Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Yollara tökülən pulu bizə xərcləsəydilər...”

“Yollara tökülən pulu bizə xərcləsəydilər...”
Bölmə :
KİVDF
Yayım tarixi :
28/5/2013 [10:22]
Baxılıb :
814 dəfə
“Sumqayıt” mehmanxanasında məskunlaşmış məcburi köçkünlər ev ümidi ilə yaşayırlar

Xəbər verdiyimiz kimi, cari il yanvar ayının sonlarından Bakıdakı universitetlərin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsinə başlanıb. Tələbə yataqxanlarında məskunlaşan məcburi köçkünlər əsasən Müşfiqabad və Mehdiabad qəsəbələrində salınan şəhərçiklərə köçürülüblər.

Sumqayıt şəhərində yerləşən “Sumqayıt” mehmanxanasında məskunlaşmış məcburi köçkünlər də köçürülmə prosesini gözləyirlər. Bu mehmanxada 150-yə yaxın məcburi köçkün ailəsi yaşayır. Onların çoxu Qubadlı rayonundan köç edənlərdir.

Həmin mehmanxanaya baş çəkib, söhbətləşdiyimiz köçkünlər deyirlər ki, qaçqınn və məcburi küçkünlərin köçürülməsi xəbərinə sevinirlər. Bunu dəfələrlə eşitdiklərini, lakin özləri ilə bağlı prosesin hələlik reallıqdan çox uzaq olduğunu deyirlər. Hesab edirlər ki, onların mənzil şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də məşğulluq məsələsi həll olunmalıdır.

Ana, oğul, gəlin - hamısı bir otaqda...

Mehmanxananın otaqları darısqaldır. Havalar yağıntılı olanda dəhlizlərə su damır. Dəhlizi ağır qoxu bürüyüb. Söhbət etdiyimiz iki uşaq anası olan gənc xanım da əsas problemlərdən biri kimi darısqal otaqları diqqətə çatdırır: “Şəraitsizlikdən iki uşaq evdə dərs oxuya bilmir. Qaçqınıq deyə uşağımızı atmalıyıq küçəyə? Nə oxumaq mümkündür, nə təhsil almaq. Ana, oğul, gəlin - hamısı bir otaqda yaşayır. Azərbaycan hökumətinin əlindədir bizi buradan köçürmək. Buna imkanımız da var, amma gərək istək ola. Nə qədər park tikirlər, bu da lazımdır, amma əvvəlcə, bizi bu vəziyyətdən xilas eləsinlər, sonra park salsınlar. Bir yolu 5 dəfə təmir edirlər. O pulları bizim yaşayışımıza sərf eləsələr, biz də bir gün görərik. Görünür, kimlərəsə, xüsusən də, qaçqınların hesabına pul qazananlara bizi köçürmək sərf eləmir”.

Bu xanım işsizlikdən də gileylənir: “İş vacib məqamlardan biridir. Düşünürəm ki, məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə iş yerlərinin açılması onlar üçün ən böyük kömək ola bilər. Köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün Prezident tərəfindən məbləğin bir neçə dəfə artırılması, əlbəttə ki, onun yurdlarından məhrum olmuş vətəndaşlarımıza göstərdiyi diqqətin, qayğının göstəricisidir və birmənalı təqdir edilməlidir. Güman edirəm ki, ilk növbədə, hazırda köçkünlərin ən ağrılı yerlərindən biri olan mənzil şəraitinin yaxşılaşdırılması üçün addımlar atılmalıdır. Bununla bərabər, ən vacib problemlərdən biri də işsizlikdir və bu istiqamətdə də konkret işlərin görülməsinə ehtiyac var. Bu gün respublikanın müxtəlif bölgələrində köçkünlər üçün qəsəbələr salınır. Bunlar gözəldir, amma biz vətəndaşların əsas problemi işsizlikdir. Bu baxımdan oralarda hər hansı istehsal müəssisəsi, sex tikilsə, bəlkə də yüzlərlə ailənin işlə təmin olunmasına imkan yaranar”.

