Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Hər bir rayonda uşaq bərpa mərkəzləri yaradılmalıdır”

“Hər bir rayonda uşaq bərpa mərkəzləri yaradılmalıdır”
Bölmə :
KİVDF
Yayım tarixi :
8/6/2013 [08:15]
Baxılıb :
1961 dəfə
İnkluziv təhsil layihələri sayəsində fiziki qüsurlu uşaqlar da məktəblərdə oxuyacaqlar

Təhsil Nazirliyi tərəfindən UNİSEF-in dəstəyi ilə “2012-2019-cu illərdə Azərbaycanda inkluziv təhsilin inkişafı üzrə dövlət proqramı” hazırlanıb. Bu proqram artıq Nazirlər Kabinetinə təqdim olunub. Proqramda bütün uşaqların inkluziv təhsilə cəlb edilməsi məsələsi qoyulub. 

Burada təhsillə yanaşı, onların oxuyacaqları məktəblərin infrastrukturları dəyişdiriləcək. Hərəkət üçün heç bir maneə qalmayacaq. Nəzərdə tutulan proqramda müxtəlif dövlət orqanları, təşkilatları və nazirliklər iştirak edəcək.

Bir məsələni diqqətdən qaçırmaq olmaz ki, əlil uşaqlar yaşamağa həvəsli və daha həssas olurlar. Belə uşaqlarda yaradıcılıq qabiliyyəti də yüksək inkişaf edir. Əgər ailə əqli və fiziki qüsurlu uşağın qayğısına qalırsa və heç kimdən utanmırsa, hər bir maneəni aşmaqdan usanmırsa, cəmiyyət də onu elə bir qayğı ilə qarşılayacaq. Məlumat üçün deyək ki, ölkədə ümumən 60 min müxtəlif qüsurlu uşaq var.

“Dövlət proqramı həyata keçirmək lazımdır”

“Autizm” Deffektoloji və Psixoloji Yardım Mərkəzinin sədri Çiçək Məmmədli bildirir ki, son illər şəhər və bölgələrimizdə abadlaşma işlərinin və infrastrukturda müasirləşmənin şahidi oluruq: “Bəs fiziki qüsurlu insanların, eləcə də məktəb yaşlı əlil uşaqların yaşamına uyğun kommunikasiya qurulurmu? Nədənsə müasir ictimai tikililər inşa olunanda, yeraltı-yerüstü keçidlər layihələşəndə, eləcə də məktəb binalarında əlilliyi olan insanların adi hərəkət tələbatı belə diqqətdən qaçır. Mən hələ nəqliyyat vasitələrindən danışmıram. Bütün bu çətinliklər fonunda əlil insanlar cəmiyyətə necə inteqrasiya olunsun axı?

Məlumdur ki, Azərbaycan cəmiyyətində valideynlərin əksəriyyəti xəstə uşaqların özlərinin şəxsi nəzarətində olmasını istəyirlər. Ancaq bir çox hallarda valideynlərin maddi vəziyyəti imkan vermir ki, əlil uşağını hərtərəfli təmin edə bilsin. Eləsi var, işləyir, vaxtı yoxdur və ya bəzilərinin sağlamlıq durumları buna imkan vermir. Elə ona görə də yaxşı olar ki, hər bir rayon ərazisində uşaq bərpa mərkəzləri yaradılsın və ərazidə yaşayan valideynlər bu barədə məlumatlandırılsınlar. Lazım gələrsə, əlil uşağını evdən çölə çıxarmaq istəməyən valideynə başa salınsın ki, onlar fiziki məhdudiyyətli uşaqlarını bu mərkəzlərə aparsınlar. Çünki bu mərkəzlərdə peşəkar mütəxəssislər uşağın qabiliyyətini inkişaf etdirirlər. Fikrimizcə, bu işlə məktəblərlə yanaşı müvafiq dövlət orqanları, təşkilatlar yaxından məşğul olmalıdırlar.

Xatırlatmaq yerinə düşər ki, fiziki qüsurlu uşaqların hüquqlarının qorunması istiqamətində inzibati məsuliyyət də nəzərdə tutulub.
Qeyd edək ki, indiki halda uşaqların reabilitasiya mərkəzlərə cəlb edilməsi işi əsas amillərdən biridir. Bütün hallarda əlilliyi olan uşaqların təhsil alması və ali təhsilini davam etdirməsi üçün binaların və ya əlverişli mühitin yaradılması nəzərdə tutulmalıdır. Bu sahədə işlər gedir. Əlillərin ali məktəb binalarına və ya sinif otaqlarına daxil olması üçün müəyyən yerlər dəqiqləşdirilib. Amma kompleks şəkildə daha səmərəli işin aparılması üçün geniş dövlət proqramı həyata keçirmək lazımdır”.

