Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Lüsyenləşmə” Məmməd Süleymanov

Bölmə :
Köşə
Yazar :
Məmməd Süleymanov
Yayım tarixi :
24/7/2012 [11:18]
Baxılıb :
1826 dəfə

Əlbət, indi atəşkəsdir, işğal dayanıb və bu günün Azərbaycanını nasist tapdağında olan 70 il əvvəlin Fransasına bənzətmək ağıllara da gəlmir. Ancaq rejissor Lui Malın 1973-cü ildə çəkdiyi “Lakomb Lüsyen” filminin eyniadlı qəhrəmanının riqqətə gətirən deqradasiyası müasirlərimizin əksəriyyətinin tutduğu mövqe ilə birə-bir səsləşməkdədir.

Yarısı nasistlərin, yarısı kollaborasionistlərin nəzarətində olan o Fransada da zahirən sakitlikdi və ara-sıra qırmızı partizanlar (makilər) bu sükutu pozurdu. Belə bir vaxtda cənub qəsəbələrinin birindəki xəstəxanada süpürgəçi işləyən və yeksənəglikdən bezən yeniyetmə Lakomb Lüsyen həyatına rəngarənglik qatmaq qərarına gəlir. Onun ilk seçimi - partizanlara qoşulmaq. Lakin partizanların sırasında ona yer tapılmayanda istiqaməti diametral dəyişir. Bu gün antifaşist olmaq istəyən Lüsyen bir gün sonra artıq gestapoda çalışmağa başlayır. İlk işi də kənddəki müəllimi - makilərin əlaqələndiricisi “leytenant Volter”i satmaq olur. Sonra da biganə şəkildə dayanıb Volterə verilən işgəncələrə baxır.
Lui Mal bu filmi ilə əxlaqi deqradasiyanın rəsmini çəkir. Həm də tələsmədən, emosiyalara qapılmadan, soyuq dəqiqliklə. Bu deqradasiya elə təbii və banaldır ki, onun kütləviliyinə inanmaya bilmirsən. Yəni, o illərin Fransası üçün Lakomb Lüsyen istisna yox, qayda kimi görünür. Seçimləri sırf təsadüfün təkanı ilə baş verən, içlərində heç bir əxlaq sütunu daşımayan balaca insanlar üçün seçimi dəyərlər, vətənpərvərlik hissi yox, mənfəət və başqaları üzərində hakimiyyət hissi şərtləndirir.
Bu, qorxulu nəticədir - yəni, adi fərdlərin seçim azadlığı olanda onlar topluma, Vətənə gərək olanı yox, öz fiziki ehtiyaclarının ödənməsinə yardım edəni seçirlər. Lakomb Lüsyenin misalında bu metamorfoz onun formalaşdığı mühitin və dövrün əxlaqi və mənəvi boşluğunun nəticəsidir.
Cəllada çevrilən, acımasız, təmkinli qatil Lüsyenin vaxtının çox hissəsi gestapoda çalışanların əyləncə yerinə çevrilmiş mehmanxanada və nasistlərdən gizlənən yəhudi dərzi Alber Xornun kirayə mənzilində keçir. Gestapoda o, makiləri və yəhudiləri “dənləyir”, Xornun evində isə onun qızı Fransı (simvolik addır) sevir və dərzini gestapoya satır. Mənəvi dəyərlərin tam iflası və hətta rudimentar ölçüdə belə insanlıq hisslərinin qalmaması, atrofiyası... Elə Lui Mal da filmin baş qəhrəmanının adını nasizmin məğlubiyyətindən sonra edam olunmuş kollaborasionistlərin adından düzəldib. Yəni, yenə də həm xeyrə, həm də şərə eyni dərəcədə biganə olan və hansına xidmət etməsi təsadüflə mənfəət hrisliyindən asılı Lüsyen o illər Fransasının simvolu olmasa da, hər halda geniş yayılmış obrazdır.
Bunu isə Lui Mala çoxları bağışlamadı. 1973-cü ildə çəkilən və 1 il sonra ekranlara çıxan film rejissoruna hər tərəfdən tənqid atəşi gətirdi. Onu Fransa xalqının nasizmə qarşı mübarizəsinin miqyasını kiçiltməkdə suçladılar. Halbuki ondan da əvvəl Emmanuel d`Astye “7 ilin 7 anı” kitabında bir fransız zabitinin sözlərini misal çəkmişdi: “Fransa ordusu uduzmayıb. Çünki, uduzmaq üçün vuruşmaq lazımdır. Biz isə vuruşmamışıq”.

***

Lui Malın filmi yadıma Vasil Bıkovun “Sotnikov” povestini salır (Əsər 1980-cı illərdə dilimizə tərcümə olunub və “Azərbaycan” jurnalında dərc olunub. Onu elə oradan, orta məktəb illərimdə oxumuşdum).
Bıkovun əsərində əsir düşən əsgər Rıbak faşistlərin tərəfinə keçir. Bununla həm özünü ölümdən xilas etməyi düşünür, həm də planına görə, elə ilk fürsətdəcə faşistlərin yanından qaçaraq partizanlara qoşulmaqla Sotnikovun qisasını alacaq.
Sotnikovu dar ağacından asırlar, kəndiri onun boynuna keçirmək isə Rıbaka əmr olunur. Rıbak dostunu edam edir, cinayət ortağına çevrilir və elə bu da onun geriyə yolunu bağlayan ilk hadisə olur. Sonunda anlayır ki, heç vaxt faşistlərdən qaçmayacaq və barışır. Bu, hətta sərfəlidir də.
Rıbakdan fərqli olaraq Lakomb Lüsyenin seçimi tamamilə könüllüdür və o, bir an da vicdan əzabı çəkmir. “Əvvəl-axır, hər kəs öz daxilindəkilərlə yaşayır” - Sartr yazırdı. Lüsyenin daxilində isə heç bir əxlaqi dəyər və mənəvi əyləc yoxdur.

***

Müharibələr təkcə işğalla, odlu silahlarla, orduların hərbi əməliyyatları ilə aparılmır. Şərə yuvarlanan istənilən məkanda müharibədir. Çünki, “qırmızı makilər” və leytenant Volterlərin kökünü heç bir rejim kəsib qurtara bilməz.
Və bu gündəlik müharibələrdə Lakomb Lüsyenə həlledici rol yazılıb. Kütləvi “lüsyenləşmə” şərin mövcudluq şərti və hakimiyyətin dayağıdır. Bu gün Lüsyen darıxdığından özünü “demokratiya uğrunda mübariz” elan etmək istəsə də, bunun yox, məhz əks mövqenin mənfəət, təhlükəsizlik və başqaları üzərində hakimiyyət hissi gətirdiyini dadan kimi seçimini şər tərəfə edəcək. Səbəb isə Lui Malın filmindəki kimidir: Dövrün əxlaqi və mənəvi boşluğu...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]