“Bunlara görə Prezidentə minnətdarıq”

Söhbət etdiyimiz digər məcburi köçkün deyir ki, ölkə prezidentinin yataqxanalarda, mehmanxanlarda yaşayan qaçqın və məcburi köçkün ailələrinin yeni salınmış qəsəbələrə köçürülməsi haqqında verdiyi sərəncamda əsas məqsəd qaçqınların şəraitlərinin yaxşılaşdırılması, onların yaşadıqları köhnə binalardan yeni salınmış qəsəbələrə və mənzillərə köçürülməsidir: “Bu mehmanxanalar da yenidən təmir olunaraq, yeni infrasturukturda, yeni bir formada istifadəyə veriləcək. Ümumilikdə hesab edirəm ki, yeni qəsəbələrə köçürülmüş qaçqın və məcburi köçkün ailələrinin heç bir problemləri yaranmayacaq. Əksinə, hazırkı vəziyyətimizə baxanda daha çox sevinərik, daha çox şad olarıq ki, daha geniş evlərlə təmin olunarıq. Hamımız bu köçürülmə prosesini böyük bir minnətdarlıq hissi ilə qarşılayarıq, bu qərardan razı şəkildə danışarıq. Bu proses, yalnız alqışa layiqdir.

Ölkə başçımız qaçqın və məcburi köçkünlərlə olan bütün görüşlərində, getdiyi hər yerdə deyir ki, “siz yaşadığınız yerdə müvəqqətisiniz və mütləq öz torpaqlarınıza qayıdacaqsınız”. Mən hesab edirəm ki, qaçqın və məcburi köçkün ailələri üçün bundan daha böyük bir stimul ola bilməz. Onların qəlblərini riqqətə gətirəcək bundan daha böyük bir söz ola bilməz. Və bu sözün arxasında böyük bir qüvvə dayanır ki, “yəni heç bir şeydən narahat olmayın və nə qədər ki, şəraitiniz tələb edəcək, o qədər də sizin üçün büdcədən vəsait ayrılacaq. Gələcəkdə də sizin üçün doğma yurd-yuvanıza qayıdana qədər, böyük infrastrukturlarla təmin edilmiş yeni evlər tikiləcək. Onlara qoyub gəldikləri evlərdən daha gözəl evlər tikiləcəkdir”. Bütün bunlar isə, sadəcə olaraq, mən yenə də demək istəyirəm ki, ölkə prezidentinin qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması naminə atdığı addımların nəticəsidir. Mən bir daha həm qaçqın və məcburi köçkünlər adından, həm də öz adımdan ölkə başçısına minnətdarlığımı bildirirəm ki, onun diqqəti və qayğısı hər zaman bu insanların üstündədir”.

“Bir məsələ də var ki...”

Qarabağ müharibəsi əlili Əhməd Əhmədov deyir ki, qaçqın və məcburi köçkün ailələrinin köçürülməsi zamanı evlərin bölgüsünü ailələrdəki fərdlərin saylarına uyğun olaraq aparmağın tərəfdarıdır: “Bütün hallarda qaçqın və məcburi köçkün ailələrinin mehmanxanalardan, yataqxanalardan köçürülməsi yaxşı hadisədir. Yəni biz 20 ildir ki, bu durumda yaşayırıq. Bu köçürülmə prosesinin davamlı şəkildə həyata keçirilməsi arzuolunandır. Bir məsələ var ki, onsuz da bu insanlar 20 ildir ki, mənzil problemi yaşayırlar. Ona görə də çox yaxşı olardı ki, verilən mənzillərdə normal şərait olsun. Yəni evlər təmirli olsun.

Yeni mənzillərə qaçqın və məcburi köçkün ailələrinin yerləşdirilməsi zamanı ailə üzvlərinin saylarına diqqət yetirilməsi də çox vacib bir amildir. Çünki belə deyək də, gələndə övladları kiçik yaşlarında olmuş insanların övladları artıq evləniblər. Yəni onlara da yaşamaları üçün ayrı bir otaq lazımdır. Bütün bu tip məqamlar var ki, qaçqın ailələrinin yeni mənzillərə köçürülməsi zamanı mütləq nəzərə alınmalıdır. Bir məsələ də odur ki, qaçqın və məcburi köçkün ailələri 20 ildir ki, yaşadıqları, yəni qaldıqları yerlərə yaxın ərazidə özlərinə hər hansısa bir iş qurublar və oradan da ailələrini dolandırırdılar. Lakin köçürülmə zamanı onlar artıq iş yerlərindən uzaqlaşmalı olurlar. Yəni belə ailələrin yeni yaşayış yerləri ətrafında iş tapması da vacib məsələdir.

