Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Bu məsələ əlillərin yaralı yeridir”

“Bu məsələ əlillərin yaralı yeridir”
Bölmə :
KİVDF
Yayım tarixi :
24/5/2013 [10:16]
Baxılıb :
753 dəfə
“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin sədri ilə problemlər və gerçəkliklər barədə söhbət

(Əvvəli ötən sayımızda )

Son illər cəmiyyətimizdə sağlamlıq imkanları məhdud insanların rahat həyat sürmələrini təmin etmək məqsədilə bir çox layihələr, dövlət proqramları həyata keçirilir. “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin (ƏCİİB) sədri Ramilə Mahmudova ilə əlil vətəndaşlarımızın yaşam durumu: problemlər və gerçəkliklər mövzusunda söhbətimizi davam etdiririk.

Müsahibiz qeyd edir ki, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların və ya tərkibində əlil, sağlamlıq imkanları məhdud uşağı olan ailələrin yaşadıqları binalar, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların yaşadıqları evlərin giriş qapıları, pilləkən meydançaları fərdi reabilitasiya proqramına uyğun olaraq xüsusi vasitələr və qurğular, lift habelə telefon rabitəsi ilə təmin edilməlidir: “Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda yaralanmış və əlil olmuş işçilərin attestasiyası keçirilmir. Müharibə əlillərinin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır, I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır. Əlillərin və ya tərkibində əlil olan ailələrin yaşadıqları binalar, əlillərin yaşadıqları evlərin giriş qapıları, pilləkən meydançaları fərdi reabilitasiya proqramına uyğun olaraq xüsusi vasitələr və qurğular, lift, habelə telefon rabitəsi ilə təmin edilməlidir. Əlillərin, sağlamlıq imkanları məhdud uşaqların yaşadıqları fərdi evlərin onlar üçün uyğunlaşdırılmasını və avadanlıqla təchiz edilməsini əlilliyin, 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun başlanmasında təqsiri olan müəssisələr, idarələr və təşkilatlar, başqa hallarda isə müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

Böyük yer tutmasına baxmayaraq, qeyd olunanlar əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş güzəştlərin və imtiyazların yalnız müəyyən bir hissəsini təşkil edir. Yəni, bu qəbildən olan şəxslərin xeyli hüquqi təminatları vardır. Mən bir QHT rəhbəri olaraq hansısa əlavə güzəştlərin və imtiyazların verilməsinin deyil, daha çox onların təmin edilməsinə dövlət nəzarətinin və ictimai nəzarətin daha da gücləndirilməsinin, eyni zamanda bu qəbildən olan insanlar üçün cəmiyyət həyatının bütün sahələrində bərabər imkanların yaradılmasının tərəfdarıyam”.

“Problemlər ondan ibarətdir ki...”

Ramilə Mahmudovanın sözlərinə görə, hazırda əlillərin tibbi, sosial və peşə reabilitasiyası, məşğulluğunun təmin olunması, mənzil-məişət problemlərinin həlli, pensiya və müavinətlərinin artırılması və s. istiqamətlərdə işlər mütəmadi olaraq davam etdirilir: “Hər il müharibə əlillərinə pulsuz mənzillərin, minik avtomobillərinin verilməsi, ölkəmizin paytaxtında və regionlarında fəaliyyət göstərən tibbi-bərpa mərkəzlərinin yaradılması müharibə əlillərinin və digər kateqoriyadan olan əlillərin müalicəsində və zəruri tibbi texniki reabilitasiya vasitələri ilə təmin olunmasında mühüm rol oynayır. Təbii ki, göstərilən bütün bu dövlət qayğısı əlilliyi olan şəxslərin problemlərinin həllinə və onların cəmiyyətə inteqrasiyasına təkən verən mühüm amillərdəndir.


Təqdirəlayiq haldır ki, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva əlilliyi olan şəxslərə, xüsusən də uşaqlara, onların yaşadıqları sosial xidmət müəssisələrinə böyük diqqət və qayğı göstərir. Bütün bunları isə xalqımızın milli-mənəvi dəyərlərinə və xeyirxahlıq ənənələrinə sədaqətin bariz nümunəsi kimi qiymətləndirmək lazımdır.

