Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“3 uşağı olan ailə çoxuşaqlı hesab ediləcək”

“3 uşağı olan ailə çoxuşaqlı hesab ediləcək”
Bölmə :
KİVDF
Yayım tarixi :
25/5/2013 [12:54]
Baxılıb :
19322 dəfə
"Çox uşaqlı ailələrə dövlət dəstəyi" qanun layihəsi ekspertlər tərəfindən yüksək qiymətləndirilir

Azərbaycanda 3 və daha çox uşağı olan ailələr mənzillə təmin olunacaq, həmçinin xüsusi ipoteka imtiyazlarına malik olacaqlar. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov bildirib. Onun sözlərinə görə, bunun üçün "Çox uşaqlı ailələrə dövlət dəstəyi" qanun layihəsi hazırlanıb.

Bundan əlavə qeyd edək ki, 3 uşaqdan sonra hər bir uşağa görə, 12 minimum əmək haqqına ekvivalent birdəfəlik, yaxud da aylıq müavinət veriləcək.

Nəsilartırma əmsalı aşağı düşüb

İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da demoqrafiya məsələləri son illərin ən çox müzakirə edilən mövzularından biridir. Çünki Azərbaycan ailələrində uşaqların sayı azalır. Bu, müxtəlif səbəblərlə izah edilir: Sosial-iqtisadi çətinliklər, Qarabağ müharibəsi, qaçqın-köçkün problemi, müxtəlif xəstəliklər. Böyük əksəriyyət hesab edir ki, Azərbaycan ailələrində uşaqların sayının azalma tendensiyasına daha çox sosial çətinliklər, mənzil şəraitinin olmaması kimi problemlərin təsiri az deyil. 

Burada çoxuşaqlı ailələrə verilən güzəştlərin ləğvini də qeyd etmək yerinə düşər. 1994-cü ildən sonra qurulan hər bir ailədə 1-2, nadir hallarda isə 3 uşaq böyüyür. Ekspertlər bunu insanların yaşayış tərzi ilə də bağlayır. İşsizlikdən, maddi gəlirin aşağı olmasından, mənzil problemindən əziyyət çəkən ailələr çox uşaq tərbiyə etməyi düşünmür. 

Bununla belə, çox uşağa sahib olmaq istəməyən cütlüklər də var ki, onları təkcə maddi sıxıntılar və digər problemlər narahat etmir. Belə ailələr daha az uşaqla rahat həyat sürmək itəyirlər. Bu gün maddi təminatı çox yaxşı olan gənc ailələr, Avropada olduğu kimi nadir hallarda 2 uşaq istəyirlər.

Sovetlər Birliyi dönəmində əhali artımına nail olmaq üçün çoxuşaqlı ailələrə əlavə güzəştlər verilirdi. Məsələn, onlara avtomobil bağışlanır, növbədənkənar pulsuz mənzil və ya torpaq sahəsi verilir, "Qəhrəman ana"lar müxtəlif döş nişanları ilə təltif olunur, mükafatlandırılır, vaxtından öncə təqaüdə çıxarılırdı. O vaxtlar nəinki kənd yerlərində, hətta şəhər yerlərində çoxuşaqlı ailələrə təsadüf olunurdu. Vaxtilə Azərbaycan keçmiş SSRİ məkanında çoxuşaqlı anaların sayına görə digər ittifaq respublikaları ilə müqayisədə həmişə ön sıralarda olub. Ötən əsrin 70-ci, 80-ci illərində əksər kənd rayonlarında qadınlar 5-8, cənub bölgəsində isə 10-12, hətta 15 uşağı olan analar üstünlük təşkil edirdi. Qeyd edək ki, Azərbaycanda ən böyük çoxuşaqlı ailələr ötən əsrin 80-ci illərində Lənkəran, Lerik və Biləsuvarda qeydə alınıb. Bu rayonlardan olan üç "Qəhrəman ana"nın hər biri 17 uşaq dünyaya gətirib. Dövlət Statistika Komitəsinin məlumatına görə isə son 20 ildə Azərbaycanda çoxuşaqlı analar qeydə alınmayıb.

Ümumiyyətlə, indi "çoxuşaqlı ailə" anlayışının özünün mənası dəyişib. Əgər 20 il öncə yalnız 8-12 uşağı olan qadınlar çoxuşaqlı analar kateqoriyasına daxil edilirdilərsə, indi 4-5 uşaq dünyaya gətirənlər bu statusun qeyri-rəsmi daşıyıcısıdır. Əgər ötən əsrin 80-ci illərində nəsilvermə qabiliyyətinə malik qadınlar 35, 40, bəzən hətta 50 yaşlarında da dünyaya uşaq gətirirdilərsə, indi 35 yaşı ötən qadınlar bundan imtina edirlər.