“Xüsusi məktəblər olmalıdır”

Ç.Məmmədli autizm sindromundan əziyyət çəkən uşaqların təhsil almaq problemindən narahatdır: “Təəssüflər olsun ki, yardımçı məktəblərin sayı azdır. Autizmlə bağlı bir problem də yaşanır, o da ki bu sahə ilə bağlı ixtisaslaşmış müəllim heyyətinin olmamasıdır. Yəni mütəxəssis lazımdır ki, uşaqlarla məşğul olsun.

Autizm xəstəliyindən əziyyət çəkən uşaqlar üçün baxça da yoxdur. Hazırda bu xəstəliyi olan uşaqların təhsil problemi var. Bu problemin həll olunması vaxtı çatmışdır. Demək olar ki, təhsildən, təlimdən, tərbiyədən kənarda qalırlar. Biz qeyri-hökumət təşkilatıyıq, şəraitimiz və imkanımız yetərincə deyil ki, autizm sindromu olan xəstələr üçün xidməti daimi olaraq təşkil edək. Hardansa, qrantlar, layihələr olan zaman xidmət göstərmək üçün imkan yaranır.

Autizm xəstləri üçün xüsusi məktəblər olmalıdır. Xarici ölkələrdə autizm xəstələrinin problemi və onun həlli yolu ilə maraqlanmışam. Həlli yolu üçün təcrübələr var. Məsələn, uzağa getməyək, Antalyadakı autizm məktəbindən danışım sizə. Bu məktəblə hazırda da əlaqəm var. Bax həmin təhsil ocağında 4 azərbaycanlı ailənin uşağı da təhsil alır. Heç onların bura gəlmək fikri də yoxdur, ta ki ölkəmizdə bu şərait yarananadək.

Onu da qeyd edim ki, Antaliyadakı məktəb iki xeyriyyəçi tərəfindən tikilib dövlətə təhvil verilib. Hazırda məktəb dövlətin nəzarətindədir. Bu mətəbdə sırf autizm sahəsi üzrə ixtisaslaşmış şəxslər, müəllimlər fəaliyyət göstərirlər. Xəstələr cəmiyyətdən təcrid olunmurlar, kənarlarda xüsusi reabiltasiya mərkəzləri var ki, onlar autizm sindromundan əziyyət çəkən uşaqların cəmiyyətə reabiltasiya işini görür. Məktəbdə saat 09.00-da uşaqları qəbul edib, saat 18.00-da valideynlərinə təhvil verirlər. Məktəbin xüsusi maşrutları var, təlim keçirlər, peşə öyrədirlər. Hətta 3 ay tətil müddətində onlar tədris zamanı öyrəndiklərinin praktikasını təşkil edirlər. Bir müəllim bir siniflə, ya da iki siniflə məşğul olur. Ordan olan video görüntülər məndə var. Mən bununla bağlı müvafiq dövlət qurumlarına müraciət elədim. Cavab oldu ki, guya bu məktəb autizm xəstələrinin cəmiyyətdən təcrid olunmasıdır. Xeyir! Bu belə deyil, sadəcə onlar bu məktəbin işini anlamadılar, ya da anlamamazlıqdan gədilər”.

“Övladım bağçaya qəbul edilmədi”

Hemofiliya xəstəliyinin daşıyıcılarından olan 7 yaşlı Həzi Əkbərovun anası Vüsalə Əkbərova bildirir ki, oğlunun təhsil almasında problemlər yaşanır: “Həzinin təhsil alması ilə bağlı problem var. Sağlamlığında problemləri olan insanların hansı şəraitdə təhsil almasını müəyyənləşdirən Psixoloji Tibbi Pedoqoji Komissiya var.
Keçən il getdik bu komissiyaya, ordan bildirdilər ki, bu ilin may ayında gedək. Bizə də bu günlərdə getdik, dedilər ki, “biz sizə mayda yox, avqusta gəl demişik”.

Mən maraqlandım ki, elə may ayında olur komissiyanın yoxlaması, təyinatı. Bildirim ki, sözügedən komissiya 268 xüsusi təyinatlı məktəbdə yerləşir, Təhsil Nazirliyinin tabeliyindədir. Mən də nazirlik ilə əlaqə saxladım, ordan da bildirdilər ki, komissiyanın sədri Bəhruz müəllimlə əlaqə saxlayaq.

