Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Jurnalistikada 15 ildə qazanmadığımı 2 ilə toylarda qazandım»

«Jurnalistikada 15 ildə qazanmadığımı 2 ilə toylarda qazandım»
Bölmə :
Müsahibə
Yayım tarixi :
24/7/2012 [12:54]
Baxılıb :
1977 dəfə
Nəğməkar şair Sevinc Akifqızı: «Sponsorsuz da məşhurlaşmaq olar və bunun üçün soyunmaq lazım deyil»
«Şeir söyləyirsən, baxırsan ki, dinləyən yoxdur, sərxoş adamlar, fikri yerməkdə olanlar olur»

Mədəniyyət yazarı kimi tanınan keçmiş jurnalist Sevinc Akifqızının şeir diski işıq üzü görüb. “Nə bilirsən, Nə çəkirəm?” adlı diskində bir çox şeirləri yer alıb. Şeirlərinin əsas mövzusu ana və məhəbbət haqqındadır. Onunla söhbətimizdə yaradıcılığından danışdıq. Müsahibəni təqdim edirik. 

- Sevinc Akifqızı, özünü oxuculara necə təqdim edərdi?

- Sevinc Akifqızı Zərdab rayonunun Gəlmə kəndində müəllim ailəsində anadan olub. Öz arzum və təkidimlə jurnalistika fakültəsinə daxil oldum. Elə üçüncü kursdan-1995-ci ildən jurnalist işlədim. 5 il davamlı olaraq çalışdım. 10 il imzamın itməməsi üçün qonorarla yazılar yazdım. Uşaq yaşlarıdman şeir yazırdım, musiqiyə də marağım o vaxtdan da var idi. Sevdiyim müğənni Zeynəb Xanlarovun mahnılarını oxuyurdum. Ailədə müğəniyyə münasibət yaxşı olmadığı üçün jurnalistikanı seçdim. Özümü təsdiq edəndən sonra və jurnalistikda arzularımı gerçəkləşdirə bilmədiyim üçün şeir yazmağa davam elədim. Toylarda da aparıcılıq edirəm.

- Demək olarmı ki, jurnalist fəaliyyətiniz uğursuz olub? 

- Mən belə hesab etmirəm. İmzam kifayət qədər tanındı. Bu peşədən uzaqlaşmağımın səbəbi maddiyyat olub. Bu sahənin maaşı ilə yaşamaq çətindir. Qərar verdim ki, jurnalistika ilə yollarımı ayırım. Çünki 15 il bu peşədə çalışdım, təlabatlarımı heç vaxt ödəyə bilmədim. Gücümü şeirlərimə həsr etdim. Mən həm də mahnı bəstələyirəm. 100-ə yaxın şeirim, 20 dən çox mahnım var. 
Şeirlərimi davamlı olaraq yazdım. Həm də mənim yaxşı danışıq qabiliyyətim olduğu üçün bundan səmərəli istifadə etməyi düşündüm. Maddi durmumu yaxşılaşdırmaq üçün toylara da masabəyi olaraq gedirəm. Hesab edirəm ki, bu, məndə kifayət qədər yaxşı alındı.

- Nə zamandan şeirdə özünüzü ifadə edirsiniz?

- Ədəbiyyata olan marağım anam, xalalarımdandır. Onlar filologiyanı bitiriblər. Gözümü açandan evimizdə poeziya eşitmişəm. Bu, mənim də həyatıma təsirsiz ötüşə bilməzdi. Uşaq yaşlarımda anamı itirdim, bu mənə təsir etdi. Elə şeirlərimin çoxu ana, məhəbbət mövzularındadır. İlk şeirimi anasız olanlara yazdım, həsr elədim. Tale elə gətirdi ki, bu acını mən 1995-ci ildə tələbə ikən yaşadım. Anamı itirdim. Ona görə də daha çox ana haqqında yazıram. Bizə ruh verən anadır. Məhəbbət mövzularında ilahi sevgi olan analara ünvanlanan sevgidir.
Ana ilə bağlı şeirimdə bir sətr var, “anam qəbrdə gözləyir məni”. Hər dəfə anamı xatırlayıram, o gələ bilmir yanıma, mən onun yanına gedəcəm. Şeirin məzmunu təxmini belədir. Bu şeiri demək olar ki, hər mərasimdə oxuyuram, hiss edirəm ki, dinləyən hər kəsin xoşuna gəlir.

