Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Sosial mənzillərin inşası ləngiyir

Sosial mənzillərin inşası ləngiyir
Bölmə :
KİVDF
Yayım tarixi :
4/6/2013 [10:01]
Baxılıb :
1951 dəfə
Ramil Osmanlı: “Yəqin ki, yaxın 2-3 il ərzində bu problem həllini tapar”
Nüsrət İbrahimov: “Yerli icra hakimiyyəti orqanlarında hələ sovetlər dönəmindən bu yana ev növbəsində duranlar var”

Sənan Hüseynov: “Məcburi köçkünlərin hamısı mərhələli şəkildə sosial evlərlə təmin olunacaqlar”

SSRİ zamanında əhaliyə dövlət hesabına evlər verilirdi. Azərbaycan müstəqillik qazandıqdan sonra da qanunvericilikdə bənzər müddəa əksini tapdı. Yəni, 2000-ci ildə qəbul olunan Mənzil Məcəlləsində insanların dövlət xətti ilə evlə təmin olunması barədə qanuni baza hazırlanıb. Burada dövlətin vətəndaş qarşısında ev təminatı və mənzil münasibətləri sahəsində vəzifələri əks olunub. Aztəminatlı insanlara dövlət və bələdiyyə tərəfindən mənzil fonduna məxsus xüsusi təyinatlı evlərin kirayəyə verilməsi, aztəminatlı insanların kateqoriyalara bölünməsi və mənzil fondunun idarə edilməsində dövlət və bələdiyyələrin səlahiyyətləri və s. ətraflı şəkildə qeyd edilib.

Qeyd edək ki, Mənzil Məcəlləsinin 4-cü maddəsində vətəndaşların mənzil hüququnun həyata keçirilməsi üçün dövlət orqanları və bələdiyyələrin öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsinə şərait yaratmaları nəzərdə tutulub. Bu məqsədlə vətəndaşların mənzil ehtiyaclarının təmin edilməsi üçün zəruri şəraitin yaradılması daşınmaz əmlak bazarının inkişafına köməklik göstərir, müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir.

Qanunda nəzərdə tutulub ki, vətəndaşların aztəminatlı hesab edilməsi və onlara bələdiyyə mənzil fondunun yaşayış sahələrinin sosial kirayə müqavilələri əsasında verilməsi məqsədi ilə ailə üzvlərinin adambaşına düşən gəlirlərinin miqdarını və ailə üzvlərinin mülkiyyətində olan və vergiyə cəlb olunan əmlakının dəyərini müəyyənləşdirməlidir.
Bələdiyyələr mənzil fondunun və sosial kirayə müqavilələri əsasında təqdim edilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların uçotlarını aparmaq səlahiyyətinə malikdir. Bildirək ki, əhalinin aztəminatlı təbəqəsinin mənzilə olan ehtiyacının ödənilməsi üçün gündəmdə olan məsələlərdən biri də elə sosial evlərin inşası ilə bağlıdır. Lakin belə evlərin inşası prosesi hələ də reallaşmır.

“Sosial evlərə ehtiyac çoxdur”

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı hesab edir ki, bu gün sosial evlərə ehtiyac həddindən artıq çoxdur: “Mənzil Məcəlləsində sosial evlərin tikilməsi nəzərdə tutulub, demək olar ki, indiyə qədər bu istiqamətdə addım atılmayıb. Bu gün minlərlə ailənin mənzil problemindən əziyyət çəkdiyini qeyd edirəm. Nəzərə almalıyıq ki, yüzlərlə ailədə məhz mənzil problemi, ev problemi üzündən ciddi narazılıqlar, gərginliklər, problemlər yaranır. Bu ailələrin problemlərinə biganə qalmaq arzuolunan deyil. Sosial evlərə ehtiyacı olan şəxslərə mənzilin verilməsi üçün ölkəmizin kifayət qədər imkanları da var. Bilirsiniz ki, 2009-cu ilin oktyabr ayında qüvvəyə minmiş Azərbaycanın Mənzil Məcəlləsində bu məsələlərə Sosial Mənzil Fondunun bir hissəsi kimi böyük yer ayrılıb. 

