Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Hər il 10 minlərlə əlil istehsalata qayıdır”

“Hər il 10 minlərlə əlil istehsalata qayıdır”
Bölmə :
KİVDF
Yayım tarixi :
6/6/2013 [09:39]
Baxılıb :
624 dəfə
Aydın Qədimli: “Bizdə fiziki məhdudiyyəti olan insanlara ancaq tibbi baxış var, sosial baxış yoxdur”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin asudə vaxtlarının təşkili istiqamətində tədbirlər davam etdirilir. Nazirliyin mətbuat xidmətindən redaksiyamıza daxil olan məlumata görə, tədbirlər çərçivəsində cari il ərzində 570 nəfər əlilliyi olan şəxsin Qəbələ, 230 nəfər əlilliyi olan şəxsin isə Lənkəran rayonunda yerləşən istirahət mərkəzlərində 10 günlük istirahəti təşkil olunacaq. Mayın 18-dən etibarən əlillərin istirahət mərkəzlərinə göndərilməsinə başlanacaq.

Əvvəllər olduğu kimi, bu il də istirahətə göndərilənlər arasında Azərbaycan Respublikasının ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərə üstünlük verilir. İstirahət mərkəzlərinə göndərilən əlillərin istirahətləri xüsusi mədəni-kütləvi proqram əsasında təşkil ediləcək.

Belə ki, istirahət günlərində əlillər üçün stolüstü oyunlar (stolüstü tennis, bilyard, nərd, şahmat, dama, domino və s.), habelə futbol və voleybol üzrə yarışların, müxtəlif idman alətləri ilə məşqlərin, ətraf rayonlara və tarixi yerlərə gəzinti turlarının, onlar üçün tibbi və fizoterapevtik prosedurların və s. təşkili həyata keçiriləcək. Əlillər istirahət mərkəzlərinə, habelə istirahət günlərində müxtəlif turlara xüsusi nəqliyyat vasitəsi ilə aparılıb-gətiriləcək. Qeyd edək ki, əlilliyi olan şəxslərin istirahət zonalarında asudə vaxtının təşkili «2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı»nda nəzərdə tutulub.

“Bütün xərcləri nazirlik ödədi”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə istirahətə gedənlər arasında Aydın Qədimli də var. Onunla əlillərin istirahəti, müalicə və müayinəsi ilə bağlı həmsöhbət olduq.

Bugünlərdə Qəbələdən istirahətdən dönən A.Qədimi deyir ki, 10 günlük istirahət müddəti onun əhvalına çox müsbət təsir edib: “Nazirlik tərəfindən səfərin bütün xərcləri ödənilib. Hər gün 70 manat olmaqla, 10 gün üçün 700 manat ödəniş edilib. Əlillər üçün yaradılan istirahət imkanı və xidməti yüksək səviyyədə idi”.

“247 manat müavinətlə...”

1950-ci il təvəllüdlü A.Qədimli 13 ildir birinci qrup əlildir. Əmək veteranı olan həmsöbbətim 247 manat təqaüd aldığını bildirdi: “Bu aldığım təqaüd mənə yetmir. Bazar şərtlərinə uyğun deyil. Dərmanlarımı ala bilmirəm. Ancaq yemək puluna çatır. Həyat yoldaşım yaşa görə təqaüdçüdür. 150 manat təqüad də o alır. Ancaq aldığımız ümumi təqaüd bazar şərtlərinə uyğun deyil, dərman pulumuza belə çatmır.

Sosial müavinətlərin məbləği bu gün həddindən artıq aşağıdır. Sosial müavinət qruplar üzrə 34, 44, 60 manatdır. Bu məbləğlərin cəmi belə, bir əlilin özünü təmin etməsinə yetərli deyil. Bu minumun əməkhaqqından, minum yaşayış həddinindən də aşağıdır. Bu insanlar daha çox çətinliklərlə üzləşirlər. Dövlət tərəfindən hər il pensiyalar, sosial müavinətlər artırılır. Ancaq bu artımlar bazar şərtlərinə uyğun gəlmir.

Yenə də vurğulayıram ki, maksimum çalışmaq gərəkdir ki, əlilliyi olan insanlara sosial yanaşma olsun. Təhsil, məşğulluq sahələrində irəli çəkilsinlər, müəyyən işlə təmin olunsunlar. Belə olan halda öz problemlərinin bir hissəsini özləri həll etmiş olarlar. Nəticədə sosial müavinətdən asılı vəziyyətə qalmazlar. Bu dövlətin özü üçün bir prioritet sahə olmalıdır. Pul vermək əvəzinə müəyyən şərait yaradılmalıdır”.

Həmsöbətimiz onu da vurğuladı ki, dövlət qayğısına ehtiyacı olan insanların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində son illər müxtəlif tədbirlər görülür. Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə daha çox məsuliyyət düşür. Belə ki, bu istiqamətdə ölkə başçısı tərəfindən imzalanan sərəncam əsasında həyata keçirilən dövlət proqramlarını da bu nazirlik icra edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi, sosial siyasətin həyata keçirilməsi və müasir tələblərə uyğun təşkilinin təmin edilməsi məqsədi ilə Prezident tərəfindən 16 fevral 2011-ci il tarixdə Fərman imzalanıb və nazirliyin mərkəzi aparatının struktur bölməsi kimi Əlillərin sosial müdafiəsi siyasəti şöbəsi yaradılıb. Şöbənin Əsasnaməsi və İş Planı da tərtib olunub.

