Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Anamı ölməyə qoymayın!”

“Anamı ölməyə qoymayın!”
Bölmə :
KİVDF
Yayım tarixi :
30/5/2013 [09:58]
Baxılıb :
1201 dəfə
Səhhəti pisləşən Qarabağ qazisi Prezidentdən yardım istəyir

Dünən Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının ofisində uzun müddətdir omba sümüyündəki problemlə əlaqədar yataq xəstəsi olan Qarabağ qazisi Ruxsarə Cumayevanın (“Tutu”) təcili əməliyyat edilməsi ilə bağlı bir qrup müharibə yönümlü QHT-lərin, tanınmış şəxslərin, ziyalıların təşəbbüsü ilə toplantı keçirilib. Tədbirin aparıcısı - jurnalist, Qarabağ qazısı Rey Kərimoğlu R.Cumayevanın səhhəti və onun əməliyyatı üçün lazım olan vəsaitin toplanması ilə bağlı son məlumatı iştirakçıların diqqətinə çatdırıb. Onun sözlərinə görə, son günlər Qarabağ qazısının səhhəti daha da ağırlaşıb, əməliyyat üçün lazım olan vəsaitin isə cəmi 10 faizi toplanıb. 

Tədbirə qatılan hərbi həkim, sözügedən xanımı hələ 1992-ci ildən tanıyan Alı Qurbanlı R.Cumayevanın xəstəliyinin xarakteri və ağırlıq dərəcəsindən danışıb. O bildirib ki, R.Cumayevanın Türkiyə Cümhuriyyətində bir ombasının əməliyyatı üçün təqribən 25-28 min manat civarında vəsait lazımdır. A.Qurbanlı Azərbaycanda hələlik R.Cumayevanın vəziyyətində olan xəstələr üzərində lazım olan mürəkkəb əməliyyatı həyata keçirilməsinin mümkün olmadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb və bunun tibbi-texniki tərəfindən söz açıb.
Digər tədbir iştirakçıları çıxış edərək R.Cumayevanın həyatını xilas olunması üçün rəy və təkliflərini bildiriblər. Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov çıxış edərək məsələ ilə bağlı konkret təkliflər irəli sürüb.
R.Cumayevanın komandiri olmuş, (Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin alayının 5-ci batalyonun komandiri) Qələndər İsmayılov çıxış edərək R.Cumayevanın döyüş yolundan, fədakarlığından danışıb. Tədbirdə Azərbaycan Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri, keçmiş döyüşçü Radə Abbasın rəhbərliyi ilə R.Cumayevanın müalicəsinin təşkili üçün işçi qrupu yaradılması qərar alınıb. İşçi qrupu müvafiq dövlət qurumları ilə yanaşı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevaya da müraciət edəcək.
Sonda R.Cumayevanın 12 yaşlı qızı Rəqsana Cumayeva çıxış edərək iştirakçılara və səlahiyyətli şəxslərə anasına kömək etmələrini xahiş edib: “Anamı ölməyə qoymayın!”.
“Əgər əməliyyat olunmasam...”
Xatırladaq ki, R.Cumayeva Zaqatala rayonunun Bəhmətli kəndində anadan olub. Uzun müddətdir Bakıda məskunlaşıb. O, anadangəlmə sol omba nahiyəsindən travma alıb. Qarabağ uğrunda savaş başlayanda Zaqatala hərbi komissarlığına müraciət edərək könüllü olaraq döyüş bölgəsinə gedib.
R.Cumayeva “Bizim Yol”a açıqlamasında keşməkeşli həyat yolundan danışdı: “O vaxt 2 saylı taxıl məhsulları kombinatında işləyirdim. Onda meydanda aclıq edən 8 nəfərdən biri mən idim. Axsaya-axsaya döyüş bölgəsinə, birbaşa cəbhə xəttinə yollandım. Qələndər İsmayılovun dəstəsində, Şahin Mirzəyevin polkunda tibb işçisi olmuşam. Çiynimdə 40 kilo dava-dərman yükü Fərrux dağını aşmışam. Daşaltı əməliyyatında, Mehmaniyyə döyüşlərində olmuşam. Yaralananlara tibbi yardım göstərmişəm. İnsanların həyatını bacardığım qədər xilas etmişəm. Öz işimi yerinə yetirərkən yaralanmışam. Sol ayağımdan və sağ əlimdən qəlpə yaraları almışam. Amma cəbhə xəttini tərk etməmişəm. Torpaq uğrunda ölüm-dirim savaşına atılan 93 əsgərimizə tibbi xidmət göstərmək üçün məndən başqa adam yox idi. Yaralı olsam da onları səngərdə köməksiz qoyub hospitala getmədim. Bir dəfə də ön xətdən dərman dalınca Ağdama qayıdanda “BMP”-nin üstündən axsayan tərəfimə yıxıldım. Allah qorudu. Az qaldım “BMP”-nin altına düşəm. Amma yenə geri qayıtdım. Bunlar 20 il əvvəl olan hadisələrdir. O vaxtdan bəri omba sümüyümdə az miqdarda ağrı var idi. Amma üç aydır ağrılarım şiddətlənib. Daha ağrıya dözə bilmirəm".
