Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Qaçqınlığın 24 illik travması...

Qaçqınlığın 24 illik travması...
Bölmə :
KİVDF
Yayım tarixi :
31/5/2013 [08:06]
Baxılıb :
617 dəfə
Yurd-yuvasından didərgin salınan xanımı qarşıda növbəti acılar gözləyirmiş

Bərabər imkanlar cəmiyyətinin əsas prinsipləri ilk dəfə BMT-nin 1993-cü ilin dekabrında qəbul olunmuş əlilliyi olan insanlara bərabər imkanların yaradılması üzrə standart qaydalarında təqdim olunub. “Bərabər imkanların təmin olunması” termini xidmət, fəaliyyət növləri, informasiya və sosial infrastruktur kimi cəmiyyətin müxtəlif sistemlərini və ətraf mühiti hər bir kəs, xüsusən də əlilliyi olan şəxslər üçün müyəssər edən prosesi ifadə edir. 

Bu gün Azərbaycan Respublikasının qanunvericiliyində də ölkədə əlillərin sosial müdafiəsini, reabilitasiyasını təmin edən qanun və dövlət proqramları mövcuddur. Əlilliyi olan insanların rifahı naminə qanunvericilik və icra qurumlarında həlli vacib olan amillər, həmçinin bu sahədə mövcud problemlər barədə söhbətimizi Əlil Qadınlar Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin üzvü, qaçqın və ikinci qrup əlil Müşkinaz Əliyeva ilə davam etdirdik. 

“Vaxtında imkanım olsaydı...”

1989-ci ildən əlilolan həmsöhbtimiz 1969-cu ildə indiki Ermənistanın Qafan şəhərində anadan olub: “1988-ci ildə qaçqın düşdüm. O vaxtdan Sumqayıtda məskunlaşmışam. Qaçqın düşən zamanda ağır xəstəlik tapdım. Beynimdə qan sızması oldu. Müalicə üçün Rusiyanın paytaxtı Moskva şəhərinə getdim. Orada mənə birinci qrup əlillik diaqnozu qoyuldu.

1989-cu ildən əliləm. Elə o ildən bu günə qədər davamlı olaraq müalicə alıram. Vaxtında imkanım olsaydı, əlil olmazıdm, müalicə olunardım. Hazırda isə xəstəliyimin sağalma ehtimalı sıfırdır. Damarlarımdan biri rezindəndir. Davamlı müalicə almayanda özümü itirirəm, huşumu itirirəm, yıxılıram.

1989-cu ildə Moksvada müalicə alanda mənə birinci qrup əlillik verildi. Azərbaycana gələndə birinci qrup alındı, guya sağalmışam. Mənə ikinci qrup əlillik verildi. Əmək fəaliyyətim olub deyə hazırda, 95 manat əlillik təqaüdü alıram. Qardaşım Rizvan Əliyev də əlildir. O da qaçqın düşəndən sonra başında problem yarandı, başının damarlarının birindən 25 santımetr çıxarılıb. Qardaşım danışa bilmir, arabada gəzdiririk. İki qardaşımla yaşayıram. Bir qardaşım da şəhid olub. 1994-cü ildə şəhid olan qardaşım Əliyev Vəzir Əli oğlu “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.

“Onları görəndə özümü unuduram”

M.Əliyeva deyir ki, aldığı təqaüd bazar şərtlərinə uyğun deyil və işsiz yaşaması mümkünsüzdür: “Təqüdlər artırılmalıdır. Eləcə də, dövlət tərəfindən verilən dərmanlar xəstəliyin qarşısını almır. Ancaq ağrıkəsici dərman verilir. Onların da xəstəliyimizin sağalmasına heç bir təsiri yoxdur. Müalicəmizə uyğun dərmanı yalnız qohumların maliyyə köməkliyi ilə ala bilirik. Bunu da hər dəfə edə bilmirik Məsələn, Sumqayıt Şəhər Əlillərin Bərpa Mərkəzində müalicə yoxdur. Burada sakitləşdirici verilir. Özümüzü müalicə eləmək üçün isə pulumuz yoxdur. Belə demək olar ki, biz varlı ölkənin kasıb vətəndaşlarıyıq. Əlillərin normal yaşayışı üçün 300 manat təqaüd alması gərəkdir. Bəlkə bu, bizim üçün yetərli ola bilər.

