Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Əlillər üçün xeyriyyə marofonları keçiririk”

“Əlillər üçün xeyriyyə marofonları keçiririk”
Bölmə :
KİVDF
Yayım tarixi :
23/5/2013 [10:45]
Baxılıb :
1185 dəfə
“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin sədri ilə problemlər və gerçəkliklər barədə söhbət

Son illər cəmiyyətimizdə sağlamlıq imkanları məhdud insanların rahat həyat sürmələrini təmin etmək məqsədilə bir çox layihələr, dövlət proqramları həyata keçirilir. “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin (ƏCİİB) sədri Ramilə Mahmudova ilə əlil vətəndaşlarımızın yaşam durumu: problemlər və gerçəkliklər mövzusunda söhbət etdik.

Mahmudova Ramilə Rasim qızı 1981-ci ildə Gədəbəy rayonunun Ərtəpə kəndində anadan olub. Riyaziyyat müəllimi olmaqla yanaşı, 2008-ci ildən III qrup əlil kimi həmtəsisçisi olduğu “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinə rəhbərlik edir.

Məqsəd və vəzifələr

“Hər bir kəsin başqaları ilə birləşmək hüququna malik olması ölkəmizin Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə əsas insan hüquqlarından biri kimi təsbit olunmuşdur. Bu mənada təbii ki, öz hüquqlarını və mənafelərini qorumaq, qarşılıqlı yardım və xidmət göstərmək məqsədilə əlilliyi olan insanlar və onları təmsil edən şəxslər də qanunvericiliklə müəyyən edilən qaydada QHT-lər (ictimai birliklər və fondlar) yaratmaq hüququna malikdirlər. Bütün bu deyilənlərə əsaslanaraq, əlilliyi olan şəxs kimi belə bir təşkilatın yaradılması təşəbbüsünü irəli sürdüm və bu istiqamətdə fəal iş aparmağa başladım. Nəhayət, 28 may 2008-ci ildə xalqımız, dövlətçiliyimiz üçün əlamətdar bir tarixdə - Respublika günündə “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi təsis edildi”, -deyə müsahibimiz bildirir.

Onun sözlərinə görə, 24 dekabr 2008-ci ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınan təşkilatın əsas məqsədi - əlillərin cəmiyyətə inteqrasiya olunmalarına yardım etməkdir: “Bu məqsədə nail olmaq üçün əlillərə maddi və mənəvi yardım etmək, əlillərə qarşı ayrıseçkiliyin aradan qaldırılmasına, onlar üçün bərabər hüquqların və imkanların yaradılmasına dəstək vermək, əlil gənclərin ictimai fəallığının artırılmasına yardım etmək, əlillərə müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etmələri üçün şəraitin yaradılmasına kömək etmək qarşıya qoyulmuş əsas vəzifələrdəndir. Bu vəzifələri həyata keçirmək üçün elmi araşdırmalar aparır, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marofonları, forumlar və sair tədbirlər keçrir, respublikanın aidiyyəti dövlət orqanları və bələdiyyələri ilə, habelə beynəlxalq təşkilatlar, QHT və KİV-lərlə əməkdaşlıq etməyə çalışırıq. Hazırda təşkilatımız Azərbaycan Milli QHT Forumunun, Azərbaycan Əlil Təşkilatları İttifaqının və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının tamhüquqlu üzvüdür”.

Qanunvericiliyin yaratdığı imkanlar

Ramilə xanım əlillərə olan güzəştlər və imtiyazlara da toxundu: “Əlilliyi olan şəxslər dövlətimiz tərəfindən raifikasiya olunmuş BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyada, ölkəmizin Konstitusiyasında, “Əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Məşğulluq haqqında” qanunlarda, Əmək, Vergi, Cəzaların İcrası, Şəhərsalma və Tikinti və s. məcəllələrdə, habelə başqa qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Təqdirəlayiq haldır ki, ölkəmizdə bu qəbildən olan insanlar barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir.

Azərbaycan Respublikası qanunvericiliyində əlilliyi olan şəxslər üçün kifayət qədər güzəşt və imtiyazlar nəzərdə tutulub və onlardan daha əhəmiyyətlilərini qeyd etmək istərdik: Qanunvericiliklə müəyyən edilmiş qaydada əlillərin və sağlamlıq imkanları məhdud uşaqların dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək və sanatoriya-kurort müalicəsi ilə təmin olunmaq hüququ vardır. Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların təhsil hüququ vardır. Mğvafiq icra hakimiyy?ti orqanlarg <file:///C:Documents%20and%20SettingsMuqalib.OMBATVApplication%20Data2470> sağlamlıq imkanları məhdud uşaqların və 18 yaşından yuxarı əlillərin məktəbəqədər təhsilini, dərsdənkənar vaxtlarda tərbiyəsini, psixoloji-tibbi-pedaqoji və ya tibbi-sosial ekspert komissiyasının qərarına əsasən tədris proqramları üzrə məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil almasını Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada təmin edirlər. Onların ümumi, orta ixtisas və ali təhsili ümumi tipli təhsil müəssisələrində, zərurət olduqda isə xüsusi təhsil müəssisələrində həyata keçirilir. Stasionar müalicə-profilaktika və ya reabilitasiya müəssisələrində (mərkəzlərində) müalicə kursu keçən sağlamlıq imkanları məhdud uşaqlar üçün də dərs məşğələləri təşkil edilir. İstedadlı sağlamlıq imkanları məhdud uşaqların ümumi tədris müəssisələrində və ya xüsusi məktəbdənkənar tədris müəssisələrində pulsuz musiqi təhsili almaq, təsviri, bədii-tətbiqi sənətlərə yiyələnmək hüququ vardır”.