R.Cumayeva bildirir ki, hazırda ayağında kəskin ağrılar var: “Gecələr buna dözə bilmirəm. Şirin yuxudan ayılandan ayaqlarımı masaj etdəndə qızım səsimə ayılıb, "anam haran ağrıyır?" soruşanda mən ona bildirmək istəməsəm də, o mənim ağrılarımı görür. Gücü çatdığı qədər kömək və dəstək olmağa can atır. Əgər mən doğrudan əməliyyat olunmasam”¦ Artıq hərəkət edə bilmirəm”.
“Məni qəbul edən yoxdur”
Onun sözlərinə görə, əməliyyat olunması üçün arzuolunan məkan Türkiyənin xəstəxanalarıdır. İndi baxımsız qalan bu qəhrəman qadın bütün müayinələrdən keçdiyini, amma əməliyyat üçün maddi imkanının olmadığını bildirdi: “Bakı Şəhər Səhiyyə İdarəsinə müraciət etdim. Müayinələrdən keçdim. Sol tərəfimə protez qoyulmalıdır. Bud sümüyümün başı hər iki tərəfdən sınıb. Əməliyyatın yaxşı sonuclanması üçün əsas yer Adana Xəstəxanasıdır. Həkimlərin dediyinə görə bud sümüyü yeyilib. Əməliyyat üçün ən azı 25 min manat gərkədir. Qəzetiniz vasitəsi ilə dövlət başçısı İlham Əliyevdən, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevadan xahiş edirəm ki, əməliyyat üçün maddi və mənəvi köməklik etsinlər. Dövlətdən ev və maşın da almamışam. Nəsimi Rayon İcra Hakimiyyəti məni heç qəbul etmir, qeydiyyata almır”.
Qanlı Qarabağ döyüşlərinin “Tutu” ləqəbli ilə tanındığını deyən Ruxsarə Cumayeva tələbəlik illərində Bakıda Meydan Hərəkatında aktiv iştirak edib. 1989-cu il ilin dekabrında rus qoşunlarının dəyənəklərinə məruz qalıb. Həmsöhbətimiz yaşadıqlarını belə nəql edir: “Həmin zamanlarda 7 oğlan və mən aclıq aksiyası keçirmişdik. Aksiyanı keçirməkdə məqsəd Qarabağda və İravənda baş verən hadisələrə etiraz idi”.
O, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin 4-cü kursunda oxuduğu halda Qarabağda yaralılara şəfa vermək məqsədilə, sonradan Tibb Texnikumunun hazırlıq kursunu bitirir. Bir müddət Bakıda Hərbi Hospitalda çalışdıqdan sonra cəbhə bölgəsinə yollanır: “Orta məktəbi bitirəndən sonra indiki Azərbaycan Dövlət Neft Akademiyasına qəbul oldum. Universitetdə qiyabi oxuyurdum, 2 nömrəli Taxıl Kombinatında işləyirdim. Həmin illər meydan hərəkatı dövrünə düşdüyü üçün orada fəal iştirak edirdim. Lakin buna görə məni həm işdən, həm də universitetdən qovdular. 20 yanvar faciəsini də yaxşı xatırlayıram. Yaralıların tibb mətəqələrinə çatdırılmasında iştirak etmişəm. Həmin hadisələrdən sonra “Papanin”də yerləşən hospitalda (indiki Mərkəzi Hərbi Klinik Hospital -müəl.) ştatdankənar işlədim. Hospitalın rəisi Vaqif İbrahimov idi. Cərrahiyyə şöbəsində Ümidvar adlı doktorla birgə çalışırdım. Hospitalda kiçik tibb bacısı işləyir və Qarabağdan gələn yaralı insanlara qulluq edirdim”.
“Mən sevgilimi necə qucaqlayacam axı?”
