Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Monkada - 60 - Məmməd Süleymanov

Bölmə :
Köşə
Yazar :
Məmməd Süleymanov
Yayım tarixi :
25/7/2012 [10:30]
Baxılıb :
1889 dəfə

Biz balaca, ağaclar indikindən hündür olan o uzaq illərdə mənə deyirdilər: “Onlar bilirdilər ki, uduzacaqlar. Sadəcə dünyanın diqqətini Kubaya yönəltmək istəyirdilər”. Və mən bu izahı qəbul edirdim. “Sadəcə”? Çox ifrat səslənmirmi? Yuxulu ictimai rəyi azacıq oyatmaq üçün dirigözlü ölümə getmək? Axı bu 165 vətənpərvərin 90-na qədəri həlak oldu, işgəncə ilə qətlə yetirildi? Və hadisələrdən 2 ay sonra başlayan məhkəmə zamanı vur-tut 50 nəfər sağ qalmışdı. İllər keçdi. Çox oxudum və çox düşündüm. Yox, 1952-ci ilin 26 iyulunda 400 nəfərlik qarnizonu olan Monkada kazarmasına hücuma keçən bu gənclər qələbə üçün silahlanmışdılar, ölmək üçün deyil. Əlbət, məğlubiyyət ehtimalı rədd edilməmişdi, “Ya Vətən, ya ölüm!” şüarına sarılanlar onu da istisna etmirdilər. Ancaq qələbəyə daha çox əmindilər. Çünki, əsl qiyamçılardı. Qiyamçı isə özünəinamın çoxluğu, məğlubiyyət ehtimalının və çətinliklərin kiçildilməsi ilə seçilir. Əks halda bəşər tarixində heç vaxt heç bir qiyam baş verməzdi.


***

Kimlər üçünsə bu uğursuz inqilab cəhdinin kulminasiyası daha maraqlıdır, kimlərəsə - məğlubiyyətdən sonra baş verənlər. Mənim üçünsə 26 iyul inqilabının 1 gün əvvəli - 25 iyul daha çox maraqlıdır. Həmin gecəni oyaq yola verib yola çıxacaq və olsun ki bir daha qayıtmayacaq adamların psixoloji yaşamları tarixin ən diqqətəlayiq səhifələridir. Hər bir hadisənin hadisəönü var - bu, hadisəni daha çox xarakterizə edir. İsanın Hefsiman bağları İsanın Cəlcəsəsinin açarıdır. 25 Oktyabr inqilabının sirri 24 oktyabrda yaşananlardadır. Və beləcə. Fidel Kastronun 165 qiyamçısı 25 iyulda hansı hisslərlə yaşamışdılar? Budur sonrakı gedişatların açarı.

***

“İnqilab - tarixi anın dərkidir”, - Fidel çıxışlarının birində deyir. 25 iyul həmin tarixi andımı?

Diktator Batista artıq 1 il 4 aydı hakimiyyəti zəbt etmişdi. 2 saat çəkən qansız bir çevrilişlə, 1951-ci ilin 10 martında.
Hakimiyyətə yiyələnən kimi də əsgər və polislərin maaşlarını artırmış, Konstitusiyanı ləğv etmişdi. Gənc vəkil Fidel Kastro diktatorun cinayətləri siyahısını tərtib edib Havana məhkəməsinə şikayət vermişdi. Ki, Batista bir cinayətkar kimi üst-üstə 300 il həbs cəzası almalıdır. Yox əgər diktator cəzalandırılmazsa, onda ona qarşı əldə silah çıxanlar da cəzalandırıla bilməz. Konstitusiyanı ləğv edən caninin həbs olunmaması silahlı mübarizəyə qalxan hər kəsi cazadan sığortalayır.
Güclü məntiqdir. Ancaq heç bir məhkəmə bu işi icraata götürmədi - təbii ki. Fidelə də Batista dəyib-toxunmadı - hələ total repressiyalara başlamamışdı, həm də ki demaqoq bir vəkildən ona nə təhlükə gələ bilər? Heç nə. Və yanıldı. Fidel bu cəhdi ilə dinc yolla mübarizənin perspektivsizliyini əyani sübut etmək istəyirdi. Sonra isə o, özünün həmin dövr üçün çox kəskin və dəyərli olan “Ortodoks partiyasındakı vəziyyətin tənqidi analizi” məqaləsini yazdı. Monkadaya onunla yollanacaq əksər gənclər kimi, Fidel də ortodokslar partiyasının üzvü idi Və bu yazısı ilə o, partiyadan ayrıldığını elan etdi.
Sözügedən məqalə bütün diktatura dövrləri üçün aktualdır. “Partiya üzvlərinin əksəriyyəti heç vaxt olmadığı qədər döyüşə yollanmağa hazırdır. Cəmisi bir sual qalır - İri dövlət vəzifələrinə iddia edən partiya rəhbərləri hara qaçıb gizlənib? Mitinq və yığıncaqlarda başa keçməyi xoşlayan, nümayişlər vaxtı tribunadan düşməyən bu adamlar niyə indi küçəni hərəkətə gətirmir və döyüşün ön xəttində fəxri yerlərini tutmurlar?.. Keçmiş liderlərin özlərindən sonra qoyduğu boşluq elə bu partiyanın içindən çıxacaq namuslu adamlar tərəfindən doldurulacaq”, - Fidel yazırdı.
Paralellər naminə həmin yazıdan daha bir sitat verirəm: “İndiki zamanlar - siyasi mübarizə yox, inqilab zamanıdır.. İnqilab isə yolunu saxta liderlərin yalançı xidmətlərinə yox, idealı və mərdliyi olan, sinəsini güllə qabağına verməyə və döyüş bayrağını yüksəkdə tutmağa hazır insanlara açır. İnqilabi partiyanın inqilabi də rəhbərliyi olmalıdır”¦”

Bu, bir daha təsdiqdir ki, diktatura şəraitində ənənəvi müxalifət qorxu içində yox olub gedir və diktator üçün heç bir təhlükə kəsb eləmir. Mübarizə yolu isə adekvat taktikadan keçir.

(Davamını oxu...)

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]