Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Kaş, orta məktəbi bitirəydim”¦”

“Kaş, orta məktəbi bitirəydim”¦”
Bölmə :
KİVDF
Yayım tarixi :
1/6/2013 [09:27]
Baxılıb :
1076 dəfə
Anadangəlmə fiziki qüsurlu olsa da, çəkdiyi şəkillər peşəkar rəssamların əsərlərini xatırladır

Azərbaycanda istedadlı əlillərin yaradıcılıq imkanlarının təbliğinə kömək göstərilməsi məqsədilə, MDB-də ilk dəfə olaraq xüsusi layihə həyata keçirilib. Layihə çərçivəsində istedadlı əlillərin, rəssamların, toxuma-hörmə, ağac üzərində oyma, tətbiqi-sənət ustalarının yaradıcılıq işləri, müğənnilərin, şairlərin, bəstəkarların əsərəri, musiqi alətləri ifaçılarının ifalarından nümunələr, istedadlı əlillər haqqında məlumatların yerləşdirildiyi saytlar (www.menbacariram.com; www.nobarriers.az ) yaradılıb. Saytlar üç dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

Bu saytlar vasitəsilə istedadlı əlillərin yaradıcılq işləri nümayiş olunur. Onların özləri, yaradıcılıq fəaliyyəti haqda məlumatlar verilir. Sayt həmçinin istedadlı əlillərin ətraf aləmlə əlavə ünsiyyət forması kimi çıxış edir. Onlar internet istifadəçilərinin suallarını cavablandıracaq, onlarla öz fikirlərini bölüşmək, tanış olmaq imkanı əldə edəcəklər. Saytda hər bir istedadlı əlilə öz əsərləni ayrıca olaraq və təşkil olunacaq virtual sərgilərdə, satış-sərgilərdə nümayiş etdirmək və onlar barədə fikirləri öyrənmək imkanı verəcək.

Saytların Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də fəaliyyət göstərməsi auditoriyanının genişlənməsinə və ölkədən kənarda da istedadlı əlillərin yaradıcılıq işlərinin tanıdılmasına imkan verəcək.

Saytlarda istedadlı əlillərin yaradıcılıq işləri təsnifat üzrə yaradılmış xüsusi bölmələrdə (rəssamlar, toxuma-hörmə işləri, tətbiqi-sənət, şairlər, bəstəkarlar, müğənnilər, müsuqi alətlərində ifa) yerləşdirilib.

Bunlardan əlavə, “Mənim möcüzəli dünyam” adlı albom-kataloq da nəşr edilib. Albom-kataloqda rəssamların, toxuma-hörmə, ağac üzərində oyma, tətbiqi-sənət ustalarının yaradıcılıq işləri toplanıb. Həmçinin, Azərbaycan, rus, ingilis dillərində onlar haqqında məlumatlar verilib. Albom-kataloqda 51 müəllifin əsərləri, əl işləri ilə tanış olacaqsınız.

“Ümidlər, arzular”¦”

Əlilliyi olan şairlərin şeirlərindən ibarət “Ümidlər, arzular”¦” adlı şeirlər toplusu da nəşr edilib. Azərbaycan Respublikasının Xalq Şairi Fikrət Qocanın ön söz yazdığı topluda 14 şairin şeirləri tolanıb.

Layihə çərçivəsində Bakı və bölgələlərdə, Naxçıvan Muxtar Respublikasında 94 fotossesiya aparılıb. Ümumilikdə, 1800-dən çox fotoşəkil çəkilib. 78 istedadlı əlilin haqqında məlumat toplanılıb, onların özləri və yaradıcılığı haqqında məlumatlar rus və ingilis dillərinə tərcümə edilib. Layihə üzərində 15 nəfərdən ibarət komanda çalışıb.

“Konstitusiya” Araşdırmalar Fondu bu layihənin həyata keçirilməsinə yardım göstərdiyinə, bu təşəbbüsə diqqətlə yanaşdığına görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, bu ideyanın ərsəyə gəlməsində, icrasında yaxından kömək edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial proqramlar sektorunun kollektivinə və layihə komandası üzvlərinə təşəkkür edir.