- Toylarda aparıcılıq etdiyinizi dediniz. Neçəyə gedirsiniz sirr deyilsə?

- Mən heç vaxt qiymət demirəm. Böyük kimi danışmaq çıxmasın. Kimin gücü nəyə çatırsa, onu da verir. Düşünürəm ki, söylədiyim qiymət ola bilər onun imkanına uyğun olmasın. Heç kimin qəlbini qırmaq istəmirəm. Amma deyim toylarım çox olur. Əsasən, rayon yerlərindən dəvət alıram. Kifayət qədər imkanlı, vəzifəli şəxslər öz məclislərinə dəvət edirlər. Əsas odur ki, 15 ildə jurnalistikada qazanmadıqlarımı, 2 il burada qazandım. Azərbaycan jurnalistikası bataqlıqdadır, çirkaba batıb. Sərf etdiyin əməyin də dəyərini, qiymətini verın yoxdur. Bəzən jurnaslitlər ədalət axtarır başqa yerdə, ancaq özləri ədalətsizdirlər, media rəhbərliyinin haqsızlıqlarına tab gətirməli olurlar. Bu isə insanın özünə verdiyi işgəncədir.
Əslində mənim arzum müğənni olmaq idi. Çox gözəl səsim var. Ancaq, həyat yoldaşım icazə vermədi, müğənni olum. Uşaq vaxtı isə ailəm razı olmadı, rayon yeri, müəllim ailəsi bunu yaxşı qarşılamadı. Müğənnilərə qəribə bir yanaşma tərzi var. Mən başa düşürəm yoldaşımı da, valideynlərimi də. Amma onu da söyləmək olmaz ki, bu sahədə çalışanların hamısına qeyr-adi gözlə baxmaq lazımdır. İndi ailəm görürük ki, müğənni, masabəyi qazanc yeridir. Ömür boyu istək olub içimdə. Muğam dərsi də almışam. İstənilən müğənnidə səhv tuturam. Tanınmış müğənnilər var ki, notları bilmir”¦ Yoldaşım, toy aparıcısı kimi icazə verdi. Çünki etibarlı adamlarla gedirəm toylara.

- Musiqi üçün şeir yazırsınız, nəğməkar şair olaraq Azərbaycan mahnıların sözlərini necə dəyərləndirirsiniz?

- Arzu edirəm ki, Azərbaycan poeziyasında daha sanballı şeir müəlliflərinin sayı çox olsun ki, müğənnilərimiz şeir qıtlığı çəkib mənasız sözləri olan mahnılara müraciət etməsinlər.

- Toylardə adətən hərə öz kefində olur, yeyib-içir, özləri üçün şənlənirlər. Nəticədə masabəyini dinləyən olmur, bu sizə necə təsir edir?

- Elə hallar olur... Şeir söyləyirsən, baxırsan ki, dinləyən yoxdur. Sərxoş adamlar, fikri yerməkdə olanlar olur. Bu hallar adamı həvəsdən salır, pis təsir edir. Ancaq, təcrübə köməyimə gəlir, mən öz işimi görürəm. Məncə, bu məsələni toy sahibi düşünməlidir, o məclisinin arzuolunan səviyyədə keçməsi nəzarət etməlidir. Hər şey toy sahibindən asılıdır.

- Yerli və dünya ədəbiyyatından kimləri oxuyursunuz, ondan ilham alırsınız?