Qeyd edim ki, əlillər üçün məktəblər müxtəlifdir. Biz evdə təhsil almasını istəyirik, bu hüququ da Psixoloji Tibbi Pedoqoji Komissiya verir, təsdiq eləyir. Baxça yaşında problem olduğu üçün uşaq baxçasına getmədi, daha doğrusu qəbul edilmədi”.

“Dövlət onlara hər bir şərait yaradır”

Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyət Adıgözəlov bildirdi ki, bütün respublika üzrə 10 min uşaq evdə təhsilə cəlb olunub: “Bu uşaqlarla ümumtəhsil məktəblərində dərs verən müəllimlər məşğul olurlar. Digər halda görməsində, əqli inkişafında, eşitməsində, hərəkətində problem olan uşaqlar isə xüsusi internat məktəblərində və ya ümumtəhsil məktəblərinin nəzdindəki xüsusi siniflərdə təhsil alırlar. Hazırda ölkəmizdə pilot layihələr, yəni “inkluziv təhsil layihələri” həyata keçirilir. Məqsəd də budur ki, fiziki məhdudiyyəti olan bu uşaqlar ev şəraitində deyil, normal şagirdlərlə birlikdə adi qaydada siniflərdə təhsil alsınlar. Əgər hər sinifdə bir və ya iki belə uşaq olsa, bu onların cəmiyyətə kiçik yaşdan inteqrasiya olunmasına, kollektivçiliyə öyrənməsinə kömək edər. Bu təkcə əlil uşaqlar üçün deyil, eləcə də sağlam uşaqlar üçün də vacib amildir. Onlar da gənc yaşlarından məhdudiyyətli insanlarla normal insanlarla olduğu kimi ünsiyyət qurmağı öyrənməlidirlər. Pilot inkluziv təhsil layihələri 2003-2004-cü təhsil ilini əhatə etməklə Bakı, Sumqayıt, Yevlax, Gəncə, Masallı və Şəkidə fəaliyyət göstərir”.

Fiziki məhdudiyyətli məktəblilər üçün xüsusi məktəblərin tikilməsi və mütəxəssis azlığı məsələsinə gəlincə, Ə.Adıgözəlov qeyd etdi ki, xüsusi məktəblərə ehtiyac yoxdur: “Bu tip məktəblər Bakı, Gəncə, Sumqayıt, Şəki, Lənkəran və digər regionlarda da fəaliyyət göstərir. Mütəxəssislərə gəlincə, evdə təhsil alan şagirdlərə dərs deyən müəllimlər yetərincədir. Xüsusi təhsil məktəblərində isə eşitmə və görməsində problem olan və ya bu kateqoriyadan olan uşaqlarla məşğul olan mütəxəssislər hələ ki, çatışmır. Sovet dönəmində belə müəllimlər Moskva və Leninqrad şəhərinin ali məktəblərində hazırlanırdı. Hazırda isə öz ali təhsil ocaqlarımızda, Azərbaycan Dövlət Pedaqoji Universitetdə, Azərbaycan Dövlət Pedaqoji Kollecində və bir sıra ali məktəblərdə belə kadrlar hazırlanır. Artıq onların ilk buraxılışı da olub. Düşünürəm ki, uzun müddət keçməz ki, bu sahədə mütəxəssis ehtiyacımız tamamilə ödənər”.
Əlil insanlar bir çox hallarda ali məktəblərə daxil olmaqda çətinliklərlə qarşılaşırlar. Bu yöndə xüsusi imtiyazlar barədə sualımıza gəlincə nazirlik rəsmisi bildirdi ki, bu uşaqların təhsili tamamilə dövlət təminatındadır: “Əlil insan 500-1000 manat da ala bilər, amma bu ona bəs etməz. Bu insanların həm milli qanunvericilikdə, həm beynəlxalq müqavilələrdə hüquq və azadlılarının qorunması, bu kateqoriyadan olan insanların fərdi maraqlarının həyata keçirilməsi, cəmiyyətin bütün sferalarına intiqrasiya olunması əsas məqsədlərdən olmalıdır. Dövlətin ümdə məqsədi bu kateqoriyalı insanların özlərini cəmiyyətin dəyərli üzvləri kimi hiss etməsini və fəaliyyət göstərməsini təmin etməkdir. Təəssüf ki, əlilliyi olan insanları ancaq bir məsələ maraqlandırır. Tibbi model və maliyyə vəsaiti. Əslində onlar həm reabilitasiya kurslarını keçməli, peşə hazırlığına yiyələnməli, təhsil almalı, informasiya-kommunikasiya texnologiyaları imkanlarından istifadə etmək imkanına nail olmağa çalışmalıdırlar. Dövlət isə öz növbəsində bu işdə onlara hər bir şərait yaradır”.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]