Heyrətamiz istedad  

Sözügedən saytı izləyərkən, yaradıcı əlil insanlarımızı və onların yaradıcılığını yaxından tanımaq olur. Rəssamlar arasında Salmanova Samirə Ramiz qızı da var. O, 21 aprel 1981-ci ildə anadan olub. 9 yaşından ayaqları ilə şəkil çəkir. Qırmızı, yaşıl rənglərlə işləməyi sevən Samirənin əl işləri çox maraqlıdır.

1997-ci ildə Əlillərin 3-cü Ümümrespublika Yaradıcılıq Sərgisində iştirak edən Samirə, daha sonra Əlillərin 5-ci Ümürespublika Yaradıcılıq Sərgisində 3-cü yeri tutb. Moskvada Beynəlxalq “Filantrop” Fondunun keçirdiyi sərgidə iştirak edib və 3-yeri tutub. 2003-cü ildə rəsm əsərləri Şotlandiyanın Aberdin şəhərində Konoko Filips neft şirkətinin ofisində təşkil olunmuş sərgidə nümayiş etdirilib.

Samirənin ayağı ilə çəkdiyi “Dağ gölü” və mərhum prezident Heydər Əliyevin portreti Rusiya Federasiyasının dünyaca məhşur Tretyakov Qalareyasında saxlanılır. 2006-cı ildə İstanbulda keçirilən Əlillərin sərgisində 1-ci yeri tutub.

7 yaşından rəsm çəkir

Bu sayt vasitəsi ilə digər əlil vətəndaşımız Rzayev Cəlal Səlim oğlunu da tanıdıq. O, Naxçıvan Dövlət Universitetinin Təsviri-incəsənət və rəsmxətt fakultəsini bitirib. 7 yaşından rəsm çəkir.

2008-2009-cu illərdə İran İslam Respublikasının Gorgan şəhərində 15 dövləti təmsil edən rəssamların müsabiqəsində iştirak edib, II yeri tutaraq müvafiq sertifikat alıb. Əsərləri Naxçıvanda keçirilən sərgilərdə nümayış olunub. Naxçıvan Dövlət Universitetində fərdi sərgiləri təşkil olunub.

Onun sözlərinə görə, rəssam üçün ən əsası rəngdir: “Rəssam gərək rəngin koloritini vursun, bunu bacarsa, mütləq seçiləcək”.

Peşəkar rəssamlar kimi

Növbəti qəhrəmanımız 24 yaşlı Elvira Yaqubovadır. O, anadangəlmə fiziki qüsurludur. Birinci qrup əlil olan bu gənc qız Xaçmaz rayonunda yaşayır. Onun ən böyük arzusu peşəkar rəssam olmaqdır.

Elvira şəkil çəkməyə 10 yaşından başlayıb. İlk çəkdiyi rəsm isə babasının portreti olub. Rəsm savadı olmasa da, Elviranın çəkdiyi şəkillər peşəkar rəssamların əsərlərini xatırladır. O, bir sıra rəsm müsabiqələrində də uğur qazanıb.

Bu sözləri bizə ona könüllü dərs keçən rəsm müəlliməsi Xatirə Yaqubova söyləyir: “Sərgi keçirildi. Orda çox gözəl çıxış elədi. Çıxışı “Çiçəklənən, gözəl, müstəqil Azərbaycanımız” mövzusunda idi. Üçüncü yer qazansa da, birinciliyə layiq gördülər. Küçədə insanların ona baxmasından narahat olduğunu deyən Elvira bu səbəbdən də gününün çox hissəsini evdə keçirir”.

“Orta məktəbi bitirə bilmədim...”

Elvira Yaqubova baxışlardan sıxılır: “Yolda gedərkən, olur ki, gözlərini zilləyib baxırlar. O vaxt bir az sıxılır adam”.

Rəsm çəkməyə marağı olan Elvira musiqiyə də həvəs göstərir. Real həyatda insanlarla ünsiyyət qurmaqda çətinlik çəkdiyi üçün “Facebook” sosial şəbəkəsi vasitəsilə özünə dostlar qazanır. Elvira ailənin ortancıl qızıdır. Digər iki bacısının ali təhsil almasına baxmayaraq, o, orta məktəbi bitirməyib. Bir müddət evdə dərs almaqla kifayətlənib.