Şöbə əlillərin sosial müdafiəsi, tibbi sosial və peşə reabilitasiyası sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, əlil insanların cəmiyyətə inteqrasiyasını gerçəkləşdirə biləcək proqramların və sosial layihələrin reallaşdırılması ilə məşğuldur. Eyni zamanda, əlillərin sosial müdafiəsinə dair normativ hüquqi sənədlərin, təlimat-metodiki göstərişlərin işlənib hazırlanması, əlillərin ictimai həyatın bütün sahələrində iştirakına şərait yaradılması, onların öz fərdi maraq və qabiliyyətlərinə uyğun dolğun həyat sürməsi üçün mühüm sosial adaptasiya tədbirlərinin reallaşdırılması, əlillərə məxsus ictimai təşkilatlarla qarşılıqlı işin təşkili istiqamətində fəaliyyət göstərir.

“Hər il 10 minlərlə əlil...”

Aydın Qədimli əlillərin reabilitasiya mərkəzləri, sanator-kurort xidmətlərinə də toxundu: “Əlliyin reabilitasyası ilə bağlı Azərbaycanda hansı işlər görülür? Azərbaycanda əlillik fiziki qüsurların çox-azlığına görə 3 dərəcə ilə təsnifatlandırılır. Bəzən görürsən ki, ildə bir dəfə əlillərin tibbi müayinədən keçməsi lazımdır. Niyə? Çünki əlillər cəmiyyətə qaytarılmalı, reabilitasiya edilməlidir.

Bu gün Azərbaycanda 14 reabilitasiya mərkəzi var. Bölgələrdə də belə reabilitasiya mərkəzləri yaradılıb və əlillər həmin mərkəzlərdə öz sağlamlıqlarını bərpa edirlər. Mərkəzlərdə müasir qurğular var, xüsusi idman növləri ilə əlil sağlamlığını bərpa edir. Bu yolla ildə 10 minlərlə əlil istehsalata qayıdır, öz sağlamlığını bərpa edir və sağalır.

Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir yaxşı işini də qeyd etmək istəyirəm. Nazirlik əlilləri xüsusi sanator-kurort xidməti ilə təmin edir. Əlillərə bu məqsədlə xüsusi avtobus da ayrılır. Əlillər həm Azərbaycanda, həm xaricdə sağlamlıqlarını bərpa edirlər. Birinci, ikinci qrup əlillər artıq yataq xəstəsi olmurlar.
Azərbaycanda Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutu da var. İnsanlara protez əl, ayaq qoyur, əlil arabaları verirlər. Yəni sağlamlığın bərpasından ötəri başqa digər addımlar da atırlar”.

“İş yerlərində şərait yoxdur”

Müsahibimiz deyir ki, əlillərə cəmiyyətdə sosial baxış da təmin olunmalıdır: “Təəssüf ki, fiziki məhdudiyyəti olan insanlarımıza ancaq tibbi baxış var, sosial baxış yoxdur. Yəni bu insanlara xəstə kimi baxılır. Nəticədə onların təhsil alması, idmanla məşğul olması, məşğuliyyəti və asudə vaxtının təşkili üçün manelər yaranır.

İstər-istəməz əlilliyi olanlara xəstə kimi yanşılması arzuolunan deyil. Son illərdə cəmiyyətdə əlillərə olan sosial baxışın təmin olunması istiqamətində fəaliyyət hiss olunur. Dəyişilik olacaq, qanunvericlikdə də bunlar nəzərə alınıb. Qarabağ əlilləri, şəhid ailələri, Çernobil əlillərinə dövlət tərəfindən təmənnasız olaraq mənzillər verilir, ya da yaşayış sahəsi yaxşılaşdırılır. Əlillərin hərəkət etmələri üçün nəqliyyat vasitələri ilə təmin olunurlar. Eləcə də, bütün kateqoriyadan olan əlilliyi olan insanlar dövlət tərəfindən protezlə, tibbi avadanlıqlarla təmin olunurlar. Həmçinin nəqliyyat vasitələri ilə, əlil arabaları ilə təmin olunurlar. Dövlət onların sosial təminatı ilə məşğuldur”.

Bunlarla belə, əlillərin məşğuliyyət porblemi var. Birincisi əlillərin üçün iş yerlərində şərait yoxdur. İkincisi də, işə götürənlər 40 yaşına qədər olan insanları işə götürürlər. Əlillərin və onların ailələrinin ictimai ayrı-seçkiliyə məruz qaldıqlarını nəzərdə tutsaq, onda bu məsələnin nə dərəcədə mühüm olduğunu başa düşmək olar. Əlilliyi olan insanların bacarıqlarını üzə çıxartmaq gərəkdir”.

“İki dəfə əməliyyat olunmuşam”

A.Qədimli iki dəfə əməliyyat olunub: “Türkiyənin xəstəxanalarının birində gözdən iki dəfə əməliyyat olunmuşam. Bu əməliyyat da öz hesabıma olub. Hazırda da gözlərimdən şikayətçiyəm, əməliyyatın xeyri olmadı.

Kommunal xidmətlərdən istifadəyə görə əlillərdən də vergi yığılır. Bu məsələ də həllini tapmalıdır. Çünki əlillərin əmək qabiliyyətinin zəif olması, xüsusi qayğıya ehtiyacı olan təbəqəyə mənsub olmaları bəzi imtiyazlardan yararlanmalarını vacib edir. Hesab edirəm ki, birinci qrup əlillərin müavinəti 300 manat olmalıdır.

Onu da qeyd edim ki, əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün hüquq və azadlıqlarının təmin olunmasına dəstək vermək hər bir cəmiyyətin və dövlətin borcudur. Azərbaycanda da bu təbəqədən olan vətəndaşların cəmiyyətdə tam və səmərəli iştirakına maneə yaradan amillərin aradan qaldırılması istiqamətində maarifləndirici seminarlar, layihələr, dövlət proqramları həyata keçirilir. Dövlətin bu istiqamətdə apardığı siyəsət onların problemlərinin həllinə yönəlib”.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]