Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

37 əlil məhkum protezlə təmin olunub

37 əlil məhkum protezlə təmin olunub
Bölmə :
KİVDF
Yayım tarixi :
7/6/2013 [08:45]
Baxılıb :
871 dəfə
İlham Bağırov: “Azərbaycanda hazırlanan protezlər 3 və 4-cü aktivliyə cavab verir”

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində cəza çəkən əlil məhkumların protezlərə olan ehtiyaclarının ödənilməsi və müxtəlif zəruri tibbi avadanlıqlarla təchiz olunmaları məqsədilə tədbirlər davam etdirilir. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən yayılan məlumata görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez ortopedik bərpa mərkəzinin, “Beynəlxalq Əlilər Cəmiyyəti” İctimai Birliyinin və eləcə də Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yaxından iştirakı ilə 2009-2012-ci illər ərzində 37 nəfər fiziki qüsurlu məhkum müxtəlif protezlər və tibbi avadanlıqlarla təmin olunublar. 


Növbəti belə tədbir Penitensiar Xidmətin Müalicə müəssisəsində keçirilib. Penitensiar Xidmətin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez ortopedik bərpa mərkəzinin birgə təşkilatçılığı ilə daha 9 nəfər məhkuma protezlər təqdim olunub.

1992-ci ildən...

Əlillər üçün protezlərin hazırlanması, bu işlə məşğul olan mütəxəssislərin yetişdirilməsi, bu sahədə mövcud durum və digər məsələlər ətrafında Bakı Protez və Ortopedik Bərpa Mərkəzinin (BPOBM) direktoru İlham Bağırovla söhbət etdik.

İ.Bağırov ilk növbədə mərkəzin yaranma tarixindən, hazırki fəaliyyətindən danışdı: “Bakı Protez və Ortopedik Bərpa Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur vahidi olaraq 1992-ci ildən fəaliyyət göstərir. Və getdikcə bu sahə püxtələşir, inkişaf edir. 1992-ci ildə nazirliyin əmri ilə bu müəssisə artıq iki - istehsal və mürəkkəb protezləşmə stasionarlarından ibarət olaraq kompleks fəaliyyətə başlayıb.

Bizim mərkəz əlil vətəndaşlara, dayaq-hərəkət funksiyasını itirmiş şəxslərə müxtəlif növ reabilitasiya və protezləşmə xidmətləri təqdim edir. Müəssisə tibbi-sosial yönümlü, təsərrüfat hesablı müəssisədir. Elə şəxslər də var ki, əlillik statusu almayıblar və yaxud hər hansısa səbəbə görə o statusdan imtina ediblər. Bu halda Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, həmin şəxslərə ödənişli qaydada xidmət göstəririk. Eyni zamanda bizə müraciət edən vətəndaşların bir hissəsi əmək əlili statusuna malikdirlər. Belə olduğu təqdirdə biz həmin şəxslərə xidmət göstəririk və onun əvəzi təqsirkar müəssisə tərəfindən ödənilir.

Mərkəz öz fəaliyyətini Nazirlər Kabinetinin 8 iyul 2002-ci il tarixli 103 saylı qərarı ilə tənzimləyir. Bu qərar əlil şəxslərə protez və ortopediya, reabilitasiya məmulatlarının, əlil arabalarının, eşitmə aparatlarının və digər reabilitasiya vasitələrinin verilmə qaydaları haqqındadır. Həmin qərarda konkret olaraq bizim əlil şəxslərə göstərəcək xidmətlərimiz haqqında qısaca bir qaydalar, ümumiyyətlə, bu reabilitasiya vasitələrinin verilməsi, onların istifadə, təminat müddətləri haqqında məlumatlar verilir. İstehsalat korpusunda reabilitasiya vasitələrinin istehsalı, hazırlanması həyata keçirilir”.

“Protezləri pulsuz hazırlayırıq”

Mərkəz rəhbəri Azərbaycanda hazırlanan protezlərin hələ də ən yüksək aktivliyə cavab vermədiyini bildirdi: “Təbii ki, mərkəzdə hazırlanan protezlər yüksək aktivliyə cavab verir. Dünyada 4 aktivlik dərəcəsi var. Yəni ən yüksək birinci dərəcədir. Bizim mərkəzin protezləri isə 3 və 4-cü aktivliyə cavab verir. Bu da müəyyən maliyyə məsələləri ilə bağlıdır. Yəni əlil vətəndaşlarımıza büdcə vəsaiti hesabına protezləri pulsuz hazırlayırıq. Əlil vətəndaşlar protezə görə pul ödəmirlər. Mərkəzdə ümumiyyətlə, reabilitasiya vasitələri pulsuzdur. Kim ki, əlillikdən imtina edib, həmin şəxs o zaman ödəniş edir.

Birinci dərəcəli aktivlikdə olan protezlərə bio və mioprotezlər deyilir, Mərkəzi sinir sistemi ilə bağlı olan işdir. Almaniyada belə protezlərin qiymətləri 3 il bundan qabaq 50-60 min avro idi. Xüsusi bir protezdir. Hər hansısa bir şəxs əlini qaldırmaq istəyirsə, beyindən informasiya gəlir əzələlərə, əzələlərə də xüsusi sayğaclar qoyulur. Həmin çip vasitəsi ilə informasiya gedir protezə, əl qalxır. Biz Azərbaycanda onu tətbiq etməmişik. Azərbaycanda təbii ki, bu protezin hazırlanması xüsusi bir hazırlıq tələb edir və Avropada da çox yayılmayıb. Bahalı protezlər hər bir yerdə hamının cibinə uyğun olmur. Xaricdə icbari tibb sığorta sistemi var. Və hətta biz orada dəfələrlə maraqlanmışıq ki, tutaq ki, orta imkanlı şəxs gəlib bu protezdən yararlana bilərmi? Yox. Çünki orada da yanaşma fərqlidir. Tibbi sığorta hər bir insanın bu sığortaya verdiyi paydan asılıdır. Məncə, bu, ədalətli prinsipdir.