Dövlət Statistika Komitəsinin statistik məlumatında əhalinin nəsilvermə əmsalının aşağı düşdüyü göstərilib. Hazırda nəsilvermə qabiliyyətinə malik qadınların hər birinə 2 uşaq düşür.

Çoxuşaqlı ailə termini yenilik deyil və bir sıra dövlətlərdə bu sistem hələ də işləyir. Keçmiş sovet respublikalarından Rusiya bu cür ailələrə bir sıra güzəştləri tətbiq etməkdədir. Bu ölkədə 3-dən çox uşağı olan ailələr çoxuşaqlı sayılır. Azərbaycanda demoqrafik vəziyyət kritik olmasa da, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çoxuşaqlı ailələrə edilən güzəştlərlə bağlı xarici təcrübəni öyrənir. Ölkələr arasında 3 uşaq, 5 uşaq götürən də var. MDB ölkələrində, məsələn Rusiyada 3-dən çox uşağı olan ailə çoxuşaqlı ailə hesab olunur. Beləliklə, hökumət sovet dövründəki bir ənənəni davam etdirib, çoxuşaqlı ailələrə müəyyən güzəştlər və maddi yardımlar üçün xüsusi layihə həyata keçirə bilər.

Yeri gəlmişkən, Milli Məclis sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli də qeyd etdi ki, sovet dönəmində "çoxuşaqlı ailə" məfhumu 4-dən çox uşağı olan ailələrə şamil olunurdu, 1990-cı illərin əvvəllərində bu rəqəm 4-dən 3-ə endirilib.

2050-ci ildə 10 milyon 942 min nəfər olacağıq

BMT-nin İqtisadi və Sosial Əlaqələr Departamenti 2300-cü ilə kimi dünya əhalisinin artım və azalma tempi ilə bağlı geniş təhlil aparıb. Həmin təhlillərdə illər üzrə dünya ölkələrinin artım və azalma tepmi göstərilib. Hesabata görə, Azərbaycanda əhalinin sayı 2050-ci ildə 10 milyon 942 min, 2100-ci ildə isə 10 milyon 324 min nəfər olacağı proqnozlaşdırılır. BMT-nin rəqəmləri dövlət qurumlarından fərqli olaraq, Azərbaycanda əhalinin sayının azalacağını göstərir. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) informasiya şöbəsinin müdri Elgün Səfərov deyir ki, bu layihə Azərbaycanda çoxuşaqlı ailələrə dövlət dəstəyinin növbəti göstəricisi olacaq: “Dövlətin inkişafı onun vətəndaşlarının inkişafı və rifahı ilə bağlıdır. Məhz buna görə də, dövlət çoxuşaqlı ailələrə sosial dəstək verir”

Güzəran Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli deyir ki, layilə ilə tanış olmasa da, layihənin məqsədini dəstəkləyir: “Bu məqsədli layihə arzuolunandır. Əvvəllər uşaq ailədə əlavə işçi qüvvəsi hesab olunardı, ailə təsərrüfatına yardım edərdi. Amma indi uşaq psixoloji dəyər kimi qiymətləndirilir. Mövcud olan iqtisadi vəziyyət ailənin normal yaşayışına imkan vermir. Valideyn çalışır ki, övladını hərətərəfli təmin etsin, həm təhsilini və həm də həyat şəraitini yüksəltsin. Ona görə də maksimum 2 uşaqla kifayətlənir”.

Hazırkı inkişafın gələcəkdə əhalinin artım tempini göstərdiyini deyən sosiologiya elmləri üzrə fəlsəfə doktoru Əbülfəz Süleymanlı bildirdi ki, apardıqları tədqiqatlar gələcəkdə əsasən ikiuşaqlı ailələrin üstünlük təşkil edəcəyini göstərir. Üçuşaqlı ailələr isə çoxuşaqlı ailə kimi hesab ediləcək. Ekspert deyir ki, hətta rayon və kənd yerlərində də çoxuşaqlı ailələrin sayı azalacaq: “Bunun digər bir səbəbi isə qadınların kareya qurmaq istəyi olur. Maliyyə vəziyyəti yaxşı olan ailə 2 uşaqla kifayətlənir və qadın artıq öz iş həyatını inkişaf etdirməyə üstünlük verir”.