Güzəştlər

Müsahibimiz deyir ki, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların qəbul imtahanları verməsi üçün də lazımi şərait yaradılır: “Təhsil dövründə pensiyalar və təqaüdlər tam məbləğdə ödənilir. I və II qrup əlil və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək tələbələrə, şagirdlərə aldıqları təqaüdün 50 faizi məbləğində əlavə ödənc verilir. 1990-cı ilin 19-20 yanvar Bakı hadisələrində, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı I və II qrup əlil olmuş və ödənişli əsaslarla ali və orta peşə-ixtisas təhsili alan şəxslərin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Tibbi-sosial ekspert komissiyasının rəyinə görə əlilin, sağlamlıq imkanları məhdud uşağın səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, sağlamlıq imkanlarının məhdudluğu mülahizələrinə görə əlillə, sağlamlıq imkanları məhdud uşaqla əmək müqaviləsini bağlamaqdan, yaxud əlili, sağlamlıq imkanları məhdud uşağı işdə irəli çəkməkdən imtina edilməsinə, müdiriyyətin təşəbbüsü ilə onun işdən azad edilməsinə, öz razılığı olmadan başqa işə keçirilməsinə yol verilmir. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müvafiq müəssisələrdə tibbi, peşə və sosial reabilitasiya keçən şəxslərin bu müəssisələrdə olduğu müddətdən asılı olmayaraq işəgötürənin təşəbbüsü ilə fərdi əmək müqaviləsinin (kontraktının) ləğv edilməsinə yol verilmir.

Mğvafiq icra hakimiyy?ti orqanlarg <file:///C:Documents%20and%20SettingsMuqalib.OMBATVApplication%20Data2470>, müəssisələr (birliklər), idarələr və təşkilatlar əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin ictimai təşkilatları ilə birlikdə əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin əməyi üçün müəssisələr və təşkilatlar yaratmaq yolu ilə xüsusi proqramlar üzrə təlim təşkil etməklə və başqa tədbirlər görməklə əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə məşğulluq sahəsində təminat verirlər. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunanlardan başqa, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada kvota müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanları və əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin problemləri ilə məşğul olan ictimai təşkilatlar müəssisə və təşkilatlarda əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin işlə təmin olunmasına nəzarət edirlər. Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin işə düzəlməsi üçün nəzərdə tutulan kvotanı təmin etməyən və ya onları işə düzəltməkdən boyun qaçıran müəssisələr, idarələr və təşkilatlar, mülkiyyət formasından asılı olmayaraq, dövlət büdcəsinə əlilləri və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri işlə təmin etmədikləri aylar üzrə hər iş yeri üçün respublika üzrə müəyyən edilmiş orta aylıq əmək haqqının 3 misli məbləğində vəsait köçürürlər.

Yaradılmış və kvota müəyyən edilmiş iş yerlərinə əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin işə göndərilməsi dövlət əhalinin məşğulluğu sisteminin yerli orqanları tərəfindən həyata keçirilir. İşə düzəlmək üçün əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə verilmiş göndəriş mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq bütün müəssisələr və təşkilatlar tərəfindən qəbul edilməlidir. Müəssisələr, idarələr, təşkilatlar, kooperativlər, kolxozlar və xüsusi sahibkarlar həmin istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, bunun nəticəsində əlil və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud sayılmış işçilərin işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar. İşləyənlərin ümumi sayının azı 30 faizinin əlillərdən və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərdən ibarət olduğu müəssisələr, idarələr və təşkilatlar güzəştli maliyyələşdirmə və maddi-texniki təminat hüququna malikdirlər. Müəssisələrdə, idarələrdə və təşkilatlarda işləyən əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilər üçün fərdi reabilitasiya proqramına müvafiq surətdə lazımi iş şəraiti yaradılır. Kollektiv və ya fərdi əmək müqaviləsində müəyyən edilən əmək şəraiti, o cümlədən əmək haqqı, iş və istirahət vaxtı rejimi, illik və əlavə məzuniyyətlərin müddəti başqa işçilərə nisbətən əlillərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərin vəziyyətini pisləşdirə və ya hüquqlarını məhdudlaşdıra bilməz”.

Qadağalar

İctimai Birlik rəhbərinin sözlərinə görə, müəssisə, təşkilat müdiriyyətinin ixtiyarı var ki, əlillərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərin səhhətindən asılı olaraq onların əmək normalarını azaltsın və əməyini artırılmış qiymətlərlə ödəsin: “Əlillərin iş vaxtından artıq işlərə, gecə vaxtı, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləməyə cəlb edilməsinə yalnız onların razılığı ilə və bu şərtlə yol verilir ki, belə işlər tibbi tövsiyələrdə qadağan edilməsin. Əlillərə (əlillik qruplarından və səbəblərindən asılı olmayaraq), sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərə illik məzuniyyətlər mövcud qanunvericiliklə müəyyən edilmiş minimum məzuniyyət müddətinin iki mislindən az olmayaraq verilir. Əlillərə (əlillik qruplarından və səbəblərindən asılı olma-yaraq), sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərə Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq ödənişsiz məzuniyyət verilir. I və II qrup əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilər üçün həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir.

İşçilərin sayı və ya ştatı ixtisar edilərkən, ixtisas dərəcəsi eyni olduqda, həmin müəssisədə, idarədə, təşkilatda əmək şikəstliyi almış və ya peşə xəstəliyi nəticəsində əlil, 18 yaşınadək sağlamlıq imkanları məhdud olmuş işçilərin işdə saxlanmaq üçün üstünlük hüququ vardır. Əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən əmək qabiliyyətini itirmiş I və II qrup əlillərin və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin işləmədiyi müddət onların ümumi və fasiləsiz iş stajına daxil edilir. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır”.

(Ardı növbəti sayımızda)

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]