Komandirinin İsmayılov Qələndər adlı şəxs olduğunu bildirən Ruxsarə xanım belə davam edir: “Cəbhə yoldaşlarım da mənim necə xidmət etdiyimi təsdiqləyə bilərlər. Daşıdığım ləqəbə gəlincə, cəbhədə əsgərlər mənə “Tutu” ləqəbini verdilər. “Qaraca qız” filminin baş qəhrəmanı olan qaraçı qızı Tutuya bənzədiyim üçün belə deyirdilər. Qaraca, arıq qız idim. Bəzi əsgərlər mənim əsl adımı belə bilmirdilər. Hamı “Tutu” deyirdi. Amma onları inandıra bilmirdim ki, mən həmin qız deyiləm. Əsgərlər elə bilirdilər mən bilərəkdən boynuma almıram. Məndən soruşurdular ki, “ayağınızı ilan çalandan sonra axsamağa başlamısınız?” Mən də zarafatla onlara deyirdim ki, ilan məni yox, Ağcanı vurub. Mən sadəcə həmin zəhəri təmizləmişəm”.
1990-cı ildə tibbi yardım aparılarkən Qarabağa gedir: “Qarabağa 23 yaşımda, 1991-ci il yanvarın 24-də də getdim, çünki tibb bacısı çatışmırdı. Tibb məntəqəsi Nəbilər kəndində bir fermada yerləşirdi. İlk gördüyüm əlil Elçin adlı şəxs oldu. Müharibənin acı nəticəsi ondan yan keçmədi, qolu kəsildi. Əməliyyatdan sonra o, “mən sevgilimi necə qucaqlayacam axı?” dedi. Mən Qarabağa ona görə getdim ki, əlilliyin nə olduğunu bilirdim. Müharibədə hər şey ola bilər, kimsə yaralana bilər, ona kömək edə bilim. Kiminsə düşmən gülləsinə tuş gəlib əlil ola biləcəyini də düşünürdüm. Və müharibəyə getdim. Oradan qayıtmaq niyətim yox idi, ölə bilərdim, əsir düşə bilərdim. Allahın qisməti məni saxladı. Sözün açığı, mənim Qarabağa getməyimə əlil olduğum üçün icazə vermirdilər. Unversiteti prinsipə oxumuşam, göstərmək istəmişəm ki, əlillər cəmiyyət üçün yararsız deyil, həmçinin müharibədə də...”.
“3 şəhidin cənazəsini”¦”
“Tutu” Daşaltı əməliyyatını da xatırlayır: “Daşaltı dərədə yerləşir. Həmin hərbi əməliyyatda milli ordunun və “OMON”un dəstələri var idi. Ağır itkilər oldu... Müharibədə könüllülər, “oblova” nəticəsində gələnlər və hərbi xidmətə çağırış müddəti çatanlar var idi. Düşmən ordusu döyüşçülərimizi mühasirəyə alıb qırdılar. Lakin, bu əməliyyatda özümüzün gülləsinə tuş gələnlər də oldu. Lakin bu, bilərkdən belə olmayıb. Könüllülər döyüşlərdə öndə gedirdilər, təlim keçməyənlər isə arxada idilər, hara gəldi atırdılar. Bu döyüşdə nə qədər yaralı, girov götürülən, şəhid olub, bilmirəm”¦
Lakin, müharibə illərində ən az yaralı döyüşdən çıxartdığım 86 nəfər olub. Bu da Mehmani döyüşüdür. Canyata, Çıldıran, Dranbom, Susərsəngi, Yeddi Xırman, Fərrux dağı ətrafında döyüşlərdə və sair əməliyyatlarda iştirak etmişəm. Döyüşsüz, yaralısız, şəhidsiz torpaq düşmənə verilməyib. Təkcə mən 3 şəhidin cənazəsini və 12 yaralını döyüşdən çıxarmışam. Tankçı Baloğlan isə itkin düşdü. Şahidiyəm ki, o, ön xəttə doğru getdi və geri dönmədi. Onun haqqında hələ də bir məlumat yoxdur. 1992-ci il mayın 8-da Şuşa işğal olunanda mən Ağdamda, 3-cü taborda idim. Mayın 9-da indi Şəhidlər Xiyabanında uyuyan Aydını Ağdamda itirdik. Aydıngil kəşfiyyata gedəndə düşmən gülləsinə tuş gəlib”.
“İmdad xətti”
Qeyd edək ki, R.Cumayevanın müalicəsi üçün yaradılan bank rekvizitləri və əlaqə telefonları aşağıdakılardır:
Bank : Kapital Bank, 2 saylı Nəsimi rayon filialı
Ünvan : Bakı şəhəri, Şamil Əzizbəyov 158
Vöen: 9900003611
Telefon : 012 440 - 15- 54
Kod : 200123
Swift bik : AİİBAZ2X
M/Hesab : 0137010001944
S.A.A : Cumayeva Ruxsarə Bayraməli qızı
Hesab â„– 38010019441203449112
R.Cumayevlə əlaqə telefonu:
Mobil: 055 267 18 65
Ev: (012) 449 40 26


Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]