Mən Əlil Qadınlar Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin üzvü olandan sonra bir az təsəlli tapmışam. 690 nəfər Suqmayıt təşkilatımızın üzvü var, onlar arasında məndən də səhhəti ağır vəziyyətdə olan qadınlarımız var. Onları görəndə öz-özümə deyirəm: “məndən durumu ağır vəziyyətdə olan insanların yaşamaq ümidləri varsa, mənim həyatdan kümsəyə haqqm yox”. Onları görəndə özümü unuduram”.

“Görülmüş işlər də təqdir edilməlidir”

Həmsöhbətimizin gözə əl qabliyyəti var. O əlləri ilə xarüqələr yaradır, toxucluqla məşğuldur. O, ölkədə əlillərin tibbi, sosial və peşə reabilitasiyası, məşğulluğunun təmin olunması, mənzil-məişət problemlərinin həlli, pensiya və müavinətlərinin artırılması və s. istiqamətlərdə görülən işləri də müsbət qiymətləndirir: “Hər il müharibə əlillərinə pulsuz mənzillərin, minik avtomobillərinin verilməsi, ölkəmizin paytaxtında və regionlarında fəaliyyət göstərən tibbi-bərpa mərkəzlərinin yaradılması müharibə əlillərinin və digər kateqoriyadan olan əlillərin müalicəsində və zəruri tibbi texniki reabilitasiya vasitələri ilə təmin olunmasında mühüm rol oynayır. Təbii ki, göstərilən bütün bu dövlət qayğısı əlilliyi olan şəxslərin problemlərinin həllinə və onların cəmiyyətə inteqrasiyasına təkən verən mühüm amillərdəndir. Təbii ki, görülmüş bütün müsbət işləri qiymətləndirməklə bərabər, bu sahədə bir sıra həlli vacib olan problemlərin də mövcudluğunu inkar etmək olmaz və onların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi son dərəcə vacibdir.

Bu gün bütün dünyada yaşından, irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq bu və ya digər səbəblərdən sağlamlığını itirərək əlil olmuş insanlar üçün xarakterik olan bir sıra ümumi problemlər mövcuddur. Belə problemlər sırasında ictimai binaların, sosial infrastruktur, ictimai-iaşə və s. obyektlərinin onlar üçün müyəssər olmaması (fiziki maneələr), əlilliyinin cəmiyyətdə düzgün dərk edilməməsi (psixoloji maneələr) əsas yerlərdən birini tutur.
Ölkəmizin mövcud qanunvericiliyinə görə icra hakimiyyəti orqanları, müəssisələri (birlikləri), idarələri və təşkilatları (mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq) sosial infrastruktur obyektlərinin, mənzillərin, ictimai, istehsal binalarının və qurğularının əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara maneəsiz müyəssər olması, ictimai nəqliyyatdan və nəqliyyat kommunikasiyalarından, rabitə və informasiya vasitələrindən, istirahət və asudə vaxt yerlərindən onların sərbəst istifadə etməsi üçün lazımi şəraiti təmin etməlidirlər. Təəssüf ki, bir çox hallarda qanunvericiliyin bu tələbinə heç də ürəkaçan səviyyədə əməl olunmur. Belə ki, əlilliyi olan insanların qeyd olunan yerlərə rahat daxil olması üçün panduslar və digər avadanlıqlar demək olar ki, yoxdur və ya bəzilərində varsa da, lazımı standartlara cavab vermirlər.

Əgər əlilliyi olan insanların ictimai nəqliyyatdan istifadəsi, parklarda istirahəti, dövlət və ictimai xarakterli binalardan, kollektiv istifadə obyektlərindən istifadəsi təmin edilərsə, əgər sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla birlikdə (inklüziv) təhsil almasına bərabər səviyyədə şərait yaradılarsa, əlilliyi olan insanların reabilitasiyasında, münasib işlə təmin edilmələrində qarşıya çıxan bəzi problemlər aradan qaldırılarsa, o zaman əlilliyi olan soydaşlarımızın cəmiyyətə inteqrasiyasına qısa bir zamanda nail ola bilərik”.