Azərbaycanda bahalı protezə ehtiyacı olan insanlar çətin ki, bizim mərkəzdən yararlansın. Bahalı protez istəyirsə, Almaniyaya, Türkiyəyə getməlidir. Bizə dəfələrlə müraciət ediblər, hətta biz özümüz vasitəçilik etmişik, müəyyən bir məlumat göndərmişik ki, bu adam belə bir protez istəyir. Özü haqqında məlumat göndərib, aktivlik dərəcəsi təyin edilib, bizə deyiblər ki, gəlsin həmin şəxsi burada protezləşdirək”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi mütamadi olaraq əlilləri tibbi xidmət, dərman preparatları və protezlər ilə təmin edir.

“Əlil arabaları tez sıradan çıxır”

Mövzu ətrafında Əlil Qadınlar Cəmiyyəti (ƏQC) Sumqayıt Regional Şöbəsinin sədri Səbinə Kərimova ilə söhbətləşdik. “İnsan dünyaya gələndən daim yeniliklər, nəyinsə quruluşunda dəyişiklər etməyə meylli olub. Hətta bu yeniliklərə o qədər həvəsli olub ki, Allahın yaratdığı bədən üzvlərini itirmiş insanlara belə eynisi olmasa da, heç olmasa özünü idarə edəcək süni qol, ayaq düzəltməyə gücü çatıb. Bəzən isə süni bədən üzvlərini yaradanların elə özləri də protezləri o cür əl-ayaqlardan istifadə etməklə düzəldiblər”, -deyir həmsöhbətimiz.

Səbinə Kərimova əlillərin protez alması mexanizimindən də danışdı: “Əlil protez almaq üçün əvvəl öz yaşadığ yerin poliklinikasından arayış alır. Əlil arabası və ya protez almaq üçün bu arayış verilir. Arayışda xəstənin xəstəliyi yazılır və ehtiyacı nəyədirsə, o qeyd olunur. Arayış tibbi-sosial ekspertizaya təddim olunur. Buradan da arayış alaraq Bakı Protez və Ortopedik Bərpa Mərkəzinə təqdim olunur. Və orda protez alırsa, ölçüsü götürülür və müəyyən vaxtdan sonra təmin olunur.

Əlil arabasının verilmə mexanizmi də eynidir. Sadəcə növbə gözləyirlər əlil arabası almaq üçün. Əlillər əlil arabası ilə 3 ildən bir təmin oluna bilərlər, bu qanunda belədir. Ancaq əlil arabaları Çin Xalq Respublikasının istehsalı olduğundan, keyfətsiz olur. 1 il də çəkmir ki, qırılır və əlil də qalır 2 il gözləyə-gözləyə. Ancaq karset, əl ağacı, qoltuq ağacı kimi lazımi vasitələr 6 aydan sonra təkrar verilir”.

“Mənim kimi xəstələr üçün...”

Fiziki məhdudiyyəti olan, birinci qrup əlil Zaur Hacılı da protezlərin, əlil arablarının keyfiyyətsizliyindən narazıdır: “Mən 1980-ci il təvəllüdlü I qrup əlil vətəndaşam və proqressiv əzələ distrofiyasi və atrofiyası xəstəliyindən əziyyət çəkənlərdənəm. “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” qanunda bildirilir ki, bu qanun Azərbaycanda əlillər barəsində dövlət siyasətini müəyyən edir, əlilliyi doğuran səbəblərin aradan qaldırılmasına, əlillərin reabilitasiyasına, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün əlillərin bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir.

Mən Azərbaycanda əlillər barəsində dövlət siyasətini müəyyən edən bu qanuna əsaslanaraq təklif edirəm ki, heç olmasa ölkəmizdə mövcud olan 16 Əlillərin Bərpa Mərkəzindən birində mənim kimi proqressiv əzələ distrofiyasi və atrofiyası xəstəliyindən əziyyət çəkən əlil insanlar üçün uyğun avtomobil ayrılsın. Şəxsən mən 55 AZN müavinət almağıma baxmayaraq, üç aydan bir 15 günlük müalicə müddətində 100 manat ödəyərəm ki, gedib-gəldiyim zaman zülmdən xilas olum. Əminəm ki, bunu bir çox əlil yurddaşımız da istəyər”.

Zaur Hacılı əlillər üçün keyfiyyətli arabaların, protezlərin olmasını istəyir. Bununla bağlı müvafiq qurumlara da müraciət etdiyini bildirdi.

Qanun

Azərbaycan qanunvericilyində əlillərin dövlət tərəfindən tibbi xidmət, dərman preparatları və protezlər ilə təmin olunmalı olduğu vurğulanır. Müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dərman almaq üçün müavinət verilir. 20 Yanvar əlilləri, milli münaqişə zəminində əlil olanlar, əlil uşaqlar və digər kateqoriyalardan olan I və II qrup əlillər müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada dərman preparatları ilə təmin edilirlər.

Əlillər tibbi xidmətlə, tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə, həmçinin protez-ortopediya məmulatı, diş protezləri (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla), əlil kreslo və veloarabaları, bərpa vasitələri ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada təmin edilirlər. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada diş protezləri (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) hazırlanır.

Eləcə də, İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada protez-ortopediya məmulatları və diş protezləri ilə (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) təmin edilir.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]