- Sözün düzü dünya ədəbiyyatını oxumuram. Mən hesab edirəm ki, məsələn Avropa şeiri azərbaycanlı üçün maraqlı deyil. Bizim öz adət-ənənəmiz, təbiətimiz, həyatımız, yaşamımız var. Ona görə hesab edirəm ki, qərb üslubunda yazmaq bizim xalq üçün maraqsız olar. Nəzərə alsaq ki, mən şerilərimi toylarda oxuyuram, onun dilinin sadə və anlayışlı olması mənim üçün önəmlidir. Yerli ədəbiyyat nümayəndələrindən Zəlimxan Yaqub, Baba Vəziroğlu, Nüsrət Kəsəmənli, bir də Kəlbəcərli Əlövsət adlı şairlərin şeirlərini sevirəm. Bəzən görürsən ki, heç bir savadı olmayan da yazmaqla məşğuldur. Bu hal müğənnilər arasında da müşahidə olunur. Səsi olan-olmayan müğənnilik edir. Ona görə də, yazılan şeirlərin heç də hamsına yaxşı şeir demək olmaz. 

- Yaşadığımız əsr internet əsridir, gənclər dünya ədəbiyyatının nümunələrini, uğurlarını milli ədəbiyyatda görmək istəyir. Daha gül-çiçəklə bağlı şeriləri oxumurlar. Onlar yenlik gözləyirlər”¦  

- Elə ona görə də, gənclərlə ayaqlaşmaq fikrində deyiləm. Baxmayaraq ki, yaşım çox deyil. Özümü milli adət-ənənəmizə sadiq insan hesab edirəm və bunu şerilərimdə də göstərirəm. İnternetdə gənclər intim münasibətdən olan, yeni texnologiya ilə bağlı olan şeriləri çox oxuduqlarndan xəbərdaram. Bəzi şairlər açıq-saçıq fotolarını da şeriləri ilə bərabər saytlarda yerləşdirirlər. Mən belə şeylərin tərəfdarı deyiləm. Bu şerilər mənim üslubuma yaddır. Sponsorsuz da məşhurlaşmaq olar və bunun üçün soyunmaq lazım deyil.  

- Şeirləri nə zaman yaranır?

- Kövrək insanam. Bir xanım kimi özümü xoşbəxt hiss edirəm. Mən ən çox şeiri çətin anlarımda yazıram. Həyatda yaşadığım çətinliklər məni şair etdi. Elə şeirlərimin bir neçəsini çətin anlarımda yazmışam. Şeirlərimi ən çox gecələr yazıram. Gecə sanki yer kürəsinin hər tərəfində fırlanıram, sakitçilik olur, özümə qapanıram”¦ Real həyatın tərəfdarıyam, romantik olmamışam.

- Sizin sözləriniz olan mahnıları kimlər ifa edib?

- Xanəndə Elnarə Abdullayeva, müğənnilər Sədaqət, Səyyad Əlizadə, Tağı Salahoğlu, Rübabə və başqaları ifa edib. Azərbaycanda bir problem var, müəllif hüquqları ilə bağlı olaraq. Elə demək olar ki, onun nəticəsidir ki, diskin işıq üzü gördü, adı da “Nə bilirsən, nə çəkirəm” oldu. Diski çıxarmağıma səbəb var idi. Toy məclislərinə qonaq kimi qatılırdım. Baxırdım ki, hansısa bir müğənni mənim şeirimi muğam şəkilində ifa edir. Heç müəllifin adını da çəkmir. Mən də düşündüm ki, niyə müəlliflik hüququm pozulsun. Şeirlərimi disk halına saldım. Bu daha etibarlıdır. Bu diskimdə olan şeirlərin əsas mövzusu ana və məhəbbətdir, bu mövzusuna müraciət etməyimə səbəb budur ki, bizi dünyaya gətirən yeganə varlıq anadır. Bizi yaşadan, ruh verən isə anaya, vətənə, övlada və yaxınlarımıza olan sevgidir. Diskimdə xalq artisti Qədir Məmmədova həsr etdiyim şeir də var.

Ramid İBRAHİMOV

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]