Qeyd edim ki, məcburi köçkünlər üçün tikilib, paylanılan evlər də sosial mənzillərin bir hissəsi sayılır. Ancaq sosial mənzillərə ehtiyacı olanlar təkcə məcburi köçkünlər deyil. Xeyli sayda insanlar var ki, sosial evlərə ehtiyacı var. Onların sosial kirayə üçün imkanları var, ancaq şəxsi evləri yoxdur. Yəqin ki, yaxın 2-3 il ərzində bu problem həllini tapar. Nazirlər Kabinetində sosial evlərlə bağlı məsələlər həll olunsa da, ancaq hələ ki bu işin hansı quruma həvalə olunması, bu fəaliyyət növü ilə kimin, necə məşğul olması müzakirə obyekti olaraq qalır. Və məhz bu səbəbdən də hesab edirəm ki, sosial evlərin inşası həyata keçirilmir. Başqa səbəblər də ola bilsin ki, var. Lakin o səbəblər kifayət qədər obyektiv məqamlar deyil.

Dövlət Sosial Mənzil Fondu isə sırf dövlətə aid olduğundan, düşünürəm ki, imkan və vəsait var. Məsələn, köhnə tələbə yataqxanalarının restavrasiya olunması, keçmişdə sosial mənzil kimi istifadə olunmuş mənzillərin restavrasiyası və yenilərinin tikilməsi üçün dövlətin imkanı var. Sadəcə bu məsələlərin kompleks şəkildə icrası sual olaraq qalır”.

“Dövlətin öhdəliyi yoxdur”

“İqtisadi Tədqiqatlara Yardım İctimai Birliyi”nin eksperti Rövşən Ağayev isə bildirdi ki, dövlətin vətəndaşa ev vermək öhdəliyi yoxdur: “Bu halda qarşı tərəf sosial mənzil fondu vasitəsilə vətəndaşa kömək edir. Ancaq təssüf ki, qanun olsa da, hələ də müvafiq işlər aparılmır”.

Ekspertlər bildirir ki, inkişaf etmiş ölkələrdə bu fond adətən bələdiyyənin səlahiyyətində olur və dövlət büdcəsindən maliyyələşir: “Dövlətin vətəndaşlar qarşısında konstitusuya hüququ var ki, onları mənzillə təmin etsin. Hər kəsin yaşayış yeri olmalıdır. Bu mənzil fondunu yaratmaq bizim mənzil məcəlləmizdə nəzərdə tutulur. Bizdə Avropadan fərqli olaraq həm dövlətin, həm də bələdiyənin sosial mənzil fondu yaratmaq səlahiyyəti var”.

“İqtisadi Tədqiqatlara Yardım İctimai Birliyi”nin ekspertinin sözlərinə görə, sosial mənzil fondunun mahiyyəti odur ki, mənzillər heç kəsin mülkiyyətinə keçmir.

“Bələdiyyələrə bina tikmək üçün pul ödənilə bilər”

İqtisadçı ekspert Zöhrab İsmayılın sözlərinə görə, Mənzil Məcəlləsinə görə, Azərbaycanda mənzillərin üç mülkiyyətçisi ola bilər: Bələdiyyələr, hüquqi şəxslər və kooperativlər. O hesab edir ki, dövlət qurumları bina tikintisi ilə məşğul olmamalıdır: “Amma elə sosial yönümlü nazirliklər var ki, onlar sosial təminatı aşağı olan təbəqələr üçün mənzillər tikirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillər, veteranlar, KİVDF jurnalistlər üçün evlər tikib. Dövlət qurumlarının nizamnamələrində əhatə etdikləri çevrənin sosial rifah halının gücləndirilməsi öz əksini tapıb. Binaların tikilməsi də məhz həmin bəndə əsaslanaraq aparılır. 