Beynəlxalq praktika

Azərbaycanda çoxuşaqlı ailələrə dövlət dəstəyi bu və ya digər normativ hüquqi aktlarda nəzərdə tutulsa da, ailə institutu üzrə aparılan araşdırmalar, təhlillər və eyni zamanda beynəlxalq praktika bu kateqoriyadan olan ailələrin hərtərəfli dəstəklənməsi üçün yetərli olmadığını göstərir. Bir çox ölkələrdə çoxuşaqlı ailələrə xüsusi status, əlavə güzəşt və imtiyazlar verilir. Fransada hələ 1921-ci ildən “Böyük ailə” adlı dövlət proqramı fəaliyyət göstərir. Həmin proqrama əsasən dövlət siyasəti çərçivəsində çoxuşaqlı ailələrə subsidiyaların və
imtiyazların verilməsi nəzərdə tutulmuşdur. Çoxuşaqlı ailələrə həmçinin vergi imtiyazları da təqdim olunur. Hər doğulan uşaq vergilərin azalması deməkdir. Beləliklə, əgər ailədə 4 uşaq varsa, həmin ailə praktik olaraq vergi ödəmir. Avropada ən çox doğum Fransanın payına düşür.

İsveçdə çoxuşaqlı ailələrə proqressiv müavinətlər verilir və bu müavinətlər hər yeni doğulmuş uşağa görə artır. Əlavə olaraq yaşayış üçün ev haqqı, məktəbəqədər müəssisələrin xərci dövlət tərəfindən ödənilir, hətta ərzaq üçün xüsusi talonlar verilir. Burada natamam, xüsusilə də qadın tərəfindən idarə olunan ailələrə bir sıra əlavə güzəştlər də təqdim olunur.

Finlandiyada isə çoxuşaqlı ailələrə, təkvalideynli ailələrə hər hansı bir imtiyaz verilmir. Lakin müxtəlif səpkilərdə sosial müavinətlər verilir. Bunlardan biri “yeni doğulmuşlar üçün paket”dir. Bu paket bütün qadınlara şamil edilir və uşağın 1yaşına qədər hər bir ehtiyacları ödənilir. Paketin məbləği 1 neçə yüz avro ilə ölçülür. Uşaqlar böyüdükcə, onların digər ehtiyacları da nəzərə alınaraq müəyyən güzəştlər verilir.

Polşada isə hazırda xüsusi meyar qəbul olunub. Əgər çoxuşaqlı ailələrdə adambaşına düşən gəlir 125$-dan azdırsa, onda həmin ailəyə imtiyazlar verilir. Əgər ailədə əlil uşaq varsa, valideynlərdən biri işləmirsə, həmin uşağa qulluq göstərməklə məşğul olurlarsa, onda həmin məbləğ 2 dəfə çox verilir. Çexiyada hər doğulan uşağa görə qadının təqaüd yaşı azaldılır.

Almaniyada “Gəlir vergisi haqqında” və “Uşaq müavinətləri” haqqında qanunlar qəbul olunub. 2 yaşına qədər hər uşaq üçün anaya ayda 300 avro verilir. Bundan əlavə, əgər ailədə 3 və daha çox uşaq varsa, hər uşağa 179 avro verilir. Bu müavinət 27 yaşadək valideynləri ilə yaşayan və işləməyən şəxslərə verilir. Almaniyada çoxuşaqlı ailələrdə uşaqlara verilən imtiyazlar yaşa görə fərqlidir.

Rusiyada 1992-ci ildə “Çoxuşaqlı ailələrə sosial yardımın edilməsi” haqqında Sərəncamda çoxuşaqlı ailələrə yardım 32 maddədə göstərilir. Onlardan biri çoxuşaqlı ailələrə 30 il müddətində, ilkin ödənişsiz ev krediti verilir. Rusiyada 1 uşağa görə 1500 rubl, 2 uşağa görə 3000 rubl, 3 uşağa görə 3500, 4 uşağa görə 4000 rubl verilir.

Göstərilən bu nümunələrdən də aydın olur ki, çoxuşaqlı ailələrə sosial yardım müxtəlif ölkələrdə müxtəlif cür həyata keçirilsə də, ümumi məqsəd eynidir. Dövlətin inkişafı onun vətəndaşlarının inkişafı və rifahı ilə bağlıdır. Məhz buna görə də, dövlət çoxuşaqlı ailələrə sosial dəstək üçün bir sıra monetar və qeyri- monetar imtiyazlar ayırmalıdır. Bu siyasət bazar iqtisadiyyatına uyğun olaraq tənzimlənə bilir. Ailənin möhkəmləndirilməsi, sağlam uşaqların yetişdirilməsi, onların psixi və mənəvi tərbiyəsinin inkişaf etdirilməsi, ailələrin sosial-iqtisadi ehtiyaclarının ödənilməsi - bütün bunlar bütövlükdə Azərbaycan Respublikasının inkişafı deməkdir.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]