“Orta məktəbi bitirmədiyim üçün peşmanam. 4 sinif oxumuşam. Yəni evdə dərs almışam, həftədə 2 dəfə. Əlbəttə sonradan peşman oldum. Amma o vaxt uşaq idim, nəsə istəmədim, həyəcanlanırdım. Artıq oxumaq üçün gecdir. Orta məktəbi tam oxumadım da, bitirmədim”, -deyir Elvira.

“Günləri sayırdım”

E.Yaqubovanın anası Minayə xanım Xaçmaz rayonunda İctimai İaşə Birliyində 20 il mühasib işləyib. Atası Nəriman Yaqubov isə 13 il Texniki Peşə Məktəbində müəllim çalışıb. Minayə xanımın sözlərinə görə, hazırda ailənin Elviraya verilən təqaüddən başqa gəlir yeri yoxdur: “55-60 manat pulu ilə nə etmək olar?! Biz ona heç nə edə bilmirik. Nəsə eləmək, nəsə onu qabağa çəkmək, savad almaq, hər şey pula bağlıdır. Bir dənə onun 55-60 manat pulu ilə nə etmək olar?! Ailəyə gələn pul da odur. Hökumət də bir şey vermir, dolanışıq yoxdur”.

M. Yaqubova bildirir ki, ünvanlı sosial yardım almaq üçün Xaçmaz rayon Sosial Təminat Şöbəsinə bir neçə dəfə müraciət etsə də, onun müraciətinə baxan olmayıb. Silənin sosial vəziyyətinin aşağı olmasından gileylənən bu xanım həyat yoldaşının da iki ildir işsiz olduğunu vurğulayır: “Mən də Elviranı evdə tək qoyub haradasa işləyə bilmirəm. Mən heç olmazsa, 100 manat pensiya alsaydım, bilərdim ki, mənim quru çörək pulum var. Papağımı göyə atardım. Mən gözləyirdim ki, Elviraya görə, mənə pensiyanı 1 il qabaq verməli idilər. Yəni üç uşağım yoxdur?! Mənə dedilər ki, 51 yaşdan sən beşuşaqlı sayılacaqsan, pensiya alacaqsan. 51 yaşa 9 ay qalmış qərarı dəyişdilər. Elə pis oldum ki... Dedim, ay Allah günləri sayırdım ki, çörək pulum olar da, arxayın olaram. Bir dənə bunun pensiyası ilə mən nə edə bilərəm ki?”.

“Vətəndaş heç yana müraciət edə bilmir”

Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin hüquq müdafiəçisi Sədaqət Paşayevanın sözlərinə görə, “Əmək pensiyaları haqqında Qanun”a dəyişiklik etməzdən əvvəl sosial təminata ehtiyacı olan ailələr ciddi araşdırılmalı və onların sosial vəziyyəti nəzərə alınmalıdır: “Əhalinin Sosial təminatı ilə bağlı qanunda konkret müddəalar olmalıdır. Tutaq ki, sosial təminat hansı ailələrə verilir. Birinci qrup əlil nə qədər maaş almalıdır, ikinci qrup nə qədər təminat almalıdır və bunlar hansı şərtlərlə dəyişilir. Konkret hüquq müddəası olanda, vətəndaş narazı qalanda, götürür, verir məhkəməyə, haqqını tələb edir. Amma belə qeyri-müəyyənlik olanda, bununla bağlı qanunda xüsusi müddəalar olmayanda, vətəndaş heç yana müraciət edə bilmir, qalır belə”.


Xatırladaq ki, 2009-cu ilin 27 oktyabr tarixində “Əmək pensiyaları haqqında Qanun”un 8-ci maddəsinə dəyişiklik edilib. Sağlamlıq imkanları məhdud olan uşaq böyüdən üçuşaqlı ailələr əmək pensiyasından məhrum edilib. Əmək pensiyası beş və daha çox uşaq dünyaya gətirən qadınlara şamil edilib.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]