Amma hazırda dövlət qurumlarının balansında mənzil yoxdur. Mənzil Fondunun, sadəcə adı mövcuddur. Mənzil növbəsində olan vətəndaşların əksəriyyətinin yaşı 50-ni keçib və onların ümidləri qalmayıb. Növbədənkənar mənzil almaq hüququ olan Qarabağ əlillərinin, digər imtiyazlı şəxslərin özlərinin uzun növbə siyahısı yaranıb. Amma onu da bildirim ki, sosial mənzil kirayəsi həyata keçirilsə, bu, evsiz insanların ürəyincə olar. Vətəndaşlardan alınan sosial kirayə haqqı həm dövlət büdcəsinin, həm də bələdiyyə büdcəsinin artmasına səbəb olacaq.

Dövlət ilkin mərhələdə bu proqrama dəstək verə bilər. Məsələn, bələdiyyələrə bina tikmək üçün pul ödənilə bilər. Yaxud da bələdiyyələr torpaq verdikləri tikinti şirkətlərindən torpaq pulu əvəzində bir neçə mənzil ala və həmin mənzillər sosial kirayəyə verilə bilər. Kirayədən əldə olunan pul köçürülür bələdiyyənin fonduna. Orta hesabla ayda 200 manata verilən kirayə evlərdən il ərzində 2 min manat gəlir əldə etmək olar. Mənzillərin sayını çoxaltmaqla bələdiyyələri inkişaf etdirmək mümkündür”.

“Zamana ehtiyac var”

“MBA LTD” Qiymətləndirmə və Konsaltinq Şirkətinin rəhbəri, iqtisadçı ekspert Nüsrət İbrahimov isə sosial evlərin inşa olunmaması səbəbini zamanla əlaqələndirdi: “Müvafiq icra strukturları bunların inşa edilməməsinin dəqiq səbəblərini deyə bilər. Amma təbii ki, tələb çoxdur. Yerli icra hakimiyyəti orqanlarında hələ sovetlər dönəmindən bu yana ev növbəsində duranlar var. Ondan əlavə güzəştli kateqoriyaya aid olan vətəndaşların da mənzil ehtiyacları çox böyükdür. Ancaq “niyə bu gün sosial mənzillər inşa olunmur?” sualına gəldikdə isə, təbii ki, zamana ehtiyac var. Ola bilər, digər aktual məsələlərə daha çox diqqət ayrılır. Yəqin zamanı çatanda, ölkə iqtisadiyyatı oturuşanda, buna da bir imkan olacaq. Tikilməməsinin səbəbini müvafiq icra hakimiyyətləri deməlidir”.

Nüsrət İbrahimov deyir ki, Azərbaycanda aztəminatlı ailələr üçün mənzillərin sosial icarəsi mümkün olacaq: “Ölkə əhalisinin aztəminatlı təbəqəsinin özünü mənzil sahəsi ilə təmin etməsi üçün 2005-ci ildə onların sosial ipotekadan faydalanmaq imkanı yarandı. Lakin məlumdur ki, vətəndaşların heç də hamısı sosial ipoteka çərçivəsində kredit almaq imkanına malik deyillər. Dövlət tərəfindən görülən tədbirlər nəticəsində Azərbaycanda azgəlirli şəxslər üçün sosial mənzil icarəsi tətbiq ediləcək ki, bu da ölkədə kasıb ailələrin mənzil təminatı məsələsinin həllində ciddi addım olacaq. Azərbaycanın Mənzil Məcəlləsində sosial icarə vasitəsilə mənzil almaq üçün bütün şərtlər öz əksini tapıb. Bu gün Azərbaycanda orta hesabla hər adama 18 kvadrat metr mənzil düşür və bu göstərici artmaqda davam edir”.

“140 min məcburi köçkün evlərlə təmin olunub”

Bu arada, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məskunlaşma, miqrasiya və məşğulluq məsələləri üzrə şöbənin müdiri Sənan Hüseynov məcburi köçkünlərə tikilən mənzillərin statistikasını açıqlayıb: “Respublikamizda 612 min məcburi köçkün var . Bu günə qədər 78 qəsəbə tikilib. 31 min ailə, 140 min məcburi köçkün evlərlə təmin olunub. Yerdə qalanlar da mərhələli şəkildə sosial evlərlə təmin olunacaqlar”.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]