Düşünürəm ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu məsələləri də nəzərə alıb yoluna qoyacaq. Ümumilikdə isə qaçqın və məcburi köçkün ailələrinin yeni yaşayış yerlərinə, yüksək səviyyədə inşa edilmiş yeni binalara köçürülməsi prosesi çox müsbət haldır. Yəni insana yalnız bir dəfə ömür verilir. Nə qədər olar ki, onu yataqxanada keçirəsən? 20 il yataqxanada o əzablı, ağır vəziyyətdə qalmaq, təbii ki, çox çətin prosesdir. Çox yaxşı haldır ki, köçürülmə prosesi davam edir, amma qeyd etdiyim kimi, köçürülmə zamanı da müəyyən məqamlar var ki, çox yaxşı olardı ki, onlar da nəzərə alınsın”.

20 il ərzində 60-dan çox qəsəbə salınıb

Qaçqın və məcburi köçkünlər üçün dövlət tərəfindən kifayət qədər imkanlar yaradıldığını vurğulayan Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Əli Quliyev hesab edir ki, köçkünlərin şəhərçiklərə köçürülmə prosesi arzuolunandır: “Köçürülməyin nəyi pisdir ki? Əlbəttə, bu, çox yaxşı bir haldır. Qaçqın və məcburi köçkün ailələri artıq neçə illərdir ki, mehmanxanalarda, yataqxanalarda yaşayıblar, 20 il bundan əvvəl gələndə ailədə 2 nəfər olanların indi sayları çoxalıb. Yeni-yeni ailələr qurulub, nəvə-nəticə sahibi olublar.

Bilirsiniz, mən ölkə prezidentinin qaçqın və məcburi köçkünlərlə bağlı apardığı bütün tədbirləri ürəkdən alqışlayıram. Heç bir ölkədə ərazisinə və əhalisinə görə bu qədər qaçqın və məcburi köçkün yoxdur. 20 il ərzində 60-dan çox qəsəbə salınıb, şəhər daxilindəki yataqxanalardan nə qədər insanlar bu yeni qəsəbələrdə, yeni mənzillərdə məskunlaşdırılıb. Mən özüm də bir məcburi köçkün ailəsi olaraq, prezidentimizə təşəkkür edirəm ki, qaçqın ailələrinin istənilən vəziyyətini nəzərə alıb onlara evlər paylanılması üçün tədbirlər həyata keçirir. Məsələn, qaçqın düşdüyü zaman ailədə bir nəfər var idisə, indi həmin ailənin bütün üzvləri nəzərə alınaraq, onlara evlər paylanır. Bunun nəyi pisdir ki? Bu proses yalnız böyük bir alqışa, böyük bir minnətdarlığa layiqdir ki, hər bir qaçqın və məcburi köçkün ailəsi belə bir şəraitə görə prezidentimizə minnətdarlığını bildirir”.

Tikinti işləri nə vaxt tamamlanacaq?

Qeyd edək ki, bu ilin əvvəlində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirmişdi ki, 2013-cü ildə qaçqın və məcburi köçkünlər üçün 8 qəsəbə, 4 min mənzilin tikintisi nəzərdə tutulub, 20 min məcburi köçkün mənzillə təmin olunacaq. 

O, vurğulamışdı ki, 2012-ci ildə Goranboy rayonu ərazisində 525 məcburi köçkün ailəsi üçün salınmış 9 beşmərtəbəli yaşayış binası, Şəki şəhəri ərazisində 423 məcburi köçkün ailəsi üçün salınmış qəsəbə, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin ərazisində 1440 məcburi köçkün ailəsi üçün yeni məhəllə istifadəyə verilib. 

Əli Həsənov 2013-cü ildə Saatlı, Oğuz və Beyləqan rayonlarında da axıska türkləri üçün 142 mənzilin tikiləcəyini bildirib. Onun sözlərinə görə, bu il üçün nəzərdə tutulan bütün tikinti işləri avqust-sentyabr aylarına kimi tamamlanacaq.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]