Təbii ki, görülmüş bütün müsbət işləri qiymətləndirməklə bərabər, bu sahədə bir sıra həlli vacib olan problemlərin də mövcudluğunu inkar etmək olmaz və onların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi son dərəcə vacibdir. Bu gün bütün dünyada yaşından, irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq bu və ya digər səbəblərdən sağlamlığını itirərək əlil olmuş insanlar üçün xarakterik olan bir sıra ümumi problemlər mövcuddur. Belə problemlər sırasında ictimai binaların, sosial infrastruktur, ictimai-iaşə və s. obyektlərinin onlar üçün müyəssər olmaması (fiziki maneələr), əlilliyinin cəmiyyətdə düzgün dərk edilməməsi (psixoloji maneələr) əsas yerlərdən birini tutur.

Ölkəmizin mövcud qanunvericiliyinə görə icra hakimiyyəti orqanları, müəssisələri (birlikləri), idarələri və təşkilatları (mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq) sosial infrastruktur obyektlərinin, mənzillərin, ictimai, istehsal binalarının və qurğularının əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara maneəsiz müyəssər olması, ictimai nəqliyyatdan və nəqliyyat kommunikasiyalarından, rabitə və informasiya vasitələrindən, istirahət və asudə vaxt yerlərindən onların sərbəst istifadə etməsi üçün lazımi şəraiti təmin etməlidirlər. Təəssüf ki, bir çox hallarda qanunvericiliyin bu tələbinə heç də ürəkaçan səviyyədə əməl olunmur. Belə ki, əlilliyi olan insanların qeyd olunan yerlərə rahat daxil olması üçün panduslar və digər avadanlıqlar demək olar ki, yoxdur və ya bəzilərində varsa da lazımı standartlara cavab vermirlər.

Hesab edirik ki, əgər əlilliyi olan insanların ictimai nəqliyyatdan istifadəsi, parklarda istirahəti, dövlət və ictimai xarakterli binalardan, kollektiv istifadə obyektlərindən istifadəsi təmin edilərsə, əgər sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla birlikdə (inklüziv) təhsil almasına bərabər səviyyədə şərait yaradılarsa, əgər əlilliyi olan insanların reabilitasiyasında, münasib işlə təmin edilmələrində qarşıya çıxan bəzi problemlər aradan qaldırılarsa, o zaman əlilliyi olan soydaşlarımızın cəmiyyətə inteqrasiyasına qısa bir zamanda nail ola bilərik.

Biz QHT-lərin də vəzifəsi ondan ibarət olmalıdır ki, aidiyyəti qurumların və vətəndaş cəmiyyətinin diqqətini onların mövcud problemlərinin həllinə cəlb edək, bu qəbildən olan insanların hüquqlarının müdafiəsi və təbliğində, onların maarifləndirilməsində, beləliklə də cəmiyyətə inteqrasiya olunmalarında imkanımız daxilində yaxından iştirak edərək bu sahədə dövlətimizə dəstək olaq”.

“Daha çox iş görə bilərik”

Həmsöhbətimiz bu təbəqədən olan insanların problemlərinin həlli istiqamətində görülən tədbirlərdən də danışdı: “Faktiki olaraq əlilliyi olub, amma bunu qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirərək əlillik dərəcəsi ala bilməyən və ya aidiyyəti qurumlara bu məqsədlə müraciətlər etsələr də, müəyyən problemlərlə qarşılaşan, habelə qanunla nəzərdə tutulmuş tibbi-sosial yardım almaq hüququndan yararlana bilməyən əlilliyi olan insanlara zəruri hüquqi yardımlar göstərilmiş, aidiyyəti qurumlar qarşısında məsələ qaldırmaqla köməklik göstərilmişdir. Əlilliyi olan insanlara təhsil, məşğulluq, sağlamlıq, ünvanlı sosial yardımın alınması və s. problemlərinin həllində təşkilatımızın mütəxəssisləri və könüllü kimi cəlb edilmiş tələbələrin iştirakı ilə zəruri yardımlar edilir.

Təşkilatımızın fəaliyyət göstərdiyi müddət ərzində heç bir maliyyə dəstəyi olmadan, yalnız ictimai əsaslarla və könüllülərin cəlb edilməsi yolu ilə bir sıra maarifləndirmə tədbirləri həyata keçirmişik. Əlilliyi olan şəxslərin hüquqi maarifləndirilməsi”, “Gədəbəy rayonunun ucqar kəndlərində yaşayan və əlilliyi olan şəxslərin problemlərinin həllinə dəstək”, “Əlillərdən-əlillərə dəstək: hüquqlarımızı öyrənək, təbliğ və tələb edək!”, “Əlilliyi olan şəxslərin tibbi-sosial yardım almaq hüququnun təmininə yardım”, “Eşitmə və nitq qabiliyyəti məhdud uşaqların mövcud problemlərinin təhlili” və s. mövzularda aparılmış araşdırmalar, keçirilmiş tədbirlər bu qəbildəndir.

