlər ilə bu təhlükələr aradan qalxır, bunlar 250 kq ağırlığı qaldıra bilir.

Bunun faydaları:

1. Əlil günboyu oturmaq məcburiyyətindən xilas olmuş olur və skolyozun artmasının qarşısın alır;

2. Əlilə baxan insanları götürüb qoyulma zamanı ağırlıqdan yaranan təhlükələrdən xilas etmiş olur.

Dördüncü zərurət

Dördüncü lazımlı vasitə “Beasy Trans System”dir ki, bu, ehtiyacı olan əlil üçün bir çox hallarda çox vacib lazımlı bir vasitədir: ““Beasy Trans System” özünü bir yerdən digər yerə götürüb qoymaqda əziyyət çəkən əlillər üçün nəzərdə tutulub, bununla yer dəyişmə zamanı az güc sərf edərək bir yerdən digər yerə rahat keçmək olar.

Bunun faydaları:

1. Əlil çox az yorulur;
2. Müxtəlif məkanlarda başqasının yardımına ehtiyyac duymur.

Beşinci zərurət

Beşincisi “Ayura” və “Edero” qol dəstəkləyicisidir. Müsahibimizin sözlərinə görə, “Ayura” və “Edero” qol dəstəkləyicisi qol gücü az insanlar üçün çox lazımlı bir vasitədir.

Bunun faydaları:

1. Əlil çox rahat yemək yeyir, çay içir, kitab oxuyur, yazı yazır, dişini fırçalayır, saçın darayır, görüşərkən çox rahat əl sıxışa bilir;
2. Bunların olması onların yaxınlarını bu əziyyətdən xilas edir və əlildə özünə güvən yaradır, başqalarının yanında bunları edə bilmədiyi üçün utanmaqdan xilas olur.

Altıncı zərurət

Nəhayət, daha bir vacib vasitə “Observer Maximus” və “Optimus” aparatlarıdır. “Observer Maximus” və “Optimus” heç kimə ehtiyyac duymadan pilləkənlərı özü qalxır və enir.

Bunun faydaları:

1. Əlil bununla müstəqil bir şəkildə işinə və gəzməyə gedib gələ bilər;
2. Şəhərsalmada əlillər nəzərə alınmadığı üçün əlil harasa gedərkən bir insan kimi yox, bir yük kimi gedib-gəlir, bu da əlili mənən çox yaralayır üstəlik də ətrafındakı insanları əziyyətə salır, bunun ucbatından əlil evində dustaq kimi qalmağa üstünlük verir, amma bu arabalarla əlil bunlardan xilas olar.


(Ardı var)

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]