“Faktiki olaraq əlilliyi olub, amma...”

Həmsöhbətimiz bu təbəqədən olan insanların problemlərinin həlli istiqamətində görülən tədbirlərdən də danışdı: “Faktiki olaraq əlilliyi olub, amma bunu qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirərək əlillik dərəcəsi ala bilməyən və ya aidiyyəti qurumlara bu məqsədlə müraciətlər etsələr də, müəyyən problemlərlə qarşılaşan, habelə qanunla nəzərdə tutulmuş tibbi-sosial yardım almaq hüququndan yararlana bilməyən əlilliyi olan insanlara zəruri hüquqi yardımlar göstərilmiş, aidiyyəti qurumlar qarşısında məsələ qaldırmaqla köməklik göstərilmişdir. Əlilliyi olan insanlara təhsil, məşğulluq, sağlamlıq, ünvanlı sosial yardımın alınması və s. problemlərinin həllində təşkilatımızın mütəxəssisləri və könüllü kimi cəlb edilmiş tələbələrin iştirakı ilə zəruri yardımlar edilir.

Hesab edirik ki, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və təbliğində vətəndaş cəmiyyəti institutlarının iştirakı təmin edilməli, müalicə-profilaktika müəssisələrinin, tibbi-sosial ekspert komissiyalarının, eləcə də digər bu kimi qurumların fəaliyyətinə dövlət nəzarəti ilə bərabər ictimai nəzarət də həyata keçirilməlidir. Bu mənada hesab edirik ki, “Əlillərin hüquqları haqqında” BMT Konvensiyasının 33.2-ci maddəsində nəzərdə tutulmuş müstəqil monitorinq mexanizminin funksiyalarını yerinə yetirən müstəqil Milli İnsan Hüquqları Təsisatı qismində müəyyən edilmiş Ombudsman Aparatının strukturunun təkmilləşdirməsi, maliyyə və kadr potensialının gücləndirilməsi və monitorinq prosesinə əlilliyi olan şəxslərin və onların təmsil olunduğu vətəndaş cəmiyyəti institutlarının da cəlb edilməsi çox vacib bir məsələdir. Ayrı-ayrı vaxtlarda müxtəlif dövlət və qeyri-hökumət təşkilatları tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və millət vəkillərinin iştirakı ilə keçirilən tədbirlərdə bu qəbildən olan şəxslərin iştirakını təmin etməyə çalışmışıq ki, onlar həm öz hüquqları barədə maariflənsinlər, həm də onları narahat edən məsələlər barədə suallar verməklə problemlərinin həllinə nail ola bilsinlər.

Əlillərin işə qəbul olunması barədə düşünmək gərəkdir. Elə iş yerləri var ki, əlillər burada çalışa bilərlər. Tutaq ki, qəzet köşklərində, kompüter xidmətində, mühasibatda uyğun fiziki qüsuru olan adam rahat çalışa bilər. Bu insanlar üçün iş yerləri yaradılmalıdır ki, sosial müdafiəsi yaxşı olsun. Avtobuslara, binalara pantuslar qoyulmalıdır ki, əlillər daxil ola bilsinlər. Bəzən əlillərimiz şikayətə gəlirlər, icra hakimiyyətlərində pilləkənləri çıxa bilmirlər.
Bu gün bir çox əlillər işləmək arzusundadırlar. Əsasən nəzərə alaq ki, gənc əlillərin müxtəlif komlekslərindən azad olmaları, özlərini vətəndaş kimi təsdiqləmələri üçün onların işləmələri vacibdir. Lakin bu arzusu olan əlillərin əlillik dərəcəsini müəyyən edən sənəddə əmək qabiliyyətsizliyinin yazılması onları işləməkdən məhrum edir. Çox zaman işləmək arzusunda olan əlilliyi olan gənclər işsiz qalır. Lakin belə gənclərə yaxşı olar ki, əlil cəmiyyətləri kömək etsinlər. Bəzi hallarda isə elə əlillər olur ki, onların işləməsi mümkün deyil”.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]