Bundan əlavə biz öz “Facebook” səhifəmiz vasitəsi ilə də maarifləndirmə işinə öz töhfəmizi veririk. Amma etiraf etmək istərdim ki, daimi ofisimizin və maliyyə dəstəyimizin olmaması səbəbindən biz öz fəaliyyətimizi, o cümlədən də maarifləndirmə sahəsində işimizi nəzərdə tutduğumuz səviyyədə həyata keçirə bilmirik. Yeri gəlmişkən, təşkilatımız 22 iyul 2009-cu il tarixdə - Milli Mətbuat Günündə “Əlillərin Hüquqları” adlı elmi-analitik, təcrübi hüquq jurnalını təsis etmişdir. Əlillərin hüquqlarını tədqiq, təbliğ və müdafiə etmək, onları maarifləndirmək məqsədilə təsis edilmiş həmin jurnal 27 iyul 2009-cu il tarixdə Ədliyyə Nazirliyi tərəfindən mətbu nəşrlərin reyestrinə daxil edilmişdir. Lakin təəssüflər olsun ki, maddi və texniki imkanlarımızın olmaması səbəbindən jurnalın çapı hələ ki, mümkün olmamışdır.

Qeyd etmək istərdim ki, mövcud qanunvericiliyə əsasən dövlət əlil cəmiyyətlərinin mətbuat orqanlarının nəşrinə maliyyə yardımı və texniki yardım göstərir. Buna görə də biz aidiyyəti qurumlara müraciətlər edərək jurnalın çapını təşkil etməyi planlaşdırırıq və ümid edirik ki, nəticəsi müsbət olacaqdır”.

Əsas şikayətlər

QHT rəhbəri deyir ki, əlilliyi olan şəxslər və onların yaxınları tərəfindən edilən müraciətləri, eyni zamanda əhali arasında keçirdiyi şifahi sorğuları və apardığı müşahidələrə əsaslanaraq, mövcud şikayətlərə toxundu: “Məlum olur ki, bu qəbildən olan insanlar daha çox Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) fəaliyyətindən narazılıq ifadə edirlər. Belə ki, TSEK-lərdə əlillik dərəcəsinin müəyyən edilməsi ilə bağlı yol verilən süründürməçilik və digər neqativ halların mövcudluğu təbbi ki, acı təəssüf hissi doğurur. Bu sahədə problemlərlə qarşılaşan və bizə müraciət edən insanlara yardımçı olmaq, onlara zəruri hüquqi və mənəvi-psixoloji dəstək verməyə çalışırıq.

Hesab edirik ki, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və təbliğində vətəndaş cəmiyyəti institutlarının iştirakı təmin edilməli, müalicə-profilaktika müəssisələrinin, tibbi-sosial ekspert komissiyalarının, eləcə də digər bu kimi qurumların fəaliyyətinə dövlət nəzarəti ilə bərabər ictimai nəzarət də həyata keçirilməlidir. Bu mənada hesab edirik ki, “Əlillərin hüquqları haqqında” BMT Konvensiyasının 33.2-ci maddəsində nəzərdə tutulmuş müstəqil monitorinq mexanizminin funksiyalarını yerinə yetirən müstəqil Milli İnsan Hüquqları Təsisatı qismində müəyyən edilmiş Ombudsman Aparatının strukturunun təkmilləşdirməsi, maliyyə və kadr potensialının gücləndirilməsi və monitorinq prosesinə əlilliyi olan şəxslərin və onların təmsil olunduğu vətəndaş cəmiyyəti institutlarının da cəlb edilməsi çox vacib bir məsələdir. Ayrı-ayrı vaxtlarda müxtəlif dövlət və qeyri-hökumət təşkilatları tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və millət vəkillərinin iştirakı ilə keçirilən tədbirlərdə bu qəbildən olan şəxslərin iştirakını təmin etməyə çalışmışıq ki, onlar həm öz hüquqları barədə maariflənsinlər, həm də onları narahat edən məsələlər barədə suallar verməklə problemlərinin həllinə nail ola bilsinlər.

Gələcəkdə yerli və beynəlxalq donorların, imkanlı şəxslərin, xüsusən də sahibkarların diqqətini əlilliyi olan şəxslərin problemlərinin həllinə cəlb etməklə bu qəbildən olan insanların cəmiyyətə inteqrasiyası istiqamətində səylərimizi daha da artırmaq, bu sahədə beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək istəyirik”.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]